Моdel anlayışı. Modelləşdirmənin mahiyyəti


assert, assertа, assertз, retract



Yüklə 0,55 Mb.
səhifə16/16
tarix14.11.2022
ölçüsü0,55 Mb.
#69113
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
SAKM MUH KONSPKT

assert, assertа, assertз, retract вя retractалл операторлары аиддир.
аssert(П)- П иля верилян предикаты йахуд гайданы верилянляр базасынын ъари мювгейиня ялавя едир.
аssertа(П)- П иля верилян предикаты йахуд гайданы верилянляр базасынын яввялиня ялавя едир.
аssertз(П)- П иля верилян предикаты йахуд гайданы верилянляр базасынын сонуна ялавя едир.
retract(П)- П иля верилян предикаты йахуд гайданы верилянляр базасындан силир.
retractалл(П)- П иля верилян ейни адлы бцтцн предикаты йахуд гайданы верилянляр базасындан силир.
Mathcad riyazi proqram paketi
Mathcad riyazi proqram paketi 1988-ci ildə Math Soft Inc firması tərəfindən yaradılmışdır. Paketin əsas tətbiq sahəsi riyazi məsələlərin ədədi üsullarla həll etməkdir. 1994-cü ildə Maple paketinin simvolik hesablama vasitələrinin Mathcad paketinə inteqrasiyası icra olundu. Digər riyazi proqram paketlərindən fərqli olaraq, paket WYSIWYG (What You See Is What You Get1) prinsipi əsasında yaradılmışdır və məsələnin qoyuluşu ənənəvi riyazi yazılışla-riyaziyyatda qəbul edilmiş işarələrin köməyi ilə təsvir edilir. Məsələ analitik və ya ədədi üsullarla həll edilir.
Mathcad 12 Professional paketi inteqral sistem olub, özündə hesablama prosessoru ilə yanaşı mətn, düstur, qrafiki redaktorları da birləşdirir.

Mathcad olduqca sadə və Windows əlavələri üçün vahid standart interfeysə malikdir. Belə ki, proqramın əsas interfeys pəncərəsi aşağıdakı elementlərdən ibarətdir:


Başlıq sətiri;
Menyu sətiri;
Standart alətlər və formatlaşma paneli;
Xüsusi alətlər panelləri;
İşçi sahə;
Cari vəziyyət sətiri.
Başlıq sətiri vasitəsilə proqramın interfeys pəncərəsini bağlamaq, bütün ekran boyu böyütmək və ya normal ölçüsünə nail olmaq, qapamaq və ekranda yerini dəyişmək olar. Proqramın «intellektual» imkanları menyu sətiri və alətlər panelləri vasitəsilə reallaşır.
Menyu sətiri 9 ədəd menyudan: File (Fayl), Edit (Redaktə), View (Görünüş), İnsert (Daxiletmə), Format(Format), Math (Riyazi), Symbolics (Simvollar) Window (Pəncərə), Help (Arayış) menyularından ibarətdir. Hər bir menyu əmrlər sistemindən ibarətdir. Bəzi menyular iyerarxik sistemə malikdir. Belə ki, menyunun işarəsinə malik əmrini yerinə yetirdikdə altmenyu açılır. Bundan əlavə, paket kontekst menyu sisteminə də malikdir. Konkret alətlər panelinin ekranda əks olunması View menyusunun Toolbars əmrini yerinə yetirdikdə açılan altmenyuda müvafiq alətlər panelini aktivləşdirməklə tənzimlənir. Xüsusi panellərin ekranda əks olunması Math panelinin müvafiq alətləri vasitəsilə də təmin edilir. Xüsusi panellər «sürüşkən» olub, ekranda istənilən yerdə yerləşdirilə bilər. Bunun üçün kursoru panelin başlıq sətirinin üzərinə qoyub siçanın sol düyməsini sıxmaqla hərəkət etdirmək lazımdır. Siçanın sıxılmış düyməsini buraxdıqda alətlər paneli ekranda yeni yerdə bərqərar olacaqdır. Alətlər panelinin düyməsini sıxmaqla alətlər panelini gizlətmək olar. Alətlər panelinin ekrandan «gizlədilməsi» həmçinin kontekst menyunun Hide əmri vasiləsilə də təmin olunur. Qeyd edək ki, Standart və Formatlaşma panelinin alətlərinin sayını istifadəçi öz tələbatına uyğun tənzimləyə bilər. Belə ki, istifadəçi kursoru panelin üzərinə qoyub, siçanın sağ düyməsini sıxdıqda açılan kontekst menyunun Customize əmrini yerinə yetirməklə açılan dialoq pəncərəsində yeni alətlər əlavə edə bilər və ya qeyd olunmuş aləti paneldən ləğv edə bilər. Proqramın interfeys pəncərəsinin işçi sahəsində sənəd pəncərəsi əks olunur1. Proqram yükləndikdə adətən, ilk öncə sənəd pəncərəsinin mərkəzində istifadəçini proqramın imkanları ilə tanış etmək üçün nəzərdə tutulmuş Tip of Day dialoq pəncərələr sisteminin ilk pəncərəsi əks olunur 2. İstifadəçi Mathcad haqqında informasiya il ə tanış olmaq üçün Next düym əsini, dialoq pəncərəsini bağlamaq üçün isə Close düyməsini sıxmalıdır. Sənəd pəncərəsi öz növbəsində başlıq sətirinə, üfüqi və şaquli səhifə sürüşdürücülərinə və istifadəçinin təlabatından asılı olaraq xətkeşə malikdir3. Sənəd pəncərsində riyazi hesablamalar, mətn və qrafiki informasiyalar əks olunur. Proqram informasiyaya müxtəlif miqyasda baxmağı təmin edir. Bunun üçün View →Zoom əmrini yerinə yetirib, açılan pəncərə də miqyas vahidini seçmək lazımdır.
Mathcad 12 Professional riyazi proqram paketi olduğuna
görə onun əsas hesablama obyekti riyazi ifadələrdir. Riyazi
ifadələr dəyişənlər, sabitlər və funksiyalardan istifadə etməklə operatorlar vasitəsilə tərtib olunur. Onlar sənədə klaviaturadan və ya alətlər panelindən istifadə etməklə daxil edilir. Mathcadda bu məqsədlə Evalution, Matrix, Calculus, Calculator, Boolean alətlər panelləri nəzərdə tutulmuşdur.





Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin