Mövzu 7: Kütləvi qırğın silahları haqqında anlayış. Nüvə silahı və onun zədələyici amilləri



Yüklə 39,74 Kb.
səhifə6/9
tarix28.05.2022
ölçüsü39,74 Kb.
#59929
1   2   3   4   5   6   7   8   9
Mövzu 7

3. NÜFUZEDİCİ RADİASİYA – nüvə partlayışı anında partlayış yerindən ətrafa yayılan γ-şüalanması və neytronlar selindən ibarətdir. Nüfuzedici radiasiyanın təsir müddəti 10-15 saniyədir. O gözə görünmür, hiss edilmir, lakin məlum olan bütün materiallardan keçir və uzaq məsafələrə yayılaraq insanların zədələnməsinə səbəb olur. Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), Rentgen (R), Radiasiya (Rad.) ölçü vahidləri ilə ölçülür.
Nüfuzedici radiasiyanın zədələyici təsiri ondan ibarətdir ki, γ-şüaları insan orqanizmini şüalandırarkən canlı hüceyrələrin molekullarını ionlaşdırır, onların həyat fəaliyyəti pozulur və nəticədə şüa xəstəliyi yaranır. Şüa alan insan bunu hiss etmir, xəstəliyin əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır. Şüa xəstəliyinin əsas əlamətləri: hərarətin artması, ürəkbulanma və mədənin pozulması, dəridə və selikli qişalarda baş verən qanaxma.
Udulan dozadan və şüalanmaya məruz qalma vaxtından asılı olaraq şüa xəstəliyinin 4 dərəcəsi olur:

  1. yüngül dərəcəli – şualanma dozası 100–200 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü 3 həftəyədək davam edir.

  2. orta dərəcəli – şualanma dozası 200–400 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü 1 həftəyədək davam edir.

  3. ağır dərəcəli – şualanma dozası 400–600 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir neçə saat təşkil edır.

  4. çox ağır dərəcəli - şualanma dozası 600 R –dən yuxarı olarkən baş verir və adətən ölümlə nəticələnir.





Şüa xəstəliyinin dərəcələri

Şualanma dozası

Xəstəliyin gizli inkişaf dövrü



1

Yüngül

100–200 R

3 həftəyədək davam edir

2

Orta

200–400 R

1 həftəyədək davam edir

3

Ağır

400–600 R

Bir neçə saat davam edir

4

Çox ağır

600 R <

Ölümlə nəticələnir

Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirlir. Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasiyanın təsiri zəifləyir.


Məsələn: poladın – 3 sm, betonun - 10 sm, torpağın – 14 sm, suyun – 23 sm, ağacın – 30 sm qalınlıqda qatları nüfuzedici radiasiyanın təsirini 2 dəfə;
üstü örtülmüş xəndək – 40 dəfə, mühafizə üçün uyğunlaşdırılmış zirzəmi isə 400 dəfə zəiflədir.
Neytron seli tərkibində hidrogen olan maddələrdə (suda, parafində, betonda) daha çox zəifləyir. Nüfuzedici radiasiyanın təsirindən qorunmaq üçün onun təsirini 200-5000 dəfə azaldan MM mühafizə qurğularından istifadə olunur. Üstü 60-100 sm qalınlıqda torpaqla örtülü qazmalar da radiasiyadan mühafizə edə bilər.



Yüklə 39,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin