Səhabənin Möminlərin Anasına Hörməti
Yuxarıda qeyd etdik ki, Hz. Meymunənin cə-
nazə namazını Abdullah bin Abbas qıldırmışdır.
Eyni zamanda, orada olanlardan Ata b. Əbi Rəbah-
dan gələn rəvayətə görə də, İbn Abbas, cənazəni
ehtiyatlı götürmələri mövzusunda orada olanla-
rı xəbərdar etmişdir. Bu barədə olan hədis-i şərif
Buxarinin və Müslimin üzərində ittifaq etdikləri
hədisdir. Hədisin mətni belədir:
Ata b. Əbi Rəbah demişdir: “Sərifdə, Hz. Peyğəm-
bərin (s) xanımı Hz. Meymunənin cənazəsində idik. İbn
Abbas: “Bu, Hz. Peyğəmbərin (s) xanımının cənazəsidir.
Cənazəni qaldırarkən silkələməyin, titrətməyin, yumşaq
davranın…”,- dedi.”
Burada diqqətə layiq odur ki, səhabələrin Pey-
ğəmbərimizə (s) sevgisi, onun xanımlarına, Qu-
rani-Kərimin ifadəsiylə “möminlərin analarına”
Hz. Meymunə
Möminlərin Anaları
244
olan hörməti hər zaman, hətta aralarında Hz. Mu-
hamməd (s) olmasa belə, qüsursuz idi. Bəs biz necə
eyni qüsursuzluqla sevib, saya bilirikmi, layiqincə
tanımağa çalışırıqmı onları?! Unutmayaq ki, Qura-
ni-Kərim Peyğəmbər (s) xanımlarının ‘möminlərin
anası’ olduğuna hökm vermişdir. Bilirik ki, içində-
ki bir hökmü belə inkar etsək, iman əsaslarından
biri olan “kitablara iman” əksik olar. Buna görə də,
imanımız əksik olar, iman etmiş olmarıq.
İslam dininin qadına verdiyi dəyər hər bir möv-
zuda özünü göstərdiyi kimi, bu üstünlük, ‘ana’
mövzusunda daha çox biruzə verir. Bu barədə,
həm kitabımızın, həm də Peyğəmbərimizdən gələn
hədislərin verdiyi məlumatlar kifayət qədərdir.
Bizim borcumuz isə, ən az heç olmasa öz anamız
qədər, birini digərindən ayırmadan sevmək, onlara
hörmət etməkdir. Analarımıza layiqincə davran-
maq eyni zamanda Peyğəmbərimizə sevgi, Kitabı-
mıza itaətdir. Onların üstünlüklərini oxuduğumuz
zaman, Allah-Təalanın Peyğəmbərimizə (s) layiq
gördüyü xanımların İslamın yaşanaraq təbliğində-
ki, digər qadınların dini doğru öyrənmələrindəki
rolu inkar edilə bilməyəcək qədər çoxdur.
Hz. Meymunənin Fəzilətləri
Hz. Meymunədən bir rəvayətə görə 76, başqa
bir rəvayətə görə, 46 hədisi-şərif rəvayət edilmişdir.
Bunlardan yeddisi Buxari və Müslimin ittifaq etdik-
ləridir (yəni hər iki qaynaqda keçən eyni hədislər),
biri yalnız Buxaridə, beşi də yalnız Müslimdə möv-
cuddur, altmışı isə Əhməd bin Hənbəldə yer almış-
dır. Kutubi-Sittədə olanların sayı qırx altıdır. Böyük
245
bir ehtimalla buna görə də, yuxarıda bəhs etdiyimiz
bəzi qaynaqlar Hz. Meymunədən gələn rəvayətlə-
rin sayının qırx altı olduğunu yazır.
Hz. Meymunənin rəvayət etdiyi hədislər daha
çox heyz, qüsl, namaz, nikah haqqındadır. Xüsu-
silə, heyz mövzusunda ondan nəql edilən hədis-
lərin çox böyük əhəmiyyəti vardır. Çünki heyzli
qadına toxunmaq olarmı, olmazmı məsələsi, on-
dan gələn rəvayətlə (toxunula bilər, hətta bunun
normal bir şey olduğu) öz həllini tapmışdır. Hədi-
si-şərifdə belə buyurulur: Nəbiyyi Əkrəmin (s) xanı-
mı Meymunə belə demişdir: “Bəzən elə olurdu ki, mən
heyzli ikən, Nəbiyyi Əkrəm (s) həsir səccadəsi üzərində
namaz qılarkən ... paltarının bəzi yerləri mənə dəyərdi”
Hz. Meymunədən hədis rəvayət edən şəxslər-
dən bəziləri bunlardır: Hz. Abdullah bin Abbas,
Abdullah bin Şəddad, Abdurrahman bin Saib,
Ubeydullah əl-Hulani, İbn Cureyc və s.
Afzalurrahman Müsnəddən belə nəql edir:
“Meymunə xeyirsevər bir qadın olduğu üçün və kölələri
azad etməyi çox istədiyi, hər fürsətdə də bu arzusunu
həyata keçirtdiyinə görə, Hz. Peyğəmbər (s): “Allah səni
bu xeyrin səbəbiylə mükafatlandırsın”, - deyə dua et-
mişdir.” Bundan əlavə, yenə müəllif, həm Müsnəd-
dən, həm də Buxaridən aşağıdakı hədisi nəql edir:
“Bəzən borc alar və xeyir işlər üçün xərcləyərdi. Bir dəfə
çox borclanmışdı. Bunu necə ödəyəcəyini soruşduqların-
da da Rəsulullahdan (s): “Borcunu ödəmək niyyətində
olan elə bir qul yoxdur ki, ona Allah Azzə və Cəllə tərə-
findən yardım olunmasın” hədisi şərifini rəvayət etdi.
Hz. Meymunə
Möminlərin Anaları
246
Dini əmrlərə və qadağalara da çox diqqətli yana-
şardı.”
Hz. Muhammədin (s) Hz. Meymunəylə
Evliliyinin Səbəbləri Haqqındakı Görüşlər
Hz. Muhammədin (s) Hz. Meymunəylə evlili-
yinin səbəb və hikməti haqqında M. Hamidullah
əsas iki səbəbin üzərində durur.
Birincisi, Hz. Meymunənin hər biri ayrı qə-
bilələrin qabaqcıl şəxsiyyətləriylə evlənmiş səkkiz
bacısı vardır. Belə ki, Hz. Meymunənin anası Hin-
din sahib olduğu kürəkənlər kimi şəxslərə o zama-
na qədər başqa heç bir ərəb qadını malik olmamış-
dır. Hətta Ziya Kazıcının bildirdiyinə görə, onun
haqqında el arasında belə deyilirdi:
“İxtiyar qadınların ən bəxtəvəri, yer üzündə-
ki bütün kürəkənləri yığıb başına.” Həqiqətən də,
kürəkən baxımından o, dünyanın ən şərəfli və eti-
barlı qadını idi. Baxdığımız zaman, başda Hz. Mu-
hamməd (s) olmaq üzərə bir çox yüksək şəxsiyyət
onun qızlarının həyat yoldaşları idi. Bunlar: Hz.
Peyğəmbər (s), Cafər b. Əbi Talib, Hz. Əbu Bəkr,
Hz. Əli, Allahın aslanı və Uhud şəhidi olan Hz.
Həmzə, Hz. Abbas, Vəlid b. Muğirə, Ubeyy b. Xaləf
əl-Cumahi və Ziyad b. Malik əl-Hilalidir. Peyğəm-
bərimiz, məhz bu şəxslər vasitəsiylə İslamı güclən-
dirmək və yaymaq istəyirdi.
İkincisi isə, Hz. Muhamməd (s) Mədinə ilə
(yəni İslamla) Məkkə arasında bir uzlaşma və ra-
zılaşma meydana gətirmək istəyirdi. Hudeybiyyə
sülh müqaviləsinin şərtlərinə əsasən, Məkkədə üç
247
günün sonunda geri qayıtmalı idi. Buna görə də
ediləcək toy mərasimi orada bir müddət daha qal-
maq üçün bir səbəb olacaqdı. Bununla da, arada
yaxınlaşma baş verəcəkdi. Yuxarıda bəhs etdiyimiz
kimi, müşriklər buna imkan vermədilər.
Bunlardan başqa, daha əvvəl də qeyd etdiyi-
miz kimi, Hz. Meymunədən nəql edilən hədislərin
çoxu İslam fiqhində heyz kimi mühüm yer tutan
bir mövzuya işıq tutur. Bu da, bu evliliyin günü-
müzə qədər davam edən faydalarındandır.
Allah ondan razı olsun!
Hz. Meymunə
Hz. Марийа
251
Hz. Mariya əl-Qıbtiyyə
Mariyə binti Şemun əl-Qıbtiyyə Allah
Rəsulunun cariyəsi
Allah Rəsulunun (s) xanımları haqqında məlu-
mat verilərkən Hz. Mariya (cariyəsi olsa da) zöv-
cələri arasında zikr edilmədən keçilməz. Çünki Mi-
sir Kralı Mukavkısı Peyğəmbərimizə (s) onu cariyə
kimi hədiyyə etmişdir. Allah Rəsulunun (s) Hz.
Xədicən başqa heç bir xanımından uşağı olmamış,
ancaq Hz. Mariyadan İbrahim adlı oğlu dünyaya
gəlmişdir.
Təbii ki, İbrahimin dünyaya gəlməsiylə Hz. Ma-
riya “Ummul-Vələd” yəni “möminlərin ana
ları”
statusuna keçməsiylə cariyəlikdən azadlığa qovuş-
muşdur.
İslamda belə bir şərt vardır ki, bir cariyə, yəni
kölə qadın öz ağasından uşaq dünyaya gətirərsə,
həmin qadının cariyəlik hökmü üzərindən götürü-
lür, artıq o digər qadınlar kimi öz azadlığına qovu-
şaraq köləlikdən qurtarmış olur.
Bütün qaynaqlarda Mariya əl-Qibtiyyə adı ilə
keçən Mariya binti Şəmun, Misirin Said bölgəsin-
dən Hənf deyilən kənddəndir. Bu kənd Misirin
Said bölgəsində Eşmunin qarşısındaki Nil çayının
şərq tərəfində olan Ənsinaya yaxın bir kənddir.
Hz
Möminlərin Anaları
252
Hz. Mariya Misirli bir qadındır. Bir çox müəl-
liflərin bildirdiyi kimi o, Qipti nəslindəndir. Bacısı
Şirinin verdiyi məlumata görə o, böyük ehtimalla
İran əsillidir. Başqa tarixi mənbələrdə isə onun Yu-
nan əsilli də olduğu qeyd edilməkdədir.
Atası Misirin Said bölgəsindən və Qibtiyyə de-
yilən yerli xalqdandır. Ancaq əslində O, İranlı və ya
Rum ola biləcəyidə qeyd edilməkdədir. Anasının
xristian bir Rum olduğu bildirilmişdir.
Hz. Peyğəmbər (s) hicrətin VII (628) ilində qon-
şu ölkələri İslama dəvət etmək üçün hökmdarlara
dəvət məktubları göndərmişdir. Bizans İsgəndəriy-
yə valisi və Misir Mukavkısı olan Cüreyc b. Minaya
da səhabələrdən Xatib bin Əbu Bəltəanı göndərdi.
Misir Mukavkısı məktubu oxuyub ona dəyər ver-
məsinə baxmayaraq, Bizans imperatorundan çə-
kindiyi üçün İslamı qəbul etmədi. Ancaq Peyğəm-
bərimizə (s) elçisi vasitəsiylə hədiyyələr göndərdi.
Cariyələrindən Mariyə ilə bacısı Şirini (başqa mən-
bələrdə Sirin adı ilə də keçməkdədir) göndərdi. Bir
rəvayətə görə, bunlarla bərabər başqa iki cariyəni
Mariyanın əmisinin oğlu Məbur adlı xadimi, bun-
dan başqa min misqal qızıl, qiymətli paltarlar, par-
çalar, gözəl ətirlər, məktub və bir qatır və s. hədiy-
yələr yolladı.
Mukavkıs Peyğəmbərimizə (s) ayrıca billur-
dan su qabı da göndərmişdir. Mukavkıs Xatib-
dən Peyğəmbərimiz (s) haqqında “Sürmə istifadə
edirmi?” deyə soruşmuş, Xatib də: “Bəli! Güzgüyə
baxar, saçlarını darayar, səfərdə belə sürməsini, da-
rağını, güzgüsünü, misvaqını yanından ayırmaz”,
- demişdir. Mukavkısın Peyğəmbərimizə qatırla
bərabər uzunqulaq da göndərdiyi bildirilməkdə-
253
dir. Qatıra Düldül, uzunqulağa isə Ufeyr, Yafur adı
qoyulmuşdur. Hər ikisi də boz rəngli idi.
O günə qədər Ərəbistanda ağ rəngli qatır gö-
rülməmişdir. İslamda ilk görülən ağ tüklü qatır,
Düldül oldu. Peyğəmbərimiz (s) ona hədiyyə ola-
raq göndərilən billur qədəhdə su içərdi.
Peyğəmbərimizin (s) Misir Mukavkısına elçi
ola raq göndərdiyi nümayəndəsi Əbu Bəltəa Pey-
ğəm bərimiz (s) üçün verilən hədiyyələri və məktu-
ba yazılan cavabı götürərək geri dönür.
Mukavkısın ölkəsində beş gün qalır. Oradan
ayrılan Əbu Bəltəa Mədinəyə gəlib Allahın yer üzə-
rindəki elçisinin hüzuruna çıxaraq olanları danışdı.
Mukavkısın göndərdiyi hədiyyələri və məktubu
Rəsulullaha (s) təqdim etdi.
Mukavkıs cavabında belə deyirdi: “Muham-
məd bin Abdullaha qıptilərin böyüyü Mukavkıs-
dan! Salam olsun sənə..!
Bundan sonra deyirəm ki, məktubunu al-
dım oxudum. Məktubunda qeyd etdiyin və məni
dəvət etdiyin şeyləri də başa düşdüm. Axır zaman
peyğəmbərinin gələcəyini bilirdim; ancaq onun
Şamdan çıxacağını təxmin edirdim! Elçini yola sal-
dım. Sənə Qıptilərin yanında mövqeləri yüksək
olan iki cariyə ilə başqa hədiyyələr də göndərdim.
Minməyin üçün də qatır hədiyyə etdim. Sənə sa-
lam olsun! ”
Məktubu oxuyub qurtarandan sonra Allahın
Rəsulu: “Xeyirdən nəsibini almayan adam!.. Səltənəti-
nin əlindən getməsinə qıymadı, halbuki üzərində titrədi-
yi səltənəti özünə qalmayacaq”, - buyurdu.
Hz. Mariya
Möminlərin Anaları
254
Mariyanın Mədinəyə Gəlməsi
Hz. Mariya və bacısı Şirin Mədinəyə doğru yo-
la çıxması haqqında hadisə belə cərəyan edir: “İki
bacı vətənlərindən ayrılmanın kədər və üzüntü sü
içində idilər. Son nöqtəsi görününcəyə qədər yurd-
larını seyr etdilər. Uşaqlıqlarını və gəncliklərini
keçdikləri bu diyardan ayrılmanın qəm qüssəsini
hiss edərək göz yaşlarını saxlaya bilmədilər.
Xatib b. Əbu Bəltəa, bu iki gənc qızın ayrılıq və
qürbət hissi yaşadıqlarını başa düşərək təbii qar-
şıladı. Onlara öz ölkəsinin köklü tarixindən bəhs
etdi. Əsirlər boyu Məkkə və Hicaz ətrafında olan
qissələrdən danışdı. O, Sevgili Peyğəmbərimizə (s)
dərin iman və sədaqətlə bağlı olduğundan sonra
da sözü Uca Allahın yer üzərindəki elçilik vəzifə-
sini həyata keçirən Allah Rəsuluna gətirdi. Kaina-
tın Fəxri sayılan Peyğəmbərimizə (s) olan məhəb-
bətindən elə gözəl şəkildə söhbət etdi ki, iki gənc
qızın qəlbləri, eşitdikləri və öyrəndikləri İslamın
kərim olan Peyğəmbərinə qəlbləri isindi. ”
Hz. Peyğəmbər (s) hədiyyələri qəbul edərək
Hz. Mariya ilə özü evləndi, Şirini isə sahabələrdən
Hassan b. Sabitə verdi.
İslamla Şərəflənən Ömrün
Səadətli Günləri
Peyğəmbərimizin (s) soy kökü olan Hz. İbra-
himin xanımı, Hz. İsmayılın anası Həcər anamızın
həm yerlisi sayılan həm də həyatlarında bənzərliyi
olan Hz. Mariya, qıvrım saçlı, gözəl və cazibəli bir
qadın olmuşdur.
255
Aşağıda veriləcək məlumatlara əsaslanaraq
söyləmək olar ki, Hz. Mariya bir cariyə olaraq bir
dövlət başçısının hədiyyəsiylə, yad diyara gələrək
bir başqa böyüyün xidmətinə verilmişdir. Təbii ki,
Hz. Mariya yeni ağasından necə münasibət görə-
cək deyə narahat idi. Peyğəmbərimiz (s) onu digər
xanımlarından fərqli olaraq, Mədinənin təmiz ha-
vası olan Aliyə adı verilən yuxarı məhəllələrdən bi-
rinə yerləşdirir. Hz. Mariya özünə göstərilən qay-
ğıya görə Peyğəmbərimizin (s) yanında olmaqdan
məmnun idi. Hz. Mariyanın islamı qəbul etməsiylə
həm dünya, həm də axirət səadətinə qovuşmasına
Peyğəmbərimiz (s) səbəbkar olmuşdur.
Hz. Mariya Mədinəyə gəldikdən sonra yaşadı-
ğı sadə həyatından bir ilə yaxın zaman keçdi. Mari-
ya Hz. Peyğəmbərin (s) göstərdiyi qayğıdan böyük
bir sevinc hissi keçirirdi. Möminlərin anaları kimi
Mariyanı Peyğəmbərimiz himayəsinə almış və
qayğı göstərmişdir. Bu səbəblə o, bütün arzularını,
varlığını və mənliyini, qədərinin qarşısına çıxan bu
böyük insanın şəxsiyyəti içində əridib yox etmişdi.
Buna görə Peyğəmbərimiz onun həm ağası, həm
sahibi, həm ailəsi və həm də vətəni idi. Bütün arzu-
su onun sevgisini və razılığını qazanmaq idi.
Hz. Mariyanın həyatı ilə, Hz. İbrahimin xanımı
olan Həcər ananmızın həyatı arasında bənzərliklər
çox idi. Ona görə də Həcər anamızın həyatını və
“zəmzəm” suyunun fışqırma hadisəsini Peyğəm-
bərimizdən (s) təkrar-təkrar dinləmək xoşuna
gəlirdi. Hz. Mariya kimi Misirli Hz. Həcər fiziki
görkəmi və xarakteri gözəl olan bir qadın idi. Onun
Misir Mukavkısının Peyğəmbərimizə (s) göndərdi-
yi bir cariyəsi olduğu kimi, Hz. Həcər anamız da
Hz. İbrahimə ilk xanımı Sara tərəfindən verilən bir
Hz. Mariya
Möminlərin Anaları
256
hədiyyə idi. Hər ikisi də evlərinə girdiyi peyğəm-
bər xanımları tərəfindən qısqanılmışdır.
Hz. İbrahimin xanımı olan Sara anamız ca-
riyəsi olan Həcəri azad edib İbrahim evləndirmiş,
ondan da İsmayıl dünyaya gəlmişdir. Beləliklə son
Peyğəmbərin (s) nuru Muhammədi Nur, Hz. İbra-
himdən Həcərə, ondan da Hz. İsmayıla keçmişdir.
Sara anamız isə bu nurun ondan keçəcəyini dü-
şünürdü. Buna görə kədərləndi. İbrahimə Həcər
anamızı başqa bir diyara aparmasını söylədi. İb-
rahim da Allahın əmri ilə Həcər anamızı və hələ
əmizdirməkdə olduğu oğlu İsmayılı kimsəsiz bir
diyar olan Məkkəyə apardı. Onlara içi xurma dolu
bir səbət və su dolu kuzə qoyub, irəlidə fışqıracaq
olan “zəmzəm” quyusunun yanına yerləşdirib özü
geri döndü. Həcər anamız arxasınca: “Bizi buraya
buraxmağını Allahmı əmr etdi?” - deyə soruşdu-
ğunda: “Bəli” cavabını alan Həcər anamız Allaha
böyük təvəkkül və təslimiyyət göstərdi. Suları qur-
taranda Hz. Həcər Səfa və Mərvə təpələri arasında
yeddi dəfə qaçdı. Bu zaman “Zəmzəm” suyunun
oğlu İsmayılın ayaqları altından fışqırdığını gördü.
Beləliklə, Hz. Həcər oğlu İsmayılla Məkkədə yaşa-
yaraq orada məskunlaşmışdır.
Həcər anamızın Hz. İbrahimdən İsmayıl adlı
oğlu dünyaya gəldiyi kimi, Hz. Mariyanın da Pey-
ğəmbərimizdən (s) İbrahim adlı oğlu dünyaya gəl-
məsiylə həyatı bənzərliklərinin biri də artmış oldu.
Hz. Mariyanın hamiləliyi barədə sevindirici
xəbəri eşidəndə, Peyğəmbərimiz (s) sevinərək Uca
Allaha şükr etdi. Allahın elçisi (s) Hz. Mariyanın
zaman-zaman mədəsinin bulandığını, yemək və
içməkdən kəsildiyi anları xatırladı. Bunları daha
257
əvvəl Hz. Xədicənin hər hamilə olduğu vaxtlar-
da gördüyü keçici halları idi. Ancaq O, Mariyada
gördüklərini bədəninin bir sıxıntısından meydana
gələn halsızlıqlar zənn etmişdi. Deməli, Mariyanın
da bu halları yaşaması hamiləliyinin müjdəli hal-
ları imiş. Bu Allah-Təalanın Peyğəmbərimizə qısa
müddət içində itirdiyi uşaqları Abdullah, Qasım,
Zeynəb, Ruqiyyə, Ümmü Gülsümdən sonra gözəl
ehsanı idi.
Beləliklə, Peyğəmbərimiz (s) Hz. Mariyanın
on dan hamilə olmasıyla, yenidən ata olmanın se-
vin cini yaşayacaqdı.
Peyğəmbərimizin Oğlu İbrahimin
Dünyaya Gəlməsi
Hicrətin VIII ili Zilhiccə ayında Peyğəmbərimi-
zin (s) oğlu İbrahim dünyaya gəldi. Hz. Mariyadan
olan İbrahim Allah Rəsulunun (s) ən son dünyaya
gələn övladı idi.
İbrahim, Mədinənin yuxarı tərəfində, Avali
de yə tanınan qismində anasına ayrılan bir xurma
baxçasındaki evlərində həyata gözlərini açmışdı.
Onun doğulması müjdəsini Peyğəmbərimizə (s),
Mariyaya əbəlik edən Səlma Xatunun əri Əbu Rafi
xəbər verdi. Allahın Rəsulu (s) bu xoş xəbərin bil-
dirilməsindən çox məmnun oldu və sevincindən
Əbu Rafiyə uşağın adını nə qoyacağını açıqladı:“O-
na cəddim İbrahimin adını qoydum”, - deyə buyurdu.
Dünyaya gələn İbrahimi süd anasına verdilər.
Əmzikli Ənsar qadınları Hz. Peyğəmbərin (s) öv-
ladını əmizdirmək üçün yarışa girmişdilər. Nə-
hayət, Peyğəmbərimiz (s) nur kimi olan övladını
Ümmü Bürdə Havlə binti Münzirə təslim etdi. Hz.
Hz. Mariya
Möminlərin Anaları
258
Peyğəmbər (s) İbrahimə süd analığı etdiyi üçün
Ümmü Bürdəyə bu vəzifəsi səbəbiylə bir xurmalıq
baxçası hədiyyə etdi. İbrahim vəfatına qədər onun
yanında qaldı.
M. Asim Köksalın verdiyi məlumata görə Hz.
Peyğəmbər (s) Hz. İbrahim dünyaya gəldikdən son-
ra Mariyanı azad etmişdir. Onun haqqında: “Hansı
kölə qadındır ki, ağasından bir uşaq dünyaya gətirincə
azad olmuş, ölümündən əvvəl sərbəst buraxılmadıqca,
ölməmişdir?” - buyurmuşdur.
Hz. İbrahim dünyaya gəldikdən sonra Peyğəm-
bərimiz (s) Əbu İbrahim künyəsi ilə çağrılmışdır.
Hz. İbrahim dünyaya gəldiyi zaman, Cəbrail gəlib:
“Əssəlamun aleykum, Ey Əbu İbrahim! - Salam ol-
sun sənə Ey İbrahimin atası!” -deyərək Peyğəmbə-
rimizi salamlamışdır.
Peyğəmbərimizin (s) Kuf bölgəsinə yayılan
bir miqdar davarları ilə Zülcədr otlağında yayılan
sağmal dəvələri var idi ki, hər dəfə onlardan süd
sağılandan sonra Mədinəyə gətirilir, Peyğəmbəri-
miz (s) həm özü içər, həm də oğlu İbrahimə içməsi
üçün göndərərdi.
Peyğəmbərimiz (s) İbrahimin doğumunun yed-
dinci günündə əqiq qurbanı kəsdirib, İbrahimin
saçlarını təraş etdirərək saçı ağırlığında gümüşü
yoxsullara payladır. Sonra da saçlarını torpağa bas-
dırılmasını əmr edir. Uşağın saçını Əbu Hind təraş
etmişdir.
259
Hz. İbrahimin Doğumundan Sonra
Baş Verənlər
Hz. İbrahimin Mariyadan dünyaya gəlməsi
Peyğəmbər (s) xanımlarına ağır gəlmiş, Mariyaya
olan qısqanclıqlarını artmışdı.
Bir gün Peyğəmbərimiz (s) İbrahimi qucağına
alıb Hz. Aişənin yanına aparır. “Buna bax! Necədir?
Mənə oxşayırmıı?” - deyə soruşdu.
Hz. Aişə: “Mən bir bənzərlik görmürəm”, - de-
mişdi.
Peyğəmbərimiz: “Ağlığı və ya dolğunluğu ilə də
mənə oxşamır?”- deyə soruşunca da:
“Dəvə südü ilə kim bəslənərsə, ağ və dolğunlu-
ğu olur”, - demişdi.
Ənəs b. Malikdən edilən nəqlə görə: “Mən ev
xalqına qarşı Rəsulullahdan (s) daha çox şəfqətli
olan kimsəni görmədim. İbrahim, Mədinənin Avalı
deyilən bölgədə süd anasının yanında olurdu. Rə-
sulullah (s) uşağını görmək üçün oraya gedəndə
biz də onun yanında gedərdik. İbrahimin süd atası
dəmirçi idi. Onun evi, dumanlı ikən Rəsulullah içə-
ri girər, oğlunu qucağına alar, öpər, oynadar sonra
da geri dönərdi.”
Peyğəmbərimizin Oğlu İbrahimin
Vəfatı
Allahın Rəsulu Hz. Muhamməd Mustafa (s)
insanlar arasında ən şəfqətli və ən mərhəmətli idi.
Hətta mərhəmətlilərin ən mərhəmətlisi olan Uca
Rəbbimiz əsmail-hüsnasının təcəllisi olaraq eyni
anda iki adı ilə heç bir peyğəmbərə xitab etməmiş,
Hz. Mariya
Möminlərin Anaları
260
sadəcə ən sevgili quluna, yəni Peyğəmbərimizə xi-
tab etmişdir: “Bil mümininə Raufur Rahim”, - deyə
buyuraraq Tövbə surəsi 128-ci ayəsində Peyğəm-
bərimizin üstünlüyünü, çox şəfqətli və mərhəmətli
olduğunu bizlərə də bildirməkdədir.
Sevgili Peyğəmbərimizin (s) qəlbi bir sevgi,
şəfqət, mərhəmət dəryası idi. O, insanlığa bu qədər
sevgi bəsləyirdisə, deməli, öz uşaqlarına da bu qay-
ğının ən gözəlini verirdi. Ona müvəqqəti əmanət
olaraq verilən övladlarına lazım olan diqqəti göstə-
rir, onları Allah üçün sevib əzizləyirdi. “Şəfqətin ən
şirini övlada duyulanıdır.” Peyğəmbərimiz (s) bir ata
olaraq beş övladından bu dünyada əbədiyyən ay-
rılmanın üzüntüsünü yaşamış ancaq Allaha heç bir
zaman üsyan etməmişdir.
Rəsulullah (s) altmış yaşlarına doğru Allahın
Ona verdiyi hədiyyəsi oğlu İbrahimə sevgi, şəfqət
göstərərək övlada necə münasibət bəsləmənin ör-
nəyini göstərirdi.
İbni Sadın verdiyi məlumata görə, Peyğəmbə-
rimizin (s) oğlu İbrahimin vəfatı ilə əlaqəli hadisə-
ni belə rəvayət edir: “Hicrətin X ili, Rəbiül-əvvəl
ayının 10-u çərşənbə günü Hz. İbrahim 16 ayına
yeni keçmişdi. Bu sıralarda Peyğəmbərimiz (s)
onun xəstələndiyi xəbərini aldı. Sevgili oğlunun
anası Hz. Mariya ilə birlikdə olduqları bağ içindəki
evlərinə getdi. Peyğəmbərimiz (s) xəstə yatan nur
kimi oğlunun gözlərində əvvəlki parlaqlığı və
hərəkətli baxışları görmədi. Hər zaman hərəkət-
li və çevik bir uşaq olan İbrahim, o anda səssiz,
sakit və dünyadan küsmüş kimi uzanmışdı. Bu
hali ilə sanki əbədi aləmə köç edəcəyini ifadə et-
Dostları ilə paylaş: |