Mövzu 7: Kütləvi qırğın silahları haqqında anlayış. Nüvə silahı və onun zədələyici amilləri



Yüklə 39,74 Kb.
səhifə2/9
tarix28.05.2022
ölçüsü39,74 Kb.
#59929
1   2   3   4   5   6   7   8   9
Mövzu 7

Neytron silahı - nüvə silahının digər bir növmüxtəlifliyidir. Neytronlar atmosferdə tez udulduğu üçün bu növ döyüş sursatı böyük gücə malik deyil və ondan taktiki nüvə silahı kimi istifadə edirlər.
Nüvə partlayışı zamanı bir an göz qamaşdıran çox parlaq işıq, onlarla km məsa­fədə şölə salan parlaq alov görü­nür və göy gurultusuna bənzəyən güclü səs eşidilir. Bunların ardınca partlayış alovu od yarımkürəsi şəklinə düşüb, içərisində çox böyük təzyiq olduğu üçün az bir vaxt ərzində sürətlə böyüyərək göyə qalxır, öz ardınca yerdən çoxlu toz-torpağı çəkib sütun şəklində göyə qaldırır ki, bunun da istiliyi bir neçə milyon dərəcə olur. Sonra soyuyaraq göbələyə oxşayan topa buluda çevrilir. Buludun hündürlüyü 15 km-dən artıq olur. Külək bu radioaktiv buludu partlayış yerindən onlarla və yüzlərlə kilometr uzağa aparır.
Nüvə sursatının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir.
Trotil ekvivalenti (partlayış enerjisi) – nüvə silahının partlaması nəticəsində alınan enerjiyə bərabər olan adi partlayıcı maddənin (trotilin) tonla miqdarına deyilir. Trotil ekvivalenti tonla, kilotonla və meqatonla ölçülür.
Nüvə silahını hədəfə (obyektlərə) çatdırmaq üçün müxtəlif növ raketlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür. Silahın tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahları kosmosda, havada, yerin altında və üstündə, suyun altında və üstündə partladıla bilər.

Nüvə sursatlarını istifadə etmək üçün onları aşağıdakı nüvə daşıyıcılarına yerləşdirirlər:


– ballastik raketlərin başlıq hissələrində;
– zenit və qanadlı raketlərin döyüş hissəsində;
aviasiya mərmilərində;
– artilleriya mərmi və minalarında;
– torpedoların döyüş hissələrində;
– mühəndis minalarında.

Nüvə partlayışlarının dağıdıcı faktorları insanların məhv edilməsində kompleks xarakter daşıyır, böyük ərazini əhatə edir və öz təsirini uzun müddət saxlayır.



Yüklə 39,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin