Mövzu: 16. İşgüzar kommunikasiyada hesabat, akt, etibarnamə, annotasiya, reklamlar, elanlar və bildirişlər Plan


Reklamın mahiyyəti və xüsusiyyətləri



Yüklə 186 Kb.
səhifə3/15
tarix01.01.2022
ölçüsü186 Kb.
#50792
1   2   3   4   5   6   7   8   9   ...   15
Mövzu 16, 17, 18, 19

Reklamın mahiyyəti və xüsusiyyətləri

Ədəbi dil ümumxalq dilinin cilalanmış, sistemləşdirilmiş, fonetik, leksik, qrammatik və s. normalara tabe edilmiş bir formasıdır. Ədəbi dil mövcud xalqın ictimai inkişafının hərəkətverici qüvvələrindən biridir. Xalqın maddi və mənəvi tərəqqisinin vasitəsi, ictimai mübarizənin silahı, geniş kütlələrin tərbiyə vasitəsi, kütləni qabaqcıl elmi və mədəni nailiyyətlərə qoşan birgə yaradıcılıq, kollektiv fəaliyyət işinin alətidir. Ədəbi dil üçün seçmə və əvəzetmə yolu ilə yaranma, normaya əsaslanma, hamıya, hər bir şəxsə anlaşıqlı olma, ictimai-siyasi və mədəni həyatın bütün sahələrində ünsiyyəti təmin etmə, üslublar sistemində təzahür tapması kimi əlamətlər səciyyəvidir.

Ədəbi dil tarixən sabit ümumişlək qaydaları ilə məhdud ərazidə fəaliyyət göstərən, məhəlli danışıq dili olan dialektə qarşı durur və normalığı ilə ondan fərqlənir. Düzgün, dialekt də ümumxalq dilinə nisbətən həcmcə kiçikdir. Belə ki, ümumxalq dili çox geniş anlayışdır. O, xalqın bütün dil vasitə və formalarının məcmusudur. Ümumxalq dilinə ədəbi dildən başqa, dialekt, loru, vulqar, jarqon, arqo və başqa leksikalar daxildir. Ümumxalq dili çiy, cilalanmamış, ədəbi dil isə cilalanmış, dürüstləşdirilmişdir. Həmçinin ədəbi dil müəyyən normalar daxilində fəaliyyət göstərir, ümumxalq dilində belə ciddi norma yoxdur.

Bir sözlə, ədəbi dil ümumxalq dilinin seçmə və əvəzetmə yolu ilə yaradılmış, nomalaşmış, işlənmiş, səlisləşmiş, təkmilləşmiş, qəlibə salınmış, standartlaşdırılmış, formasıdır.

Ədəbi dilin yazılı və şifahi formaları mövcuddur. Şifahi ədəbi dilin tarixi çox qədimdir. Xalq yaradıcılığı nümunələri onun vasitəsi ilə ifadə olunmuşdur. Müasir dövrdə radio, televiziya verilişlərinin ifadə vasitəsi kimi geniş işlənir.

“Yazılı ədəbi dilin ilk nümunələri rəsmi sənədlərin, dövlət başçılarının məktublarının, bədii əsərlərin,həmçinin dini mətnlərin dili olmuşdur. Cəmiyyət inkişaf etdikcə yazılı ədəbi dilin də meydanı genişlənmişdir. İndi elmi və bədii əsərlər, dövlət sənədləri ilə yanaşı, qəzet və jurnalların, müxtəlif məzmunlu kitabların, reklam və plakatların, divar lövhələrinin də dili yazılı ədəbi dil nümunəsidir. Ədəbi dil üslublar sistemidir: hər sahə, hər mövzu öz üslubi formasını tapır. Azərbaycan ədəbi dili dünyanın ən zəngin, mükəmməl dillərindəndir. İndi bütün üslublarımız yüksək dərəcədə dolğunluq əldə etmişdir. Xalqımızın elmi-mədəni yüksəlişi, müasir dünya mədəniyyətinə yaxınlaşması, müstəqil dövlətimizin yaratdığı imkanlar ədəbi dilimizdə elmi- kütləvi üslub deyilən yeni bir üslubun formalaşmasına şərait yaratmışdır. Tarixən nisbətən zəif inkişaf etmiş rəsmi üslubumuz indi müstəqil dövlətçiliyimizlə bağlı bütün rəsmi dairələrdə mütləq işlənməsi ilə daha da kamilləşmişdir. Bu gün Azərbaycan ədəbi dili Azərbaycan Reapublikasının dövlət dilidir. Dövlət dili olmaq ədəbi dilimizin hərtərəfli sürətli inkişafı üçün təminatdır”. (3, 105)

Şifahi ədəbi dil fonetik, leksik, qrammatik normalar əsasında formalaşaraq orfiepik normalarla tənzim olunur. Elmi və publisistik mühazirələr, məruzələr, yığıncaqlardakı çıxışlar , nitqlər şifahi ədəbi dil nümunələridir. Şifahi ədəbi dil kimi yazılı ədəbi dil də fonetik, leksik, qrammatik normalar əsasında formalaşır və orfoqrafik normalarla tənzim edilir. Elmi- kütləvi kitablar, dərsliklər, dərs vəsaitləri, rəsmi-işgüzar sənədlər və s. yazılı ədəbi dil nümunələrinə aiddir.

Demək, nitq mədəniyyəti də ədəbi dilin normalarının və kateqoriyalarının tələblərinə ciddi əməl edilməsidir. Fərdi və ictimai formada özünü göstərən nitq mədəniyyətinin inkişafı ədəbi dilin inkişafı ilə bağlıdır.Hər bir ədəbi dil aid olduğu cəmiyyətin, xalqın mədəni tələblərini ödəməyə xidmət edir. Bununla da ədəbi dil milli həyata xidmət edir. Buna görə də ədəbi dil milli həyata xidmət etmə, bütün cəmiyyət üzvləri üçün məcburilik, üslubi differensiallaşma, həmin dildə danışanların hamısı üçün ümumi və vahid olması kimi amillərlə bağlıdır.

Ədəbi dilin başlanğıcı, bünövrəsi həmin xalqın yazısı ilə bağlıdır. Ədəbi dil yazı normaları əsasında müəyyən edilir. Bu cəhətdən ədəbi dilin yazıdan, əvvəl mövcud olması barədə fikir söyləmək olmaz, ədəbi dil, eyni zamanda, vahid dövlətin yaranması ilə əlaqədardır. Vahid milli dövlət yaranmayınca vahid milli ədəbi dildən danışmaq artıqdır. Ədəbi dilin yaradıcısı xalqdır. O, ümumxalq dilinin cilalanmış, müəyyən formaya salınmış və yazılı dil normaları ilə möhkəmlənmiş dildir.

Akt latıncadır, «aktos» sözündəndir və hərəkət, hadisə, cinayət işi deməkdir. Müxtəlif növləri vardır:



  • cinayət aktı — cinayət işi ilə bağlı olur

  • dövlət aktı — dövləti əhəmiyyəti olan fərman, qərar

  • müəyyən faktı açmaq üçün olan akt-yararsız işin sübutu

  • mürəkkəb (xüsusi) akt — bir neçə faktı əks etdirir.

Akta verilən tələblər:

  • «Akt» sözü vərəqin yıxarı hissəsində, ortada və böyük hərflə yazılır.

  • «Akt» sözündən sonra sol tərəfdə aktın tərtib edildiyi yer, sağ tərəfdə isə tarix — gün, ay, il göstərilir.

  • Aktı tərtib edənlər göstərilir.


  • Yüklə 186 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin