Mövzu 7: Kütləvi qırğın silahları haqqında anlayış. Nüvə silahı və onun zədələyici amilləri



Yüklə 39,74 Kb.
səhifə7/9
tarix28.05.2022
ölçüsü39,74 Kb.
#59929
1   2   3   4   5   6   7   8   9
Mövzu 7

4. RADİOAKTİV ZƏHƏRLƏNMƏ (çirklənmə) - mənbəyi nüvə partalayışının bölünən hissəcikləridir. Nüvə partlayışı zamanı 2 radioaktiv çirklənmə ərazisi yaranır: partlayış rayonu və buludun izi. Yerüstü nüvə partlayışı baş verəndən sonrakı ilk anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb (ona görə göbələk formasında olur) onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri radioaktiv toz buludlarının bir hissəsi bilavasitə partlayış sahəsində yerə çökur. Qalan hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən yüzlərlə kilometrlər məsafələrə aparılır və hərəkət istiqamətində radioaktiv maddələr yerə tökülür, ərazinin çirklənməsinə səbəb olur.
Radioaktiv maddələrin buludda olan mənbəyi nüvə silahının tərkibində olan uran, plutonium və radioaktiv izotoplardır. Həmin radioaktiv maddələr obyektlərin üstünə düşərək, bölünürlər və ionlaşdırıcı şualanma əmələ gətirərək, faktiki olaraq zədələyici amil olurlar. Radioaktiv maddələrin təsirindən həm partlayış zamanı, həm də ondan uzun müddət sonra canlı orqanizmlərin xəstələnməsi təhlükəsi qalır.


Radioaktiv zəhərlənmənin dərəcəsi - partlayışın növündən və gücündən, partlayışdan sonra keçən müddətdən, partlayış məsafəsindən, meteoroloji şəraitdən və yerin relyefindən asılıdır. Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi formaca ellipsə bənzəyir.
Radioaktiv maddələrin heç bir xarici əlaməti (rəngi, iyi və s.) yoxdur. Zəhərlənməni ancaq xüsusi doza ölçən (dozimetrik) cihazlar vasitəsilə aşkar etmək mümkündür. Ərazinin radioaktiv çirklənməsi radiasiya səviyyəsi ilə xarakterizə edilir və Rentgen/saatla (R/saat) ölçülür. Radiasiya səviyyəsi – insanın həmin ərazidə bir saat qaldığı müddət ərzində aldığı şualanma dozasını göstərir.


Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağı adətən 4 zonaya bölünür:
A-zəif – 40-400 Rad
B-güclü – 400-1200 Rad
C-təhlükəli - 1200-4000 Rad
D-çox təhlükəli - 4000-7000 Rad gücündə zəhərlənmə zonaları.
Radioaktiv zəhərlənmə - nüvə partlayışının digər məhvedici faktorlarından fərqli olaraq geniş sahələri əhatə edir, insanları və ərazini uzun müddətdə öz təsiri altında saxlayır. Müəyyən müddətdən sonra radiasiyanın səviyyəsi tədricən azalır, başqa sözlə radioaktiv maddələr öz-özünə parçalanıb qeyri-aktiv maddələrə çevrilir.
Radioaktiv maddələrlə zəhərli sahələrdə adamların uzun müddət mühafizəsiz qalması şüa xəstəliyi törədə biləcək şüalanmaya səbəb olur. Onlar - həm əraziyə, əşyaların, paltar-ayaqqabının, dərinin səthinə düşmüş radioaktiv maddələrin saçdığı qamma şüalanmanın təsirinə (xaricdən zəhərlənmə), həm də hava və qida ilə orqanizmə düşən radioaktiv maddələrin təsirinə (daxildən zəhərlənmə) məruz qalırlar.

Adamları radioaktiv zəhərlənmədən mühafizə etmək üçün ümumi xarici şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə daldalanacaqlardan, sığınacaqlardan istifadə olunur. Fərdi mühafizə vasitələri (əleyhqaz, respirator, tozdan qoruyan parça maska, habelə pambıqlı tənzif sarğı) tənəffüs üzvlərini zəhərlənmədən etibarlı surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə etmək mümkündür.




Yüklə 39,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin