Mövzu: 16. İşgüzar kommunikasiyada hesabat, akt, etibarnamə, annotasiya, reklamlar, elanlar və bildirişlər Plan



Yüklə 186 Kb.
səhifə11/15
tarix01.01.2022
ölçüsü186 Kb.
#50792
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 16, 17, 18, 19

P R O T O K O L U

İclasın sədri: dos.Ə.S.Babayev

Katib: lab.A.F.Məmmədli

İştirak etdilər: dos.Ə.S.Babayev (sədr), dos. M.S.Baxışov, dos. Ə.SƏliyev, dos. A.İ.Seyfullayev, fil.ü.fəl.dok., b/m. K.B.Dənziyeva, fil.ü.fəl.dok., b/m. Q.İ.Axundov, dos.ə. A.T.Mirzəyeva, lab.A.F.Məmmədli

Gündəlikdə duran məsələ:


  1. “Azərbaycan müəllimi” qəzetinin 12 aprel 2019-cu il tarixli sayında verilən elana əsasən kafedramız üzrə 2 nəfər üçün ayrılmış tam ştat dosent yerlərinin müsabiqə yolu ilə tutulması üçün fil.ü.f.doktorları, baş müəllimlər: K.B.Əliyeva və Q.İ.Axundovun namizədliyinin müzakirəsi

Eşidildi:
I məsələ: Dos.Ə.S.Babayev (sədr): “Azərbaycan müəllimi” qəzetinin 12 aprel 2019-cu il tarixli elanına əsasən kafedramız üzrə iki 1,0 ştat dosent yeri ayrılmışdır. Kafedramız üzrə iki nəfər: fil.ü.f.dok., b/müəllimlər: K.B. Əliyeva, Q.İ.Axundov həmin yerləri tutmaq üçün sənəd vermişlər. Fil.ü.f.dok., b/m. K. Əliyeva tələb olunan bir neçə fənn proqramı və məqalələr çap etdirmişdir. Hazırda dərs vəsaiti üzərində işləyir. Əminəm ki, bir il müddətinə AAK-a təqdim etmək üçün lazımi sayda tədris vəsaitləri çap etdirəcəkdir.

K.B. Əliyeva tam ştat dosent yerini tutmaq üçün müəyyən qədər vəsait və tələb olunan sənədləri elm şöbəsinə təqdim etmişdir. O, uzun illərdir ki, kafedrada çalışır, elmi işləri çap olunur; Elmi-nəzəri hazırlığı yüksək olan, etik davranış qaydalarına riayət edən bir əməkdaşımızdır. Bir sözlə, bu ada tam layiqdir. Buyurun, siz də öz fikirlərinizi bildirin.



Çıxışlar:

Dos. dos. A.İ.Seyfullayev çıxışında sədrin fikriylə razılaşdığını, K.B. Əliyevanın dərs vəsaiti, fənn proqramları, kifayət qədər məqaləsinin nəşr olunduğunu qeyd etdi.

Fil.ü.f.dok., b/m. Q.İ.Axundov: “K.B. Əliyeva müəlliməm olub, mən onun fəaliyyətini izləyirəm və çox bəyənirəm”.

Dos. Ə.B.Əliyev: “Könül müəllimə bizim tələbəmiz olub, çox çalışqan, öz üzərində işləyən əməkdaşımızdır. Dosent adını almağa tam səlahiyyəti çatır”.

Dos. M.S.Baxışov: “Çalışır üzərində, bu cəhəti yaxşıdır. Ümumiyyətlə, tələbələrdə dərsə maraq yaratmaq çox çətindir, müəllim öz sahəsini yaxşı bilməlidir, K.B. Əliyeva da o müəllimlərimizdəndir”.

Dos.ə. A.T.Mirzəyeva: “Uzun müddət pedaqoji təcrübəyə malikdir. Dosent adını almağa tam səlahiyyəti çatır”.


K.B.Əliyevanın dosent elmi adına təqdim etmək üçün açıq səsvermə başladı. Səsvermənin nəticəsi belə oldu:
Lehinə – 7 Lehinə – 10 nəfər;

Əleyhinə – yoxdur;


Bitərəf – yoxdur.
İclas məsələni müzakirədən sonra qərara alır:

Qərar

  1. Kafedramızın əməkdaşı, fil.ü.f.dok., b/m. Könül Babaş qızı Əliyevanın 1,0 ştat dosent vəzifəsini tutmaq üçün müsabiqəyə buraxılması məqsədəmüvafiq hesab edilsin

  2. Kafedranın qərarı müzakirə üçün Fakültə Elmi Şurasına təqdim edilsin.

İclasın sədri: dos.Ə.Babayev


İclasın katibi: lab.A.F.Məmmədli

Protokollar ədəbi dildə yazılır. Yazılarkən bütün protokollarda ədəbi dilin normaları gözlənilir. Müxtəlif sahələrə aid olan protokollarda hər bir sahəyə uyğun terminlər işlədilə bilər. Lakin işgüzar üslubda olduğu üçün burada da loru sözlərə, obrazlı, emosional ifadələrə yer verilmir.




Yüklə 186 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin