Peyğəmbərimizlə Evliliyi
Həzrəti Zeynəbin qəbiləsi Amir ibni Sasah o za-
manlar Ərəbistanın ən qüvvətli qəbilələrindən biri
idi. Qəbiləsinin İslama münasibəti, hicri üçüncü ildə
pozulmuşdur. Bunun səbəbi də hicrətin üçüncü ilin-
127
də qəbilələrə İslamı öyrətmək üçün göndərilən təb-
liğçiləri xaincə tələyə düşürüb qılıncdan keçirmələri
Amir b. Sasah qəbiləsi ilə müsəlmanların arasını po-
zur. Qılıncdan keçirilən təbliğçilərdən canını qurta-
ran bir müsəlmanın Mədinəyə qayıdarkən səhvən
Amir b. Sasah qəbiləsinə mənsub iki müsəlmanı öl-
dürməsi onların arasındakı münasibətləri daha da
gərgin vəziyətə gətirip çıxarır. Peyğəmbərimiz (s)
bu qəbilənin İslama olan düşmənliyinin davam et-
məməsi üçün Həzrəti Zeynəb binti Hüzeyməyə ev-
lilik təklif edir. Həzrəti Zeynəb bu təklif qarşısında
böyük bir təslimiyyət göstərmiş və:
“- Bu barədə qərar Allahın Rəsuluna aiddir”, -
demişdir.
Qəbiləsi arasında böyük hörmət qazanan Hz.
Zeynəbin Peyğəmbərimizlə (s) evlənməsi ilə arada
pozulmuş olan bu münasibətləri düzəltmiş oldu.
Hz. Zeynəb Peyğəmbərimiz (s) ilə ev lənmədən
əvvəl iki dəfə ailə həyatı qurmuşdur. Peyğəmbəri-
miz (s) hicrətin üçüncü ili Ramazan ayında 400 dir-
həm mehir verərək onunla evlənmişdir.
Ancaq bu xoşbəxt ailə həyatı çox qısa olur. Hz.
Zeynəb binti Hüzeymə Allah Rəsulu (s) ilə üç-dörd
ay birlikdə yaşayır (Səkkiz ay yaşadığı da rəvayət
olunur).
Hz. Zeynəb 30 yaşında ikən əbədi alə mə köç-
müşdür. Onun cənazə namazını Peyğəmbərimiz
qıldırır və Baqi qəbiristanlığında dəfn edilir. Həz-
rəti Peğəmbərimizin (s) Baqi məzərlığına dəfn
edilən ilk xanımı olan Hz. Zeynəb binti Hüzeymə-
Hz. Zeynəb
Möminlərin Anaları
128
nin Rəsulullahdan (s) əvvəl kiminlə evli olduğu və
neçə evlilik keçirdiyi tam olaraq bilinməməkdədir.
Bu barədə ixtilaf vardır:
-ət-Təbərinin verdiyi məlumata əsas lanaraq
onun evliliyi haqqında bu ifadələri deyə bilərik:
“İbn Şihaba görə o, daha öncə Abdullah b. Cahşın
xanımı idi. Onun Uhudda şəhid olmasından sonra
Rəsullullah (s) onunla evləndi. Bu evlilik, hicrətin
üçüncü ilində həyata keçirilmişdir. Onun yanında
iki və ya üç aya qədər yaşamış, bu müddətin səkkiz
ay olduğunu söyləyənlər də olmuşdur.
-Qatadə, onun Həzrəti Peyğəmbərdən (s) əvvəl
Tüfeyl b. Haris ilə evli oluduğunu, əl-Cürcani isə
onun əvvəl Tufeyl b. Haris ilə evli olduğunu, daha
sonra isə Tüfeylin qardaşı Übeyd b. Haris ilə ev-
ləndiyini, onun Bədirdə şəhid olmasından sonra da
Rəsulullah (s) ilə evləndiyini söyləmişdir.
-İbn Kəsir əsərində bu evlilik haqqında belə
demişdir:“O, Abdullah b. Cahş ilə evli idi. Onun,
Uhud müharibəsində şəhid olmasından sonra Rə-
sulullah (s) ilə evləndi. Bu evlilik hicrətin üçüncü
ilində olmuşdur. O, Rəsulullahın (s) yanında iki
vəya üç ay qalmışdır. Həzrəti Peyğəmbər (s) həyat-
da ikən vəfat etmişdir”.
-İbn Abdil-Bərr Qatədədən etdiyi bir başqa rə-
vayətdə belə nəql etmişdir: “Möminlərin anası olan
Zeynəb binti Hüzeymə, Rəsulullahdan (s) əvvəl
Tüfeyl b. Haris ilə evli idi. ”
-Əbul-Həsən Əli b. Muhamməd əl-Cürcanidən
bu rəvayəti nəql edir: “Zeynəb binti Hüzeymə əv-
129
vəllər Tüfeyl b. Haris b. Abdulmüttəlib b. Abdimə-
naf ilə evli idi. Ondan sonra Ebu Übeyd b. Haris
ilə evləndi.”
Əxlaq və Fəziləti
Onun qısa evlilik həyatı ilə bağlı çox məlumat
yoxdur. Bizim üçün əsas olan onun Rəsulullah (s)
ilə evlənməsi və möminlərin analarından biri adını
qazanıb, bununla şərəflənmiş olması üstünlüyünü
qəbul etməyimiz üçün kifayətdir. O, daima yoxsul-
ların dərdləri ilə dərdlənərdi. Rəsulullah (s) və mö-
minlərin hörmətini qazanması ona kifayət edirdi.
Səadət içində yaşadığı qısa ömrünü “yoxsulla-
rın anası” sonra da “möminlərin anası”
1
olma şə rəfi
ilə ən gözəl şəkildə dəyərləndirərək, əbədi aləmə
köçmüşdür. Əsas olan ömrün qısa və ya uzun ol-
ması deyil, necə dəyərləndirilməsidir.
Allah ondan razı olsun, şəfaətinə nail eyləsin,
Amin!
1 . Əhzab surəsi, 33/6.
Hz. Zeynəb
Hz. Умму
Сялямя
133
Ummu Sələmənin Əsil-Nəcabəti
və Evliliyi
Əsl adının Rəmlə olduğunu deyənlər varsa
da, əslində Hinddir. Atası Əbu Umeyyə Suheyl b.
Muğirə b. Abdullah b. Ömər b. Mahzumdur. Co-
mərdliyi ilə məşhur idi. Səfərə çıxdığı zaman yanı-
na və yanındakı yoldaşına yetərincə azuqə hazır-
latdırıb götürdüyünə görə özünə Zatur-raqb (yol
tədarükü) deyilirdi. Anası Atikə bint Amir b. Rəbi-
adır. Cəlal Yeniçə ri onun “Seyfullah” ləqəbli Xalid
b. Vəlidin yaxın qohumu olduğunu qeyd etmişdir.
Ummu Sələmə Abdullah b. Abdil Əsəd b. Hi-
lal b. Abdullah b. Ömər b. Mahzum ilə evlənmiş,
Sələmə, Ömər, Dürrə və Zeynəb adlı dörd uşaqları
olmuşdur. Sələmənin doğumundan sonra ana və
ata onun adını təxəllüs kimi götürərək Əbu Sələmə
və Ummu Sələmə olaraq çağrılmışlar. İki hicrət
sahibi (Həbəşistan və Mədinə) və möhtərəm bir
səhabə olan Əbu Sələmə və xanımı Hz. Peyğəm-
bərin (s) islamı təbliğindən qısa bir müddət sonra
müsəlmanlığı qəbul etmişdilər. Əbu Sələmənin is-
lamı qəbul edən ilk on səhabə arasında yer aldığı
da rəvayət edilir.
Onu da burada qeyd etmək lazımdır ki, Əbu
Sələmə Rəsulullahın bibisinin oğludur. Əbu Sələ-
Um
Möminlərin Anaları
134
mə nin anasının adı Bərrə binti Əbdulmuttalib idi.
Əbu Sələmə eyni zamanda Peyğəmbərimizin (s)
süd qardaşı idi. Belə ki, hər ikisini Əbu Ləhəbin ca-
riyəsi Suveybə əmizdirmişdi.
Ummu Sələmənin İslamla Şərəflənməsi
və Həbəşistana Hicrəti
Əbduləziz əş-Şənnavi onların İslamı qəbul edi-
şi ilə əlaqəli rəvayəti belə nəql edir:
Bir gün əri Əbu Sələmə sevinə-sevinə evə gəldi.
Ummu Sələmə onun bu halının səbəbini öyrənmək
məqsədilə:
-Nə var, nə yox, niyə belə sevinclisən?- deyə so-
ruşdu. Əbu Sələmə:
-Dünya və axirət xeyri var. Bu gün Ubeydə bin
Haris b. Əbdulmuttalib, əl-Ərkam bin Əbil-Ərkam
əl- Məhzumi, Osman bin Mazun və mən Rəsulul-
lahın (s) yanına getdik. O, bizə İslamı anlatdı, Qu-
rani-Kərim oxudu. Biz də İslamı qəbul edib onun
doğruluq və nur üzərində olduğuna şəhadət gətir-
dik, - dedi.
Ummu Sələmə onu da Rəsulullahın (s) yanına
aparmasını istədiyində gecə Əbu Sələmə xanımını
Rəsulullahın yanına apardı. Orada Osman bin Ma-
zunun xanımı Havlə binti Hakim də var idi. Rəsu-
lullah (s) onlara gələn vəhyləri oxuyaraq İslamın
şərtlərini təfsilatlı şəkildə izah etdi. Ummu Sələmə
və orada olan xanımlar İslamı qəbul edərək şəha-
dət gətirdilər.
135
Əbu Cəhl İbn Hişam, Əbu Sələmə və xanımının
müsəlman olduğunu öyrəndikdə nifrət və qəzəbli
bir halda onlara gəlib:
-Eşitdiyimə görə, siz də bu yalançı kahinə uy-
musunuz,– dedi.
Əbu Sələmə:
- Vallahi, Rəsulullah (s) nə yalançıdır, nə də ka-
hindir. Siz də bunu yaxşı bilirsiniz, – dedi.
Əbu Cəhl İbn Hişam:
-Allah Qureyşin yetimindən başqasını tapma-
yıb onu peyğəmbər göndərdi?- deyərək istehza
etdi.
Əbu Sələmə onun bu kinayə və istehza dolu
sözləri qarşısında: - “Əvvəlkilərə neçə peyğəmbər
göndərmişik ki, onlar hər gələn peyğəmbərlə müt-
ləq istehza və lağ edirdilər”. - ayəsi ilə ona cavab
verdi.
Əbu Cəhl İbn Hişam:
- Bax sizə şeirlərindən də öyrətmişdir, – dedi.
Bu dəfə Ummu Sələmə dayana bilməyərək Əbu
Cəhlə dedi:
- O, şair də deyildir. Eşitdiyin şeylər aləmlərin
rəbbi tərəfindən endirilmişdir. Cəbrail onu (Qura-
nı) Əmin olan Rəsuluna xəbərdaredici olması üçün
qəlbinə endirmişdir.
Müşriklərin Məkkədəki əzab və cəfalara dözə
bilməyən bu ailə, Hz.Peyğəmbərin (s) razılığı ilə
Həbəşistana hicrət edən ilk qafilənin içində yer
Hz. Ummu Sələmə
Möminlərin Anaları
136
aldı. İlk uşaqları olan Sələmə burada doğulmuş-
dur. Daha sonra Məkkədəki müşriklərin müsəl-
man olduğu şayiəsi onların da qulağına çatanda
sevinərək Məkkəyə qayıtmaq qərarına gəlirlər.
Ummu Sələmə Həbəşistandakı yaşadığı həyatı
belə təsvir edir:
«Həbəşistana çatdığımızda ən xeyirli insan olan
hökmdar Nəcaşiyə qonşu olduq. Dinimizi rahat ya-
şayır, əziyyət görmədən ve xoşlamadığımız şeyle-
ri eşitmədən, Allaha ibadətimizi rahat edirdik. Bu
vəziyyətimiz Qureyşin qulağına çatanda, bizi geri
qaytarmaq üçün, adamlarını müxtəlif hədiyyələrlə
birlikdə Nəcaşiyə göndərməyə qərar verdilər. Bu
qiymətli hədiyyələrin içində, Məkkənin məşhur
dəriləri də var idi. Hədiyyələri Abdullah b. Rəbia
və Amr İbnul-Asa göndərdilər. Ona necə danışma-
sını da tapşırdılar. Abdullah b. Rəbia ilə Amr İb-
nul-As Həbəşistana gəldiklərində əvvəlcə patriklə-
ri ziyarət edib onlara hədiyyələrini təqdim etdilər
və bizi geri qaytarması üçün Nəcaşi ilə danışmala-
rını istədilər.
Patriklər onların bu istəyini qəbul etdilər. An-
caq Abdullahla Amr, Nəcaşini bu mövzuda dilə
tuta bilmədilər. O, bizi onlara təslim etməyib, ölkə-
sində əmin-amanlıq içində yaşayıb istədiyimiz
kimi ibadət etməyimizə belə icazə verdi”.
Həbəşistana hicrət edərək Nəcaşiyə sığınmış
olan müsəlmanlar, məkkəli müşriklərin müsəl-
man olduqlarını eşidəndə sevinib geri qayıtdılar.
Ummu Sələmə və əri Əbu Sələmə də dönənlər ara-
137
sında idi. Ancaq Məkkəyə çatdıqlarında vəziyyətin
əvvəlkindən çox fərqli olmadığını gördülər.
Mədinəyə hicrət başladığı zaman ilk yola
çıxanların başında yenə Ummu Sələmə və əri Əbu
Sələmə var idi. Onların hicrəti Ummu Sələmənin
dilindən belə nəql edilir:
-Əbu Sələmə Mədinəyə getmək üçün hazırlı-
ğını tamamladı ve xanımı üçün də bir dəvə hazır-
layaraq Ummu Sələməni üzərinə mindirdi. Oğlu
Sələməni də anasının qucağına verdi. Ancaq Mək-
kədən çıxarkən Ummu Sələmənin əqrəbalarından
Muğirə b. Abdillahoğullarından bəzi adamlar on-
ları gördülər ve Ummu Sələmənin əri ilə getməsinə
mane oldular. Əbu Sələmənin əqrəbaları da oğlu
Sələməni zorla anasından alıb apardılar. Bu ara-
da qalan uşağı hər iki tərəf özünə çəkərək anası-
nın əlindən almaq istədilər. Qarışıqlıqda uşağı o
tərəfə bu tərəfə dartarkən qolunu yerindən çıxart-
dılar. Muğirəoğulları da buna əvəz olaraq Ummu
Sələməni aparıb öz evlərində saxladılar. Beləcə onu
həm ərindən, həm də oğlundan ayırmış oldular.
Ummu Sələmə, hər səhər Əbtah deyilən yerə
gedib oturar, axşama qədər gözyaşı tökərdi. Bu və-
ziyyət təxminən bir il beləcə davam etmişdir. Nə-
hayət hər iki tərəfin əqrəbaları Ummu Sələməyə
yazıqları gəlib oğlunu özünə təslim etdilər ve əri-
nin yanına getməsinə icazə verdilər. Ummu Sələmə
oğlunu da götürüb bir dəvəyə mindi və tək-başına
yola çıxdı. Tənim
1
deyilən yerə çatanda Abdudda-
1 .
Mədinəyə üç mil uzaqlıqda yoldur.
Hz. Ummu Sələmə
Möminlərin Anaları
138
roğullarının qardaşı Osman b. Talha b. Əbi Talha
ilə rastlaşdı. Osman Ummu Sələməni tanıyıb:
Hara gedirsən belə, ey Əbu Umeyyənin qı-
zı?-deyə soruşdu.
Ummu Sələmə:
Mədinədəki ərimin yanına gedirəm, – dedi.
Osman bin Talha:
-Yanında biri var mı, kiminlə gedirsən?-soruş-
du. Ummu Sələmə:
-Xeyir, vallah, Allahdan və bu oğlumdan başqa
heç kəs yoxdur, - dedi.
Osman bin Talha:
-Vallah, səni tərk buraxmaq olmaz, – deyərək
dəvənin yüyənindən tutdu və çəkərək aparmağa
başladı. Dincəlmək istədiyimizdə dəvəni çökdü-
rür, özü bir ağacın kölgəsinə çəkilib orada yatırdı.
Getməyə hazırlaşanda Ummu Sələmənin dəvəsinə
yaxınlaşaraq dəvəni hazırlayır və :
-Minə bilərsiniz, – deyərək kənara çəkilirdi.
Ummu Sələmə oğlu ilə dəvəyə minib rahatlanan-
dan sonra gəlib dəvənin yüyənindən tutaraq apar-
mağa başlayırdı. Beləcə onlar Mədinəyə yaxın bir
yer olan Qubaya gəldilər. Qubada Amr bin Avf
oğullarının kəndini görəndə Osman bin Talha:
- Yoldaşın bax bu kənddədir. Allahın bərəkətilə
ora girin, - deyərək özü yenidən Məkkəyə qayıtdı.
Ummu Sələmə həvdəcin içində Mədinəyə gi-
rən ilk qadın idi. Mədinəyə daxil olanda oradakı
139
camaata özünün Əbu Umeyyə İbnu Muğirənin qızı
olduğunu dedi. Lakin camaat ona inanmayıb:
-Bu əcnəbilər gör necə yalançı olurlar, –dedilər.
Daha sonra onlardan bir neçəsi həcc üçün Mək-
kəyə getmək istədiklərində Ummu Sələməni hər
halda yoxlamaq məqsədilə:
-Ailənə bir şey yazmaq istəyirsənsə, aparıb çat-
dırarıq,- dedilər.
Ummu Sələmə onlarla ailəsinə məktub gön-
dərdi. Onlar Mədinəyə qayıtdıqlarında Ummu
Sələməyə inanaraq onun doğru söylədiyini anla-
dılar. Bununla Ummu Sələmənin onların yanında
hörməti bir az da artmış oldu.
Ummu Sələmə Mədinəyə gəlib yerləşdikdən
sonra yoldaşı ilə firavan bir həyat sürməyə başla-
dılar. Ummu Sələmə burada uşaqlarının tərbiyəsi
ilə məşğul olmağa və onları yetişdirməyə başladı.
Əbu Sələmə də məsciddə Rəsulullahın (s) sohbət
və xütbələrinə qatılar, öyrəndiklərini evinə qayıdıb
Ummu Sələməyə də öyrədərdi. Bir gün yenə məs-
ciddən evə sevincli bir halda gəlir mənə:
Vallahi bugün Hz. Peyğəmbərdən (s) eşitdiyim
bir söz məni çox sevindirdi. Rəsulullah (s) buyurdu
ki, hər hansı bir müsəlman başına bir müsibət gəl-
diyi zaman: “Biz Allahın qullarıyıq. Ona da dönə-
cəyik,” - deyər və sonra da! “Allahım, başıma gələn
bu müsibətdən ötrü mənə savab ver, bu müsibətin
əvəzinə mənə xeyirlisini ehsan et”,- deyə dua edər-
sə, şübhəsiz, Allah onun istəyini yerinə yetirər.”
Hz. Ummu Sələmə
Möminlərin Anaları
140
Ummu Sələmə deyir: “Mən bu duanı əzbərlə-
dim. Yoldaşım Əbu Sələmə vəfat etdikdə bu duanı
xatırlayıb oxumağa başladım.”
Mədinədə yaşadıqları müddət ərzində Ummu
Sələmənin əri Əbu Sələmə Peyğəmbərimizlə (s)
Uhud savaşında da iştirak etdi. Bu savaşda o, müş-
riklərdən Əbu Üsamə bin Cüşminin atdığı bir oxla
qolundan yaralandı. Bir ay müalicə gördükdən
sonra yaranın üstü örtülməyə başladı. Bu arada
Bəni-əsəd qəbiləsindən Xuveylid oğullarının Mə-
dinəyə hücum etmə xəbərləri yayıldı. Rəsulullah
(s) Əbu Sələməni çağıraraq onun komandirliyi al-
tında mühacir və ənsardan ibarət 150 nəfərlik kiçik
bir səriyyə
2
ilə onları Bəni-Əsəd qəbiləsinin üstünə
göndərdi. Feyd bölgəsində Qatan çayının yanında
çox da şiddətli olmayan bir savaş oldu.
Səriyyə bu savaşdan böyük qənimətlərlə Mə-
dinəyə qayıtdı. Beləcə, az da olsa, Uhudda verdik-
ləri itkinin əvəzi çıxılaraq müsəlmanların etibar və
inamı artdı. Bu səriyyədən sonra əbu Sələmənin sa-
ğalmış kimi görünən yarası yenidən açıldı. Çoxlu
qan itirən Əbu Sələmə bu yaradan həyata gözlərini
yumdu. Xəstə yatağında ikən Rəsulullah (s) onun
ziyarətinə gəlmişdi. Ona xeyir-dua edərək qapı-
dan yenicə çıxmışdı ki, Əbu Sələmə ruhunu təslim
etdi.
3
Rəsulullah (s.a.) əlləri ilə gözlərini bağladı.
Hicrətin dördüncü ilində vəfat edən bu sahabənin
2 .
Hərbi yürüyüşə verilən addır.
3 . “Allahım, Əbu Sələməni əfv et. Dərəcəsini yüksəlt. Ailəsini
qoru. Bizə də, ona da məğfirət et. Ey aləmlərin Rəbbi, (Əbu
Sələmənin) qəbrini genişlət ve orada onun nurunu çoxalt”.
Muslim, Cənaiz, 7.
141
ölümünə Rəsulullah (s) çox kədərləndi. Cənazə na-
mazını özü doqquz təkbirlə qıldırdı.
Əbu Sələmənin ölümü Ummu Sələməni yasa
boğmuşdu. Onun günlərcə ağladığı rəvayət edilir.
Əbu Sələmə xəstə yatağındaykən Ummu Sələmə
ona bir gün belə demişdi: “Eşitdiyimə görə, əri və
özü cənnətlik ikən, əri ölən və ondan sonra evlən-
məyən qadın cənnətdə əri ilə birlikdə olacaqdır. Qa-
dın əvvəl ölərsə, əri həyatda qalarsa, yenə vəziyyət
eyni olar. Gəl səninlə söz kəsək. Məndən sonra sən
evlənmə, səndən sonra da mən evlənməyəcəm.”
Əbu Sələmə ona:
-Sən mənə itaət edirsənmi?, -deyə soruşdu.
Um mu Sələmə:
-Mən sənə itaət etmək və söylədiklərini din-
ləmək üçün qulaq asaram, - dedi.
Əbu Sələmə yoldaşının bu sözü üzərinə:
-Mən ölsəm, sən evlən, – deyib daha sonra belə
dua etdi:
“ Allahım! Ummu Sələməyə məndən sonra
məndən daha xeyirlisini nəsib et ki, onu üzməsin
və incitməsin.”
Ummu Sələmə ərinin vəfatından sonra yolda-
şının matəmini tutub yas saxlamaq qərarına gəlir.
Ona bu işdə bir qadın da köməyə gəlir. Rəsulullah
bundan xəbər tutanda Ummu Sələməyə:
-Allahın evdən çıxardığı şeytanı sən yenidən evə
salmaq istəyirsən?,- deyərək iradını bildirir. Ummu
Sələmə xətasını anlayıb bu işdən vaz keçir. Sonra
Hz. Ummu Sələmə
Möminlərin Anaları
142
Əbu Sələmənin Peyğəmbərdən öyrəndiyi dua ya-
dına düşüb:
-İnnə lilləhi va innə ileyhi raciun, – deyir.
Ummu Sələmə Əbu Sələmənin dəfnindən son-
ra Rəsulullahın (s) yanına gedib:
-Ya Rəsullallah! Ərim Əbu Sələmə öldü. Nə de-
yim, onun üçün necə dua edim? – deyə soruşdu.
Rəsulullah (s):
-De ki: Ey Allahım! Məni və onu bağışla. Başıma
gələn fəlakətin əvəzinə məni mükafatlandır. Mənə on-
dan daha xeyirlisini nəsib eylə!-dedi.
Ummu Sələmə bu duayı oxuyarkən! “Əbu
Sələmədən daha xeyirli kim ola bilərdi”,- deyə dü-
şünməyə başlamışdı. Ancaq duanın sirri 4-5 aydan
sonra Rəsulullahın ona evlənmə təklifi etməsilə
açılacaqdı.
Ummu Sələmənin Rəsulullahla (s)
Evliliyi
Ummu Sələmə Əbu Sələmənin vəfatından son-
ra onun xatirələri ilə birlikdə yetim qalan uşaqları-
nı da başına yığaraq dörd ay on gün iddət
4
gözlədi.
İddət müddəti bitdikdən sonra Rəsulullah (s) ona
evlənmə təklifi etdi.
Rəvayətə görə, Əbu Sələmə vəfat edib iddət
müddəti qurtaranda Hz. Əbu Bəkir ona evlənmə
təklif etmiş, lakin Ummu Sələmə bu təklifə “yox”
4 .
İslam Dininə görə əri ölən bir qadın dörd ay on gün gözləməli, bu
müddət ərzində heç kimlə evlənməməlidir.
143
cavabını vermişdi. Arxasından Hz.Ömər eyni şə-
kildə evlənmə təklif etmiş, Ummu Sələmə onu da
qəbul etməmişdi. Ərinin vəfatına üzülən və uşaq-
larının dolanışığını təmin etmək üçün gecə-gün-
düz çalışan bu xanımın halına Rəsulullah (s) ürəyi
yanaraq Ummu Sələməyə evlənmə təklifi etdi. Əs-
lində Ummu Sələmənin ürəyində Rəsulullahla (s)
evlənib möminlərin anası ünvanını qazanaraq bu
şərəfə nail olmaq istəyi var idi.
Lakin yaşının çoxluğu və uşaqlarının olma-
sı onu bu evliliyə “hə” deməkdən çəkindirirdi.
Üstəlik Hz. Aişə və Hafsa (r.anhumə) olan evdə
Rəsulullahın (s) nəzdində bir yer qazana bilməmə
şübhəsi də var idi içində. Ummu Sələmə Rəsululla-
hın (s) ona elçilik eləmək üçün evinə gəldiyini belə
nəql edir: “Rəsulullah (s) icazə istəyib içəri girəndə
mən əlimdə dəriləri aşılayırdım. Əllərimi dəriləri aşı-
layarkən istifadə olunan “qarz” deyilən maddədən
təmizlədim. Hz. Peyğəmbərdən (s) icazə istəyib ona içi
bitki lifləri ilə doldurulmuş dəridən bir mindər sərdim.
O, bu mindərə oturdu və bura gəlməsinin səbəbini açdı.”
Rəsulullah (s) onunla evlənmək istədiyini
Ummu Sələməyə söyləyərək ona düşünmək üçün
vaxt verdi. Yuxarıda da izah etdiyimiz kimi, Ummu
Sələmənin bu evliliyi istəməsinə baxmayaraq, ara-
da varid olan səbəblərlə bu nikahın Rəsulullaha (s)
zərər gətirə biləcəyi düşüncəsi içində var idi. Bu sə-
bəblə Rəsulullaha (s) xəbər göndərərək:
Mən qısqanc bir qadınam, yaşlıyam və üstəlik dörd
uşağım da var, - deyərək bəhanə gətirdi.
Onun bu sözü üzərinə Rəsulullah (s) dedi:
Hz. Ummu Sələmə
Möminlərin Anaları
144
Qısqanç olduğunu deyirsən, bunun keçməsi üçün
Allaha dua edərik. Yaşlı
olmağına gəlincə bu məsələ deyildir, mən sən-
dən bir yaş daha böyüyəm. Uşaqların dolanışığı da
Allaha və Onun Rəsuluna aiddir.
Bu söz üzərinə Ummu Sələmə oğlu Ömərə:
-“Ey Ömər! Dur və məni Rəsulullah (s) ilə evlən-
dir”, - dedi.
Ummu Sələmə hicrətin dördüncü ili, Şəvval
ayında Allah Rəsulu (s) ilə evləndi. Bu nikahın oğlu
Ömər və yaxud Sələmə tərəfindən həyata keçirildi-
yi rəvayət edilir. Peyğəmbər (s) gələn qonaqlara və-
limə
5
verdirdi. Nikah qıyıldıqdan sonra Rəsulullah
(s) Ummu Sələməni daha əvvəl vəfat etmiş xanımı
Ummul-məsakin (miskinlərin anası) ləqəbi ilə tanı-
nan Zeynəb binti Hüzeymənin otağına yerləşdirdi.
Beləcə miskinlərin anası Zeynəbin evi yenidən şən-
lənmiş oldu. Ummu Sələmə rəvayət edir:
Miskinlərin anasının (Zeynəbi qəsd edir) evində
torpaqdan bir qazança və qazançanın içində də bir az
arpa, bir əl dəyirmanı, daşdan düzəldilmiş tirit yeməyi
üçün bir qazan və xəmir yoğurmaq üçün başqa bir qazan
da var idi. Qazançanın dibində ərinmiş bir az yağ var
idi. Arpanı götürüb əl dəyirmanında üyütdüm. Sonra
onu qazançaya töküb yağla qarışdırdım. Bu yemək Rə-
sulullahın (s) və ev xalqının toy günü yediyi yemək idi.
Rəsulullah (s) Ummu Sələməyə mehir olaraq
digər xanımlarına verdiyi qədər mehir verdi.
5 .
Toy yeməyinə verilən addır.
145
Ummu Sələmənin cehizi:
İki su qırbası
, un üyüt-
mək üçün iki əl dəyirmanı, üzü dəridən və içi xur-
ma lifindən olan yasdıq idi.
Rəsulullaha (s) hər gün Sad bin Ubadədən bö-
yük bir qazan yemək gələrdi. Evləndiyi xanımlara
da: “Hər səhər sizə Sad bin Ubadə qazanı gələcək”, -
deyər, onların günlük yeməyi beləcə qarşılanmış olardı.
Dostları ilə paylaş: |