Mövzu: 16. İşgüzar kommunikasiyada hesabat, akt, etibarnamə, annotasiya, reklamlar, elanlar və bildirişlər Plan


Arayışın mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri



Yüklə 186 Kb.
səhifə15/15
tarix01.01.2022
ölçüsü186 Kb.
#50792
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 16, 17, 18, 19

Arayışın mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri

Arayış türk mənşəli söz olub “axtarmaq”, “aramaq” mənasındadır. Arayış hər hansı bir şəxsin fəaliyyətini təsdiq etmək məqsədi ilə müəyyən bir müəssisə, təşkilat tərəfindən verilən hüquqi sənəddir. Bu sənəd vasitəsilə şəxsin fəaliyyəti və ya obyekt, hadisə yoxlanılır.

Arayış məzmunca müxtəlif ola bilər. Belə ki, hər hansı bir şəxsin müəyyən yerdə yaşaması, işləməsi, oxuması eləcə də müəyyən obyektin, hadisənin yoxlanılması haqqında arayış tərtib edilir. Arayışlar sadə və mürəkkəb olur. Sadə arayışda bir və ya bir neçə şəxs haqqında məlumat verilir. Mürəkkəb arayışları isə təşkilatlar bir-birinə təqdim edir. Arayışın da xüsusi forması vardır. Çox vaxt hazır blanklarda yazılır. Vərəqin ortasında arayış sözü qeyd edilir. Onun altında təşkilatın ştampı qoyulur. Ştampın üstündə tarix və qeydiyyat nömrəsi yazılır. Ortada arayışın məzmunu, sonra təqdim olunduğu yer göstərilir. Sonda müəssisə rəhbəri imzalayır və möhür vurur. Məsələn:


ARAYIŞ
Verilir, Cəfərli Saleh Əzimxan oğluna ondan ötrü ki, Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsində “Muhasibat uçotu və audit ixtisası üzrə təhsilini 2019-cu ildə bitirmiş və ona bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir.

Arayış Kapital Bankın Cəlilabad rayon filialına təqdim etmək üçün verilir.

Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin

direktoru: dos.M.M.Sevdimova









Yüklə 186 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin