MÖVZU-26. QUYU SEMENTLƏRI VƏ ONLARIN XASSƏLƏRI
Müasir neft və qaz quyularını sementləmək üçün xüsusi olaraq quyuya vurmaq üçün quyu sementləri işlədilir. Qoruyucu kəməri quyuya endirdikdən sonra neft, qaz və su laylarını bir-birindən ayırmaq və quyuya suyun gələ biləş-məsinin qarşısını almaq üçün quyu sementlənir, yəni quyuda kəmər arxasındakı halqavari fəza, müəyyən səviyyəyə qədər sement məhlulu ilə doldurulur. Bu prosesə quyunun sementlənməsi deyilir. Dayaz quyular üçün hazırlanmış sement 220S, dərin quyular üçün hazırlanmış sement isə 750S temperaturda özünü tutmaya yoxlanılır. Dərin quyu şəraitində 0,5 su-sement amili sement məhlulu qarışdırıldıqdan təxminən 2 saat sonra özünü tutmaya başlamalı və 3 saat 30 dəqiqədən sonra özünü tutub qurtarmalı-dır. Sement özünü tutub qurtardıqdan sonra bərkiməyə başlayır.
ГОСТ -1581-78-ə əsasən tamponaj portland sementləri-nin tərkibi 60-65% əhəng daşı; 19-21% silisium 4 oksid; 7,5-10,5% gilli torpaq və dəmir oksidlərindən, həmçinin bir sıra qatışıqlardan ibarətdir. Klinker adlanan bu qatışığın yanıqları xüsusi dəyirmanda üyüdülür. Alınan məhsul istər hava , istər su mühitində bərkimə xüsusiyyətinə malikdir. Bu maddə tamponaj portlandsementi adlanır.
Bu aşağıdakı tələbləri ödəməlidir:
1.Sement məhlulunun tutuşma başlanğıcı ləng olmaqla bərabər normal axma xarakteri daşımalı;
2. Sement məhlulu tutuşmaya başlayan andan çox qısa müddətdə tutuşub qurtarmalı;
3.Sement məhlulu tamamilə tutuşub qurtardıqdan sonra kəsək şəklinə düşən bu maddə neft, su və qaza qarşı çox kiçik keçiricilik qabiliyyətinə malik olmalı;
4. Sement məhlulu bərk hala keçdikdə həcmi dəyişməməli;
5. Sement məhlulu bərkidikdə dartılma gərginliyi 0,05 MN/m2 (0,5 kq/sm2)-dan az olmamalı və bərkimə sürətlə davam etməli;
6.Sement məhlulunun özlülüyü mümkün qədər az olmalıdır.
Sement məhlulu hazırlanmasında işlədilən sement quyu dibi şəraitə qarşı laboratoriya sınağından keçirilərək aşağıdakı amillər yoxlanılır.
1.Su-sement amili, m (AzNİİ konusu ilə);
2.Tutuşma başlanğıcı, t0 (termostat);
3.Tutuşmanın sonu;
4.Sement daşı nümunəsinin iki gündən sonra əyilməyə möhkəm-liyi.
Quyu sementinin keyfiyyəti, onun əyilməyə və qırılmaya müqaviməti ilə müəyyən edilir.
Quru sement tamponaj sementi klinkerindən ona əlavə-lər qatıldıqda isə tamponaj qarışığından ibarət olar. Sement tozu əsas iki parametrlə seçilir:
1.Sıxlığı;
2.Xüsusi səthliyi.
Sement tozunun sıxlığı vahid həcminin kütləsinə deyilir. Əgər quru sement tozu qarışıqdan ibarətdirsə onda onun sıxlığı:
Ps=Σρici
Burada, ρi – qarışıqda olan uyğun komponentin sıxlığı;ci – götürülmüş komponentdə qarışığın ümumi kütləsi içərisində miqdarıdır.
Quru portland sementin sıxlığı 3050-3200kq/m3 olur. Xüsusi səpki kütləsi üyüdülmüş materiallarda bərk və maye cisimlərdən fərqli olaraq səpki kütləsi də olur. Burada vahid həcmin kütləsi içərisindəki məsamələr də nəzərə alınır. Məlumdur ki, hər hansı bir tozu laboratoriya təcrübədə qurğuda titrətdikdə onun tutduğu həcm azalıb sıxlığı isə artacaqdır. Titrəmə ilə sementin xüsusi səpki kütləsinin 1,2-1,5 dəfə artırmaq olar. Qazımada işlədilən portland tamponaj sementinin xüsusi səpki kütləsi 1200kq/m3-dur. Bu sementə narın üyüdülmüş əlavələr qatdıqda onun xüsusi səpki kütləsi 800 kq/m3 qədər olar. Quru sementin orta xüsusi çəkisi əsasən 𝛾s=3,15 q/sm3 olur. Neft və qaz quyularının sementlənməsində tamponaj portlandsementlərinin müxtəlif növləri işlədilir.
Dostları ilə paylaş: |