Mövzu 7: Kütləvi qırğın silahları haqqında anlayış. Nüvə silahı və onun zədələyici amilləri



Yüklə 39,74 Kb.
səhifə9/9
tarix28.05.2022
ölçüsü39,74 Kb.
#59929
1   2   3   4   5   6   7   8   9
Mövzu 7

sistamin) 4-ci yuvada çəhrayı rəngli iki penalda yerləşir. Şüalanma təhlükəsi zamanı bir dəfəyə 6 həb dozasında qəbul edilir, şüalanma təhlükəsi davam edərsə 4-5 saatdan sonra yenidən 6 həb qəbul edilir; 6-cı yuvada radiasiya dərmanı kalium-yodid yerləşir. Radioaktiv çöküntülər düşərkən, xüsusən konservləşdirilmiş təzə süd işlədərkən 10 gün ərzində gündə bir həb qəbul edilir; şüalanmanın ilk əlamətləri aşkara çıxarkən 7-ci yuvada qusma əleyhinə dərman - etaperozin bir həb miqdarında qəbul edilir.
Bunlardan əlavə, aptekçədə 3-cü yuvada bakteriya əleyhinə dərman- sulfadimetoksin yerləşir. Onu şüalanmadan sonra mədə-bağırsaq pozğunluğu baş verərkən- birinci gün 7 həb, sonrakı iki gün hər dəfə 4 həb qəbul edilir. Yadda saxlamaq lazımdır ki, nüvə zədələnmə ocağında hava, torpağın səthi və ətrafdakı bütün əşyalar zəhərlənir. Odur ki, zəhərlənməni azaltmaq məqsədilə zəhərlənmə ocağının ərazisindəki mühafizə qurğularından kənarda tənəffüs üzvlərini qoruyan mühafizə vasitələrini çıxartmaq, yemək, içmək, siqaret çəkmək qadağandır.
Zəhərli sahələrdə hərəkət edərkən çalışmaq lazımdır ki, toz qalxmasın, yağışlı havada isə adamın üstünə gölməçələrdən su sıçramasın. Zədələnmə ocağından çıxarkən nəzərə almaq lazımdır ki, nüvə partlayışı nəticəsində çoxmərtəbəli binalar, bütün yerüstü tikililər dağılır. Belə hallarda küçənin ortası ilə hərəkət etmək lazımdır ki, dərhal təhlükəsiz yerə çəkilmək mümkün olsun. Bədbəxt hadisə baş verməsin deyə, elektrik məftillərinə toxunmaq olmaz, çünki onlar cərəyan altında ola bilər. Qaz yığılıması ehtimal edilən yerlərdə də ehtiyatlı olmaq lazımdır.
Nüvə partlayışı buludundan radioaktiv çöküntülər düşən zaman, həmçinin küləyin, insanların, maşınların hərəkəti zamanı yerə yatmış toz qalxarkən havanın radioaktiv çirklənməsi baş verir. Bu toz qapılardan, pəncərələrdən, nəfəsliklərdən, hava ötürücülərdən, çatlardan, yaşayış və istehsalat binalarının, anbarların və digər tikililərin içərisinə daxil ola bilər. Radioaktiv tozun içəri daxil olmasının qarşısını almaq məqsədilə pəncərə və qapılardakı bütün dəlikləri, hava bacalarını örtmək, çatları malalamaq, çatlamış şüşələri yeniləri ilə əvəz etmək lazımdır. Tozlardan əlavə hər bir evin şüalanmaya qarşı mübarizə xüsusisyyətlərini gücləndirmək lazımdır.
Zədələnmə ocağından çıxarkən yollarda uçulmuş bina hissələrinin altında qalmış yaralı adamlara təsadüf oluna bilər. Onlara mümkün qədər yardım göstərmək lazımdır. Uçqun altından ilk növbədə adamın başını və sinəsini azad edirlər. Yardım göstərərkən qanaxmanı dayandırmaq, sınmış sümükləri immobilizasiya, yanan paltarı söndürmək, yara və yanıq yerlərinə sarğı qoymaq və s. lazımdır.
Zədələnmiş adamlara yardım göstərmək üçün yanan binalardan keçərkən başı - yaş palto, adyal, digər parça ilə örtmək lazımdır. Tüstü bürümüş binada iməkləyərək və ya əyilərək hərəkət etmək məqsədəuyğundur. Zədəli adamı yanan binadan çıxararkən onu adyala və ya mələfəyə bürümək vacibdir. Yanğın zamanı adamın əynindəki paltarlar alışa bilər, bəzi hallarda isə paltarı alışmış adam qaçmağa çalışır, belə hallarda qaçan adamı dayandırmaq, onun üstünə hər hansı bir örtük atıb, bədənə kip sıxmaq lazımdır. Bu zaman yanan yerə hava keçməyəcək və alışma sönəcəkdir. Radioaktiv zəhərlənmə rayonundan çıxandan sonra mümkün qədər tez dezaktivasiya və sanitariya işləri keçirmək lazımdır.
Yüklə 39,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin