2. Əmrin mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri
Əmr ərəb sözü olub, bir işin icra edilməsi üçün verilən hökm, göstəriş mənasındadır. Ən çox işlədilən rəsmi və işgüzar sənəddir. Hökümət orqanlarının, idarə, müəssisə, birlik və təşkilat rəhbərlərinin idarə etmə aktıdır. Məsələn, nazirin əmri, hərbi hissə komandirinin əmri, universitet rektorunun əmri və s. “Hüquqi mahiyyətinə görə əmr müəyyən ictimai münasibətləri, nizama salan hüquq normalarının aktıdır” (1, 538).
Əmrlər məzmununa görə müxtəlif olur. Rəsmi və işgüzar sənəd olan əmr işə qəbul etmə, işdən azad etmə, töhmət vermə, təşəkkür elan etmə, iş rejimində dəyişiklik etmə və s. ilə əlaqədar tərtib olunur. Əsasən, yazılı formada olur. “Bəzi hallarda müəssisə rəhbəri əmr verərkən həmkarlar təşkilatının razılığı olmalı, hüquqşünasla razılaşdırılmalıdır. Əmrin icrası üçün başqa vaxt nəzərdə tutulmur. Yəni əmr imzalandığı andan qüvvəyə minir”. (1, 538)
Əmrin özünəməxsus xüsusi forması vardır. Yuxarıda ortada müəssisənin adı və əmrin nömrəsi yazılır. Ondan aşağıda solda müəssisənin yerləşdiyi şəhərin adı, sağda isə tarix göstərilir, sonra əmrin məzmunu dəqiq, aydın şəkildə ifadə olunur. Sonda müəssisə rəhbərinin imzası, adı, soyadı yazılır və möhürlə təsdiq olunur. Məsələn:
Əmrlər rəsmi-işgüzar üslubda, ədəbi dildə yazılır. Dildə rəsmi söz və ifadələrə geniş yer verilir. Obrazlı, emosional sözlərdən istifadə olunmur.
Dostları ilə paylaş: |