Mövzu dağ SÜxurlarinin fiziki xassəLƏRƏ GÖRƏ TƏsnifati


Daxili təzyiqin epürünün qurulması



Yüklə 435,35 Kb.
səhifə11/16
tarix04.04.2023
ölçüsü435,35 Kb.
#93247
1   ...   8   9   10   11   12   13   14   15   16
C fakepathKONSPEKT-QUYULARIN TAMAMLANMAS (2)

Daxili təzyiqin epürünün qurulması.a)Quyu istismara daxil olanda daxili təzyiqi tapaq: Quyu ağzında:

Pdz=PℓLn(L-z)


AB epürünü quraq .
b)İstismar qurtardıqdan sonra:
Pd.z=·ρk(z-H)
CD epürünü quraq
-xarici təzyiqin epürünü quraq (sementin üstündəki)
Pxzm·z
-yuxarı kəmərin içərisində sementləşmiş sahədəki xarici təzyiqi hesablayaq
Pxzm·z+ρq.s·(z-h)

-sementləmə qurtarandan sonra quyu dibində kəmər arxasındakı qazıma məhlulu və sement məhlulundan yaranan xarici təzyiq


Pxzm·h+ρs·(z-h)

ABF epürünü quraq


Şəkil Daxili təzyiq epürü




Xarici izafi təzyiq. Sementləmə qurtaran hal üçün izafi xarici təzyiqin epürü hesablanaraq qurulur:
Px.i.L=(ρsm)z –(ρsm)h
Quyudakı səviyyəni azaltmaqla qoruyucu kəməri hermetikliyə yoxlayarkən xarici izafi təzyiqin təyin olunması:
-sementlənməyən sahədə
Px.i.Hm·H
Mənimsəmə zamanı xarici izafi təzyiqin təyini:
-sementlənməmiş sahədə
Px.i.hm·h-ρsu·(h-H)
-sementlənmiş sahədə
Px.i.L=Psu·(L-H)
Quyu istismardan qurtarandan sonra xarici təzyiqin təyin edilməsi:
-sementlənməmiş sahədə
Px.i.hm·h-ρn·(h-H)
ABC’D’E’G’F’ epürü qurulur

Şəkil İzafi xarici təzyiq epürü.
3*MÖVZU-25. BIR PILLƏLI SEMENTLƏMƏ

Bütün sementləmə üsulları bir məqsədə xidmət edir: halqavari fəzadakı qazıma məhlulunu sement məhlulu ilə sıxışdırıb çıxarmaq və kəmər arxasında sement məhlulunu tələb olunan yüksəkliyə qaldırmaq. Bunun nəticəsində halqavari fəzada yerləşən laylardakı bütün mayelərin yaxud qazın bir-biri ilə əlaqəsi kəsilir və halqavari fəzada bütün növ təzahürlərin qarşısı alınır, uçulmaya meyilli süxurların uçulmasının qarşısı alınır, məhsuldar obyektlərin uzun müddət izolyasiya edilmiş halda qalması təmin edilir.


Qoruyucu kəmər quyuya buraxıldıqdan sonra quyu ağzındakı birinci borunun ucuna sementləmə başlığı bağlanır. Sementləmə başlığının işərisinə yuxarı, sementləmə tıxacı bərkidilir. Sementləmə başlığı sementləyici nasoslarla birlədşdirilir və quyunu yumağa başlayırlar. Quyu o vaxta qədər yuyulur ki, qazılmış süxur hissəcikləri quyu içərisindən çıxarıl-sın, qazıma məhlulu həmin hissəciklərdən təmizlənsin və qazıma məhlulu sabit xüsusi çəkiyə malik olsun. Başqa sözlə desək, yuma zamanı quyuya daxil olan və quyudan çıxan qazıma məhlulunun xüsusi çəkiləri eyni olsun. Quyunun yuyulması zamanı nasosun yaratdığı təzyiq qeydə alınmalıdır. Bu müddət ərzində aqreqatlardan sementləmə başlığına gələn xətlər sınaqdan keçirilməlidir. Sınaq təzyiqi hesablanmış gözlənilən təzyiqdən 1,5 dəfə çox olmalıdır. Bu hazırlıq işləri görüldükdən sonra quyunun sementlənməsinə başlamaq olar. Sementləmə prosesinə başlamazdan əvvəl quyuya kiçik həcmdə bufer mayesi vurmaq məsləhət görülür. Bufer mayesindən sonra aşağı sementləmə tıxacı buraxılır, sonra sementqarışdırıcı maşınların köməyi ilə sement məhlulunu hazırlayırlar. Sement məhlulu aqreqatlar vasitəsilə quyuya vurulur.
Bundan sonra sementləmə başlığı içərisində yerləşdirilmiş yuxarı tıxac kəmərin işərisinə buraxılır. Beləliklə, sement məhlulu iki tıxac arasında kəmərin içərisi ilə hərəkət edir. Bundan sonra sement məhlulunun kəmər arxasına çıxarılması üçün əvvəlcədən həcmi hesablanmış basıcı maye kəmərin içərisinə vurulur. Basıcı mayenin həcminin 0,5-1,0 m3 qalmasına yaxın aqreqatlardan ya biri, ya da ikisi işləyir, qalan aqreqatlar isə dayandırılır. Belə ki, yuxarı tıxac, aşağı tıxacın üzərinə oturan kimi quyu ağzındakı manometrdə təzyiq bir an içərisində 1,0-1,5MPa artır. Bu isə sementləmənin qurtardığını bildirir və işləməkdə olan aqreqat dərhal dayandırılır. Sementləmənin sonunda təzyiqin bir an içərisində qalxması hidravlik zərbə adlanır. Bununla da bir pilləli sementləmə prosesi bitmiş hesab edilir. Nəhayət, kəmər arxasındakı sement məhlulunun tutuşmağa başlamasını və onun bərkimə vaxtını gösləmək lazım gəlir. Quyuya gələn xətlər yuyulur, sökülür, təmizlənir, yığılır və sementləmə briqadası buruğu tərk edir. Sement məhlulunun bərkiməsi ekzotermik reaksiya ilə davm edir və kəmər daxilində təzyiqin artması müşahidə edilir. Bu halda siyirtməni bir qədər açmaqla təzyiqi sementləmənin sonundakı təzyiqə qədər azaldırlar.
Fırlanma üsulu ilə qazımanın ilk mərhələsindən başlayaraq indiyə qədər ən geniş tətbiq edilən sementləmə üsuludur. Qazıma texnikasının hazırkı inkişafı səviyyəsində güclü sementləmə aqreqatlarının mövcud olması nisbətən dərin quyuları belə bir pilləli üsulla sementləməyə imkan yaradır.
Bir və iki pilləli sementləmə aparılan quyulara aralıq və istismar kəmərlərini endirdikdə, kəmərin aşağı ucuna şəkil 1-də göstərilən quraşdırma bağlanır.

Şəkil 1. Qoruyucu kəmərin aşağı uc quruluşu:1 – yönəldici tıxac; 2- başmaq; 3 - dəliklənmiş sementləmə potrubkası; 4-əks klapan


Bu quraşdırma yönəldici tıxac ilə başmaqdan (1), sement məhlulunun çıxması üçün dəlikləri olan sementləmə patrubkasından (2), ondan yuxarıda muftun içərisində yerləşən əks klapandan (3), daha sonra bir və yaxud iki ədəd qoruyucu boru qədər yuxarıda muft içərisində yerləşdirilən istinad halqasından (4) ibarət olur. Bunların üstündən qoruyucu kəmərin aşağı seksiyası yığılır.


Kəmərin aşağı uc quruluşunun (1), (2), (3) və (4)-cü hissələri adətən buruğa quraşdırılmış şəkildə gətirilir (şəkil 1). Buruq ustası və qazımaçı quruluşu bağlamadan əvvəl onun hissələrini yoxlamalıdır.

Qoruyucu kəməri buraxıb qurtardıqdan sonra onun (kəmərin) içərisi ilə quyu bir daha yuyulmaldır. Bu yuyulma üçün buruqyanı meydançada sarayda əvvəlcədən yerləşdirilmiş qazıma nasosunun atqı xətləri quyu ağzı sementləmə başlığı və idarəedici blokun manifoldu ilə qəbul edilmiş sxem üzrə birləşdirilir. Sonra quyunun sementlənməsi başlayır. Əvvəlcə qarışdırıcı vasitəsilə SMQ maşınının bunkerindən gələn quru sement su ilə su xəttindən (yaxud maşının su çənindən) gələn suyun arası kəsilmədən qarışdırılması nəticəsində (təyin edilmiş «su-sement amili» qiymətinə uyğun) hazırlanan sement məhlulu dərhal quyuya vurulur.


Şəkil 2. Bir pilləli sementləmənin sxemi:a- quyunun kəsilişi; b-birinci sementləmə tıxacı; v-ikinci ayırıcı tıxac


Kəmərin içərisi ilə (şəkil 2) sement məhlulu (3) birinci ayırıcı sementləmə tıxacını (4) aşağıya itələyir. Hesablanmış həcmdə sement məhlulunu vurduqdan sonra başlıqdakı kranı (9) bağlayıb sement vurulan boruları və nasosun atqı xətlərini sementdən yuyub təmizləyirlər.


Sement məhlulunun kəmər arxası fəzaya basılması üçün əvvəlcə başlıqdakı (8) kranı açıb içəriyə bir qədər maye vurmaqla başlıqda saxlanan ikinci sementləmə tıxacının stopor boltlarını qırırlar və tıxacı kəmərin içərisinə yeridirlər. Sonra yenə də başlıqdakı (9) kranını açırlar. Basqı mayesi vurulan iknci tıxac (4) və (10) arasındakı sement məhlulunu kəmər içərisi ilə aşağıya hərəkət etdirir. Birinci tıxac istinad halqasına (6) oturduqdan sonra əmələ gələn təzyiqlər fərqi nəticəsində həmin tıxacın (4) diafraqma şüşəsi sınıb onun (tıxacın) keçidini açır. Sement məhlulu əks klapandan (7) keçərək yönəldici və sementləmə patrubkası dəliklərindən çıxıb kəmər arxası fəzaya keçir və basılaraq yuxarı qalxır. İkinci tıxac (10) birinci tıxacın üstünə (4) çatdıqda təzyiq birdən qalxır. Bu isə başlıqdakı monometr əqrəbinin sıçrama hərəkətilə müşahidə edilir. Sement məhlulunun kəmərarxası fəzaya basılmasının sonu sementləmə prosesinin qurtarmasını göstərir. Bundan sonra başlıqdakı (8) və (9) kranlarını bağlayıb, kəməri və quyunu sement məhlulunun bərkiməsi üçün 12-24 saat müddətində dayandırırlar.
Sement məhlulunun vurulması və basılmasında onun hərəkəti əvvəlcə kəmərin içərisi ilə aşağıya sonra isə kəmər arxası fəza ilə yuxarıya doğru yönəlir. Bununla əlaqədar olaraq aqreqatlardakı nasosun təzyiqi ( ) əvvəlcə (qazıma və sement məhlulları sıxlığının fərqinə görə) düşür, sonra isə sement məhlulu kəmər arxası fəzaya keçib yuxarıya qalxdıqda artmağa (təzyiq) başlayacaqdır. Nasosdakı təzyiqin dəyişməsini aşağıdakı tənlik ilə hesablamaq olar.



Burada - aqreqatın uyğun sürətindən nasosdakı təzyiq; əmələ gələn hidravlik müqavimətlərin dəf edilməsinə sərf olunan təzyiq; - uyğun surətdə sement məhlulu sütununun qalxma hündürlüyü, - qazıma və sement məhlulu sıxlıqları . Fərqinin müvazinətləşdirilməsinə sərf olunan təzyiqdir. Sement məhlulu kəmərin içərisində olduqda işarə (-), kəmər arxası fəzada olduqda isə işarə (+) götürülür.





Yüklə 435,35 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin