Mövzu: 16. İşgüzar kommunikasiyada hesabat, akt, etibarnamə, annotasiya, reklamlar, elanlar və bildirişlər Plan


Mövzu: 17. İşgüzar kommunikasiya sənədlərinin növləri: təqdimat, əmr və ərizə



Yüklə 186 Kb.
səhifə5/15
tarix01.01.2022
ölçüsü186 Kb.
#50792
1   2   3   4   5   6   7   8   9   ...   15
Mövzu 16, 17, 18, 19

Mövzu: 17. İşgüzar kommunikasiya sənədlərinin növləri: təqdimat, əmr və ərizə

Plan:

1.Təqdimatın mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri.

2.Əmrin mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri.

3.Ərizənin mahiyyəti, məzmunu və forması.

Mənbə: [1,2,3,5,6]

Təqdimatın mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri

Təqdimat sözü ərəb mənşəli olub, təqdim etmə, hər hansı bir şəxsi, məsələni başqasının hüzuruna çıxarma, tanış etmə mənasında işlənir. Təqdimat aşağı vəzifəli şəxsin özündən yuxarı vəzifəli şəxs qarşısında hər hansı bir məsələni qaldırması, irəli sürməsi, xahiş etməsi məqsədilə yazılan işgüzar sənəddir.

Təqdimatlar müxtəlif məzmunlu ola bilər. Belə ki, hər hansı bir şəxsi mükafata, təqaüdə, müəllimliyə, dosentliyə təqdim etmək və ya hər hansı bir işin icra edilməsi, müəyyən səbəblərdən dərsə gələ bilməyən müəllimin dərsinin başqa müəllim tərəfindən əvəz edilməsi ilə bağlı təqdimat yazılır.

Təqdimatlar yalnız xoş niyyətli işlər üçün yazılmır. Həmçinin müəyyən səbəblərdən hər hansı bir qayda pozuntusundan işçini, tələbəni, müəllimi cəzalandırmaq lazım gəldikdə aşağı vəzifəli şəxs yuxarı vəzifəli şəxsə tədbir görülməsi ilə bağlı təqdimat yazır. Cəza tədbiri əmr formasında icra edildikdə əmrdə kimin təqdimatı əsasında cəza verildiyi göstərilir.

Təqdimatın da xüsusi forması vardır. Vərəqin sağ tərəfində, sol tərəfdə 5-6 sm. buraxmaqla təqdimatın ünvanlandığı şəxsin vəzifəsi, soyadı, adı qeyd edilir. Ondan aşağıda təqdimatı verənin kimliyi, adı, soyadı, göstərilir. Vərəqin ortasında təqdimat sözü yazılır. Ondan aşağıda məzmunu verilir. Sonda təqdimatı yazanın imzası və ayın tarixi göstərilir.
Təqdimat işgüzar üslubda, ədəbi dildə yazılır. Obrazlı, loru, emosional sözlərə yol verilmir.


Yüklə 186 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin