MÖMİNLƏRİn analari baş Məsləhətçi



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   2   3   4   5   6   7   8   9   ...   16

 
Hz. Aişə həyatın bütün zövqünü Allaha itaət və 
ibadətdə, insanlara yaxşılıqda görən və bütün hə-
yatını bu qayəyə görə yaşayan bir insan idi. 
Rəsulullahın (s) sağlığında Onun nafilə oruc 
və namazlarına sevə-sevə iştirak etdiyi kimi, onun 
axirətə köçməsindən sonra da bu ibadətlərinə da-
vam etmişdir. Rəsulullahın (s) zamanında təhəccüd 
namazını onunla birlikdə davamlı qıldığı kimi, Rə-
sulullahdan sonra bu namazı heç tərk etməmişdir.
 
Allah-Təalanın razılığının gözəl əməllər içində 
gizləndiyini çox yaxşı bilən bu saliha xanım özünə 
qarşı edilən xətaları da bağışlayar, bunun qarşılı-
ğında Allah-Təalanın bağışladığı  bəndələrdən ol-
mağı ümid edərdi. Bu mövzuda yaşanan bir ha-
disəni qeyd etmək onun mərhəmət və əvf ediciliyi 
Hz. Aişə

Möminlərin Anaları
62
xüsusunda necə gözəl bir əxlaq və  mədəniyyətə 
sahib olduğunu göstərir:
Hz. Aişə heç bir səbəbi olmadan bir gün qəfil-
dən xəstələnmişdi. Səbəbini öz-özünə düşünərkən 
qəlbində birisinin ona qarğış edə biləcəyi  şübhəsi 
oyanmışdı. Bu şübhənin  əsilsiz olub-olmadığını 
öyrənmək üçün evindəki xidmətçisindən başlaya-
raq işin əslini öyrənməyə çalışdı. Evindəki cariyə-
sini çağıraraq özünə hər hansı bir duanın edilib-e-
dilmədiyini soruşdu. Cariyə, önünə baxaraq susur, 
yavaş-yavaş  qızarmağa başlayırdı. Hz. Aişə artıq 
günahkarı tapmışdı və səbəbini öyrənmək istəyir-
di. Cariyə günahını etiraf edərək:
 Siz ölsəydiniz, mən də azad olub hürriyətimə 
qovuşardım,- deyə qarğış etmişdim” - cavabını 
verərək həqiqəti etiraf etmək məcburiyyətində qa-
lır. Çünki Hz. Aişə əvvəlcədən cariyəyə demişdi ki, 
-”mən öləndən sonra sən azadsan”. Cariyə də xəta 
edərək onun ölməsi üçün dua etmişdir. Hz. Aişə 
hirslənməyərək onu bağışlayır, eyni zamanda onu 
sərbəst buraxaraq hürriyətinə qovuşdurur.
 
İfq Hadisəsi
Hz. Aişənin həyatında unuda bilmədiyi və gün-
lərlə  ağlamaqdan xəstələnib yatağa düşdüyü bir 
acı hadisə münafiqlərin rəisi olan Abdullah b.Ubey 
b. Səlul tərəfindən planlanan İfq hadisəsidir. Bilin-
diyi kimi hicrətin altıncı ilində Hz. Peyğəmbər (s) 
Bəni Müstəliq səfərinə hazırlaşırdı. Hər dəfə səfərə 
çıxanda xanımları arasında püşk atar, hansına püşk 
çıxsa, onu götürərdi. Bu dəfə püşk Hz. Aişəyə çıx-

63
mışdı. Bu nəticə bir az da Rəsulullahı (s) sevindir-
mişdi. Belə ki, bütün səfər boyunca onu çox sevdiyi 
xanımı müşayiət edəcəkdi.
 
Onu da qeyd etmək lazımdır ki, bu səfər hicab 
ayəsinin enməsindən sonrakı zamana rastlayır. 
Belə ki hicab ayəsindən sonra Hz.Peyğəmbərin 
(s) xanımları səfərə çıxanda taxtadan düzəldilmiş, 
üstü və  kənarları örtü ilə örtülən həvdəcin içində 
oturar, həvdəci daşıyanlar onu alt tərəfindən tu-
tub yuxarı qaldıraraq dəvənin üzərinə yerləşdirər, 
iplərlə bağladıqdan sonra dəvənin yüyənindən 
çəkərək yola davam edərlərdi.
Hz. Aişə rəvayət edir ki: “Rəsulullah (s) səfərini 
sona çatdırıb Mədinəyə qayıdırdı. Qafilə Mədinəyə 
yaxın bir yerdə dayandı. Rəsulullah (s) orada ge-
cənin bir qismini keçirib sonra hərəkət ediləcəyini 
orduya bildirdi. Hərəkətə keçiləcəyi  ərəfədə  mən 
ehtiyacıma görə oradan uzaqlaşdım. Boynumda 
anamın mənə gəlin olanda verdiyi yəmən muncu-
ğundan düzülmüş bir boyunbağı var idi. 
Geri qayıdıb ordunun gecələdiyi yerə çatanda 
birdən boynumda boyunbağının olmadığını gör-
düm. Yenidən geri qayıdıb onu axtarmağa başla-
dım. Orduya qalx əmri verən Rəsulullah yola dü-
şüncə həvdəci daşıyanlar mənim içəridə olduğumu 
düşünüb dəvəyə yükləyərək getmişlər. 
O dövrün qadınları incə və zəif idilər. Çəkili və 
ağır deyildilər. Çünki onlar ancaq səhərləri az bir 
şey yeyərdilər. Bunun üçün də xidmətçilər həvdəci 
qaldırarkən onun yüngül olub-olmadığının fərqinə 
belə varmamışdılar. Boyunbağımı tapıb qayıdanda 
Hz. Aişə

Möminlərin Anaları
64
qafilə artıq getmişdi. Qafilənin olduğu yerdə əba-
ma bürünüb uzandım. “Necə olsa, mənim həvdə-
cin içində olmadığımı görüb dalımca qayıdacaqdı-
lar”- deyə düşünərək yanı üstə uzandım. Yuxu nə 
vaxt məni apardığınını bilmirəm.
Ordunun arxasınca həmişə biri gəlir, itən və ya 
unudulan bir şey olsa, götürüb gətirən biri olardı. 
Safvan b. Muattal da qafilənin olduğu yerə  gəlib 
nəyinsə qalıb-qalmadığına baxmaq istəyəndə yer-
də uzanmış bir qaraltı görür. Yaxınlaşanda məni 
tanıyır. Hicab ayəsi nazil olmamışdan əvvəl məni 
gördüyü üçün tanımışdı.
Safvan
7
  məni görəndə
  təəccüblənərək  “innə 
lilləhi və innə ileyhi raciun” (“Biz Allahınıq (Al-
lahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf 
(Onun dərgahına) qayıdacağıq!”)
8
 dedi. Onun sə-
sinə oyandım və  əbamla üzümü örtdüm. Heç bir 
şey demədən dəvəsini endirdi və minməyim üçüm 
dəvənin ön ayaqlarına basdı.
-“Min”,- dedi və geri çəkildi. Mən qalxıb də-
vəyə mindikdən sonra dəvənin yüyənindən tu-
tub qafiləyə çatmaq üçün sürətlə getməyə başladı. 
Səhərə  qədər qafiləyə çata bilmədik. Nəhayət,  əs-
gərlərin qonaqladığı yerə çatdıq. Oraya yaxınla-
şarkən Abdullah b. Übeyyin qəbiləsinin yanından 
7 . Rəsulullahın “Onun haqqında xeyirdən başqa bir şey bil-
mirəm!” və “Allahın cənnət libasları geydirdiyi insan” sözləri 
ilə müjdələdiyi Safvan ibn Muattal Hz. Ömərin hakimiyyəti 
zamanı və hicrətin on doqquzuncu ilində Qafqaza hərbi yü-
rüşdə şəhid olmuşdur. Bax: İbnul-Əsir, “Usdul-Ğabə”, 3/31-
32.
8 . Bəqərə surəsi, 2/156.

65
keçdik. Qəbiləsi ilə birlikdə ikən Abdullah gəlib 
yanlarından keçənin kim olduğunu soruşanda “ 
Aişədir”,- dedilər. Abdullah b. Ubeyy “ Vallah, nə 
Aişə o adamdan canını qurtara bilər, nə də o adam 
Aişəyə görə qurtular!” - deyərək planını  xəyalın-
dan keçirməyə başlamışdı belə. 
Həqiqətən də, Abdullah boş dayanmayaraq 
“Peyğəmbərin ailəsi bir adamla gecələmiş, sabaha 
qədər qalmış, sonra da adam dəvənin yüyənindən 
tutub yanınıza gəlmiş” deyərək ortalığa fitnə toxu-
mu səpmişdi.
Hz.Aişə deyir ki, “ Fitnəçilər  əleyhimdə deyə 
bildiklərini demiş, orduya xəbər yayılmışdı. Ancaq 
mənim bundan xəbərim yox idi. Əleyhimdə iftira 
edənlər həlak olmuşdur. Onların ən böyüyü də fit-
nəyə ən çox səbəb olan Abdullah b. Ubeyydir.
Sonra Mədinəyə gəldik. Ağır xəstələnib bir ay 
yatağa düşdüm. O aralarda xalq da iftiraçıların 
fitnəsinə inanıb ixtilafa düşmüşdülər. Bu xəbərlər 
anam, atam və Rəsulullahın qulağına gedib çatmış-
dı. Lakin onlar mənə bu barədə eşitdiklərini bildir-
mirdilər. Lakin daha əvvəl xəstələndiyimdə Rəsu-
lullahdan (s) gördüyüm nəvaziş  və sevginin indi 
olmaması, yanıma girdiyində salam verib adımı 
çəkmədən “Xəstəmiz necədir?” - deyə xəbər alaraq 
geri dönüb getməsi məni həm şübhələndirir, həm 
də üzürdü.
 
Aradan iyirmi gün keçmiş, xəstəliyim bir az 
azalmış, rahatlamışdım. Bir axşam Mıstahın ana-
Hz. Aişə

Möminlərin Anaları
66
sı ilə hacətimiz üçün Mənasi tərəfinə  çıxmışdım.
  9
 
Mıstahın anası ilə Mənasıya çıxanda Mıstahın ana-
sı örtüsünə ayağı ilişib yıxılınca: 
-Üzü üstə düşəsən, Mıstah, səni zəlil olasan”- 
deyərək oğluna qarğış elədi. Mən: “Niyə qarğış 
edirsən ona?” - deyincə susub heç nə demədi. İkinci 
dəfə yenə yıxılanda yenə oğluna qarğış elədi. Mən:
-Ay ana! Niyə  oğluna belə qarğış tökürsən? - 
dedim. Yenə susub cavab vermədi. Üçüncü dəfə 
yıxılanda yenə də oğluna qarğış edəndə mən yenə:
- Niyə belə sözlər danışırsan. Hələ Bədir sava-
şında iştirak etmiş birinə belə sözlər demək yaxşı 
deyil – deyincə o:
-Vallahi, mən ona ancaq sənə etdiyi iftiraya 
görə belə deyirəm. Sənin də bundan xəbərin yox-
dur - deyərək iftiraçıların əleyhimdə ortaya çıxar-
dıqlarını bir-bir xəbər verdi. Bu xəbəri eşidəndən 
sonra üzüntüdən xəstəliyim daha da şiddətləndi. 
Evə gəlib o qədər ağladım ki, az qalsın ağlamaqdan 
ciyərim parçalanacaqdı.
 
Anam Ummu Ruman yanıma gəlib mənə baxır-
dı. O əsnada Rəsulullah (s) içəri girib salam verdi 
və adımı çəkmədən:
-Xəstəniz necədi? - deyə soruşdu. Mən artıq 
özümü saxlaya bilməyib:
- Ya Rəsulullah! Anam və atamın yanına get-
mək üçün mənə icazə ver – dedim. Məqsədim işin 
9 .
 O dövr ərəb qəbilələri qoxu gəlməsin deyə evlərinin yanında 
ayaqyolu düzəltməmiş, təbii ehtiyaclarını etmək üçün Mədinənin 
səhra tərəflərinə gedərdilər.

67
əslini onlardan öyrənmək idi. Rəsulullah mənə 
icazə verdi.
Valideynlərimin yanına gəldim. Anam Ummu 
Rumandan məsələnin əslini soruşdum. Anam:
-Qızım, üzmə özünü, sağlığını düşün. Allaha 
and olsun ki, ərinin yanında sevimli olan və bir çox 
ortaqları da olan bir qadına iftira atılmaması nadir-
dir - dedi.
O gecə atamın evində qaldım. Sabaha qədər gö-
zümə yuxu getmədi. Səhər oldu. Rəsulullah səhər 
Əli b. Əbu Talibi və Üsamə b. Zeydi yanına çağır-
mışdı.
10
Üsamə Peyğəmbərin (s) ailəsi haqqında bəslə-
diyi gözəl düşüncələri açıqladıqdan sonra dedi:
-Ey Allahın Rəsulu! Onun (Aişə) haqqında xe-
yirdən başqa bir şey bilmirik. Əli b. Əbu Talibə gə-
lincə o da :
-Ya Rəsulullah! Allah sənə dünyanı dar etmə-
mişdir. Ondan başqa bir çox qadın da var. Bununla 
belə yenə onun cariyəsi Bərirəyə soruşun. O, doğ-
rusunu sizə deyər-dedi.
Rəsulullah (s) Bərirəyi çağırtdırıb soruşur:
-Bərirə! Sən xanımın Aişədə, sənə şübhəli gələn 
bir hal gördünmü? Bərirə:
10 .
 Hz. Peyğəmbərdən (s) bir şey soruşanda əgər bildiyi bir 
mövzu isə cavablandırar, bilmədiyi bir mövzu isə  vəhyin 
gəlməyini gözləyər, vəhy gecikdiyi vəya gəlmədiyi zaman 
səhabələrlə məşvərət edərdi. Edəcəyi işlərdə əshabının fikrini 
alması ona Allah-Təala tərəfindən əmr edilmişdi. (Ali-İmran 
159) Asım Köksal, e.a.ə., XII, səh 68.
Hz. Aişə

Möminlərin Anaları
68
- Xeyir görmədim. Səni haqq peyğəmbər olaraq 
göndərən Allaha and olsun ki, mən xanımımın qü-
sur edəcək bir halını görmədim. Ancaq yaşı kiçik 
olduğu üçün xəmir yoğuranda onu yuxu basar, qo-
yun da g
əlib xəmiri yeyərdi - dedi.
Bu  şahidlik Hz. Aişənin saflığını  və paklığını 
ortaya qoyurdu. Ancaq Rəsulullah bununla da ki-
fayətlənmir, bu haqda başqalarının da fikrini öy-
rənmək istəyirdi.
Evinə gedib bu barədə zövcəsi Zeynəb b. Cah-
şın  fikrini də soruşmaq qərarına gəldi. Hz. Zey-
nəblə Hz. Aişə arasında az da olsa, rəqabət vardı. 
Məhz onu seçməsinin bir səbəbi də Hz. Zeynəbin 
bacısı Hamnənin dedi-qodulara inanması idi. 
- Ey Zeynəb, buna sən nə deyirsən? Bəs sən 
necə, onda xoşagəlməz bir şey görmüsən?
- Ya Rəsulullah, - deyə Zeynəb anamız cavab 
verdi, - mən görmədiyim şeydən gözümü, eşitmə-
diyimdən də qulağımı qorumaq istəyirəm. Onun 
haqqında xeyirdən başqa heç nə bilmirəm.
11
İbni Hişam bu mövzuda Əbu Eyyub əl-Ənsari 
ilə xanımı arasında keçən söhb
əti belə nəql edir:
Ümmü  Əyyub  İfq hadisəsini eşidəndə  ərinin 
yanına gələrək ondan soruşmuşdu: 
11 . Buxari, “Şəhadət”, 15 (2518), “Məğazi”, 34 (3910); Müs-
lim, “Tövbə”, 56 (2770); Hz. Zeynəbin bu davranışını təqdirlə 
qarşılayan Hz. Aişə aralarında rəqabət olmasına baxmayaraq, 
onun haqpərəst və  təmkinli hərəkət elədiyini, ancaq bacısı 
Hamnə binti Cahşın bu fitnədən özünü qoruya bilmədiyini 
bildirmişdir. Bax; Nəsai, “İşrətun-Nisə”, 3; Buxari, “Şəhadət”, 
15 (2518), “Məğazi” 34 (3910); Müslim, “Tövbə”, 56 (2770).

69
-“ Ey Əbu Eyyub! Camaatın Aişə  əleyhində 
nələr danışdıqlarını eşitdinmi? Əbu Eyyub:
-Bəli, eşitdim. Onlar yalan və uydurmadır. Ey 
Ümmü Eyyub! Sən belə bir çirkin iş gördünmü? 
Görə bilərsən? - deyə soruşdu. Ümmü Eyyub:
-Xeyir, Vallah, mən qətiyyən belə bir iş heç vaxt 
görməmişəm – dedi. 
Əbu Eyyub:
- Belə olanda Aişə  səndən daha xeyirlidir! – 
dedi.
Həqiqətən də, iman və  səbat  əhli səhabələ-
rin Hz. Aişəyə atılan böhtanlara inanmadıqları və 
tələyə düşmədikləri görülür.
İftiraya qurban gedənlərdən, Hz. Aişəni dəvə-
nin üzərində  Mədinəyə  gətirən Safvan b. Muatta-
lın halı heç də möminlərin anasının halından yaxşı 
deyildi.
Safvan b. Muattal, Müreysi Bəni Müstəliq 
qəz  vəsindən  əvvəl müsəlman olmuşdu. Fəzilət-
li, cəsarətli və  qəhrəman bir səhabə idi. Ordu nun 
ar  xasından gələr, müsəlmanların unutduqları  əş-
ya  larını toplayar, sahiblərinə  gətirib verərdi. Bu 
qəz   vədə  də  əşyalara görə arxada qalmışdı. Yuxu-
su ağır olan biri idi. Yatanda asan oyana bilmirdi. 
Hz.Peyğəmbər (s) qalxış əmrini verəndə də yatmış, 
or du  çıxıb getdikdən sonra oyana bilmişdi. 
Safvan b. Muattal üzərinə atılan iftiranı eşidən-
də sarsılmış və üzülmüş: “Sübhanallah! Allaha and 
olsun ki, mən belə şey etməmişəm” - demişdi.
Hz. Aişə

Möminlərin Anaları
70
Daha sonra Aişə rəvayət edir ki: “Mən o günü 
çox ağladım. Nə gözümün yaşı dayandı, nə də gö-
zümə yuxu getdi. Səhəri günü anam və atam ya-
nıma gəldilər. Bu şəkildə mən iki gecə və bir gün 
ağladım. Ənsardan bir qadın da içəri girmək üçün  
icazə istəmiş, mən də icazə vermişdim. O da mə-
nimlə birlikdə oturub ağlayırdı. Anamla atam ya-
nımda oturduqları əsnada Rəsulullah (s) içəri gir-
di və gəlib yanıma oturdu. Halbuki Rəsulullah (s) 
dedi-qodu başladığı gündən bəri gəlib yanımda 
oturmamışdı. Rəsulullah (s) bir ay gözlədiyi hal-
da vəhy gəlməmişdi. Tez- tez şəhadət gətirən Hz.
Peyğəmbər (s) belə sözə başladı:
-Ey Aişə! Haqqında mənə belə-belə sözlər çat-
dı. Əgər bu deyilənlərdən uzaq isən, yaxında Allah 
səni təmizə çıxarar. Yox əgər belə bir günaha yaxın-
laşmısansa Allahdan bağışlanma istə  və tövbə et. 
Çünki bəndə günahını etiraf edib tövbə edəndə Al-
lah da ona əvf və məğfirətlə rəftar edər.
Allah Rəsulu (s) sözünü bitirincə gözümün yaşı 
kəsildi. Atama:
-Rəsulullahın dediyi sözə  mənim  əvəzimdən 
cavab ver - dedim. Atam:
-Vallah, qızım, nə deyəcəyimi  bilmirəm - dedi. 
Sonra anama dönüb dedim:
- Sən bir şey de! Anam:
- Vallah, mən də Rəsulullaha nə cavab verəcə-
yimi bilmirəm - dedi. Bundan sonra Rəsulullaha 
dönüb dedim:

71
-Allaha and olsun ki, insanların dedi-qodusu-
nu eşitdiyinizi bildim. O, sizin nəfsinizə yerləşdi və 
siz ona inandınız.  İndi mən sizə “günahsız oldu-
ğumu” desəm ki, həqiqətən də, günahsızam, buna 
inanmazsınız. Əgər (tutaq ki) pis bir iş görmüş ol-
sam (ki), Allah mənim günahsız və təmiz olduğu-
mu bilir, məni təsdiq edərsiniz. Allaha and olsun 
ki, sizin və mənim üçün bir söz tapa bilmirəm. Mən 
ancaq Yusif peyğəmbərin hadisəsini
12
 örnək alıb 
səbirlə gözləyəcəm.
Bu sözü dedim və yatağıma uzandım. Mən 
Allahın məni təmizə  çıxaracağını ümid edirdim. 
Lakin haqqımda bir vəhyin enəcəyini ağlımın 
ucundan belə keçirməzdim. Haqqımda Quran dili 
ilə bir kəlam gəlməsini düşünməzdim. Fikirləşir-
dim ki, Rəsulullah bir yuxu görsün. Allah-Təala 
Peyğəmbərinə göstərdiyi yuxu vasitəsilə  məni tə-
mizə çıxartsın. Allaha and olsun ki, Rəsulullah hələ 
yerindən qalxmamışdı və oradakıların hələ heç biri 
evdən bayıra çıxmamışdı ki, Rəsulullaha vəhy gəl-
di. Vəhyin ağırlıq və şiddətindən tərləməyə başla-
dı. Belə ki, Rəsulullaha (s) qış günlərində belə vəhy 
gəldiyi zaman vəhyin ağırlığından alnından tər 
damcıları tökülərdi.
 13
 
Vəhyin təsiri üzündən keçəndən sonra sevinclə 
gülərək mənə tərəf dönüb dedi:
12 .
 Yusifin qardaşları, Yusifin  köynəyinin üzərindəki yalançı qanla 
atalarına gəldikləri vaxt Hz. Yəqub oğullarına: “Xeyir, nəfsləriniz 
sizi aldadıb bu pis işə sürükləmişdir. Artıq (Mənə düşən) gözəl bir 
səbirdir. Sizin bu danışdıqlarınıza qarşı yardımına sığınılacaq isə 
ancaq Allahdır. (Yusif, 18) 
13 .
 Buxari, Bədil-Vahy,1.
Hz. Aişə

Möminlərin Anaları
72
-“Ey Aişə! Qalx Allaha həmd elə. Allah sənin 
günahsız olduğunu və iftiraya qurban getdiyini 
açıqladı, səni təmizə çıxartdı”.
Anam-atam da: “Qalx Rəsulullaha təşəkkür 
elə.” – dedilər. Mən:
“Xeyr, Vallah mən nə Onun yanına gedərəm, 
nə  də Ona və sizlərə  təşəkkür edərəm.” - dedim. 
“Mən ancaq sizlərin eşidib uzaqlaşdırmağa səy 
göstərə bilmədiyiniz o iftiradan məni təmizə çıxa-
ran Allaha həmd və şükür edərəm!” - dedim.
 
Allah-Təalanın Hz. Aişənin bəraəti haqqında 
endirdiyi ayələr bunlar idi:
“O iftira xəbərini gətirənlər sizlərin içərisin-
dən bir qrupdur. Bu iftirayı özünüz üçün bir şər 
zənn etməyin. Əksinə o haqqınızda xeyirdir. On-
ların hər birinə qazandıqları qədər günah vardır. 
Onların günahın  ən böyüyünü işləyən üçün bö-
yük bir əzab vardır.” .
 
“Bunu eşitdiyinizdə mömin kişi və qadınlar 
əlini vicdanlarına qoyub niyə “ bu, açıq bir iftira-
dır”, demədilər?”
“Bəs iftira edənlər niyə dörd şahid gətirmə-
dilər? Madam ki şahidləri yoxdur, onda onlar Al-
lah qatında əsl yalançıdırlar.”
 “Əgər Allahın dünya və axirətdə fəzl və rəh-
məti üzərinizə olmasaydı, etdiyiniz o dedi-qodu 
səbəbilə sizə böyük bir əzab çatardı.”
“O vaxt siz iftirayı bir-birinizə danışırdınız. 
Heç bir məlumatı olmayan bir şeyi ağızdan –ağı-

73
za dolaşdırırdınız. Bunu da asan bir iş zənn elə-
yirdiniz. Halbuki (günah yönündən) o Allah qa-
tında böyük bir günahdır.”
 “Nə üçün siz onu eşitdiyiz zaman: “Bunu 
danışmaq bizə yaraşmaz. EyAllah! Sən pak və 
müqəddəssən! Bu, çox böyük bir iftiradır!”- de-
mədiniz?”
“Əgər möminsinizsə,bilin ki, Allah belə bir 
əmələ  əbədiyyən dönməməyinizi sizə  nəsihət 
edir.”
 “Və Allah sizə ayətlərini açıq-açıq bildirir. 
Allah alim və hakimdir.”
“Möminlər arasında pis sözlərin yayılmasını 
arzu edənlərə dünya və axirətdə acı bir əzab var-
dır. Allah bilir, siz bilməzsiniz.”
  “Əgər Allahın üzərinizdə lütf və  rəhmə-
ti olmasaydı,  əzabınızı tez bir zamanda verərdi. 
Həqiqətən Allah rauf və rahimdir.”
“Ey Möminlər! Şeytanın izi ilə getməyin. Kim 
şeytanın izi ilə gedərsə bilsin ki, o, şərri və çir-
kin olan işləri görməyi əmr edər. Əgər üzərinizə 
Allahın lütf və mərhəməti olmasaydı, sizdən heç 
biriniz  əbədiyyən təmizə  çıxmazdı. Lakin Allah 
istədiyini təmizə  çıxardar. Həqiqətən Allah Eşı-
dən və Biləndir.”
 14
Hz. Aişə  rəvayət edir ki: “Allah-Təala bəraə-
tim haqqında bu ayələri nazil edəndən sonra atam 
Əbu Bəkr qohumluq və həm də kasıblığı səbəbilə əl 
14 .
 Nur surəsi, 24/11-21 
Hz. Aişə

Möminlərin Anaları
74
tutduğu Mıstah b. Üsasəyə daha əl tutmayacağına 
and içmişdi. Bunun üzərinə Allah-Təala:
“Sizdən fəzilət və  sərvət sahibi olanlar qo-
hum-əqrəbaya, miskinlərə, Allah yolunda hicrət 
edənlərə heç bir şey verməyəcəklərinə and içmə-
sinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Alla-
hın sizi bağışlamağını istəmirsinizmi? Allah Ba-
ğışlayan və Rəhmlidir”
 15 
ayəsini nazil edincə atam 
Əbu Bəkr:
“Vallah, mən Allahın məni bağışlamasını istə-
yirəm.” - deyərək andından döndü və yenə əvvəlki 
kimi Mıstahın ailəsinə əl tutmağa başladı.
Rəsulullah (s) bəraətim haqqında nazil olan 
ayələri çıxıb xalqa xütbə  şəklində oxudu. Sonra 
da iftiranı dillərində dolaşdırmaqda irəli gedən iki 
kişi və bir qadına; Mıstah b. Üsasə, Hassan b. Sabit 
və Hamnə binti Cahşa hədd tətbiq edilməsini əmr 
etdi. İftiraçılara vurulan hədd cəzası 80 qamçı idi. 
İftiraçılar arasında ilk iftira toxumunu əkən Abdul-
lah b. Übeyyə də iki qat hədd cəzası vurulmuşdu.
İftira atılan Rəsulullahın (s) zövcəsi, ümmətin 
anası, Peyğəmbərin (s) yaxın dostunun qızı və eyni 
zamanda ümmətin ən iffətli xanımlarından biri idi. 
Ancaq bu hadisə belə peyğəmbərlərin bəla və mü-
sibətlər qarşısındakı  səbr və dözümlülük gücünü 
göstərməyə kafidir. Bu hadisə qiyamətə  qədər bu 
müsibətə düçar olanlar üçün böyük bir təsəllidir.
 
15 .
 Nur surəsi, 24/22

75
İla (And içmə) hadisəsi
Bu hadisə Hz. Aişə ilə Peyğəmbərimizin digər 
xanımlarının dünya hayatı və bəzəyinə meyl edib 
Rəsulullahdan bunu istəmələri üzərinə yaşanmış-
dır. Rəsulullah (s) onların bu istəklərini onlara tə-
min edə bilməyəcəyini söyləyərək ya Allah və Rə-
sulunu, ya da dünya bər-bəzəyini seçmə arasında 
onlara vaxt vermişdi. Dünya bər-bəzəyini seçmələ-
ri nəticəsində talaqlarını da geri verəcəyini bildir-
mişdi. 
Hayatus - sahabədə bununla əlaqəli bir rəvayət 
nəql edilir:
“Əbu Bəkr Rəsulullahın (s) yanına girmək üçün 
icazə istəyir. Xalq Rəsulullahın evinin önündə otur-
muşdu.  Əbu Bəkrə icazə verilmədi. Sonra Ömər 
gəlib içəri girmək üçün icazə istədi, ona da izn ve-
rilmədi. Bir az sonra ikisinə girmək üçün icazə ve-
rildi. İçəri girdiklərində Rəsulullahı (s) və ətrafında 
susqun halda oturan xanımlarını gördülər. Ömər 
bunların halını belə görüb; “gülməli bir şey danı-
şım, bəlkə, kefləri açılar” düşüncəsi ilə Rəsulullaha 
dönüb dedi:
-Ya Rəsulullah! Zeydin qızını (yəni özünün xa-
nımı) görməliydin. Bir az əvvəl məndən dünyalıq 
istəyirdi, mən də onu azarladım (tənbeh etdim).
Rəsulullah (s) Ömərin sözlərinə o qədər güldü 
ki, yan dişləri görünürdü. Xanımlarını da işarət 
edərək:
-Bax, ətrafımda oturan bunlar da məndən dün-
ya malı istəyirlər - dedi. 
Hz. Aişə

Möminlərin Anaları
76
Bunu eşidən  Əbu Bəkr və Ömər qızlarını  tən-
beh etmək üçün üstlərinə yürüyüb: “Siz ikiniz Rə-
sulullahın yanında olmayan şeyləri istəyirsiniz” 
deyərək vurmaq istəyirlər. Rəsulullah (s) onların 
qızlarını vurmalarına icazə vermir. Deyəsən, xa-
nımlar səhvlərini başa düşüb peşman olmuşdular 
ki, hamısı bir ağızdan:
-“Vallah, bundan sonra Rəsulullahdan olma-
yan bir şeyi istəməyəcəyik.” - dedilər.
Əhli Beyt içində əmir və rəis qızları var idi ki, 
bunlar atalarının evində gözəl bir həyat keçirmiş-
dilər. Mədinədə hər kəsin az-çox rəfah içində yaşa-
dığı bir vaxtda bunlar sıxıntı içində yaşamalarına 
dözə bilməmiş, gözəl bir həyat sürməyi tələb etmiş-
dilər. Başqaları üçün xoş görülən bu istək əhli-beyt 
üçün xoş görülməzdi. Onlar maddi həyatın mü-
vəqqəti zövqlərindən uzaq duraraq fəzilət timsalı 
bir ailə olmalı idi. Bunun üçün də iki yoldan birini 
seçməli idilər: Ya dünyanı seçib Hz.Peyğəmbərdən 
ayrılacaqdılar və yaxud axirəti seçərək  əhli beyt 
olma  şərəfini davam etdirəcəkdilər. Allah-Təala 
bununla birlikdə  Rəsululllaha  Əhzab surəsində 
belə səsləndi:
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin