Sement məhlulunun su verməsi BM-6 cihazı ilə ölçülür. Sement məhluluna gil, qipan və KMS əlavə etməklə suverməni azaltmaq mümkündür.
Sement məhlulunun qatılaşmasıkonsistometrlə ölçülür. Sement daha çox xırdalanırsa, onun qatılaşması tezləşir, su-sement amili artarsa,onda qatılaşma ləngiyir.
Sement məhlulunun qatılaşmasına temperatur və təzyiqin dəyişməsi ciddi tədsir edir.
Sement məhlulunun tutuşma vaxtısementin təkibindən, su-sement nisbətindən, temperaturdan, təzyiqdən və başqa amillərin təsirindən asılıdır. Təzyiqin və temperaturun artması, hətta 1000 artması nəticəsində adi portlandsement 10-30 dəqiqə müddətində tutuşur. Təzyiqin 0,1 MPa-dan 50,0-60,0 MPa qədər qalxması tutuşma vaxtını iki dəfə azaldır.Sementin saxlanma müddəti artdıqca onun tutuşma vaxtı da ləngiyir.
Sement məhlulunun sıxlığıАБР-3 (Barroid çəki tərəziləri) areometri ilə ölçülür. Bundan başqa sementləməyə nəzarət stansiyası avtomatik olaraq quyuya vurulan sementin sıxlığını ölçür. Sement məhlulunun sıxlığını radioaktiv sıxlıq ölçəndə də təyin edirlər.
Tamponaj sementin sıxlığı bərk fazanın tərkibindən və su-sement amilindən asılıdır və aşağıdakı ifadədən təyin edilir:
Burada, - uyğun olaraq quru tamponaj materialının və suyun sıxlığıdır.
1m3 sement məhlulu hazırlamaq üçün tələb olunan quru sementin miqdarı:
Sement məhlulunun tutuşma vaxtıVik cihazı ilə təyin edilir.
Sement məhlulunun struktur əmələ gətirməsi və qatılaşmasıkonsistometr KC-3, KC-4 vasitəsilə təyin edilir.Qatılaşma vaxtını SSB, KMS, HİPAN, xrompik kimi ləngidicilər vasitəsilə uzatmaq olur.
MÖVZU-28. QUYULARIN SEMENTLƏNMƏSI VƏ SEMENTLƏMƏ ÜSULLARI Quyunun möhkəmləndirilməsi və layların bir-birindən təcrid edilməsi quyuda görülən son işlərə aid edilir. Layları bir-birindən təcrid etmək üçün qoruyucu kəmər içərisinə vurulan sement məhlulu quyudakı qazıma məhlulunun sıxışdırıb çıxarır və basıcı mayenin köməyi ilə kəmər arxası fəzada hesab-lanmış hündürlüyə qaldırır. Sement məhlulunun halqavari fəzaya sıxışdırılıb çıxarılması quyunun sementlənməsi prosesi adlanır. Xüsusilə dərin quyuların sementlənməsi çox məsul bir işdir. Keyfiyyətsiz sementləmə çox hallarda quyuda baş verən qaz-neft təzahürlərinin, qrifonların, açıq neft və qaz fontanlarının baş verməsinə səbəb olur, məhsuldar layda neft və qazın ehtiyatını düzgün təyin etməyə imkan vermir, neftin, qazın və suyun bir laydan başqa laya axmasına səbəb olur və s.
Keyfiyyətli sementləmə isə yuxarıda qeyd edilən bütün nöqsanları aradan qaldırır, yerin təkini qoruyur, ekologiyanı mühafizə edir. Odur ki, quyunun keyfiyyətlə sementlənməsi çox ciddi iş olmaqla yanaşı, həm də vacib məsələdir və bu işə böyük məsuliyyətlə yanaşmaq lazımdır.
Qoruyucu kəməri quyuya endirdikdən sonra neft, qaz və su laylarını bir-birindən ayırmaq və quyuya suyun gələ bilməsinin qarşısını almaq üçün quyu sementlənir, yəni quyuda kəmər arxasındakı halqavari fəza müəyyən səviyyəyə qədər sement məhlulu ilə doldurulur. Bu prosesə quyunun sementlənməsi deyilir. Neft quyularını sementləmək üçün xüsusi quyu sementi işlədilir. Quyunun sementləmə prosesinin keyfiyyətini xarakterizə edən amillər aşağıdakılardır:
1.Sementin tutuşma başlanğıcı və bərkiməsi, onun reoloji xarakteristikası, su verməsi və başqa xassələri;
2.Qazıma məhlulla sement məhlulu arasındakı münasibət və qarşılıqlı əlaqə;
3.Halqavari fəzada qazıma məhlulu və sement məhlulunun hərəkət rejimi;
4.Quyuya verilən sementin miqdarı və sement daşının quyu divarları ilə kontaktı;
5.Bufer məhlulunun keyfiyyəti və miqdarı;
6.Sementləmə prosesində kəmərin yuxarı və aşağı tərpədilməsi(yarımdalma üzən qazıma qurğularında və qazıma gəmilərindən buraxılan kəmərlərdən başqa);
7.Qoruyucu kəmərə mərkəzləşdirici fənər və ərsinlərin bərkidil-məsi;
8.Sementləmə prosesinin avtomatlaşdırılması və sürətləndiril-məsi.