Vəfatı
Həzrət Sevdanın Peyğəmbərimizin vəfatından
sonrakı həyatı haqda tarixi qaynaqlarda geniş mə-
lumat yoxdur.
Həzrəti Sevdanın Həzrəti Ömərin xəlifəliyinin
son ilində hicri 22, miladi 643-cü ildə Mədinədə və-
3 . Müslim, Həcc, 49
4 . İbn Macə, Mənasik, 62
Hz. Sevda
Möminlərin Anaları
42
fat etmişdir və baqi qəbiristanlığında dəfn edilmiş-
dir.
Həzrəti Sevda vəfat etdiyində 70 yaşı var idi.
Allah Həzrəti Sevda anamızdan razı olsun!
Amin
Hz. Aишя
45
Hz. Aişə binti Əbi Bəkr əs-Siddiqə
Hz. Aişənin Ailəsi
Hz. Aişə binti Əbi Bəkr Hz. Muhammədə (s)
ilk iman edən, Onun ən sadiq dostu Hz. Əbu Bəkr
əs-Siddiqin qızı və Hz.Peyğəmbərin zövcəsidir.
Siddiqə ləqəbi ilə məşhurdur. Ummul-muminin
və Ummu Abdullah təxəllüsü ilə də çağırılmaq-
dadır.
1
Hicrətdən səkkiz il əvvəl Məkkə-i Mükər-
rəmədə doğulmuşdur. Anası Kinanə qəbiləsindən
Ummu Ruman binti Amir İbn Uveymirdir. “Mən
ailəmi tanıyandan bəri onların müsəlman olduğu-
nu gördüm”
2
sözü Hz. Aişənin çox kiçik yaşların-
dan müsəlman olduğunu və bisətdən əvvəl doğul-
duğunu göstərir. Uşaqlığı haqqında çox məlumat
yoxdur.
Hz. Peyğəmbərin (s) zövcəsi olaraq “Um-
mul-muminin” şərəfini qazanan Hz.Aişə istər atası,
istərsə də anası tərəfindən əsil-nəcabəti yönündən
bir çox üstünlükləri olan tanınmış bir ailəyə mən-
subdur. Atası Əbu Bəkr Bəni Teym qəbiləsindəndir
1 .
Övladı olmadığına görə Rəsulullah ona bacısı oğlu Ab-
dul lahın adı ilə təxəllüs götürməyini məsləhət görmüş, bu
sə bəbdən də Ummu Abdullah kimi tanınmışdır. Geniş mə-
lumat üçün bax: Mehmed Emre, Hanımların Din Rehberi, Çile
yayınları, İstanbul 1998.
2 .
Buxari, “Kəfalət”,4
Hz
Möminlərin Anaları
46
ki, bu qəbilənin kişiləri qadınlarına qarşı yaxşı dav-
ranan və haqlarına riayət edən kişilərdəndi. Əbu
Bəkr həlim xasiyyətli, insanlarla yaxşı münasibət-
ləri olan və buna görə daima insanların məşvərə-
tinə ehtiyac duyulduğu bir insan idi. Rəsulullahın
(s) daima özü ilə məsləhət etdiyi və bu səbəbdən
əshabdan bəzilərinin “Rəsulullahın vəziri” adını
qazanmış olan Əbu Bəkr ticarətlə məşğul olan və
hər zaman insanlara əl tutduğu üçün comərdliyi və
səxavəti ilə tanınırdı. İslama girişi ilə daha sonra
müsəlmanlar arasında salihə qadın kimi tanınan
anası Ummu Ruman hicrətin altıncı ilində Mədinə-
də vəfat etmişdir. Rəsulullah (s) özü onun dəfnində
iştirak etmiş, qəbrinə enmiş və :
“Hurilərdən bir qadına baxmaq kimi sevindirərsə, o,
Ummu Rumana baxsın” buyurmuşdur.
Hz. Aişənin Peyğəmbərlə (s) İzdivacı
Hz. Peyğəmbərin (s) Hz. Aişə ilə nikahı hic-
rətdən əvvəl Məkkədə qıyılmışdır. Alimlərin bu
evliliyin tarixi mövzusunda fərqli fikirləri vardır.
Məvdudi, İmam Nəvəvi və Əllamə Qəstalaninin
Aişənin hicri tarixlə II ildə ər evinə köçdüyünü
qeyd edirlər. Məvdudi də bu görüşə qatılaraq bu
məlumatın doğruluğunu Buxaridə keçən Urvə b.
Zubeyrdən gələn rəvayətə istinadən təsdiq edir.
Belə ki, Urvə b. Zubeyrin nəql etdiyinə görə: Hz.
Xədicə hicrətdən üç il əvvəl vəfat edincə Rəsulul-
lah (s) iki il subay qaldıqdan sonra Hz. Aişə ilə ni-
şanlanmışdır. O ərəfədə Aişənin təqribən altı yaşı
var idi. Nikah qıyıldıqdan üç il sonra da hicri II
47
ildə Rəsulullahla zifafları olmuşdur. İbn Həcər də
bu məlumatların doğruluğunu isbatlayaraq Hz.
Aişənin nikahlanarkən altı yaşlarında olduğunu,
Şəvval ayının 1-i zifafa girərkən doqquz yaşlarında
olduğunu qeyd edir.
Afzalur Rahmanın ifadələrinə görə Hz Aişə-
nin doqquz yaşında ikən Rəsulullahla evlənməsi
o dövrün şərtlərinə görə təbii bir hal idi. Belə ki,
o zamanlar belə bir evliliyin qınandığına dair qay-
naqlarda məlumat yoxdur. Əgər bu evlilik bir neçə
il geciksəydi, Hz.Peyğəmbərin (s) həyatından yüz-
lərcə səhnə məchul ola bilərdi.
Eyni zamanda o dövrdə evlilik yaşı, şübhəsiz,
iqlim şərtləri, o yerin coğrafiyası və irqinə görə
nəzərə alınırdı. İsti iqlimi olan ölkələrdə insanların,
xüsusilə qızların çox erkən inkişaf dövrünə girdik-
ləri açıqdır ki, ərəbistan yarımadası da qadınların
erkən böyümə yönündən başda gələn bölgələrdən-
dir.
Bütün bunlarla yanaşı peyğəmbərlə çox gənc
yaşda evlənəcək olan Aişənin xüsusi olaraq yetiş-
dirilməyə başlandığı özü tərəfindən rəvayət edi-
lir: Anası onu bir an əvvəl peyğəmbərlə evləndirə
bilmək üçün qızına inkişafına faydalı olan qidalar
yedirtməyə başlayır. O mövsümdə yetişmiş xurma
və acur (xiyar) ilə bəsləyir. Hz. Aişə bu xüsusi bəs-
lənmə nəticəsində özünün kökəlib yetkinləşdiyini
rəvayət edir.
Hətta qızlarının artıq toya hazır olduğunu
görən ailəsi Hz. Peyğəmbərin toyu gecikdirməsi-
nin narahatçılığını keçirməyə başlayır. Belə ki, bir
Hz. Aişə
Möminlərin Anaları
48
gün Peyğəmbərdən toyu gecikdirməsinin səbəbini
soruşan Hz. Əbu Bəkr Peyğəmbərin (s) mehir pulu-
nu düzəldə bilmədiyinə görə gecikdirdiyini öyrən-
diyində ona 500 dirhəm borc təklif edir. Bununla
yanaşı Hz. Peyğəmbərin verdiyi mehrin nə qədər
olması məsələsində fərqli rəvayətlər vardır.
3
Anaların əksəriyyəti qızlarını tez gəlin görmə-
yi xoşlayırlar. Hz.Aişənin anasının da bu istəkdə
olduğu anlaşılır. Hadisəyə Hz. Peyğəmbər tərəfin-
dən baxacaq olsaq, onun belə bir narahatçılığının
olmadığı görülməkdədir.
Bilindiyi kimi Rəsulullahın Məkkədən Mə-
dinəyə hicrəti və oraya yerləşməsi kimi səbəblər
Hz. Aişə ilə izdivacının üç il təxir edilməsinə gəti-
rib çıxarmışdır. Bu arada Hz. Aişə də qardaşı Ab-
dullahla birlikdə Mədinəyə gəlmiş və atası Əbu
Bəkrin evinə yerləşmişdir.
Hicrətdən sonra Əbu Bəkr, Zeyd bin Harisə və
Əbu Rafini Peyğəmbərimizin qızlarını, xanımı Hz.
Sevdanı və Ümmü Eymənlə Üsaməni Məkkədən
Mədinəyə gətirmək üçün vəzifələndirir. Onlarla
birlikdə yol rəhbəri Abdullah bin Uraykıta iki vəya
üç dəvə verib bunları oğlu Abdullaha verməyi tap-
şırır. Hz.Əbu Bəkr oğluna bir məktub da göndərir.
3 . Aişə anamızın mehri haqqında fərqli rəvayətlər var. Bə-
ziləri onun 50 dirhəm dəyərində bir ev olduğunu (Bax: İbn
Macə, “Nikah” 17; Təbərani, “əl-Mücəmül-Əvsat” 1/146; İbn
Cad, “Müsnəd”, 1/301; Müslim, “Nikah” 78 (1426); Hakim,
“Müstədrək” 4/5; İbn Sad, 8/59, 161), bəziləri isə bu məbləğin
dörd yüz dirhəm (Bax: İbn Hişam, “Sirə” 6/57;) olduğunu
bildirir. Hər halda bu gələn məlumatların fərqli olması nağd
verilən pulla tikilən ev arasında seçimdən qaynaqlanır.
49
Məktubda Abdullahın anasını, bacıları Aişə və Zü-
beyrin xanımı Əsmanı da götürüb Mədinəyə hicrət
etmək zərurətindən bəhs edilir.
Çox keçmədən deyilənlər yerinə yetirilmiş və
iki ailənin Məkkədə qalan üzvləri də yola çıxaraq
hicrət yolçuluğuna başlamışdılar. Minaya çatan-
da yolda Talha bin Ubeydullahla rastlaşırlar. O da
onlara qoşularaq birlikdə yollarına davam edirlər.
Mədinəyə gətirilən peyğəmbərin ailəsi onlar üçün
inşa edilən öz otaqlarına, Hz. Aişə isə atasının evinə
yerləşir. Yol səyahətində ürəkləri ağızlara gətirəcək
bir hadisə də yaşanır. Belə ki, Hz. Aişənin mindi-
yi dəvə birdən-birə dəstədən ayrılıb qaçmağa baş-
layır. Anası Ümmü Ruman təşvişə düşərək təlaş
içində qışqırır, övlad sevgisini dilə gətirib qızının
xoşbəxtliyi (toyunu görəcəyi) ümidiylə dolu ikən
başına belə bir işin gəlməsindən duyduğu kədəri
ifadə edirdi. Yaxşı ki, qafilədəkilər Aişəyə: “Dəvə-
nin yüyənini tut!”- deyə qışqırdılar. Aişə tez dəvə-
nin yüyənindən tutub özünə tərəf çəkdi. Dəvənin
üstündə dönməyə başladı. Dəvənin arxasınca qa-
çaraq özlərini dəvəyə çatdıranlar dəvənin yüyə-
nindən tutub sakitləşməsini gözlədilər. Təhlükə
sovuşmuş, dəvə artıq sakitləşmişdi. Qafilə yenidən
Mədinə yolçuluğuna davam etməyə başladı.
Rəsulullahın (s) Hz. Aişə ilə izdivacının ilahi
bir ilhama dayandığından bəhs edilir. Belə ki, Hz
Muhammədə (s) bir gün yuxusunda Aişə göstəril-
miş və Cəbrailin üç gecə dalbadal onun şəklini ipək
bir parçaya sarılmış halda gətirib “bu sənin zöv-
cəndir” dediyi nəql edilir. İbn İshaq isə: Cəbrailin
Hz. Aişə
Möminlərin Anaları
50
Aişəni iki dəfə röyada Peyğəmbərə (s) göstərdiyini,
birinci röyada ağappaq, xalis ipəyə bürünmüş hal-
da gətirdiyini qeyd edərək belə nəql edir: Rəsulul-
lah (s): “Üzündən örtüyü çəkdiyi zaman onun Aişə
olduğunu görür və “Əgər bu, Allahdan isə həqiqətə
çevirsin”- deyə dua edir. Tirmizidən nəql edilən
rəvayətə görə də Hz.Aişə belə demişdir: “Cəbrail
mənim şəklimi yaşıl ipək bir parçada Rəsulullaha
(s) gətirmiş və: “ Bu sənin dünya və axirətdə zöv-
cəndir” - demişdir. Parçanı açınca Cəbrailə:
- “Kimdir bu qadın?” -deyə Rəsulullah (s) soruş-
du. Cəbrail:
- “Bu, Aişədir. Dünyada və axirətdə sənin zöv-
cəndir. Ürəyindəki üzüntünün bir hissəsini o sənə
unutduracaqdır. O, Xədicəyə qarşılıqdır.”
- cavabı-
nı vermişdir.
Bilindiyi kimi Hz. Xədicənin vəfat ilinə “Hüzn
İli” adı verilmişdir. Hz. Xədicənin vəfatından son-
ra ev işlərinin daha kiçik yaşda olan Hz. Fatımənin
boynuna düşməsi Rəsulullahı çox narahat edirdi.
Onun bu kədərli halını hiss edənlərdən biri Osman
bin Mazunun xanımı Havlə binti Hakim olmuşdur.
Havlə qadın səhabələr arasında təqvası ilə ta-
nınan zahidə bir xanım idi. Rəsulullahın (s) hər cür
xidmətini etməyi özü üçün böyük bir şərəf və ülvi
bir vəzifə olaraq görərdi.
Bir gün Rəsulullahın (s) evinə gəlib:
-Ey Allahın Rəsulu! Evə girəndə Xədicənin ək-
sikliyi evdə hiss olunur-dedi.
51
Rəsulullah (s):
- Bəli, Xədicə həm uşaqlarımın anası, həm də evimin
gözətçisiydi- dedi.
-Sizə çətin günlərinizdə dayaq olacaq və ev
işlərinə yardım edəcək bir xanıma ehtiyac vardır.
İstəyirsinizsə, sizin evlənməyinizə vasitəçi olum?
-deyə Havlə soruşdu. Allah Rəsulu (s) ona:
- Kiminlə? -dedi.
Havlə:
-Qız istəsən qızla, dul istəsən dulla –cavabını
verdi. Rəsulullah (s):
-Qız kimdir? - deyə soruşdu. Havlə binti Hakim:
-Allahın bəndələrindən sənə ən layiq olan qız
Əbu Bəkrin qızı Aişədir - dedi.
- Bəs dul olan kimdir? - deyə Rəsulullah soruşan-
da Havlə:
-Sevda binti Zemadır. Sənə iman etmiş və di-
nində Sənə tabe olmuşdur - dedi.
Bu fikri uyğun görən Rəsulullah (s) Havləni
Hz. Əbu Bəkrin evinə göndərdi. Havlə Aişənin
anası Ümmu Rumanın yanına gələrək dedi:
- Ey Ümmü Ruman! Allahın xeyir və bərəkət
olaraq sizə nəyə qərq etdiyini bilirsənmi?
-Nədir ki o elə? -deyə Ummu Ruman soruşdu.
Havlə:
-Rəsulullah (s) Aişəyi istəmək üçün məni sizin
yanınıza göndərdi - deyincə Ümmü Ruman :
Hz. Aişə
Möminlərin Anaları
52
-Əbu Bəkrin gəlməyini gözlə - dedi.
Bir az keçmiş Əbu Bəkr evə gəldi. Havlə binti
Hakim:
-Ey Əbu Bəkr! Allahın xeyir və bərəkət olaraq
sizi nəyə qərq etdiyindən xəbərin varmı? - dedi.
Əbu Bəkr:
-Nədir o? - deyə soruşdu. Havlə binti Hakim:
- Rəsulullah (s) Aişəyi istəmək üçün məni sizə
göndərdi. Əbu Bəkr:
- Bu uyğundur ki? Axı Aişə qardaşının qızı sa-
yılır- dedi.
Havlə Rəsulullaha gələrək Əbu Bəkrin sözünü
ona çatdırdı. Rəsulullah (s):
-Get Əbu Bəkrin yanına de ki: O, İslamda mənim
qardaşımdır.” dedi.
Havlə binti Hakim deyilənləri Əbu Bəkrə xəbər
verəndə o, düşünmək üçün zaman istədi. Təbii ki,
bunda Əbu Bəkrin tutarlı səbəbləri var idi. Belə ki,
Mutim İbn Adiyy Aişəni oğlu Cübeyr ibn Mütim
üçün istəmiş, Əbu Bəkr da razılıq verərək söz kə-
silmişdi.
Amma Əbu Bəkrin bu sözə könlü razı deyildi.
Qəlbindəki nigarançılığa son vermək üçün Mutim
bin Adiyyin evinə getdi. Mutim bin Adiyy və zöv-
cəsi Ümmü Cübeyr birlikdə oturmuşdular. Əbu
Bəkr sözü açdı:
-Aişənin evlənməsi haqqında nə düşünürsü-
nüz?
53
Mütim bin Adiyy xanımına dönüb:
- Xanım nə deyirsən?-dedi. Mutimin xanımı:
-
Hərhalda oğlumuzu sənin qızınla evləndir-
sək, onu da yəqin dinimizdən çıxarıb öz dininə sa-
larsan - dedi. Əbu
Bəkr Mütim ibn Adiyyə dönüb:
-Sən də belə düşünürsən? - soruşunca Mütim
ibn Adiyy:
-O, eşitdiyin (mənim də eyni fikirdə olduğum)
sözləri deyir-cavabını verdi.
Bunu eşidən Əbu Bəkr verdiyi sözdən özü
dön mədiyi üçün Allaha həmd edir. Könül rahatlı-
ğı ilə evinə qayıdıb Havləni çağırtdıraraq Rəsulul-
lahın (s) gəlməsini istəyir və Hz. Aişəni altı və ya
yeddi yaşında ikən Şəvval ayında Rəsulullaha (s)
nikahlayır.
Rəsulullahın (s) şəvval ayında nikah qıydırma-
sının hikməti vardır. Bu izdivac üçün şəvval ayının
seçilməsi boşuna deyildi. Çünki o dövrdə belə bir
yanlış adət var idi ki, guya şəvval ayında qurulan
ailələr uğursuz olur, ər-arvad bir-biri ilə yola get-
mir, dolayısilə, bu nikahların ömrü uzun çəkmir.
Bu inamın kökündə isə neçə illər əvvəl taun xəstə-
liyinin yayılması və o zaman bir çoxlarının həyatını
itirməsi dayanırdı. Şəvval ayında kəsilən nikahları
həmin taunun baiskarı sayır və bir daha bu cür mü-
sibətə düçar olmamaq üçün, xüsusən, bu ayda ailə
qurmaqdan çəkinirdilər.
4
4 . İbn Sad, «Təbəqat» 61-60/8. Məhz bu səbəbdən hələ də cə-
miy yətdə mövcud olan bu düşüncənin büsbütün silinməsi
üçün Aişə anamız gəncləri şəvval ayında ailə qurmağa təşviq
Hz. Aişə
Möminlərin Anaları
54
Salih Suruc şəvval ayında nikah qıyılması-
nın uğursuzluğa səbəb olmamasını belə izah edir:
“Bayram cümə gününə rast gələrsə, bayram nama-
zı ilə cümə namazı arasında nikahın qıyılması mü-
nasib deyil. Çünki bayram gününün təlaşı çoxdur.
Nikahı da bu iki bayramın arasına sıxışdırmaq yax-
şı deyildir. Ancaq bunu etdiyi təqdirdə hər hansı
bir haram iş də görülmüş sayılmır”.
İki əziz və vəfakar dost arasında qohumluq
əlaqəsinin qurulmasına dair xəbərlərin ortaya çıxı-
şı məkkəliləri təəccübləndirmədi. O dövrdə qızla-
rın evlənərkən yaşının az olması normal və təbii bir
hadisə sayıldığından İslam düşmənləri buna bir
söz tapa bilmədilər. Rəsulullahın ən qatı düşmən-
ləri belə onun Hz.Aişə ilə evlənilməsində yanlış bir
hərəkət və ittiham ediləcək bir nöqsan tapa bilmə-
dilər. Halbuki onlar iftira və zülm də olsa, bunu
edərdilər.
Rəsulullaha (s) Mədinədə otaqlar inşa edilmiş
və ailəsi oraya köçürülmüşdü. Amma Hz.Aişə ilə
Məkkədə söz kəsilməsinə baxmayaraq Rəsulullah
(s) evlilik məsələsini uzadırdı.
Bir gün Əbu Bəkr Rəsulullahdan (s) soruşur:
-Ya Rəsulullah! Ailəni yanına gətirməkdə sənə
mane olan nədir? Rəsulullah:
- Mehirdir - cavabını verir.
edir və xoşbəxt həyatını nümunə göstərməklə insanları bun-
dan qorxmamağa çağırırdı. Bax: Müslim, «Nikah», 1423) 73);
Tirmizi, «Nikah», 1093) 9); Əhməd ibn Hənbəl, «Müsnəd»,
25757) 206/6); İbn Macə, «Nikah», 1990) 53).
55
Bunun üzərinə Hz.Əbu Bəkr ona 500 dirhəm
borc verir. Allah Rəsulu bunları Aişəyə mehir ola-
raq verib Şəvval ayında onunla evlənir.
Aişə öz toyunu belə rəvayət edir:
-Rəsulullah (s) evimizə gələndə ənsardan bir
neçə qadın və kişilər də toplandılar. Mən ənsar qız-
ları ilə iki xurma ağacı arasından asılmış yelləncək-
də yellənirdim. Anamın evdən çıxıb mənə yaxın-
laşdığını görəndə nə edəcəyini bilmədiyim üçün
iki əlimi qarnımın üstünə qoydum. Anam məni
evə gətirib saçlarımı düzəltdi və bir az su ilə üzü-
mü yudu.
Daha sonra anam məni Rəsulullahın (s)yanın-
da oturdub:
-Bunlar sənin ailə üzvündür. Allah onlarda sə-
nin üçün bərəkət xəlq etsin, onlar üçün də səndə
bərəkət ehsan etsin- deyə dua etdi.
Sonra qadınlar və kişilər qalxıb getdilər. Onla-
rın toyunda nə bir dəvə, nə də bir qoyun kəsilmədi.
Sadəcə Sad b. Übadə daha əvvəl də Hz.Peyğəmbərə
(s) göndərdiyi böyük bir qabda onlara toy yeməyi
göndərmişdi.
Hz. Aişənin Rəsulullahla Keçən Sadə
Həyatı və Ev Əşyası
Hz. Aişənin həyatı başından sonuna qədər qə-
naət, təqva və səxavətin ən parlaq örnəkləri ilə do-
ludur.
Hz. Aişə
Möminlərin Anaları
56
Onun gəlin olaraq girdiyi və həyatının sonu-
na qədər yaşadığı hücrə Məscidi Nəbəvinin şam
tərəfinə düşən, qapısı məscidə açılan genişliyi 6-7
arşından, kərpicdən, tavanı xurma lifləri ilə örtülü
(hurma bölmələri) və yarpaqlarından ibarət uzun-
luğu bir adam boyu yüksəkliyində bir otaq idi.
Yağışın sızmasının qarşısını almaq üçün tavanın
üzərinə yun örtülmüşdü. Qapısı da ardıç və ya saç
deyilən bir ağacdan və ya örtükdən idi.
Bu sadə hücrədəki əşyalar: Bir sədir, bir həsir,
bir qatlı yataq, bir yastıq, un və xurma qoymaq
üçün iki çanaq və dəridən olan bir su tulubu idi.
Əhli-beytin üç gün dalbadal müntəzəm bir
yemək yediyi görülməmişdi. Əksər hallarda xur-
ma və su ilə dolanardılar. Bəzən elə ay olurdu ki,
bu mütəvazi hücrədə qəndil yanmaz, bacasından
tüstü çıxmazdı.
Rəsulullah (s) Hz. Aişənin hücrəsində olduğu
vaxtlar yeməyə bir şeyin olub-olmadığını soruşar,
o da bir şey olmadığını deyincə o günü oruclu ola-
raq keçirərdilər və yaxud mədinəli müsəlmanlar-
dan biri bir miqdar süd göndərər və bu südlə ke-
çinərdilər.
Rəsulullahın (s) vəfat etdiyi gün Hz. Aişənin
evində bir günlük yeməyi belə yox idi.
Hicrətin doqquzuncu ilində Mədinəyə gələn
mallar və qənimətlərin sayı çoxalmasına baxmaya-
raq Allah Rəsulunun xanəsində həyat tərzi dəyiş-
məmiş, dəyişdirilməmişdir.
57
Xeybərin fəthindən sonra möminlərin anaları-
na ayrılan ərzaq belə, kasıblara verilən sədəqə və
qonaqlara ziyafət səbəbilə vaxtından qabaq qurta-
rar, əhli-beyt ac qalardı.
Hz. Aişənin Cömərdliyi və Səxavəti
Qənaətkar və təvazökar olması ilə yanaşı bu sa-
lihə xanım eyni zamanda da çox cömərd və əliaçıq
idi. Yetim və kasıb uşaqları himayəsinə alar, onla-
rın təlim və tərbiyələrinə xüsusi diqqət yetirərdi.
Bir çox kölə və cariyə azad etdiyi, bunların sayının
altmış iki olduğu qaynaqlarda qeyd edilir.
Əlinə pul keçən kimi onu sədəqə verən Hz.
Aişə səxavətindən heç geri durmazdı. Oruclu oldu-
ğu bir gündə Abdullah b. Zübeyrin ona göndərdiyi
100 min dirhəm pulun hamısını bir gündə sədəqə
vermişdir. Evinə bir dirhəm belə saxlamayan Hz.
Aişə cariyəsinin “Kaş ki bu dirhəmlərdən bizə bir
dirhəmlik ət alsaydın” sözü üzərinə, “daha əvvəl
desəydin istədiyini almaq üçün bir miqdar kənara
qoyardım” deyərək nə qədər səxavətli olduğunu
sübut etmişdir. Əslində bunda təəccüblənəcək bir
şey yox idi. O, bütün malını bir gündə Allah yolun-
da bağışlayan, Rəsulullahın: “Bəs evə nə saxladın”
sualı üzərinə, “Allah və Rəsulunu” cavabını verən
Əbu Bəkrin qızı deyildirmi?
Ahmet Halil Cüma, İmam Zəhəbinin Hz.A-
işə haqqında “Möminlərin anası, zəmanəsinin ən
comərdi idi. Comərdlik xüsusunda onunla əlaqəli
bir çox məlumat vardır” dediyini nəql edir.
Hz. Aişə
Möminlərin Anaları
58
Hz. Aişənin cömərdliyi ilə əlaqəli Yusuf Qan-
dəhləvi “Hayatus-Sahabə” isimli əsərində belə bir
hadisəni nəql edir:
Bir gün Hz. Aişə oruclu ikən bir yoxsul gəlib
Allah rızası üçün bir şey istəyir. Hz. Aişənin evində
çörəkdən başqa bir şey yox idi. Cariyəsinə:
-Çörəyi ona ver, - dedi.
-Axşama iftara bir şeyiniz qalmır - deyərək ca-
riyə çörəyi verməkdə tərəddüd edir.
Hz. Aişə cariyəyə deyir:
-Sən çörəyi ona ver.
Hadisəni nəql edən cariyə deyir ki, “Hz. Aişə-
nin əmri üzərinə çörəyi o yoxsula verdim. Axşam
düşəndə biri bizə bişmiş qoyun əti, bir az da çörək
göndərdi. Hz. Aişə məni çağırdı və:
“Gəl ye, bu sənin çörəyindən daha yaxşıdır” -
dedi”.
5
İmam Malik Hz. Aişə ilə əlaqəli digər bir rə-
vayəti isə belə nəql edir:
“Eşitdiyimə görə bir dilənçi Hz. Aişənin yanına
gələrək ondan bir şey istəyir. Hz. Aişənin önündə
də üzüm var idi. Yanındakılardan birinə:
-Üzümdən bir dənə ona ver –deyir.
Yanındakı adam “Bir üzüm dənəsi heç verilər-
mi?” düşüncəsi ilə Hz. Aişənin üzünə baxaraq təəc-
cüblənir. Hz. Aişə:
5 . Beyhəqi, Şuabul-İman, 3/260 (3482)
59
-Niyə belə təəccüblə baxırsan? Bu bir dənədə
nə qədər zərrə var bilirsənmi? - deyir.
6
(Hz. Aişə bu
sözü ilə Allahın “kim zərrə qədər yaxşılıq edərsə,
savabını alar” ayəsinə işarət etmək istəmişdir. Zil-
zal surəsi, 7.)
Hz. Aişənin əliaçıq və və səxavətli olduğunu
çox yaxşı bilən bacısı oğlu Abdullah b. Zübeyr yenə
bir gün onun nəyisə satdığını və yaxud bağışladı-
ğını eşidincə “vallahi ya Aişə bundan əl çəkər, ya
da mən onun əlini bağlayaram (verməsinə mane
olaram)” deyir. Bu söz Hz. Aişənin qulağına çatır.
Hz. Aişə “nəzir edirəm bir daha Abdullahla
danışmayacağam” deyərək and içir. Bir müddət
keçəndən sonra Hz. Aişənin onu bağışlamayacağı-
nı anlayan Abdullah b. Zübeyr onun yanına şəfaətçi
olaraq dostlarını göndərir. Ancaq Hz.Aişənin onu
bağışlamayacağına and içdiyini bildirərək onları
geri qaytarır. Bu səfər Abdullah bin Zübeyr, Mis-
vər bin Mahrəmə və Əsvəd bin Yəqus ilə danışıb:
“Siz bir yolunu tapıb məni onun yanına salın.
Mənimlə danışmayacağına söz verməsi halal deyil-
dir.” - deyə yoldaşlarından xahiş edir.
Bunun üzərinə Misvər və Əsvəd Abdullahı
yanlarına alaraq Hz.Aişənin evinə doğru yollanır-
lar. Evə çatdıqlarında salam verib:
-“İçəri girməyə icazə varmı?” - deyə Hz. Aişə-
dən izn istəyirlər. O da:
-“Girin” - deyir.
6 . İmam Malik, Muvatta, II, 997.
Hz. Aişə
Möminlərin Anaları
60
-“Hamımız girəkmi?” - deyə soruşduqlarında
Hz. Aişə:
-“Bəli, hamınız girin” deyərək girmələrinə
icazə verir. Abdullah ibn Zübeyrin yanlarında ol-
duğundan xəbəri olmur.
İçəri girdiklərində Abdullah Hicaba (Hz. Aişə-
nin olduğu pərdə ilə bağlı olan otağa) girib xala-
sının boynuna sarılıb ona and verməyə başlayır.
Misvər və Abdurrahman da pərdə arxasından Hz.
Aişəyə Allah adına and verərək və Rəsulullahın üç
gündən artıq din qardaşına küskün qalmamasını
ona xatırladaraq bağışlamasını xahiş edirlər. Hz.
Aişə də ağlayaraq küskün duracağına and içdiyi-
ni ona deyir. Onların davamlı israr və yalvarma-
ları nəticəsində Abdullah bin Zübeyri bağışlayaraq
andını pozan Aişə (r. anhə) bunun müqabilində
kəffarəsini ödəməyə məcbur olur. Abdullah bin
Zübeyr xalasına on kölə göndərir. Aişə (r. anhə)
bunların hamısını azad edir. Beləliklə Hz. Aişənin
andını pozmanın qarşılığı olaraq tam 40 kölə azad
etdiyi rəvayət edilir. Yadına düşdükçə etdiyi vədə
görə peşmançılıq hisləri keçirən Hz. Aişə:
-And içdiyim zaman kaş ki vaxt qoysaydım-
deyə üzüldüyünü tez-tez ifadə edərdi.
Hz. Aişə Rəsulullahın (s) vəfatından sonra da
sadə və təvazökar bir hayat yaşadı. O, gəlir etibarı
ilə Hz. Peyğəmbərin (s) digər xanımlarından üstün
olmaqla birlikdə əlinə keçən bütün mal və pulları
sədəqə olaraq paylayırdı. Digər xanımlara verildiyi
kimi ona da Beytul Maldan bir miqdar pul ayrıl-
mışdı. Hz. Aişə ona ayrılan aylıq gəlirini də kasıb
61
və miskinlərə paylayardı. Hişam bin Urvə (bacısı-
nın nəvəsi) Hz. Aişənin öz paltarı yamaqlı olduğu
halda 70 min dirhəmi bir gündə paylayıb özünə
heç bir şey saxlamadığını rəvayət edir.
Hz. Aişə özünə aid olan bir evi satıb pulunu eh-
tiyac içində olanlara payladığı da gələn rəvayətlər
arasındadır. Atası Hz. Əbu Bəkr ona bir bağ hədiy-
yə etmişdi. Xalq ona Rəsulullahın xəlifəsi olaraq
beyət edəndə o, Hz. Aişəni yanına çağırıb ona:
-“Qızım! Sənə bir bağ hədiyyə etmişdim. Lakin
içimdə bir şübhə var. Onu mirasçılara verərsənmi?
- deyə soruşmuş, Hz. Aişə də heç düşünmədən:
-“Əlbəttə, dediyini yerinə yetirəcəm” - deyərək
bağı hədiyyə etmişdi.
Dostları ilə paylaş: |