MÖMİNLƏRİn analari baş Məsləhətçi


Ummu Sələmənin Rəsulullahın



Yüklə 49,39 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix21.04.2017
ölçüsü49,39 Kb.
#15079
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

Ummu Sələmənin Rəsulullahın 
Evindəki Həyatı
Ummu Sələmə təvazökar olmaqla yanaşı, eyni 
zamanda çox utancaq bir xüsusiyyətə sahib idi. 
Əbu Sələməyə elə bağlanmışdı ki, ondan sonra Rə-
sulullahla evlənəndə Rəsulullah (s) hər dəfə otağı-
na girəndə utancaqlığından qızı Zeynəbi qucağına 
alardı. Bunun üzərinə Hz. Peyğəmbər (s) geri qa-
yıdardı. Amma tədricən digər  əhli-beyt xanımları 
kimi o da sıxılqanlığını ataraq Rəsulullaha (s) alış-
mağa başladı.
 
Qandəhləvi Ummu Sələmənin əri vəfat edəndə 
kiçik qızı Zeynəbə hamilə olduğunu qeyd edərək 
bununla bağlı hadisəni belə nəql edir:
“Əbu Sələmə  vəfat etdikdən sonra Zeynəb 
dün yaya  gəlmişdi. Daha sonra Rəsulullah (s) evli-
lik təklifini ona etmiş, Ummu Sələmə  də razı ola-
raq nikahları qıyılmışdı. Nikahdan sonra Rəsulul-
lah (s) hər dəfə Ummu Sələmənin otağına girəndə 
Zey nəbi qucağında görər və geri qayıdardı. Bir gün 
yenə içəri girəndə evdə Zeynəbi görməyən Rəsu-
lullah (s):
Hz. Ummu Sələmə

Möminlərin Anaları
146
-Bəs Zeynəb hanı?,-deyə soruşdu. Ummu Sə lə mə:
-Ammar onu apardı, - deyə cavab verdi.
Ammar bin Yasir Ummu Sələmənin ana bir qar-
daşı idi. O, hər dəfə Rəsulullahın (s) otaqdan çıxıb 
getdiyini görəndə  vəziyyəti anlamış, içəri gi 
rib 
uşağı bacısının əlindən almış: “Bu uşaq Rəsululla-
hın yanına gəlməyinə mane olur. Bu çirkini mənə 
ver”, - deyərək evinə aparmışdı. Daha sonra Um-
mu Sələmə Zeynəbi Quba yaxınlığında bir kəndə 
süd anasına vermişdi.
 
 
Ummu Sələmə işə hakim olan, sözü ke çən, öz 
dəyərini qiymətləndirən möhtərəm bir xanım idi. 
İstər Hz. Aişə, istərsə  də digər xanımlar arasın-
da  şərəf və  ləyaqətini alçaldacaq heç bir hərəkət 
göstərməmişdir.. Elə ona görə  də xanımları onu 
qarşılamaq üçün böyük səy göstərirdilər.
Onu da qeyd etmək lazımdır ki, Rəsulullahın 
(s) Ummu Sələmə ilə evlənməsi xəbəri yayılınca 
Hz.Aişə Hafsanın yanına gedərək narahatçılığını 
ona açmışdı. Hadisəni Hz.Aişənin dilindən eşidək: 
“Rəsulullah (s) Ummu Sələmə ilə evlənmək istədi-
yində onun gözəlliyi haqqında danışılanlar səbə-
bilə çox üzüldüm. Onu görənə qədər səbr edib göz-
lədim. Onu görəndə danışılanlardan qat-qat daha 
gözəl olduğunu gördüm. Bunu Hafsaya danışdım. 
O: “Məncə sən şişirdirsən”, - dedi, o qədər də deyil, 
- deyib bir az yaşlı olduğunu da qeyd etdi. Bunun 
üzərinə onu yenidən gördüyümdə Hafsanın dedi-
yi qədər olduğunu qəbul etdim. Lakin mən də çox 
qısqanc idim.”

147
Yuxarıda da qeyd etdiyimiz kimi, Ummu 
Sələmə sözü keçən, öz dəyərini bilən və sözünü 
deməkdən çəkinməyən cəsur bir xanım idi. Hər 
ailədə olduğu kimi, Rəsulullahın ailəsində  də iri-
li-xırdalı münaqişələr və narahatçılıqlar yaşanırdı. 
Belə ki, peyğəmbərin xanımları dünya ilə  əlaqəli 
bəzi tələblər irəli sürdüyündə Rəsulullah (s) onları 
təmin edə bilməyəcəyini söyləmiş və onlardan in-
cimişdi. Bunu eşidən Hz.Ömər möminlərin anala-
rına qarşı hirslənmiş, onlara Peyğəmbəri (s) incit-
məmələri mövzusunda bir nitq söyləmişdi. Bunun 
üzərinə Ummu Sələmə:
-Sənə  təəccüb edirəm, ey Xəttabın oğlu! Hər yerə 
burnunu soxdun, bir Peyğəmbər ilə xanımlarının arası-
na girmək mi qaldı?- deyincə:
Hz. Ömər: “Onun bu sözü mənə elə  təsir etdi ki, 
içimdəki bütün hirsimi dağıtdı”, -  demişdir.
 
Ummu Sələmənin Fəziləti
 Rəsulullahın (s) onu Əhli-Beytdən sayması da 
ona duyduğu hörmət və sevgini bildirən əlamətlər-
dəndir. Belə ki, Təbəridə nəql edilən rəvayətə görə 
bir gün Rəsulullah (s) Ummu Sələmənin yanında 
idi. Ummu Sələmənin qızı Zeynəb də orada idi. Fa-
timə  və  oğlanları  Həsən və Hüseyn də babalarını 
görməyə gəlmişdilər. Peyğəmbər (s) onları qarşıla-
yaraq qucaqlayıb:
“Əhli-Beytim! Allahın rəhmət və bərəkəti üzərinizə 
olsun! Allah hər cür həmdə layiqdir, O, nə üstün şərəf 
sahibidir, - dedi. 
Hz. Ummu Sələmə

Möminlərin Anaları
148
Ummu Sələmənin qızı Zeynəb deyir: “Anam bunu 
eşidəndə  ağlamağa başladı”. Rəsulullah ona şəfqətlə 
baxaraq:
-Niyə ağlayırsan, ey Ummu Sələmə?-deyə soruşdu. 
Bunun üzərinə Ummu Sələmə:
-Ya Rəsulullah! Allahın rəhmət və  bərəkətini  Əhli 
Beytin arasında bölüşdürdün.  Məni və  qızımı unut-
dun, - dedi.
Onun bu sözü qarşısında Rəsulullah (s):
-Sən də, qızın da Əhli-Beytdənsiniz, - cavabını verə-
rək Ummu Sələməni rahatlatmışdır.
Mədinədə  Rəsulullaha gələn vəhylərin bir ço-
xu nun  Hz.  Aişənin otağında gəldiyi haqqında rə-
vayətlər vardır. Hz. Aişə arada bununla Rəsululla-
hın digər xanımları arasında öyünər, fəxr edərdi. 
Amma vəhyin bir dəfə Ummu Sələmənin otağında 
da gəlməsi, onun Allah və Rəsulunun nəzdində Hz 
Aişədən sonra şərəf və üstünlüyə sahib olduğunu 
göstərmiş oldu.
Rəvayət edildiyinə görə, Cəbrail bir gün Dih-
yətul- Kəlbinin
6
 surətində Peyğəmbərin (s) yanına 
gəlmişdi. Peyğəmbərin (s) yanında Ummu Sələmə 
də var idi. Rəsulullah (s) bir müddət Cəbraillə söh-
bət etdikdən sonra Cəbrail getdi. Hz.Peyğəmbər (s) 
Ummu Sələmədən:
-Gələn kim idi bilirsənmi? - deyə soruşdu. 
Ummu Sələmə də:
6 .
 Rəsulullahın səhabələrindən birisidir. Gözəl və yaraşıqlı görünüşü 
ilə səhabələr arasından seçilərdi.

149
-Bəli, Dihyə idi,- deyə cavab verdi. 
Bunun üzərinə Rəsulullah (s):
-Vallahi, Rəsulullahın xanımlarından heç birinin 
görmədiyini sən gördün, – deyərək gələnin Cəbrail oldu-
ğunu xəbər verdi.
 7
 
Ummu Sələmənin bir çox sahabənin çata bil-
mədiyi belə ülvi mənzərələrə şahid olduğunu qeyd 
etmək lazımdır. Bir gün yenə Rəsulullah (s) Ummu 
Sələmənin yanında ikən Cəbrail gəldi. Peyğəmbə-
rimiz (s) Ummu Sələməyə: “Qapını bağla.  İçəriyə 
heç kimi qoyma”, - dedi. Onlar içəridə ikən Hz. 
Hüseyn (r.anh.) gəlib içəri girmək istədi. Ummu 
Sələmə ona mane olmaq istəsə  də, Hüseyn fürsət 
tapıb içəriyə girdi ve qaçıb babasının qucağında 
oturdu. Hz.Peyğəmbər (s) nəvəsini  öpüb əzizlə-
yincə Cəbrail: “Onu çox sevirsən? - deyə soruşdu. 
Rəsulullah (s): “Bəli, çox sevirəm”, - buyurdu.
 Bu söz üzərinə Cəbrail:
- Amma ümmətin onu şəhid edəcək
- Deməli, onu möminlər öldürəcək?
- Bəli!.. İstəsən onun şəhid ediləcəyi yeri də sənə 
deyim”, -  dedi və Cəbrail qısa bir müddət oradan 
ayrıldı. Kərbəladan gətirdiyi bir ovuc qırmızı  və 
nəm torpaqla qayıtdı. Rəsulullahın (s) mübarək 
gözləri yaşardı. Cəbrailin gətirdiyi torpağı saxla-
ması üçün Ummu Sələməyə verdi.
Rəsulullahın (s) axirət aləminə köç etməsindən 
sonra Ummu Sələmə Hz.Peyğəmbərin (s) hər dəfə 
7 .
 Müslim, Fədailus-Sahabə, 100.
Hz. Ummu Sələmə

Möminlərin Anaları
150
nəvələri Həsən və Hüseyni görəndə gözü yaşarar-
dı. Onlara bir zərər gəlməməsi üçün əlindən gələni 
edərdi. Aradan illər keçdi. Cəbrailin verdiyi xəbər 
gerçək oldu. Hz. Hüseyn hicri 61-ci ildə Kərbəlada 
Yezidin adamları tərəfındən şəhid edildi. O günün 
səhəri Ummu Sələmənin ağladığını gördülər. Səbə-
bini soruşduqlarında belə dedi:
Röyamda Rəsulullahı (s) gördüm. Başı, saç və 
saqqalı toz-torpaq idi.
- Ey Allahın Rəsulu, sizə  nə oldu belə?”-deyə 
soruşdum.
- Biraz əvvəl Hüseyni şəhid etdilər”, - buyurdu. 
Bu gördüyüm röyanın təsirilə ağlıyıram”, - dedi.
 
Üsamə bin Zeyd, Ummu Sələmənin Cəbraili 
gördüyü haqqında fərqli rəvayəti bir az daha geniş 
nəql edir: 
“Ummu Sələmə deyir”: Bir gün Dihyə Hz.Peyğəm-
bərin (s) yanına gəlmişdi. Mən Peyğəmbərin (s) yanında 
idim. O, Peyğəmbərlə (s) bir müddət danışdıqdan sonra 
çıxıb getdi. Peyğəmbər (s) mənə:
Bu kimdir bilirsənmi? –deyə soruşdu. 
Mən də:
Bu Dihyədir, – dedim. 
Allaha and olsun ki, Peyğəmbər (s) Cəbraildən aldığı 
vəhyi əshaba xəbər vermək üçün xütbədə onu dinləyənə 
qədər Dihyənin Cəbrail olduğunu bilməmişdim.”
8
Ummu Sələmənin otağında ikən Rəsulullaha 
(s) gələn vəhylə əlaqəli hadisələrdən birisi də Bəni 
8 .
 Buxari, Mənaqıb, 3634.

151
Qureyza yəhudiləri ilə müsəlmanlar arasındakı ya-
şanan hadisədir.
Bəni Qureyza mühasirəsində Əbu Lübabə mü-
zakirə  əsnasında yəhudilərin edam ediləcəklərini 
ağ zından qaçırması  səbəbilə günahını anlayaraq 
ba ğışlanana qədər özünü Məscidi-Nəbəvidəki di-
rək lərdən birinə bağlamışdı. Bir neçə gün keçdiyi 
hal da  ayə nazil olmamış, Əbu Lübabə də bu dirəyə 
bağ lı halda, bağışlanmasını ümidlə gözləyirdi. Bir 
gün səhər Rəsulullah (s) Ummu Sələmənin otağında 
ikən sevinclə ayağa qalxdı. Ummu Sələmə so ruş du:
-Allah Səni əbədiyyən mütəbəssim etsin, ey Allahın 
Rəsulu! Bu təbəssüm və sevincinin səbəbi nədir?
Rəsulullah (s) :
-Əbu Lübabənin tövbəsi qəbul edildi, - deyərək 
ayələrin gəldiyi müjdəsini verdi. Ummu Sələmə:
-Ya Rəsulullah! Bu gözəl xəbəri mən xəbər verə 
bilərəm?-deyə soruşdu. Rəsulullah (s) dedi:
-Bəli, istəyirsən, sən de.
Ummu Sələmə otağının qapısı ağzında durub üzü-
nü məscidə tərəf tutaraq yüksək səslə:
Təbriklər! Ey Əbu Lübabə! Tövbən qəbul edildi, - dedi.
Onun səsini eşidən bütün Mədinə xalqı məscidə doğ-
ru Əbu Lübabəni təbrik etmək üçün axışmağa başladı.
 
 Ummu Sələmənin üstün zəkası, uzaqgörən olma-
sı və fəziləti haqqında varid olan hadisələrdən birisi 
də Hüdeybiyədə göstərdiyi fətanət və dirayətidir. 
Bilindiyi kimi hicrətin altıncı ilində Hz. Pey-
ğəmbər (s) bir dəstə  səhabə ilə birlikdə umrə et-
Hz. Ummu Sələmə

Möminlərin Anaları
152
mək üçün yola çıxar. Hər dəfə səfərə çıxarkən xa-
nımlarından birini götürərdi. Bu dəfə  sıra Ummu 
Sələməyə düşmüşdü. Hüdeybiyə deyilən yerə ça-
tanda Məkkəli müşriklərin maneəsi ilə qarşılaşır-
lar. Müşriklər bu il onların umrə etməsinə icazə 
vermək istəmirlər. Lakin səhabələr israrla umrə et-
mək istəyirlər. Rəsulullah (s) məkkəli müşriklərlə 
bir saziş bağlayır. Görünüşdə müsəlmanların əley-
hinə görünən saziş bir il sonra onların lehinə nəti-
cələnəcəkdi. Belə ki, bu sazişi ilk pozan elə məkkəli 
müşriklərin özləri olacaqdı.
Lakin səhabələr, başda Hz. Ömər olmaqla bu 
sazişdəki  şərtlərlə razı deyildilər. Onlar lazım gə-
lərsə, qılınc gücü ilə belə olsa Məkkəyə girmək istə-
yirdilər. Rəsulullah (s) onlara: “Durun, qurbanları-
nızı kəsin, təraş olun və ehramdan çıxın.”- dedi.
Ancaq əmrə heç kəs itaət etmədi. Rəsulullah (s) 
bunu üç dəfə  təkrar etdi. Ancaq səhabədən yenə 
heç kəs qımıldanmadı belə. Bu vəziyyətə çox kədər-
lənən Rəsulullah (s) çadıra girərək olanları Ummu 
Sələməyə danışdı. Ummu Sələmə:  “Ya Rəsulullah! 
Sən çıx, heç kəslə kəlmə kəsmədən qurbanını kəs, birini 
çağırıb təraş ol və ehramdan çıx”, - dedi.
 Hz. Peyğəmbər (s) Ummu Sələmənin dediyi 
kimi, qurbanını kəsib, təraş olub ehramdan çıxan-
da səhabələr də  Rəsulullahın (s) etdiyi kimi qur-
banlarını kəsib, təraş olub ehramdan çıxdılar. Hətta 
bəziləri tələsdiklərindən az qalsın təraş  əsnasında 
bir-birini yaralayacaqdılar.

153
Rəşid Haylamaz bu hadisədə Ummu Sələmə-
nin Rəsulullahı (s) təskin etmək xüsusundakı əzm 
və bacarığını belə rəvayət edir.
Rəsulullah (s) təəssüf hissi ilə və kədərli bir hal-
da çadırına girib:
Müsəlmanlar həlak oldular. Onların bu hərəkətləri-
ni görürsənmi? Mən 
onlara bir şey  əmr edirəm, onlar isə  əmrimi eşidib 
üzümə baxdıqları halda bunu yerinə yetirmirlər, - deyir.
Ummu Sələmə  Rəsulullahı (s) sakitləşdirəcək 
və üzüntüsünü qaldıracaq bir məsləhət verir: “Ya 
Rəsulullah! Onları qınama, çünki hal-hazırda onlar bö-
yük sarsıntı keçirirlər. Müqavilənin ağır şərtləri və göz-
lənilən fəthi görmədən geriyə dönmək məcburiyyəti kimi 
məsələlər onlara çox ağır gəlir. Ən yaxşısı Sən gedib 
heç kəsə bir söz demədən öz qurbanını kəs, sonra 
da bir nəfəri çağırıb təraşını etdir.”
Bu hadisə Ummu Sələmənin uzaqgörənliyi və 
müdrikliyi sayəsində yaxşılıqla sona çatmış, səha-
bə də hadisəni faciəvi hala gətirməyərək və Allah 
və Rəsulunun əmrinə itaət edərək səbr və dözüm-
lülük göstərmişdilər.
Ummu Sələmə çox cömərd idi və başqalarını 
da infaq etməyə dəvət edərdi. Bir dəfə Əbdurrəh-
man bin Avf ona:
“Ey Möminlərin anası! Mənə elə bir sərvət gəldi ki, 
bu malın məni fəlakətə aparacağından qorxuram. Sərvət 
yönündən Qureyşin  ən zəngini mənəm”, - dedi. 
Ummu Sələmə:
Hz. Ummu Sələmə

Möminlərin Anaları
154
“Oğlum, (Peyğəmbərin xanımları bütün möminlə-
rin anaları olduğu üçün Ummu Sələmə ona belə xitab 
etmişdur.) onu  xərclə, infaq elə! Peyğəmbərin (s) 
ölümündən əvvəl: “Elə sahabələr var ki, mən ara-
larından ayrıldıqdan sonra məni bir daha görə bil-
məyəcəklər”,- dediyini eşitmişdim”,-dedi.
Əbdurrəhman bin Avf Ummu Sələmənin yanından 
ayrıldıqdan sonra yolda Hz. Ömərə rastladı.  Ummu 
Sələmədən eşitdiklərini Hz. Ömərə danışdı. 
Hz. Ömər Ummu Sələmənin yanına gedərək:
-Allah adına söylə,mən onlardanam?-deyə soruşdu.
-Xeyir! Sən onlardan deyilsən. Amma səndən başqa 
heç kəsin onlardan olduğunu deyə bilmərəm, - dedi.
Ummu Sələmənin Rəsulullaha (s) sevgi və bağ-
lılığı o qədər dərin idi ki, saqqalından bir az saxla-
yar, yanına gələnlərə göstərərdi.
Ummu Sələmə daha sonraları xalqın nəzərin-
dən uzaq olub ibadətə  çəkilmək üçün evinin bir 
divarını kərpicdən hördürmüş, lakin Hz. Peyğəm-
bərin (s) tənbehi ilə qarşılaşmışdı. Belə ki Abdullah 
bin Zeyd rəvayət edir ki:
“Ummu Sələmənin evini kərpicdən görmüşdüm. 
Oğlundan bunun nə zaman hörüldüyünü soruşdum. 
O da mənə dedi ki, Rəsulullah (s) Dumətul Cəndəl 
səfərində 
ikən Ummu Sələmə otağını kərpicdən hördür-
dü. Rəsulullah (s) Mədinəyə qayıdanda Ummu Sələmə-
nin yanına getdi və kərpicdən hörülmüş divarlara baxıb 
soruşdu:
Bu bina nədir belə?

155
Ummu Sələmə:
Ya Rəsulullah! Xalqın nəzərlərindən gizlənmək və 
qorunmaq istədim, ona 
görə bu divarı hördürdüm, - dedi.
Rəsulullah (s):
Ey Ummu Sələmə! Şübhəsiz, müsəlmanların malla-
rının içində şər və xeyirsiz olanı gizlədilən, yəni örtünə-
nidir, - buyurdu.”
Ummu Sələmənin Övladları
Daha  əvvəl də qeyd etdiyimiz kimi, Ummu 
Sələmənin əvvəlki əri Əbu Sələmədən ikisi qız və 
ikisi də oğlan olmaqla dörd övladı olmuşdur. Bö-
yük oğlu Ömər onlar Həbəşistanda hicrətdə ikən 
doğulmuşdu.  Əbu Sələmə  vəfat etdiyində Ummu 
Sələmə sonuncu uşağı Zeynəbə hamilə idi. Lakin 
Rəsulullahdan (s) Ummu Sələmənin övladı olma-
mış, Misirli Mariyənin Rəsulullahdan hamilə qal-
dığını eşidəndə isə qısqançlıq hissi keçirmişdi. 
Qaynaqlar Rəsulullahın Sələmə, Zeynəb, Dürrə 
və Öməri himayəsinə alaraq onların yaxşı yetişib 
böyümələrinə  səy göstərdiyini qeyd etməkdədir. 
Bununla əlaqəli bir hadisəni də nəql etmək yerin-
də olardı. Belə ki, Rəsulullah (s) bir gün Ummu 
Sələmənin otağında uşaqları ilə birlikdə yemək ye-
yirdi. Uşaqlardan Sələmə yemək yeyərkən  əli qa-
bın hər tərəfinə uzanırdı. Rəsulullah (s):
-Oğlum! Bismillah de, sağ əlinlə və öz önündən ye, 
- deyərək ona nəsihət etmişdir. Bununla Rəsululla-
Hz. Ummu Sələmə

Möminlərin Anaları
156
hın (s) xanımlarının uşaqlarını öz uşaqları kimi qə-
bul edib onların tərbiyələrinə əhəmiyyət verdiyini 
görmək olar. 
Rəsulullah (s) Ummu Sələmənin  oğlu Sə lə-
məni əmisi Həmzənin qızı Ümamə ilə evləndirən-
də əshabına dönərək:
-Görürsünüz, mən onu mükafatlandırdım, - demişdir. 
Ömər b. Sələmə Hz. Əlinin xilafəti sırasında 
əmirəl-möminin tərəfindən Bəhreyn və  İrana vali 
təyin olunmuş, hicri 83-cü ildə də vəfat etmişdir.
Ummu Sələmənin Elmi Fəziləti.
Umməhatul-Muminin Hz.Peyğəmbər (s) hə-
yatda ikən və  vəfatından sonra bir çox hədisləri 
rəvayət etməklə qalmamış, xüsusilə Hz. Aişə  və 
Ummu Sələmə (r.anhumə) bir çox xanım muhəd-
dis yetişdirmiş, beləcə sunnənin sonrakı  nəsillərə 
çatdırılmasında müstəsna və əhəmiyyətli rol oyna-
mışlar.
Ummu Sələmə Hz. Aişədən sonra Rəsulullahın 
(s) digər xanımları içərisində çox hədis rəvayət et-
məsi ilə tanınmışdır. Toplam olaraq rəvayət etdiyi 
hədislərin sayı 378-dir. O, hədisləri Rəsulullahdan 
(s) rəvayət etdiyi kimi, Əbu Sələmə və Hz. Fatimə-
dən də nəql etmişdir. Özündən oğlu Ömər və qızı 
Zeynəb, qohumlarından Musab b. Abdullah hədis 
nəql etmişlər. Bu hədislərdən 19-u Buxari və Müs-
limdə zikr edilmişdir.
Ayrıca, Abdullah b. Rafi,  Əbu Kəsir, Safiyyə 
binti  Şeybə, Hind binti Haris, Əbdurrəhman bin 

157
Haris, Əbu Osman ən-Nəhdi, Said bin Müsəyyəb, 
Urvə,  Əbu Bəkr bin Əbdirrahman və Süleyman 
bin Yəsar başda olmaqla bir çox səhabə və tabiun 
özündən hədis rəvayət etmişlər. 
Ummu Sələmə Hz. Aişə kimi zəkalı  və elmi 
səviyyəsi üstün bir xanım idi, onu maraqlandıran 
mövzularda Rəsulullahdan (s) daima sual soru-
şar, aldığı cavabları gələcək nəslə çatdırmaq üçün 
hifz edərdi. Peyğəmbərin (s) bütün xanımları hədis 
xəzinələri ilə dolu idilər, lakin Hz. Aişə və Ummu 
Sələmənin (r.anhumə) rəqibləri yox idi. 
Əbu Hureyrə  və  İbn Abbas (r.anhum) dərin 
elmi biliklərinə baxmayaraq, bir çox mövzuda on-
lardan məlumat alardılar. Daha sonra gələn tabiun 
nəsli də möminlərin analarının elmi biliklərindən 
istifadə etmişdirlər. 
Bir gün ənsardan yeni paltar geyinmiş bir qadın 
Ummu Sələmənin yanına gəlir. Xalqın onun pal-
tarını görməsi üçün özünü göstərib qürrələnməyə 
başlayır. Ummu Sələmə (r..anhə) onda bu paltarı bir 
daha geyməməsini məsləhət edib deyir: 
-Kim xalqın ona baxması üçün qürrələnəcəyi bir li-
bas geyinərsə, Allah ona nəzər etməz.
 Ummu 
Sələmə Qurani-Kərimi Pey ğəmbərin 
(s) üslubunda oxuya bilirdi. Bir dəfə biri ondan so-
ruşdu:
- Peyğəmbər (s) Quranı necə oxuyardı? Ummu 
Sələmə:
Hz. Ummu Sələmə

Möminlərin Anaları
158
- O, hər ayəni bir- birindən ayrı-ayrı oxuyardı, - de-
di və necə oxuduğunu özü oxuyaraq göstərmişdir.
Ummu Sələmənin Rəsulullahdan (s) rə vayət et-
diyi hədislərdən bir neçəsi belədir:
1. Rəsulullah (s) bir gecə oyandı və! “Sübhanallah” 
bu gecə nə fitnələr endi, nə xəzinələr açıldı. Möminlərin 
analarını oyandırın. Dünyada necə geyimli qadınlar 
vardır ki, axirətdə çılpaqdırlar,- dedi.
 9
2. Rəsulullahın zamanında qadınlar fərz namazlar-
da salam verdikdən sonra o saat qalxardılar. Rəsulullah 
(s) və əshabı isə namazdan sonra bir müddət oturar, Rə-
sulullah (s) qalxdığında onlar da qalxardılar.
 10
3. Rəsulullah (s) bir gün Ummu Sələmənin qapısı-
nın ağzında dava səsləri eşitdi. Çölə çıxıb belə dedi:
Şübhəsiz, mən də bir bəşərəm. Elə vaxt olur ki, 
bəziniz o birisindən daha doğru özünü müdafiə edə bilər. 
Mən də o danışdığı sözlərə görə onun lehində hökm verə 
bilərəm.  Yəni düzgün və  bəlağətli bir nitqinə görə 
onun doğru danışdığını zənn edərək onu təsdiqlə-
miş  ola bilərəm.  Əgər bir müsəlmanın  əleyhinə hökm 
verərək  doğru danışdığını zənn etdiyim müsəlman qar-
daşını müdafiə etmişəmsə, bilsin ki, bu haqq ona atəşdən 
bir parçadır. İstəyir onu alsın, istəyir tərk eləsin.
 11
Ummu Sələmə bir gün Rəsulullahdan (s) soruşur: 
“Ya Rəsulullah! Mən  Əbu Sələmənin uşaqlarına 
nəfəqə verirəm. Təbii ki, onları  tərk edəcək deyiləm ki. 
9 .
 Buxari, Elm,115 
10 .
 Buxari, Sıfatus-Salat, 837.
11 .
 Buxari, Məzalim, 2458.

159
Onlar mənim uşaqlarımdır. Görəsən, bu uşaqlar üçün 
bir əcir (savab) varmı?
Rəsulullah (s):
- Bəli, onlar üçün hər xərclədiyinin  əcri və savabı 
sənə yazılır, - buyurdu.
 12
 
İbni Abbas, Misvər ibn Məxrəmə və Əbdurrəh-
man b. Əzhər Kureybi Hz. Aişənin yanına göndə-
rib ondan əsr namazından sonra qılınan iki rukət 
namaz haqqında soruşmalarını istədilər. Onlar “ 
Rasulullah (s) bizə o iki rükəti qılmağı qadağan etmiş-
dir”, -dedilər. Kureyb bu haqda Hz. Aişəyə soruşanda o, 
Kureybi Ummu Sələməyə göndərdi. Ummu Sələmə rə-
vayət edir: “Mən Peyğəmbərin (s) əsr namazından sonra 
iki rükət namaz qılmağı qadağan etdiyini eşitdim. Sonra 
da onun əsr namazından sonra bu iki rükəti qıldığını 
gördüm. O, mənim yanıma gəldiyi vaxt ənsardan olan 
Bəni Haram qəbiləsinin qadınları mənim yanımda idilər. 
Mən kənizlərdən birini onun yanına göndərib tapşırdım 
ki, gedib onun yanında dursun və ona desin”: Ummu 
Sələmə deyir: “Ey Allahın Elçisi! Mən sənin bu iki rükə-
ti qadağan etdiyini eşitmişdim.  İndi isə  sənin bu iki 
rükəti qıldığını görürəm.” 
Sonra Ummu Sələmə kənizə dedi: “Əgər o sənə əli 
ilə işarə etsə, kənara çəkil və gözlə”. 
Kəniz onun dediyini Peyğəmbərə (s) çatdıranda  o
əli ilə işarə etdi və kəniz kənara çəkilib gözlədi. Peyğəmbər 
(s) namazı bitirdikdən sonra dedi: “Ey Əbu Umeyyənin 
qızı! Məndən əsrdən sonra qıldığım iki rükət barəsində 
soruşdun. Bu ona görədir ki, Əbdul-Qeys qəbiləsindən 
12 .
 Buxari, Zəkat,1468.
Hz. Ummu Sələmə

Möminlərin Anaları
160
bir dəstə adam yanıma gəlib məni zöhrdən sonra qılaca-
ğım iki rükət namazdan yayındırdı. Bu, həmin (sünnə) 
namazdır.”
 13
Yüklə 49,39 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin