Mövzu: 16. İşgüzar kommunikasiyada hesabat, akt, etibarnamə, annotasiya, reklamlar, elanlar və bildirişlər Plan


Mövzu: 19. İşgüzar kommunikasiya sənədlərinin növləri: məktub, izahat,arayış



Yüklə 186 Kb.
səhifə12/15
tarix01.01.2022
ölçüsü186 Kb.
#50792
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 16, 17, 18, 19

Mövzu: 19. İşgüzar kommunikasiya sənədlərinin növləri: məktub, izahat,arayış

Plan:

1.Məktubun mahiyyəti, məzmunu, növləri, forması və dil xüsusiyyətləri.

2.İşgüzar məktubların quruluşu.

3.İzahatın mahiyyəti, məzmunu,forması və dil xüsusiyyətləri.

4. Arayışın mahiyyəti, məzmunu, forması.

Mənbə: [1,2,3,5,6]



Məktubun mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri

İşgüzar yazı növlərindən biri də məktubdur. Hər hansı bir məlumatı yazılı şəkildə başqasına ötürmək məqsədilə məktubdan istifadə edilir. Məktub rəsmi-işgüzar üslubun ən sərbəst formasıdır. Müasir dövrdə məktublaşmanın ən sürətli vasitəsi kimi internetdən daha çox istifadə olunur.

Məktublar məzmunca müxtəlif olur. Siyasi xadimlərin, dövlət nümayəndələrinin bir-birinə göndərdiyi məktublar ictimai- siyasi mahiyyətdə olur. Belə məktublarda rəsmi-işgüzar üslubun qayda-qanunları gözlənilir.

Qeyri-rəsmi şəxslərin, qohumların, ailə üzvlərinin bir-birinə göndərdiyi məktublar isə ictimai- siyasi mahiyyətdə olmur. Bunlar tərəflərin bir-birinə olan münasibətlərini əks etdirir. Nisbətən sadə dildə yazılır.

Məktubun da özünəməxsus forması vardır. Əsasən dörd hissədən ibarətdir. Birinci müraciət hissəsində məktubun yazıldığı şəxsə müraciət edilir və ona salam ünvanlanır. Məsələn: Əziz və hörmətli dostum, ürək sirdaşım Afaq, salam!

İkinci ümumi hissədə məktublaşanların əhval-ruhiyyəsi, işləri, vəziyyəti öz əksini tapır. Məsələn: Necəsiniz? İşləriniz necədir? Səhhətinizə fikir verin. Əsəbləşməyin. Uşaqlar necədir? və s.

Üçüncü fərqləndirici hissədə isə məktubun əsas məzmunu, nə məqsədlə yazıldığı şərh edilir. Məsələn: Axtardığınız kitabı tapmışam. İnşallah Bakıya gələndə gətirərəm və s.

Dördüncü yekunlaşdırıcı hissədə sağollaşma qeyd olunur və yazanın adı, yazıldığı tarix göstərilir . Məsələn:



Sizi narahat etdim, vaxtınızı aldım. Üzürlü sayın. Çox sağ olun. Tezliklə görüşmək ümidi ilə dostun Könül. 12 sentyabr 2019-cu il.

Məktubun dili onun məzmunundan asılıdır. İşgüzar üslubda olduğu üçün ədəbi dil normalarına uyğun yazılır. Rəsmi şəxslərə yazılan məktublarda rəsmi ifadələrdən, şablonlardan, qeyri-rəsmi şəxslərə yazılan məktublarda isə səmimi söz və ifadələrdən istifadə olunur. Məsələn:


MƏKTUB
Salam, əziz, hörmətli və dəyərli dayımqızı, Afaq!

Necəsiniz? Səhhətiniz, işləriniz necədir? Uşaqlar yaxşıdırmı? Allah köməyiniz olsun! Həmişə balalarınızın sevinci ilə fərəhlənəsiniz. Səhhətinizə fikir verin. Əsəbləşməyin.

Sizin axtardığınız kitabı biri söz verib ki, gətirəcək. İnşallah gətirən kimi sizə göndərərəm. Yaqut balamızın işləri necədir? Həkim balamızı Allah qorusun! Bəxtini gözəl etsin! Murad balamız necədir? Yəqin dərslərini yaxşı oxuyur. Allah zehnini artırsın! Günay balamıza da işlərində uğurlar arzulayıram.

Bağışlayın. Sizi narahat etdim. Vaxtınızı aldım. Üzürlü sayın. Çox sağ olun! Allah amanında. Tezliklə görüşmək ümidi ilə bibiqızı Könül.

12 sentyabr 2019-cu il.






Yüklə 186 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin