Моdel anlayışı. Modelləşdirmənin mahiyyəti


Modelin mürəkkəblik səviyyəsi



Yüklə 0,55 Mb.
səhifə4/16
tarix14.11.2022
ölçüsü0,55 Mb.
#69113
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
SAKM MUH KONSPKT

Modelin mürəkkəblik səviyyəsi. Bu mərhələdə modelləşdirmənin mürəkkəblik səviyyəsinin seçilməsi problemi tədqiqatçı qarşısında ortaya çıxır. Həmçinin modelin işlənməsi və onun sonrakı sınağı üçün informasiya təminatının nəzərə alınması da vacib məsələlərdən biridir. Ona görə də istifadə olunacaq məlumatların adekvatlığını qiymətləndirməklə yanaşı, onların mənbələrinin də tezliklə aydınlaşdırılması məqsədəuyğundur.
Modelin alqoritminin proqramlaşdırılması. Mürəkkəb sistemlərdə baş verən proseslərin riyazi tənliklərinin həlli və onların vasitəsilə aparılan hesablamaların həyata keçirilməsi ancaq elektron-hesablayıcı maşınlardan (EHM) istifadə etməklə mümkündür.
Modelin parametrlərinin identifikasiyası. Modelin işlənməsi prosesinin ən vacib mərhələlərindən biri, onun parametrlərinin əsaslandırılmış qiymətlərinin təyin olunması və yaxud identifikasiyasıdır. İdentifikasiya termini modelin elə keyfiyyətcə yoxlanılmasına nisbətən istifadə edilir ki, modelləşdirilən kəmiyyət real sistemdə müşahidə olunan kəmiyyəti düzgün təsvir etsin. Bu vaxt EHM-də ədədi eksperimentlər aparmaqla modelin standart və yaxud ideal şəraitdə reaksiyasını tədqiq edir. Modelin parametrlərinin identifikasiyasında, onun işlənməsində istifadə olunan eksperimental məlumatlar kifayətdir.
Modelin adekvatlığının yoxlanılması. Bu prosesdə adətən model vasitəsilə alınan qiymətlərin asılı olmayan eksperimentlərin, yəni modelin işlənməsində istifadə olunmayan eksperimental məlumatların nəticələrinə uyğunluğu, həmçinin də modelin dəqiqliyi yoxlanılır. Modelin yoxlanılması onun identifikasiyasında istifadə edilməyən müşahidə və eksperimental məlumatlar əsasında həyata keçirilməlidir. Yoxlama üçün lazım olan məlumatların tərkibində ümumiyyətlə bir sıra dinamiki xarakteristikalar olmaya da bilər. Ən əsası da odur ki, modelləşdirilən sistemin çıxış nəticələri verilən amillər üzərində müşahidələrin və ölçmələrin nəticələri ilə uyğun gəlsin.
Modelin sınağı. Bu mərhələdə modelin özünü aparmasının təhlilini və onun həssaslıq təhlilini daxil etmək olar. Baxılan prosedurlar modelin adekvatlıq diapazonunun və dəqiqlik dərəcələrinin nəzərə çarpacaq formada yaxşılaşdırılmasına, həmçinin modelin müxtəlif elementlərinin onun özünün aparılmasının formalaşmasının rolunun təyin edilməsinə və beləliklə, mürəkkəb modellərin sadələşdirilməsinin obyektiv əsasının təyin olunmasına kömək edirlər.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin