Mövzu 7: Kütləvi qırğın silahları haqqında anlayış. Nüvə silahı və onun zədələyici amilləri


Nüvə partlayışı nəticəsində 5 cür zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir



Yüklə 39,74 Kb.
səhifə3/9
tarix28.05.2022
ölçüsü39,74 Kb.
#59929
1   2   3   4   5   6   7   8   9
Mövzu 7

Nüvə partlayışı nəticəsində 5 cür zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır:

  1. Zərbə dalğası;

  2. İşıq şüalanması;

  3. Nüfuzedici radiasiya;

  4. Yerin radioaktiv zəhərlənməsi;

  5. Elektromaqnit impulsu.

Part­layış enerjisi bu amillər arasında qeyri-bərabər surətdə bölünür. Belə ki, enerjinin təqribən 50%– zərbə dalğasının, 35%– işıq şualanmasının, 10%– ərazinin radioaktiv zəhərlənməsinin, 4%– nüfuzedici radiasiyanın, 1%– elektromaqnit impulsunun yaranmasına sərf olunur.



Zədələyici amillər

Düşən enerji

1

Zərbə dalğası

50%

2

İşıq şualanması

35%

3

Nüfuzedici radiasiya

4%

4

Radioaktiv zəhərlənmə

10%

5

Elektromaqnit impulsu

1%



  1. ZƏRBƏ DALĞASI –partlayış mərkəzindən ətrafa çox yüksək sürətlə yayılan bərk sıxılmış hava (torpaq və su) qatından ibarətdir. Zərbə dalğasının yaranmasına səbəb partlayış mərkəzindəki yüksək təzyiqdir. Nüvə partlayışının ilk anından sonra havada şar şəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş şarın daxilində partlayış məhsullarının istiliyi 10 milyon dərəcəyə, təzyiqi isə bir neçə milyard atmosferə çatır. Bunun nəticəsində şarı əhatə edən hava sərhəddində təzyiqin və temperaturun kəskin fərqi əmələ gəlir. Partlayış məhsulları sürətlə genişlənərək məhdudlaşmış şarın səthindən sürətlə ətrafa yayılmağa başlayır və nəticədə havada zərbə dalğası yaranır.

Partlayış mərkəzinin bilavasitə yaxınlığındakı zərbə dalğasının sürəti səsin havada yayılma sürətindən bir neçə dəfə artıq olur. Partlayış mərkəzindən uzaqlaş­dıqca sürət tezliklə azalır, zərbə dalğası da zəifləyir.


Zərbə dalğasının zədələyici təsiri izafi təzyiq ilə təyin olunur. İzafi təzyiq - yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bərabərdir. İzafi təzyiq – səthin hər kvadrat santimetr sahəsinə düşən ağırlıq ilə - kiloqram-qüvvə (kqq/sm2) - ifadə olunur və KPa (kilopaskalla) ölçülür.

Zərbə dalğasının insanlara təsiri - bilavasitə və dolayı ola bilər. Bilavasitə təsiri zamanı havanın təzyiqinin ani qalxması nəticəsində kəskin zərbə kimi qəbul edilir və sınıqlara, daxili orqanların zədələnməsinə və qan damarlarının partlamasına səbəb olur. Dolayı təsir nəticəsində insanlar binaların və qurğuların qırılmış parçaları ilə, daşlarla, ağaclarla, şüşə qırıqları ilə və digər əşyalarla zədələnə bilərlər.


İzafi təzyiqin miqdarından asılı olaraq zədələr aşağıdakı növlərə bölünür:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin