Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə59/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   55   56   57   58   59   60   61   62   ...   218
Mülki müdafiə (Mühazirələr)

Torpaq uçqunu-  dağ, torpaq uçqunlarının baş verməsinə intensiv yağışlar, yeraltı  


təkanlar  adətən  səbəb  olur.  Dağ  uçqunlarının  baş  verməzdən  bir  neçə  saat  əvvəl 
ərazidə    yer  altı  təkanlar  hiss  edilə  bilər.  Zəlzələ  yerin alt  qatının  aktifləşməsinə, 
dağların    müəyyən  hissəsinin  uçmasına  səbəb  olur.    Yağışlar  iri  qayaların  alt 
hissəsini yuyaraq, torpaqla onların arasındakı qatı yumşaldır,  
qayanın ağırlığı, kütləsi onu saxlayan qüvvəyə üstün gələrək, yerindən tərpədir və 
aşağı  düşür.  
Dağ  uçqunu  nəticəsində  dağ  çaylarının  qarşısı  kəsilir,  yeni  su  yataqları  yaranır. 
Həmin  su  yataqlarının  həcmi  artdıqca  ətrafda  yaçayan  əhaliyə  təhlükə  artır. 
Ərazidən  keçən  nəftqaz  kəmərləri  və  digər  kommunikasiya  xətləri  dağılır,  ətraf 
mühit  çirklənir.    Uçmuş  qaya  parçaları  və  torpaq  şose  yollarını  bağlayır,  bu  da 
nəqliyatın hərəkətinin   məhdudlaşdırmasına səbəb olub.   
 
 Qar uçqunu (marxallar)- bütün yüksək dağlıq sahələrdə müşahidə edilir. Bəzən  
güclü marxallar həcmi milyon kubometrə çatan qar uçqunu şəklində geniş ərazini 
əhatəe  dib çoxlu maddi zərərə, tələfatlara səbəb olur.  
Qar uçqunu– 20-30 m/s sürəti ilə hərəkət edən qar kütləsidir. Qar uçqunu böyük  
dağıntılara səbəb olan uçqun öncəsi hava dalğasının yaranması ilə müşayiət olunur.   
Qar uçqununun yaranmasının səbəbi uzun müddət yağan qar, intensiv qar  
əriməsi,  dağ  və hava titrəmələri ilə nəticələnən zəlzələ, partlayışlar və digər insan  
fəaliyyətidir.  Qar uçqunu binaların, mühəndis qurğularının dağılmasına səbəb ola, 
qarın altında  qalmış yollar və qar cığırları örtülə bilər. Qar uçqununa məruz qalmış 
dağ kəndlərinin   əhalisi, turistlər, alpinistlər, geoloqlar və digər kateqoriyadan olan 
insanlar  zədələr  ala,      qalın  qar  altında  qala  bilərlər.  Mümkün  qar  uçqunu  
ərazilərindən uzaq olmaq məsləhətdir Onlara  əsasən meylliliyi 30 o 
 və  daha  çox  olan  ərazilərdə  rast  gəlinir.  Əgər  yamacda  ağac  və  kol  yoxdursa  bu 
hal meyllilik 20  o- dən çox olduqda da baş verə bilər. Meyllilik 45 o- dən çox olan 
yerlərdə isə  qar uçqunu demək olar ki, hər dəfə qar yağandan sonra baş verir.  
Qar  uçqunu  təhlükəsi  varsa,  qar  uçqununun  mümkün  istiqamətlərində  nəzarət 
təşkil   edilir. Yaranmış qar yığınlarının düşməsi üçün süni şərait yaradılır, müdafiə 
qurğuları   qurulur, xilasedici vasitələr hazırlanır və xilasetmə işi planlaşdırılır.  
İstənilən havada meyliliyi 30 o - dən çox olan dərələrdən keçmək məsləhət deyil.  
Meyliliyi  20  o  -  dən  çox  olan  dərələrdən  isə  qar  yağandan  yalnız  2-3  gün  sonra 
keçmək   olar. Qar uçqunun ən təhlükəli vaxtları yaz və yay mövsümləri, səhər saat 
10-dan  günəş    batanadəkdir.    Yenicə  yağmış  qar  bizə  çox  yüngül  görünür,  amma 
onun  bir  kubmetri  50-  60  kq  çəkiyə    malikdir.  Çoxdan  yağmış  qarın  bir 
kubmetrinin çəkisi 300-400 kq-dır. Yazda qar  örtüyünə su hopur, bu da çəkinin iki 
dəfə artmasına səbəb olur.   İri ölçüdə qar uçqunu düşdükdə, məsələn, həcmi 100 
min m

 olduqda, onun çəkisi 70 
 
 min ton ola bilər. Uçqun dayandıqda, qar o qədər 
sıxlaşır ki, hətta onu güclü buldozerlə
 
 təmizləmək mümkün olmur. 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin