Dərslərdə əyani vəsitələrdən istifadəyə böyük diqqət yetirilirdi. Tələbələrin əksəriyyəti internetdən istifadə etməklə maraqlı, orijinal, dərslikdə olmayan məlumatlar əldə edir, bununla da dərslərinin daha canlı keçməsinə nail olurdular.
Təcrübə rəhbərlərinin imzası: dos.M.Abbas
dos.K.B.Dənziyeva
24.05.2018
Hesabat ədəbi dil normalarına uyğun yazılır. Obrazlı söz və ifadələrə yer verilmir. Hesabatda tez-tez təkrarlara, yorucu fikirlərə və yersiz sitatlara da yol verilmir. Fikir aydın və anlaşıqlı şəkildə ifadə olunur.
4. Annotasiyanın mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri
Annotasiya latınca “annotatio” sözündən olub mənası qeyd, əlavə məlumat deməkdir. Annotasiya hər hansı bir bədii əsər, məqalə, jurnal, tamaşa və s. haqqında qabaqcadan müəllifin və ya başqa birinin verdiyi qısa məlumatı, qeydidir.
Annotasiyada əsərin müəllifi, janrı, həcmi, ideya-siyasi istiqaməti, məzmunu, məqsəd və əhəmiyyəti haqqında qısa məlumat verilir. “Annotasiyada bəhs edilən əsərə rəy də verilə bilər. Burada əsərin həcmi, quruluşu və s. göstərilir”. (1, 533)
Annotasiyanın da özünəməxsus forması vardır. Vərəqin ortasında annotasiya sözü yazılır. Ondan aşağıda müəllifin adı, atasının adı və soyadı göstərilir. Onun ardınca əsərin adı, növü, çap olunduğu yer, mətbəə, il və həcmi qeyd edilir. Aşağısında isə annotasiyanın məzmunu yazılır. Bədii və elmi əsərlərin ilk səhifəsinin arxasında adətən annotasiya verilir. Bu zaman anotasiya sözünün özü qeyd olunmur. Məsələn:
Kazımov Q.S. Müasir Azərbaycan morfologiyası. Bakı, “Elm və təhsil”, 2010, 448 səh.
Dərslik ümumi dilçiliyin və Azərbaycan dilçiliyinin son nailiyyətləri, müəllifin bu sahədə uzun illərdən bəri qazandığı təcrübə əsasında yazılmışdır. Nitq hissələri və mühüm morfoloji kateqoriyalar, adların dəyişmə, feillərin təsrif sistemi yeni baxış əsasında işlənmiş, nitq hissələrində keçid prosesləri xüsusi nəzərə alınmışdır. Bir çox mübahisəli məsələlərin həlli baxımından dərslikdə yeniliklər çoxdur.
Ali məktəblərin filologiya fakültələri üçün nəzərdə tutulan bu dərslikdən başqa fakültələrin tələbələri, magistrlər, aspirantlar və müəllimlər də istifadə edə bilərlər.
|
Annotasiya elmi üslubda yazılır. Aid olduğu elm sahələrinə uyğun terminlərdən istifadə edilir. Annotasiyada şərhlər yığcam olur, fikirlər ardıcıl və aydın şəkildə ifadə olunur.
Dostları ilə paylaş: |