Mövzu 7: Kütləvi qırğın silahları haqqında anlayış. Nüvə silahı və onun zədələyici amilləri



Yüklə 39,74 Kb.
səhifə8/9
tarix28.05.2022
ölçüsü39,74 Kb.
#59929
1   2   3   4   5   6   7   8   9
Mövzu 7

5. ELEKTROMAQNİT İMPULSU – nüvə partlayışlarından istiqamətlənən elektromaqnit sahəsinə deyilir. Nüvə partlayışı anında külli miqdarda γ- kvantlar və neytronlar yaranır və ətrafa yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə girərək elektromaqnit sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə-kabel xətlərində, elektrik xətlərində, radiostansiyaların antenalarında qısamüddətli, lakin çox güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsları deyilir. Elektromaqnit impulsları radioelektron cihazlarını, xarici xətlərə qoşulmuş elektrik qurğularının işini pozur. Bu cihazlarla işləyən insanların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu yüksək gərginliyi ilə insanları da zədələyə bilir. Elektromaqnit impulsunun zədələyici amili partlayış mərkəzinin bir neçə kilometrliyində müşahidə olunur, təsir müddəti bir neçə millisaniyə olur. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlardan istifadə edilir.

Nüvə zədələnmə ocağında əhalinin davranışı
Əhalinin nüvə zədələnmə ocağında fəaliyyəti və davranışı, nüvə partlayışı anında harada (sığınacaqlarda, daldalanacaqlarda və bunlardan kənarda) olmasından asılıdır.
Sığınacaqlar - nüvə silahının bütün zədələyici amillərindən, habelə bu silahın tətbiqinin nəticələrindən mühafizə üçün ən effektli vasitələrdəndir. Sığınacaq və daldalanacaqlarda olarkən fərdi mühafizə vasitələri həmişə dərhal istifadə üçün hazır saxlanmalıdır. Sığınacaq və daldalanacaqlarda adamların qalma müddəti, adətən mühafizə qurğusu yerləşən sahədə radioaktiv zəhərlənmənin dərəcəsindən asılı olacaqdır. Sığınacaqlardan çıxarkən tənəffüs üzvlərini mühafizə edən fərdi vasitələri geyinmək lazımdır.
Nüvə partlayışı zamanı əhali sığınacaqlardan kənarda, açıq sahələrdə və ya küçələrdə qalmışsa mühafizə üçün ən yaxındakı təbii daldalanma yerlərindən istifadə etməlidir. Əgər yaxında belə yerlər yoxdursa, onda arxası partlayış tərəfə olmaqla üzü aşağı yerə uzanmaq, əlləri bədənin altında gizlətmək lazımdır.
Partlayışdan 15-20 saniyə sonra, zərbə dalğası keçən kimi, dərhal qalxmaq, əleyhqazı, respiratoru və ya tənəffüs üzvlərini qoruyan hər hansı bir vasitəni geyinmək (heç olmasa ağız və burunu yaylıqla, şərflə, digər sıx materialla örtmək) lazımdır. Bundan sonra paltar və ayaqqabıların tozunu çırpıb təmizləyir, əldə olan mühafizə paltarını geyinir (geyilmiş adi paltar və ayaqqabılardan mühafizə geyimi kimi istifadə edir) və zədələnmə ocağından dərhal çıxır və ya yaxınlıqdakı mühafizə qurğusunda daldalanırlar.
Radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə adamların sığınacaqlardan və daldalanacaqlardan kənarda qalması, fərdi mühafizə vasitələrindən istifadə olunan hallarda belə onları şüalanmaya məruz qoya bilər.
Şüalanmanın digər nəticələrinin qarşısını almaq və şüa xəstəliyinin təsirini azaltmaq üçün zəhərli sahələrdə olan bütün hallarda tibbi profilaktika tədbirləri görmək lazımdır.
Mövcud olan radiasiya əleyhinə preparatların əksəriyyəti əvvəlcədən elə qəbul edilir ki, onlar orqanizmin bütün hüceyrə və toxumalarına şüalanmadan əvvəl daxil ola bilsin. Radiasiya əleyhinə preparatlar əsasən fərdi aptekçədə (Aİ-2) toplanmışdır. Radiasiya əleyhinə dərman (
Yüklə 39,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin