rabitə xətlərini, neft kəmərlərini,hidroelektrik stansiyalarını, yaşayış məntəqələrini
sıradan çıxarır.
Sellər, torpaq sürüşmələri və uçqunların törətdiyi nəticələrin həcmi aşağıda
göstərilən göstəricilərlə müəyyən edilir:
- sürüşmə zonasında olan əhalinin sayı;
- həlak olan, yaralanan və evsiz qalan insanların sayı;
- təbii fəlakət zonasında olan yaşayış məntəqələrinin miqdarı;
- dağılmış və zədələnmiş xalq təsərrüfatı obyektlərinin, sosial- mədəniyyət və
səhiyyəobyektlərinin miqdarı;
- su və süxur kütlələri altında qalmış kənd təsərrüfatı sahələrinin ölçüsü;
- ölmüş kənd təsərrüfatı heyvanlarının sayı.
Sürüşmə və sel təhlükəli zonalarda yaşayan əhali bu təbii hadisələr, onların
xarakteristikası, istiqamətləri haqqında məlumatlı olmalıdırlar. İnsanların öncədən
məlumatlandırılması hadisə baş verdikdə yarana biləcək stress hallarının və
panikanın qarşısını alır. Yaranan təhlükə haqqında məlumat hidrometeoroloji
xidmətlər və digər müvafiq qurumlar tərəfindən daxil olur. Burada ötürülən
məlumatın vaxtında təyinat yerinə çatması çox vacibdir. Əhalinin xəbərdar
edilməsi müəyyən edilmiş qaydada sirenlərin, radio, televiziyanın köməyi ilə, eyni
zamanda regional xəbərdaretmə sistemləri tərəfindən həyata keçirilir.
Sel, torpaq sürüşməsi və uçqun təhlükəsi olduqda müəyyən zaman çərçivəsində
əhalinin, kənd təsərrüfatı heyvanlarının və avadanlıqların təhlükəsiz yerə təxliyəsi
həyata keçirilir. Öncədən təxliyə həyata keçirilərkən, tərk edilən mənzillərdə
qalan, özünüzlə apara bilmədiyiniz qiymətli əşyaları nəmişliyin təsirindən
qorunan bir yerdə qoymanız, qapı - pəncərələri kip bağlamanız lazımdır. Elektrik
xətlərini ayırın, qaz və suyu bağlayın, tezalışan və zəhərli maddələri evdən çıxarıb
ilk düşən imkanda zirzəmilərdə və ayrıca çalalarda basdırın.
Əgər öncədən xəbərdarlıq olmayıbsa, əhali baş verən təhlükənin yaxınlaşdığını
gördükdə evdəki qiymətli əşyalar haqqında düşünməyərək sərbəst surətdə
təhlükəsiz yerə doğru hərəkət etməlidir. Bu zaman yaxınlaşan təhlükə haqqında
qonşularınızı xəbərdar etməlisiniz. Təhlükədən tez uzaqlaşmaq üçün yaxınlıqda
olan təhlükəsiz yerə doğru hərəkət yolunu bilmək lazımdır. Bu yollar təhlükənin
hərəkət istiqamətini bildirən proqnozlar əsasında müəyyən edilir. Yolda hərəkət
edərkən xəstə insanlara, yaşlılara, uşaqlara kömək etmək lazımdır.
Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir.
1911 - ci ildə Pamir dağlarında baş verən zəlzələ böyük bir sürüşməyə səbəb oldu.
Nəticədə 2.5 milyard kubmetr torpaq sahəsi sürüşdü. Usoy qışlağı əhalisi ilə
birlikdətorpaq kütləsinin altında qaldı. Sürüşmə kütlələrinin Murqab çayının
qarşısını kəsməsi nəticəsində yaxınlıqda olan Saraz qışlağı yeni yaranmış gölün
dərinliyində qaldı. Bu cür böyük təbii fəlakətlər tez-tez baş verməsə də çox ağır
nəticələrə səbəb olur.
3 aprel 2010-cu il. Peruda 400 nəfərlik kəndin əhalisi torpaq sürüşməsi nəticəsində
torpağın altında qaldılar. Kimsə xilas oluna bilib, ancaq əsas əhali uçqunun altında
qaldı.
Dostları ilə paylaş: