MÖMİNLƏRİn analari baş Məsləhətçi


Hz. Xədicənin Əxlaqı və Fəziləti



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   2   3   4   5   6   7   8   9   ...   16

Hz. Xədicənin Əxlaqı və Fəziləti
Hz. Xədicə anamızın həyatı başdan sona qədər 
möminlər üçün bir nümunədir. 
Xədicə anamız çox fəzilətli bir insan idi. Vəhy 
mələyi bir gün Rəsulullaha (s) gələrək: “Ya Rəsu-
lullah! Xədicə  əlində bir qab yeməklə  sənə  gəlir. 
Xədicə yanına gəldiyi zaman ona Rəbbindən və 
məndən salam de!. Onu, səs-küy və yorğunluq ol-
mayan cənnətdə incidən tikilmiş bir sarayla müj-
dələ!”-buyurdu.
Xədicə anamız Peyğəmbərimizə (s), övladları-
na, müsəlmanlara və insanlara qarşı çox şəfqətli idi. 
Ev işlərini yaxşı bilib, səliqəli iş görərdi. Peyğəmbə-
rimiz (s) bu xüsusda onun üçün “Həm uşaq anası, 
həm də evi səhmana salan xanım” buyurmuşdu. 
Peyğəmbərimizə (s) qarşı çox hörmətli idi. Nə bu-
yursa dərhal qəbul edərdi. Peyğəmbərimiz (s) də 
onu daim mədh edərdi

Rəsulullah (s) onun  və di-
gər üstün xanımlar haq qında; “Dörd qadının fəzilət-
ləri bütün dünya qadınlarının fəzilətlərindən üstündür: 
Məryəm binti İmran, Fironun iman etmiş xanımı Asya,  
Xədicə binti  Xuveylid və Fatimə binti Muhamməd,” 
buyurmuşdur.
Allah Rəsulu (s) həyatı boyunca bu mübarək 
xanımını unutmadı. Ona qarşı vəfanın ən gözəl nü-
munələrini nümayiş etdirdi. 
Hz. Xədicə

Möminlərin Anaları
24
Aişə belə  nəql edir: Peyğəmbərin (s) xanım-
larından heç birinə  Xədicəyə etdiyim qədər qibtə 
etmədim. Üstəlik onu heç görməmişdim. Lakin Rə-
sulullah onu tez-tez xatırlayardı. Bir qoyun kəsib 
ətini bölüşdürəndə çox vaxt Xədicənin dostlarına 
göndərərdi. Bir dəfə dözə bilməyib Allah Rəsulu-
na (s) “Sanki dünyada Xədicədən başqa qadın yox-
dur?!” - dedim. Allah Rəsulu:  «O, belə- belə idi» 
- deyə onun gözəl xüsusiyyətlərini saydı  və “Öv-
ladlarım da ondan oldu” buyurdu. 
Bir gün Xədicənin bacısı Halə binti Xuveylid 
Allah Rəsulunun hüzuruna girmək üçün icazə istə-
mişdi. Rəsuli Əkrəm Xədicənin səsini xatırladı və 
“Allahım, bu Xədicənin bacısı Halə binti. Xuvey-
liddir!”- dəyə  həyəcanlandı. Bu mənzərəni görən 
Aişə dözə bilmədi: “Ölüb getmiş qureyşli bir yaş-
lı qadının nəyini  xatırlayırsan? Allah onun yerinə 
sənə daha xeyirlisini verdi!” - dedi. Hz. Aişə “daha 
xeyirli” sözüylə özünü nəzərdə tuturdu. Onun bu 
sözündən xoşlanmayan Allah Rəsulu belə cavabı 
verdi!. “Xeyr, Allah- Təala mənə ondan daha xe-
yirlisini vermədi. Xalq mənə inanmazkən o inandı. 
Hər kəs mənə yalançı deyərkən o doğru söylədi-
yimi qəbul etdi. Kimsə  mənə bir şey verməzkən 
o məni malıyla dəstəklədi və Allah-Təala mənə 
ondan uşaqlar lütf etdi.” Hz. Aişə: “Öz-özümə”: 
“Bir daha Xədicə haqqında nalayiq söz söyləməyə-
cəyəm,” -dedim.
Hz. Xədicə anamızın İslam tarixində müstəsna 
bir yeri vardır. İslamın qəbul edilmədiyi bir zaman-
da o, inancını kamala çatdırmaq üçün Peyğəmbəri-

25
mizi  maddi və mənəvi cəhətdən dəstəklədi. Bütün 
sərvətini tövhid inancının yayılması, inkişafı  və 
qüvvətlənməsi uğrunda xərclədi. Ayrıca o, Allahın 
Rəsulunu könlü və ruhuyla sevdi. Ən çox möhtac 
olduğu o ağır günlərində Onu və evini xoşbəxtlik, 
səadət və sevinclə təmin etdi. Xədicə əslində Rəsu-
lullah üçün Allahın dəvətini böyük bir səylə başla-
masını təmin edən cəsarət və canlılıq qaynağı idi. 
Həqiqətən də, Hz. Xədicə anamız Peyğəmbəri-
mizi (s) səmimiyyətlə sevdi və dünyanın kədərin-
dən onu qurtarmaq, onu rahat və məmnun etmək 
üçün mümkün olan hər şeylə təmin etdi. Hz. Xədi-
cə beləliklə, Peyğəmbərimiz (s)  üçün evini səadə-
ti əldə edə biləcəyi, müşriklərin cəza və cəfalarını 
unuda biləcəyi bir yuva etdi. Hz. Xədicə Peyğəmbə-
rimizin (s) yükünü tamamilə bölüşdü və Onu yün-
gülləşdirmək üçün əlindən gələni etdi. Peyğəmbə-
rimiz (s) Xədicə anamızla iyirmi beş il xoşbəxt və 
məsud bir həyat keçirdi. Peyğəmbərimizin (s) İb-
rahim adlı oğlundan başqa altı uşağı ondan oldu. 
Xədicə anamıza olan hörmət və sədaqəti səbəbiylə 
onun sağlığında  heç bir qadınla evlənmədi.
Hz. Xədicənin Vəfatı
Haşim oğullarının ətraf qəbilələrlə əlaqələrinin 
kəsildiyi üç illik “Boykot” dövrü çox çətin keçdi. 
Qureyş, İslamın güclənməsini və yayılmasının qar-
şısını ala bilməyəcəyini görüb, Haşim və Müttəlib 
oğullarına qarşı boykot tətbiqinə  qərar vermişdi. 
Verilən qərara görə müsəlmanlardan qız alıb ver-
məyəcəklər, onlarla alış-veriş etməyəcəklər və hər 
Hz. Xədicə

Möminlərin Anaları
26
cür  əlaqəni kəsəcəkdilər. Bunun üzərinə Haşim 
oğulları  və Müttəlib oğulları  Əbu Talib məhəllə-
sində toplandılar. Əbu Talib məhəlləsində meyda-
na gələn bu çətinliklər nəticəsində  Xədicə  də hal-
sız düşmüş, xəstələnmişdi. Üç gün davam edən 
xəstəlikdən sonra Allah Rəsulunun (s) dərd ortağı, 
iyirmi beş illik həyat yoldaşı olan Xədicə anamız 
hicrətdən üç il əvvəl Ramazan ayının  əvvəlində, 
(miladi 619-cu ilin dekabr ayında) 65 yaşında vəfat 
etdi. 
Peyğəmbərimiz (s) Hz. Xədicənin yanında qa-
laraq ona baxdı. Hz. Xədicə onun vəfalı yoldaşı və 
köməkçisi idi. Hz. Xədicə son nəfəsini verdikdə 
Peyğəmbərimiz (s) belə müjdələdi: “O, cənnətdə 
qadınların ən şərəflisidir.”
 Hz. Xədicə ona inanmışdı. Onun hər söylədi-
yini təsdiq etmişdi. Artıq Hz. Muhamməd (s) üçün 
Xədicə yox idi; bu, həqiqətən geri qayıtması müm-
kün olmayan bir itki idi.
Hz. Muhamməd (s) Hz. Xədicə anamızı öz mü-
barək  əlləriylə Hacun qəbiristanlığında dəfn etdi. 
Hz. Xədicənin yoxluğu Onu çox kədərləndirirdi. 
Həmin ildə  əmisi  Əbu Talibin vəfatı Peyğəmbəri-
mizin hüznünü daha da artırdı. Beləcə bu ilə “sənə-
tül-hüzn”, yəni hüzn ili deyildi.

Hz. Sevda

29
Hz. Sevda binti Zema
Bu ayə ilə  şərəflənən Peyğəmbər (s) xanımla-
rından biri də Hz. Sevdadır. Onun nəsil silsiləsi 
belədir: “Sevda binti Zema b. Kaysb. Abdiş-Şəms b. 
Abdivüdd b. Nasr b. Malik b. Hasl (və ya Hüseyl) 
b. Amir b. Lüey. Anasının adı isə  Şəmmus binti 
Qays b. Zeyd b. Amr b. Ləbid b. Harraş b. Amir b. 
Ğanəm b. Adiy b. Nəccardr”.
Hz. Sevda Peyğəmbərimizlə (s) ailə qurmazdan 
əvvəl əmisinin oğlu Səkran bin Amr ilə evlənmiş-
dir. Bu evliliyindən altı övladı olmuşdur.  Əvvəl 
Həzrəti Sevda müsəlman olmuş, sonra da yoldaşı 
Səkran (və ya Sükran) b. Amrın hidayətə gəlməsinə 
vəsilə olmuşdur.
Salih Surucun İbni Sadın Təbaqatına və Əhməd 
İbn Hənbəlin Müsnədinə əsasən verdiyi məlumata 
görə: “Həzrət Sevda bir gün yuxusunda ayın süzü-
lüb üstünə düşdüyünü görmüşdü. Bunu yoldaşına 
danışdı. Yoldaşı Səkran bin Amr ona:
-Əgər yuxun doğru isə, mən yaxın zamanda 
vəfat edəcəyəm, sən də ailə həyatı quracaqsan”.
Həzrət Sevda və yoldaşı  Məkkə müşrikləri-
nin  əzab və  işgəncələri dözülməz həddə  gəlincə 
Peyğəmbərimizin (s) icazəsi ilə ikinci Həbəşistan 
hicrətində iştirak etmiş və Məkkəni tərk etmişdir. 
Hz

Möminlərin Anaları
30
İmanını qorumaq üçün doğub böyüdüyü evini və 
vətənini tərk edən Sevda həyat yoldaşının Həbəşis-
tanda xristianlığa meyl etməsi səbəbi ilə tək başına 
qalmış və çox böyük sıxıntılara dözüb dinini mu-
hafizə etmişdir.
Daha sonra özünün 
qıt
 imkanı ilə  Məkkəyə 
geri qayıdan Həzrət Sevdanın həm maddi vəziyyə-
ti yaxşı deyil, həm də yaşlı olduğu üçün işləyəcək 
gücdə deyildi. Bütün bunlar azmış kimi, bu kim-
səsiz qadını Məkkə adət-ənənələrinə görə himayə 
edəcək və qoruyacaq heç bir vasitə  də yox idi. 
Peyğəmbərimizə (s) Həzrət Sevdanın yaşca olğun 
olması  uşaqlarının tərbiyəsi üçün
  gərəkli idi. Hz. 
Peyğəmbər (s) bir yandan da Həzrəti Sevdanın 
İs-
lam üçün çəkmiş olduğu sıxıntıyı  xəfiflətmək və 
onu himayə etmək niyyəti daşıyırdı.
Hz. Sevda İslam uğrunda çox çətinliklər gör-
müş, bununla belə hər çətinlikdə bir asanlıq olduğu 
kimi Həzrəti Sevdanın da bu əziyyətli, keşməkeşli 
həyatına Peyğəmbərimizin (s) himayə günəşi doğ-
muşdur. Peyğəmbərimiz (s) yaşlı və dul olan Həz-
rəti Sevda anamıza evlilik təklifi göndərmiş, o da 
bu əvəzsiz təklifi çox böyük sevinclə qəbul etmiş-
dir. Beləliklə, kədəri, qəmi getmiş və yaranmışların 
ən şərəflisinə yoldaş olma səadətinə nail olmuşdur.
Nikahdan vəfatına qədər Peyğəmbərimizlə (s) 
13 il yaşayan və Ona əlindən gəldiyi qədər 
xidmət 
və yarənlik etmişdir. Hz. Sevda Peyğəmbərimiz-
dən (s) uşağı olmamışdır. Ancaq o, Peyğəmbərin 
(s) uşaqlarına öz anaları kimi davranardı
.

31
Həzrəti Sevdanın İslamdan aldığı gözəl əxlaqı, 
ədəb və tərbiyəsi ətrafındakılara böyük təsir bağış-
lamış,  İslamın üstünlüyünü və böyüklüyünü hal 
və davranışı ilə göstərmişdir.  İslam aləmində öz 
əxlaqı ilə seçilən və hər bir müsəlman qadının  nü-
munə götürməsi lazım olan Həzrəti Sevda anamız 
bu və gələcək bütün nəsillərə ən gözəl nümunədir. 
Hz. Sevdanın Peyğəmbərimizlə Evliliyi
Nübuvvətin onuncu ili Həzrəti Xədicə ilə Əbu 
Talibin ardı-arda gələn vəfatları Hz. Peyğəmbər (s) 
və  əshabının çox dərin kədərə düşmələrinə  səbəb 
olmuşdur. İslam tarixində bu ilə “Hüzn ili” deyil-
mişdir. Bir tərəfdən 25 il evlilik həyatını paylaşdı-
ğı yardımçısı, uşaqlarının anası  və sevgili xanımı 
Həzrət Xədicənin yoxluğu, bir yandan da, uşaqla-
rıyla maraqlanacaq kimsənin olmaması, ev işləri, 
Məkkədə  çəkilən sıxıntılar və  əmisi  Əbu Talibin 
himayəsinin də  vəfatı  səbəbi ilə  nəhayətə çatmış 
olması Hz. Peyğəmbər (s) üçün böyük çətinlikləri 
də bərabərində gətirmişdir. Bütün bunlar bir araya 
gələndə kədərlənməmək mümkün deyil.
Peyğəmbərimizin (s) həyatını nizama salacaq, 
uşaqlarının ehtiyaclarını qarşılayacaq və İki Cahan 
Sərvərini təsəlli edəcək kamil bir ev xanımına ehti-
yacı var idi. Müsəlmanlar ondakı bu halını görür, 
amma heç nə edə bimirdilər.
M. Asim Köksalın və  İbn Sadın  Tabakatül-küb-
ra  əsərində verdiyi məlumata 
əsasən nübüvvətin 
onuncu ili Ramazan ayında Osman b. Mazunun 
Hz. Sevda

Möminlərin Anaları
32
xanımı Havlə b. Hakim, Peyğəmbərimizin (s) evinə 
gəlib:
 -“Ya Rəsulullah! Evinə girəndə Xədicənin yox-
luğunu hiss edirəm. 
Peyğəmbərimiz (s) :
 -“Bəli, elədir. O, uşaqlarımın anası, evin sahibəsi və 
gözətçisi idi” buyurdu
Havlə b. Hakim:
 -“Ya Rəsulullah ailə həyatı qurmaq istərdiniz-
mi?” dedi.
Peyğəmbərimiz (s):
 -“Kiminlə?”- deyə soruşdu.
Havlə b. Hakim:
“Qız istərsən qızla, dul istərsən dulla!”  - dedi.
Peyğəmbərimiz (s):
“Dul olan kimdir?”- deyə soruşdu.
Havlə b. Hakim:
“Zemanın qızı Sevdadır! Sənə iman etmiş, söy-
lədiklərinə tabe olmuşdur” dedi.
Peyğəmbərimiz (s):
“Get mənim üçün elçilik et!” buyurdu.
Havlə b. Hakim Hz. Peyğəmbərin (s) razılığını 
aldıqdan sonra elçiliyə gedir.
Havlə binti Hakim Həzrəti Sevdanın evinə get-
di və ona:

33
“Uca Allahın sənin üstünə xeyir və bərəkətdən 
nəyi endirdi bilirsənmi?” - dedi.
Həzrəti Sevda:
“Nədir o xeyir-bərəkət?” - deyə soruşdu.
Havlə b. Hakim:
“Rəsulullah (s) səni özünə istəmək üçün məni 
göndərdi”  - dedi.
Həzrəti Sevda:
“Sən bunun olmasını istəyirsənsə atamın yanı-
na get və bunu ona söylə” - dedi.
Sevdanın atası Zema çox yaşlı olduğundan ca-
hiliyyə vaxtı edilən  həcdən geri qalmışdı. Havlə b. 
Hakim onun yanına girib, onu cahiliyyə salamı ilə 
salamladı.
Sevdanın atası Zema:
“Kimdir bu?” - deyə soruşdu.
Havlə b.Hakim:
“Hakimin qızı Havlə” - dedi.
Sevdanın atası Zema:
“Nə olub?” - deyə soruşdu. 
Havlə b. Hakim:
“Muhamməd b. Abdullah özünə Sevdanı istə-
mək üçün məni göndərdi” -dedi. 
Sevdanın atası Zema:
Hz. Sevda

Möminlərin Anaları
34
“Doğrusu o, şərəfli bir yoldaşdır. Dostun Sevda 
buna nə deyir?” - dedi.
Havlə b. Hakim:
“Bunu sizin arzunuza buraxdı”.
Sevdanın atası Zema:
“Elə isə onu mənim yanıma çağır”.
Havlə b. Hakim Hz. Sevdanı çağırdı.
Sevdanın atası Zema:
“Qızım bu Havlə Muhamməd b. Abdullah Ab-
dulmüttalibin səni özünə istəmək üçün onu yolla-
dığını deyir. O, həqiqətən şərəfli bir yoldaşdır. Səni 
ona nikahlamamı istəyirsənmi?” - deyə soruşdu.
Hz. Sevda çox sevincli idi. Atasının soruşduğu 
suala cavab olaraq “bəli!” dedi. 
Beləliklə, Həzrəti Sevda Peyğəmbər  əleyhissa-
lama istənmiş oldu.
Hz. Sevda bu təklifdən çox məmnun olmaq-
la 
yanaşı bir xüsusda tərəddüd etdiyini söylədi. 
Peyğəmbərimiz (s):.
-Ya Sevda 
mənimlə evlənməni əngəlləyən səbəb 
nə-
dir?” - 
deyə soruşdu. Həzrət Sevda:
-“Sizinlə evlənməkdən məni  əngəlləyən heç 
bir 
keçərli 
səbəb yoxdur. Ancaq uşaqlarımın səs 
edərək başınızı ağrıtmalarından qorxuram.”- dedi. 
Rəsulullah (s):

35
-“Allah səni bağışlasın. Qadınların xeyir baxımın-
dan  ən üstünü, balaca uşaqları  səbəbi ilə  çətinliklərlə 
qarşılaşandır,”cavabını verdi .
Hz. Sevdanı Hz. Peyğəmbər (s) istəmək üçün 
Sevdanın atasının yanın gedən Havlə b. Hakimə 
Sevdanın müsəlman olmayan atası:
“- O, yaxşı və kərəm sahibi bir yoldaşdır” - deyə 
razılığını bidirmişdir.
Bu razılıq üzərinə miladi 620-ci il (hicrətdən 3 
il əvvəl) Ramazan və ya Şəvval ayında evlilik baş 
tutmuşdur.
Hz. Sevda bu işlə bağlı qaynı Xətib ibni Əmiri 
vəzifələndirdi. O da dörd yüz dirhəm qarşılığında 
kainatın sərvərinə nikahladı. Bu nikah Peyğəmbər-
liyin (s) onuncu ili hicrətdən üç il əvvəl ramazan 
ayında Məkkədə gerçəkləşdi. O əsnada  Sevdanın 
yaşı əllini keçmişdi.
Hz. Sevda anamızın bu evliliyindən  uşağı ol-
mamışdır.
Hz. Sevdanın bu evliliyinə  hələ müsəlman ol-
mayan qardaşı Abd b. Zema qarşı çıxmışdı. Hətta 
nikah olarkən cahiliyyə adətinə görə  həcdə olan 
Abd b. Zema həccini yarıda buraxaraq geri qayıdır, 
saçını-başını yolaraq bu evliliyə razı olmadığını 
göstərir. Daha sonra İslam dinini qəbul edəndə bu 
etdiklərinə peşman olaraq belə demişdir: “Sevda 
binti Zemanın Rəsulullah (s) ilə evliliyini eşidəndə 
saçımı yolduğum, başıma və üzümə torpaq səpdi-
yim gün kimi gülməli bir hala düşdüyümü xatırla-
mıram”.
Hz. Sevda

Möminlərin Anaları
36
Qohumluqlar insanları bir-birinə yaxınlaşdırır. 
Daha əvvəl Peyğəmbərimizi (s) tanımayan, tanıma-
dığı üçün də düşmənlik bəsləyən Həzrəti Sevdanın 
atası, qardaşları  və qohumlarının bir çoxu bu ni-
kahdan sonra müsəlman oldular.
Məkkə xalqı və xüsusilə Qureyş qəbiləsi, Həzrə-
ti Xədicənin vəfatından sonra Rəsulullahın (s) belə 
yaşlı və dul bir qadınla evlənməsini başa düşmür-
dülər. Çünki Hz. Sevda nə zəngin, nə gənc, nədə ki, 
çox gözəl bir qadın idi. Ancaq Hz. Peyğəmbər (s) 
uyğun gördüyü üçün onunla evlənməyi seçmişdi.
Allah Rəsulu (s) Həzrəti  Əbu Bəkir ilə  Mə-
dinəyə hicrət etdikdən sonra Məkkədə olan iki qızı 
və (Hz. Fatimə və Ümmü Gülsüm) Hz. Sevda ana-
mızı Mədinəyə gətirmək üçün Zeyd bin Harisə və 
Əbu Rafini vəzifələndirdi. Onlara iki dəvə  və 500 
dirhəm verərək Məkkəyə yolladı. Həzrəti Sevda 
beləliklə Mədinəyə hicrət etmiş oldu.
Əxlaqi Keyfiyyətləri
Hz. Sevda Peyğəmbərə (s) qarşı çox itaətkar idi. 
Ona qarşı  ədəb və  tərbiyəsində heç qüsur etməz, 
əmrlərini dəqiqliklə yerinə yetirərdi. Hər yerdə bə-
rabər olmağı və xidmətlə şərəflənməyi canla-başla 
istəyərdi. 
Çox 
zarafatcıl
 idi. Bir neçə dəfə Peyğəm-
bərimizi zarafatları ilə güldürmüş  və duasını al-
mışdır.
Hz. Sevda Peğəmbərimizlə (s) birlikdə digər 
xanımları kimi savaşlarda iştirak edərdi. Uhud sa-
vaşına qatılaraq orada bir çox müsəlmanın yara-
sını sarımış, onlara su daşıyaraq xidmət etmişdir. 

37
Peğəmbərimizlə (s) birlikdə vida həccində olmuş, 
Rəsulullahın (s) vəfatından sonra Həcc və ümrə et-
məmişdir.
Hz. Sevda Rəsulullahın (s) xanəyi-səadətinə 
xidmətin  ən gözəlini etməyə çalışmışdır. Çox tə-
miz bir qəlbə sahib olduğundan Hz. Xədicənin öv-
ladlarına öz anaları kimi baxmış, heç bir xidməti 
onlardan  əsirgəməmişdir. Hz. Fatimə  və Ümmü 
Gülsümə çox mülayim və mehriban davranmışdır. 
Onun bu səmimi və sevgi dolu qəlbinin gözəlliyi 
Peyğəmbərimizin (s) çox xoşuna gəlirdi. O Allah 
Rəsulunun xoşuna gələn heç bir fədakarlıqdan geri 
qalmırdı.
Hz. Aişə da onu vəfatından sonra daima fəda-
karlığı ilə yad edər və belə deyərdi: “Yerində olmaq 
istədiyim qadınlardan mənə  ən sevimlisi Sevda 
binti Zemadır. O yaşlandığında belə demişdir: “Ya 
Rəsulullah, (s) Sizinlə birlikdə olacağım növbəmi 
Aişəyə bağışlayıram”.
O, təvazökar, xoş-xasiyyət,  əliaçıq və comərd 
idi. Sevda özündən sonra gələn və yaşca kiçik olan 
Hz. Aişəyə öz övladı kimi davranardı. Həzrət Aişə 
ilə Həzrət Sevda arasında gözəl ünsiyyət, xoş mü-
nasibət var idi. 
Hz. Aişənin nəql etdiyinə görə bir gün özü Rə-
sulullah (s) üçün yemək bişirir. Həmin vaxt yanla-
rında Həzrəti Sevda da  olur. Həzrəti Aişə  Həzrəti 
Sevdayə:
“Buyur, sən də ye!” deyir. Hz. Sevda yeməkdən 
imtina edir.
Hz. Sevda

Möminlərin Anaları
38
Həzrəti Aişə:
“Yeməsən üzünə sürtəcəyəm” deyir.
Hz. Sevda yenə də yemir. Hz. Aişə yeməkdən 
götürüb onun üzünə sürtür.
Bu mənzərə qarşısında Peyğəmbər  əleyhissa-
lam təbəssüm edir və  əli ilə Sevda anamızın  əlini 
tutub:
“Nə üçün dayanmısan, sən də onun üzünə sürt” 
buyurur.
Hz. Sevda anamız da eyni şəkildə yeməyi Hz. 
Aişə anamızın üzünə sürtür. Allah Rəsulu ona da 
təbəssüm  edir.
Hz. Sevdanın İki cahan günəşi Peyğəmbərimiz-
dən (s) eşidərək rəvayət etdiyi hədislərin sayı dörd 
və ya beşdir.
 
Bunlardan biri Buxarinin səhihində 
keçir. Həzrəti Sevdadan da Abdullah b. Abbas və 
Yahya b. Əbdirrəhman hədis rəvayət etmişdir.
Hz. Aişə rəvayət edir ki, bir dəfə Peyğəmbəri-
mizin (s) zövcələri bir araya toplanmış və öz arala-
rında Rəsulullahın (s) vəfatından sonra ilk olaraq 
hansımız ona qovuşacaq deyə müzakirə edirdilər. 
Bunun cavabını isə Peyğəmbərimizin (s) özündən 
eşitmək istəyirlər. Hamısı bir yerdə  Rəsulullahın 
(s) hüzuruna gələrək:
“Ya Rəsulullah! Bizim içimizdən hansımız sizə 
birinci qovuşacaq?” -dedilər.
İki cahan günəşi onlara təbəssüm edərək:

39
“Vəfatımdan sonra mənə ilk qovuşacaq olan qolu 
uzun olandır”.
Bu sözdən sonra  qamışdan bir çubu gətirərək 
qollarını ölçdülər və Sevdanın qolu hamısının qo-
lundan daha uzun oldu. Zeynəb binti Cahş  vəfat 
etdikdən sonra öyrəndik ki, qolu uzun olmaqdan 
məqsəd çox xeyir işləyən deməkmiş. Zeynəb binti 
Cahş Xədicədən sonra bizim içimizdən Rəsululla-
ha ən tez qovuşan oldu.
Hz. Sevda anamız sədəqə verməyi çox sevərdi. 
Bir dəfəsində  Hz. Ömər xəlifə olarkən ona bir kisə 
gümüş dirhəm göndərdi. O heç gözləmədən onla-
rın hamısını Allah yolunda xərclədi. Həzrəti Aişə 
xaric Həzrəti Peyğəmbərin digər xanımlarının hər 
birinə 10 min dirhəm verilirdi. Həzrəti Sevda da al-
dığı pulları sədəqə olaraq paylayardı. 
Hz. Aişə Hz. Sevda anamız haqqında aşağıda-
kıları nəql edir:
1-Rəsulullah (s) bir səfərə getmək istədiyi za-
man xanımları arasında püşk atardı. Püşk qadın-
lardan hansına çıxarsa Rəsulullah (s) onu yanına 
alıb yola çıxardı.
O, xanımlardan hər birinin gününü və gecəsi-
ni ayırardı. Ancaq Zəmanın qızı Sevda gününü və 
gecəsini Rəsulullahın (s) xoşnudluğunu qazanmaq 
üçün Hz. Peyğəmbərin (s) yoldaşı Hz. Aişəyə 
ver-
mişdi
.
1
2-İbn Cərir Tabəri deyir ki; mənə  Əhməd  İbn 
Əbdirrahman Hz. Aişənin belə dediyini nəql etdi: 
1 . Buxari, Hibə, 15
Hz. Sevda

Möminlərin Anaları
40
Hz. Peyğəmbərin (s) xanımları gecə zəruri ehtiyac-
ları üçün 
 çıxdıqlarında Mənasıya (Mədinənin kə-
narında bir yer) qədər gedərdilər. Ora isə acıq bir 
yer idi. Hz. Ömər Hz. Peyğəmbərin
 (s) qadınların 
evdən çıxmalarına razı olmazdı. Hz. Peyğəmbər 
(s) isə bunu etmirdi. Bir gün Hz. Peyğəmbərin (s) 
yoldaşı Sevda binti Zəma işa namazı vaxtında çölə 
çıxdı. Sevda boylu bir qadındı. Hz. Ömər təsəttür 
əmrinin nazil olmasını çox istəyirdi. Ona: “Ey Sev-
da, bilmiş ol ki, biz səni tanıdıq!” - deyə  qışqırdı. 
Allah Təalə (örtünmə) ayəsini
2
 endirdi.
3-  İmam  Əhməd ibn Hanbəl, Buxari və Müs-
lim Hişam İbn Urvə yolu ilə Hz. Aişədən belə nəql 
edirlər: O, belə demişdir. Hz. Peyğəmbərin (s) xa-
nımlarından Hz. Sevda hicab ayəsi nazil olduqdan 
sonra bir ehtiyac üçün evdən çıxmışdı. Sevda cüs-
səli bir qadın idi. Buna görə vaxtıyla onu tanıyan-
lar tam bir şəkildə örtülü olsa da, onu tanıyardılar. 
Hz. Ömər b. Xəttab onu görəndə çıxmasına etiraz 
edərək “Ey Sevda! Allaha and içirəm ki, sən bizə 
görə tanınmamış deyilsən. Necə evin çölünə çıxır-
san?”- dedi. Buna görə də Hz. Sevda evinə qayıt-
dı. O vaxt Rəsulullah (s) mənim otağımda axşam 
yeməyini yeyirdi. Əlində də ətli bir sümük var idi. 
Bu zaman Hz. Sevda içəri girdi və “Ya Rəsulullah! 
Bəzi ehtiyaclarım üçün evimdən çıxmışdım. Ömər 
mənə belə deyərək etiraz etdi” - deyə şikayət etdi. 
Hz. Aişə belə deyir: “Bunun üzərinə Allahın Rə-
suluna vəhy gəldi.Vəhy bitdikdən sonra və əlində 
tutduğu ətli sümük parçasını yerə qoymadan Hz. 
2 . Əhzab surəsi, 33/53.

41
Sevdaya belə cavab verdi: “Siz qadınların ehtiyacınız 
üçün evlərinizdən çıxmanıza icazə verildi. buyurdu.
4- Müslimin verdiyi məlumat da Hz. Aişə belə 
rəvayət edir. Hz. Sevdanın Rəsulullahdan (s) icazə 
istədiyi kimi icazə istəməyi nə  qədər istərdim. O 
Sabah namazını Minada qılar və insanlar gəlmədən 
əvvəl daşları atardı (şeytanı daşlardı). Ona “Sevda 
icazə aldımı?” - deyə soruşulduğunda. “Bəli, o ağır 
və dolu qadındır. Rəsulullahdan icazə istədi. O da icazə 
verdi”- dedi.
3
 
5-Nəsaidə də Hz. Aişənin belə dediyi nəql olu-
nur:
-Zemanın qızı Sevda  iri bir qadındı.  İnsanlar 
toplanmadan əvvəl getmək üçün Rəsulullahdan (s) 
icazə istədi. O da ona icazə verdi. 
İbn Abbas, Hz. Peyğəmbərin (s) xanımı Hz. 
Sev dadan  belə dediyini rəvayət edir:
-Bir qoyunumuz öldü. Dərisini 
su tuluğu halı-
na gəlincəyə qədər aşıladıq.
4
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin