Model qrafının qovşaqları. Model qrafının qovşaqları dedikdə tranzaktların xidmət mərkəzi başa düşülür. Qovşaqlarda tranzaktlar decikə, xidmət edilə, yeni tranzaktlar qrupunu əmələ gətirə, digər tranzaktları ləğv edə bilər.
Tranzakt həmişə model qrafının bir qovşağını və bundan asılı olmayaraq, koordinatları dəyişə bilən müəyyən fəzaya və ya müstəviyə aid ola bilər.
Hadisə. Hadisə -bir tranzakt qovşağının giriş faktıdır. Modeli tərtib edənlər hadisəni praktiki olaraq əllə idarə edə bilməzlər.
Hər hansı hadisələr zəncirindən keçən tranzakta baxaq. O hadisədən hadisəyə dəyişərək, hadisələrlə əlaqədar olan təsirlərin həyata keçirilməsini təmin edir. Aşkardır ki, bütün modelləşdirmə boyu hərəkətdə olan belə aktiv tranzakt yeganədir. Bu zzaman model vaxtının qiyməti tranzakt aktiv olana qədər dəyişməz qalır. Tranzaktın aktivliyi onun gələcək hadisələr siyahısına yerləşməsi ilə sona çatır və o da digərləri kimi öz növbəsini gözləyir. Ümumiyyətlə, istənilən hadisə baş verdikdən sonra tranzakt öz aktivliyini itirir.
Resurs.Resurs onun təbiətindən asılı olmadan modelləşdirmə prosesində üç ümumi parametrlə xarakterizə oluna bilər:güc, qalıq və defisit (kəsr).
Güc –resurs vahidinin maksimum qiymətinə uyğun ədəddir.
Qalıq-resursun verilən zamanda məşğul olmayan vahididir.
Defisit - verilən resursa növbə gözləyən tranzaktların cəmi sorğular üzrə resursun miqdarıdır.
Fəza. Fəza coğrafi dekart müstəvidir. Qovşaqlar, tranzaktlar, resurslar fəzanın nöqtələrinə birləşdirilə və orada qərarlaşa bilər.
Modelin daxili icrası proseslərin təqdimi üçün obyekt-yönlü üsuldan istifadə edir. Tranzakt , qovşaq , hadisə və resurslar imitasiya modelinin əsas obyektləridir.
Modellərin qurulması zamanı iki əsas funksiya yerinə yetirilməlidir:
-sistemin vəziyyətinin zaman kordinantının təshihi;
-sistemdə müxtəlif hadisələrin uzlaşmasının təmini.
Beləliklə, modelin fəaliyyəti real zamanda deyil, süni vaxtda həyata keçirilməlidir. Bu isə tələb olunan məntiqlə hadisələrin baş vermələrinin və onlar arası zaman intervalını tənzimləməlidir.