cələrinin rızasını gözləyərək Allahın sənə halal
qıldığı şeyi nə üçün öz nəfsinə haram edirsən?”
buyurmuşdur.
b) İbn Cərir və İbn İshaqın rəvayətində isə Hz.
Peyğəmbər (s) oğlu İbrahimin anası Mariya ilə Haf-
sanın evində ailə münasibətində olmuş, Hafsa isə
bunu bildiyində hirslənmiş və özünə qarşı xoşa
gəlməz hərəkət edildiyi mənasına gəldiyini söylə-
mişdir. Buna görə də Hz. Peyğəmbər (s) bir daha
ona yaxınlaşmayacağına and içmiş, bu məsələni
kimsəyə söyləməməsini tapşırmışdı. Ancaq Hafsa
bu məsələni Hz. Aişəyə söyləmişdir. Təhrim surə-
sinin ilk ayələrində zikr edilən hadisə budur.
4 . Buxari, 6/167, Talaq 8; Müslim, 2/1101-1110; Əbu Davud,
Əşribə 3715) ,11); Nəsai, Talaq 16; İbn Sad, Tabaqat, 8/85;
Umdətul-Qari, 20/244.
Hz. Hafsa
Möminlərin Anaları
110
Hər iki rəvayətdə bu hadisənin olduğu xəbər
verilməkdədir. Ancaq sonuncu rəvayət peyğəmbər
zövcələrini boşamasına qədər gedən, xanımlarını
maraqlandıran bir mövzunun incəliyi və həssaslı-
ğı olması etibarilə nassa (Quran və Sünnəyə) daha
yaxındır. Fəqət birinci rəvayətin sənədi daha qüv-
vətlidir və baş verməsi də mümkündür. Bunlardan
hansının daha doğru olduğunu Allah bilir.
Hz. Peyğəmbərin bu hadisələrlə əlaqəli bir
müd
dət xanımlarından uzaq qalmağını İbni Abbas-
dan gələn rəvayətdə belə açıqlanmaqdadır.
İbin Abbas belə demişdir: “Bir ayəni Ömər b.
Xattabdan soruşmaq istədiyim halda ona olan hör-
mətim səbəbi ilə soruşmağa çəkinirdim. Buna görə
bir il gözlədim.Ta ki, həcc üçün yola çıxdı, mən də
onunla birlikdə yola çıxdım. Geri dönərkən yol-
da dəstəmazını pozmaq üçün bir ağaclığa tərəf üz
tutdu. Dəstəmazını pozub bitirənə qədər onu göz-
ləməyə başladım. Sonra birlikdə yola davam etdik
və: “Ey möminlərin əmiri, “Əgər ikiniz də (bu
hərəkətinizə görə) Allaha (çox yaxşı olar) tövbə
edəsiniz” ayəsindəki Rəsulullahın (s) zövcələrin-
dən iki xanım kimlərdir?”- dedim: “Bu iki qadın
Hafsa ilə Aişədir” dedi. Ona: “Allaha and olsun ki,
bu sualı səndən bir ildir soruşmaq istəyirəm, ancaq
səndən çəkinirdim”,- dedim.
Cavabında mənə: “Belə etmə! Mənim bildiyi-
mi zənn etdiyin bir şey varsa çəkinmə, soruş. Əgər
mən də onu bilirəmsə, sənə söyləyim”- dedi və
sonra belə davam etdi: “Allaha and olsun, cahiliyyə
dövründə biz qadınları adam yerinə qoymazdıq.
111
Bu, Uca Allahın qadınlar haqqında hökm endirib
haqlarını onlara verənə qədər belə idi. Bir dəfə-
sində mən öz özümə bir işi düşünərkən xanımım
mənə: “Belə belə etsən” dedi.” Mən də ona :“Sənə
nə olub mənim işlərimə qarışırsan!” dedim. O da
“Ey Xəttab oğlu, sən də bir qəribəsən. Sənə qarşı-
lıq verilməsini istəmirsən, amma sənin qızın Rəsu-
lullaha qarşılıq verir. Hətta o gününü hirsli olaraq
belə keçirir.” dedi.
Dərhal paltarımı götürüb evdən çıxdım. Hafsa-
nın yanına getdim və ona: “Ey qızım, sənin Rəsu-
lullaha cavab verdiyini, hətta onun gününü hirsli
olaraq keçirdiyin doğrudurmu?” - dedim. Hafsa:
“Allaha and olsun ki, biz Rəsulullaha qarşı cavab
veririk.” dedi. “Bilmiş ol ki, mən səni Allahın cəza-
sına, Rəsulullahın qəzəbinə düçar olmayasan deyə
xəbərdarlıq edirəm. Qızım, qonşun (Hz. Aişəni
nəzərdə tuturdu) Allahın Rəsuluna səndən daha
gözəl və sevimli olsa da, bu səni aldatmasın”,- de-
dim və oradan çıxdım və qohumum olan Ummu
Sələmənin yanına gəlib onunla danışdım. O da “Ey
Xəttab oğlu, sən də bir qəribəsən. Hər şeyə qarışdın
nəhayət, Rəsulullahın xanımlarının arasına da gir-
mək istəyirsən?” Bu cavabı məni tutdu və içimdə
hiss etdiyim kədərimi bir az yatırdı. Bundan sonra
onun yanından çıxdım.
Ummu Sələmənin cavabından sonra Hz. Ömər
Peyğəmbərimizin xanımlarından incidiyini hiss et-
məmiş, təxminən bir ay sonra bildikdə isə təkrar
müdaxilə etmiş, Rəsulullah ilə danışıb onun kön-
lünü almışdı.
Hz. Hafsa
Möminlərin Anaları
112
Bu ərəfədə mənim ənsardan bir dostum vardı.
Rəsulullahın yanında olmadığım zaman o mənə
xəbər gətirir, o da olmadığı zaman mən ona xəbər
aparardım.. Bu sıralarda Qəssanlıların bizim üzəri-
mizə yürüş edəcəyi söylənilirdi. Buna görə də qəlb-
lərimiz narahat idi. Ənsar dostum bizə gəlib “Aç,
aç!” - deyə qapını həyəcanla döydü. “Qəssanlılarmı
gəldi?”- dedim. “Bundan daha betər! Rəsulullah (s)
xanımlarını boşayıb,”- dedi. “Hafsanın da, Aişənin
də burnu yerə sürtülsün!” - dedim və paltarımı alıb
evdən çıxdım. Rəsulullahın (s) yanına getdiyimdə
özünə aid olan otağında idi.
5
Məşrəbə adlı bu otağa
çıxarkən nərdivanın başında Rəsulullahın (s) zən-
ci xidmətçisi orada idi “Mən Ömərəm”,- dedim və
sonra içəri girmək üçün mənə icazə verildi. Daha
sonar Peyğəmbərimizə xanımları ilə görüşdüyümü
və onların danışdığı sözləri dedim.
Ummu Sələmənin danışığına gəldiyimdə Rəsu-
lullah (s) təbəssüm etdi. Özü də bir həsirin üzərin-
də oturmuşdu. Həsir ilə arasında heç bir şey yox
idi. Baş tərəfində xurma lifi ilə doldurulmuş bir
yastıq vardı. Ayaqlarının yanında bir miqdar səpil-
miş ağac yarpaqları, baş tərəfində isə tabaqlanma-
mış dəri vardı. Həsirin yan tərəfləri Rəsulullahın (s)
üzünə iz saldığını görüb ağladım. Peyğəmbərimiz
(s) “Niyə ağlayırsan?” -deyə buyurdu: “Ey Allahın
5 . Xüsusi otaq dediyimiz bu yer, içərisində qida maddələri və başqa
əşyaların saxlandığı, üst qatında da Rəsulullahın (s) bəzən yalnız
qalmağı üçün istifadə etdiyi iki qatlı bir otaqdır. Bu yerə “Hizanə”,
üst qatdaki otağa isə “Məşrəbə” deyilməkdə idi. Xüsusi sayılan bu
yerə Bilal vəzifəli idi və açarı da onda olurdu. Üst qata çıxmaq üçün
nərdivan sayılan oyulmuş xurma kötüyündən istifadə edilirdi.
113
Rəsulu, Kisra və Qayseri həyatlarını yaşayırlar, sən
isə Allahın Rəsulu olduğun halda belə yaşayırsan.”
dedim. O da “İstəməzsənmi dünya onların, axirət isə
bizim olsun.” buyurdu.”
Belə başa düşülür ki, Allah Rəsulu (s) gizli tutul-
masını əmr etdiyi sirrin ifşa edilməsi və Hz. Aişə ilə
digər xanımlar arasında cərəyan edən sözləşmələr
Ona bildirilmişdir. Hz. Peygəmbər (s) mövzunun
necə olduğunu öyrənmiş və bu olanları qısa olaraq
başa düşmüşdür. Hz. Aişəyə bunu söyləyərkən o
dəhşətə gələrək bunları sənə kim söylədi, - deyə
soruşmuş. Bəlkə də, elə zənn etmişdir ki, xanımlar
arasında Hz. Aişəyə yaxın olan kimsə söyləmişdir.
Ancaq Hz. Peyğəmbər (s) verdiyi cavabda “Bunu
mənə Alim və Xabir olan Allah bildirdi”,- deyərək öy-
rəndiyi qaynağı xəbər vermişdir. Bu, o deməkdir
ki, Hz. Peyğəmbər (s) sadəcə onun danışdığını de-
yil, aralarında olan bütün sözləri bilməkdəydi.
Bu hadisəyə canı sıxılan Hz. Peyğəmbər (s)
evində belə şeylərin olduğuna görə qüssələnir,
bir ay boyu xanımlarına yaxınlaşmayacağını qəsd
edərək və müsəlmanların arasında eşidildiyinə
görə onları boşamaq istəmişdir.
Ümumi olaraq Peyğəmbərimizə (s) Uca Al lah
“Ey Peyğəmbər! Zövcələrinin rızasını gözlə yə rək
Allahın sənə halal qıldığı şeyi nə üçün öz nəfsinə
haram edirsən?
6
ayəsini endirmiş, Rəsulullah xa-
nımlarının aralarında olanlara görə onlardan bir ay
uzaq qalmışdır. Bu müddətdə özünə məxsus olan
6 . Təhrim surəsi, 66/1
Hz. Hafsa
Möminlərin Anaları
114
xüsusi otağında iqamət etdi. Bu hadisəyə İla
7
ha-
disəsi deyilir.
Bu hadisə ilə əlaqəli olaraq İmam Əhmədin
rəvayətində fərqli məlumat verilməkdədir. Cabir
nəql edir: “Xalqın Rəsulullahın qapısının yanında
oturduğunu gördüklərində Hz. Əbu Bəkir və Hz.
Ömər icazə istəyərək Rəsulullahın yanına girdilər.
Allah Rəsulunun ətrafında qadınları oturmuş,
özünü də susqun vəziyyətdə gördülər. Hz. Ömər
(içindən) Rəsulullaha bir şey söyləyim, bəlkə,
gülər”, - deyib bunları söyləmiş: “Ya Rəsulullah
Zeydin qızını (Ömərin xanımıdır) bir görməli idin.
Bir az əvvəl məndən dünyalıq (nəfəqə) istədi. Mən
də durub boynunu bükdüm.
Rəsulullah, Ömərin bu sözlərinə o qədər güldü
ki, yan dişləri göründü. Xanımlarını işarət edərək:
“Ətrafımda duranlar da məndən dünyalıq istəyirlər.”
-dedi.
Bu səbəbələ Əbu Bəkir qızı Aişənin, Ömər də
qızı Hafsanın üzərinə getdilər və: “Siz ikiniz Rə-
sulullahın yanında olmayan şeyləri istəyirsiniz?”
– dedilər. Rəsulullah onlara qızlarını döyməyə
icazə vermədi. Allah Rəsulunun xanımları hamısı
birdən: “Vallahi, biz bundan sonra Rəsulullahın
yanında olmayan şeyi istəməyəcəyik”, - deyirlər.”
Hz. Peyğəmbər (s) iyirmi doqquzuncu gün əv-
vəlcə Hz. Aişənin yanına gələrək inzivasına son
7 . Kişinin xanımı
ilə cinci əlaqədə olmayacağına and içməsi, nəzir
və ya şərt kəsərək müəyyən və ya qeyri-müəyyən müddətdə bunu
özünə qadağan etməsidir.
115
qoydu. Hz. Aişə Peyğəmbərimizə: “Sən bizim yanı-
mıza bir ay girməyəcəyinə and içmişdin. Halbuki,
biz bu anda iyirmi doqquzuncu gecənin sabahın-
dayıq. ”Mən gecələri doğru olaraq sayırdım. Onda
Hz. Peyğəmbər (s) belə buyurdu: “And içdiyim ay
iyirmi doqquzu idi. Bu ay da iyirmi doqquz oldu.” bu-
yurdu.
8
Yuxarıda bildirilən bal şərbəti hadisəsi haqqın-
da keçən eyni hədis Buxarinin başqa bir babında da
zikr edilməkdədir. Hz. Ömər peyğəmbər xanımla-
rını boşadı xəbərini eşidincə Hz. Hafsanın yanına
gəldiyində onun ağladığını görmüşdü.
Bu hədis Hz. Ömərin qızı Hz. Hafsa ilə necə
maraqlandığını və eyni zamanda onun Peyğəm-
bərdən uzaq qalma qorxusuyla necə ağladığını
gös tərməkdədir. Hz. Ömər Peyğəmbərimizdən (s)
xanımlarını boşadınmı? - deyə soruşduğunda Rə-
sulullah (s) “Xeyr, ancaq qadınlardan bir aylıq ayrı
qalacağım üçün and içmişəm ” - deyə buyurmuşdur.
Allahın öz Rəsulunu (s) xanımlarını boşama
möv zusunda sərbəst buraxması haqqında Hz. Aişə
bu hədisi rəvayət etməkdədir.
“Rəsulullah (s) xanımlarından istəyəni sərbəst
buraxması (ayrılması) ilə əmr olunduğunda, əvvəl-
cə mənim fikrimi aldı və mənə: “Sənə bir mövzuda
söz açacağam. Ancaq ana və atanın bu mövzudaki fikir-
lərini almadan qərarını verməyə tələsmə.” buyurdu.
Halbuki, ana və atamın mənim ondan ayrılmağı-
mı istəməyəcəklərini bilirdi. Sonra belə buyurdu:
8 . Təhrim surəsi, 66/1-4
Hz. Hafsa
Möminlərin Anaları
116
“Həqiqətən, Uca Allah: “ Ey Peyğəmbər! xanımları-
na de ki: dünya həyatını və bəzəyini istəyirsinizsə,
gəlin sizə boşanma haqqınızı verim və sizi gözəl
bir şəkildə boşayım! Yox, əgər Allahı, Rəsulunu və
axirət yurdunu istəyirsinizsə, mütləq ki, Allah içi-
nizdən gözəl davranan xanımlara böyük mükafat
hazırlamışdır.”
9
Mən də: “Bu haqda ana və atamın
fikirlərini almağıma ehtiyac yoxdur. Çünki mən
Allahı, Rəsulunu və axirət yurdunu istəyirəm”,-
dedim. Rəsulullahın (s) digər xanımları da mənim
kimi etdilər.”
Beləliklə, Hz. Hafsa və Peyğəmbərimizin (s)
digər xanımları bal şərbəti hadisəsindən sonra bir
imtahan olunaraq dünyanı, yoxsa Allahı, Rəsulunu
və axirət yurdunu seçəcəkləri haqqında sərbəst bu-
raxılarkən, bütün ümmətə nümunə olacaqları bir
davranış sərgilədilər.
Hz. Hafsanın Əxlaqi Keyfiyyətləri
Hz. Hafsa Rasulullahın (s) digər xanımları kimi
bir çox üstün keyfiyyətləri özündə cəm edən zöv-
cələrindən biridir. Cəbrail Peyğəmbərimizə onun
cənnətdəki zövcələrindən biri olacağını xəbər ver-
mişdir.
Allah Rəsulu (s) Hz. Hafsaya xitabən belə bu-
yurmuşdur; “Ey Hafsa! Çox danışma! Allah-Təalanı
anmadan çox danışmaq, qəlbi öldürür. Allahı zikr edərək
danışmaq isə qəlbi dirildir.”
Hz. Hafsanın İslamı məsələlərdə dərin bir fə-
rasət və idrakı vardı. Bir dəfəsində Hz. Peyğəmbər
9 . Əhzab surəsi, 33/28-29
117
(s) “Ümid edirəm ki, Bədirdə iştirak edən və Hüdeybiyə
müqaviləsində olan sahabələr cəhənnəmə girməyəcək-
lər”,- dedi. Hafsa; “fəqət Allah deyir ki: İçinizdən
oraya getməyəcək kimsə yoxdur”,-
10
dedi. Allahın
Rəsulu onun bu sualına qarşılıq olaraq da: “ Allah
belə buyurur: Sonra (günahdan) qorunanları qurta-
rarıq və zalimləri elə dizi üstə çökmüş olaraq bu-
raxarıq”
11
əlavə etdi. Bu qarşılıqlı danışmadan belə
bir nəticəyə gəlinir ki, Hz. Hafsa dində nə qədər də-
rin düşüncəli və həssasdır. Buna görə də, Peyğəm-
bərimiz onun elm öyrənməsinə şərait yaratmışdır.
Hz. Hafsa o dövrdə oxuma və yazması olan
yeganə qadınlardan biri idi. O güman edilir ki,
bunları Şifa binti Abdullah adında qohumundan
öyrənmişdir. Bir gün Allah Rəsulu (s) onun yanına
gələndə Şifanın onun evində olduğunu və qarışqa
duasını yazdığını gördü. Hz. Peyğəmbər (s) bu du-
anı Hz. Hafsaya öyrətməsini özü söyləmişdi.
O, dini əmrləri haqqıyla yerinə yetirər və ge-
cələri ibadət edər, ilin çoxunu da oruclu olaraq ke-
çirərdi. Çox elmli biri idi. Abdullah b. Ömər, Sa-
fiyyə b. Əbi Ubeydə, Ummu Mübəşşir, Həmzə b.
Abdullah, Harisə b. Vehb, Abdurrahman b. Haris
tələbələri olub, Peyğəmbərimizdən (s) bir çox hədis
rəvayət etmişdir.
Hz. Hafsanın fəziləti ilə əlaqəli bir çox məlumat-
lar vardır. Bunlardan bir başqası da Hz. Peyğəm-
bərin (s) Hafsanı bir talaqla boşaması hadisəsində
ortaya çıxır. Hz. Peyğəmbər onu bir talaqla boşadı-
10 . Məryəm surəsi, 19/71
11 . Məryəm surəsi, 19/72
Hz. Hafsa
Möminlərin Anaları
118
ğı zaman dayıları Kudamə və Osman onun yanına
gəldiyində ağladığını görürlər. Sonra “Vallahi, O,
məni nə ayıb bir işdən, nə də bir əskiklikdən ötəri
boşamadı,”- dedi. Bunları söyləyərkən Rəsulullah
(s) gəldi və “Mənə Cəbrail gəldi. Hafsaya geri dönmə-
yimi söylədi. Çünki o, çox oruc tutan və gecə namazını
çoxca qılan birisidir. O sənin cənnətdəki zövcələrindən
biridir”,- buyurdu.
Hz. Hafsa İslam tarixinin çox böyük və əsas
sayılan dəyərli bir vəzifəsinə sahib olmuşdur. Bu
vəzifə, Hz. Əbu Bəkirin xəlifəliyi zamanında kitab
halına gətirilən Qurani-Kərimin ona həvalə edil-
məsidir.
Beləliklə, bu şərəfli vəzifəni yerinə yetirməklə
o, Quranı mühafizə edən bir kimsə olaraq şöhrət
qazanmışdır.
Hz. Hafsanın Peyğəmbərimizlə (s) səkkiz il
evlilik ömrü olmuş, Peyğəmbərimizdən 60 hədis
rəvayət etmişdir. Bunlardan 3-ü həm Buxari, həm
də Müslimdə keçməkdədir. Altısı isə sadəcə Müs-
limdədir.
Hz. Aişə və Hz. Hafsa Peyğəmbərin (s) əh-
li-beytinin eyni qrupuna mənsubdu. Ancaq bəzən
Peyğəmbərin sevgisini qazanmaq üçün qadınlıq
xüsusiyyətlərinə görə fikir ayrılığı olurdu. Onun-
la əlaqəli bəzi hədislərdən biri belədir. Hafsanın
Peyğəmbər ilə səfərlərinin birində Rəsulullaha
gecə yoldaşlıq etmək üçün dəvələri dəyişdirərək
Hz. Aişəyə oyun oynamışdı.
Hz. Aişədən nəql edildiyinə görə Hz. Peyğəm-
bər bir səfərə çıxdığında xanımları arasında püşk
119
atardı. Bir dəfəsində püşk Aişə və Hafsaya düş-
dü. Rəsulullah (s) gecə olduğunda Aişə ilə birlik-
də gəzər, onunla söhbət edərdi. Bir səfərdə Hafsa
Aişəyə: «bu gecə sən mənim, mən də sənin dəvənə
minim, sən də dəyişik mənzərə seyr et, mən də
dəyişik mənzərə seyr edim»,- dedi. o da: «Yaxşı»,-
dedi. Hz Hafsanın dəvəsinə mindi. Hz. Peyğəmbər
(s) Aişənin dəvəsinin yanına gəldi, halbuki üzərin-
də Hafsa vardı. Salam verdi, bir müddət getdilər,
nəhayət bir yerdə endilər. Aişə Hz. Peyğəmbər ilə
birlikdə səyahət etmə fürsətini qaçırdı, buna görə
istirahət etmək üçün endiklərində iki ayaqlarını
zəhərli həşəratın çox olduğu izhir otları arasına
qoydu: «Ey Allahım! mənə əqrəb və ya ilan müsəl-
lət et də məni sancsın. Artıq peyğəmbərə bir şey
söyləyə bilmirəm», - deyirdi.»
Peyğəmbərin xanımları arasındaki bu və bənzə-
ri hadisələr daha çox Hafsa ilə Aişəyə bağlanmaq-
dadır. Bir başqa hadisə də belə bildirilməkdədir.
Rəsulullahın azad etdiyi cariyələrindən Rəzinə
belə nəql edir:
“Bir gün Yəmənli Sevda Aişəni ziyarət etməyə
gəlir. Bu vaxt Hafsa da Aişənin yanında idi. Sevda
çox gözəl görünürdü. Üzərində Yəmən əl işi olan
əba və başında da başörtüsü vardı. Üzündə də göz-
lərinə doğru uzanan sabur və zəfəran boyalarından
hazırlanmış olan iki şəkilli nöqtə vardı.
Hədisin ravilərindən Uleylə deyir ki: Mən qa-
dınların bu şəkildə bəzəndikləri dönəmə yetişdim.
Hz. Hafsa
Möminlərin Anaları
120
Sevda gəlincə Hafsa Aişəyə: “Ey möminlərin
anası, Rəsulullah gəlir. Biz sadə şeylər geyinmişik,
amma bu qadın isə aramızda şimşək kimi çaxır, -
dedi. Aişə: Ey Hafsa, Allahdan qorx, bu nə sözdü
deyirsən? Hafsa: Mən onun bəzəyini pozacağam, -
dedi. Aişə ilə Hafsanın danışdığını hiss edən Sevda
(qulağı ağır eşidirdi) nə deyirsən? - dedi. Hafsa: Ey
Sevda tək gözlü dəccal çıxmış! - dedi. Sevda: Vay,
“eləmi?” - deyib qorxdu, tir-tir titrəyirdi. Harada
gizlənim? - dedi. Hafsa: Hayməyə
12
- gir, - dedi.
Sevda gedib orada gizləndi. Haymə kir içində
idi. Hər tərəfi hörümçək toru tutmuşdu. Bu vaxt
Rəsulullah içəri girdi. Hafsa ilə Aişə gülürdülər.
Gülməkdən danışa bilmirdilər. Rəsulullah tam üç
dəfə: “Nə olub gülürsünüz?” - deyə soruşdu. Onlar
da sığınağı göstərdilər. Peyğəmbərimiz gedib baxdı
ki, Sevda, orada tir-tir titrəyir. “Sevda burada nə işin
var?” - deyə buyurdu. Sevda: Ya Rəsulullah, o tək
gözlü dəccal çıxmış! Peyğəmbərimiz (s) “Çıxmadı,
ancaq mütləq çıxacaq, - deyə iki dəfə təkrar etdi.” Sonra
da Sevdaya oradan çıxması üçün kömək edərək üzə-
rindəki hörümçək torlarını təmizləməyə başladı.”
Hz. Hafsanın fəzilətini maddələr şəklində belə
sıralaya bilərik.
Hz. Hafsa, ədaləti ilə zirvə olan böyük xəlifə
Hz. Ömərin evində yetişmişdir.
Hz. Hafsa möminlərin anası olma şərəfinə nail
olmuşdu.
12 . Haymə xurma budaqlarından hazırlanmış olan və içinə gizlən-
mək üçün istifadə olunan bir sığınaqdır.
121
Cəbrail Peyğəmbərimizə cənnətdə də xanımı
olacaq xəbərini vermişdi.
Allah üçün çoxca ibadət edən, oruc tutan və
gecə namazlarını çox qılan birisi idi.
Elmli, iradəsi qüvvətli, fərasətliydi. Peyğəmbə-
rimizdən 60 hədis rəvayət etmşdir.
Atası Hz. Ömərdən sonra Quran müshəfinin
qorunması ona əmanət edilmişdi.
Hz. Hafsa Quran hafizi (hafizə) olmuşdur.
Hz. Hafsanın Vəfatı
Hz. Hafsa Peyğəmbərimizin (s) digər xanımları
kimi Xeybər fəthindən sonra əldə edilən qənimət
payından özünə lazım olanı almışdı. Peyğəmbəri-
mizin vəfatından sonra illik maaş olaraq on min
dirhəm aldı. Xüsusilə dövlət işlərində çox mütəva-
zi idi. Hətta atası Hz. Ömərin xəlifəliyi dönəmlə-
rində belə, xəlifə qızı olmasından heç bir sahədə sui
istifadə etməmişdir.
Hz. Hafsa Əməvi dövlətinin qurucusu Mua-
viyə bin Əbu Sufyanın səltənəti dövründə hicri və
ya 45-ci ildə
13
- miladi 665-ci ildə Mədinədə vəfat
etmiş, cənazə namazı Mədinə valisi Mərvan ibn
Hakəm tərəfindən qılınaraq Baqi məzarlığında
dəfn edilmişdir.
Mərvan onun cənazəsini məzara qədər təqib
etmiş və dəfnindən sonra oradan ayrılmışdır. Hət-
ta Mərvanın onun tabutunu Bəni Hazmın evindən
13 . İbn Sad, ət-Tabaqat, olan məlumata görə hicrətin 41-ci ilində
vəfat etdiyi də söylənməkdədir. Vəfatı zamanı 60 yaşı vardı.
Hz. Hafsa
Muğirə b. Şübənin evinə qədər daşıdığı da bildiril-
məkdədir. Əbu Hureyrə də onun cənazəsini bura-
dan Baqi qəbiristanlığına qədər daşımışdır.
Dəfn zamanı onu qəbrinə Hz. Ömərin oğulları
Abdullah və Asim ilə nəvələri Abdullah, Həmzə,
və Salim endirmişdirlər. Bunlar Hz. Ömərin oğlu
Abdullahın uşaqlarıdır.
Allah ondan razı olsun!
Möminlərin Anaları
122
Hz. Зейняб
125
Yoxsulların Anası
Zeynəb binti Hüzeymə
Peyğəmbərimizin (s) ailə həyatı qurduğu bəxti-
yar xanımlardandır. Bütün möminlərin anası olma
şərəfinə nail olmuş, istər cahiliyyə dövrü, istərsə
də İslam dövrü olsun yoxsullara və möhtaclara
yardım etmiş, şəfqət və mərhəmətlə davranmışdır.
Ona “Ümmül Məsakin”, yəni miskinlərin, möhtac-
ların anası adı verilmişdir.
Zeynəb Binti Hüzeymə Həzrəti Pey ğəmbərin
(s) evindəki həyatı qısa (iki və ya üç ay) olduğu
üçün tarixçilər onun haqqında çox geniş məlumat
verməmişlər
.
Bildiyimiz bir şey var ki, o da Hz.
Zeynəbin yoxsullara və möhtaclara kömək etməsi
və çox fəzilətli bir insan olmasıdır.
Zeynəb binti Hüzeymə Ərəbistanın ən güc-
lü qəbilələrindən olan Amir İbni Sasah qəbiləsinə
mənsubdur. Nəslinin silsiləsi belədir:
-Zeynəb binti Hüzeymə bin Abdullah bin Amir
bin Abdi Mənaf bin Hilal bin Amir bin Sasah əl-Hi-
laliyyədir.
İbn Abdil-Bərr onun nəsli haqqında (Nəssabə)
Əbul-Həsən əl-Cürcaninin belə dediyini rəvayət
edir: “Zeynəb binti Hüzeymə möminlərin ana-
sı Meymunə binti Haris ilə ana tərəfdən bacıdır.”
Yox
Möminlərin Anaları
126
Bu məlumatı verdikdən sonra İbn Abdil-Bərr: “Bu
haqda olan məlumatı başqasında görmədim, doğ-
rusunu Allah bilər” - deyə bildirmişdir.
Nəsli haqqında Əbu Cəfər b. Habibin, Rəsulul-
lahın (s) yaxınları barəsində Meymunə binti Haris
b. Hazn əl-Hilaliyyə ilə bağlı olaraq dediyidir. Ona
görə Hz. Meymunənin anası:
-Hind binti Afv b. Haris. Hamata əl- Himariyədir.
Meymunənin ana ata bir olan bacılarına gəlincə
onlar:
-Hz. Abbas b. Abdulmüttəlibin uşaqlarının
anası olan Ümmül-Fadıl Lübabətul-Kübra, Xalid
b.Vəlidin anası Lübabətus-Suğra və Azzə binti Ha-
risdir.
Anabir bacılar isə:
-Zeynəb binti Hüzeymə b. Haris b. Abdullah
əl-Hilaliyyə şəhid olan Cəfər b. Əbu Talib (Cəfəri
Təyyarın yoldaşı Əsma binti Umeysdir ki, bunu
daha sonra Hz. Əbu Bəkir, onun vəfatından son-
ra da Hz. Əli nikahlamışdır.) və Abdullah b. Kabın
yoldaşı Səlamə binti Umeysdir.
Ərəblər arasında qohumlarının şərəfi baxımın-
dan Meymunənin anası Hind binti Avf və bacıla-
rından daha soylu bir qadın yoxdur.
Dostları ilə paylaş: |