Mövzu dağ SÜxurlarinin fiziki xassəLƏRƏ GÖRƏ TƏsnifati



Yüklə 435,35 Kb.
səhifə13/16
tarix04.04.2023
ölçüsü435,35 Kb.
#93247
1   ...   8   9   10   11   12   13   14   15   16
C fakepathKONSPEKT-QUYULARIN TAMAMLANMAS (2)

Xüsusi səthlik – 1kq sement materialının tərkibində olan hissəciklərin ümumi səthlərinin cəmidir. Sement hissəciklərinin təsir etmə səthləri və onalrın islanması xüsusi səthlik ilə xarak-terizə edilir.
Təcrübədə səpkili materiallar və tozlar (poroşoklar) üçün xüsusi səthliyi “hava keçiricilik” üsulu ilə təyin edirlər. Xüsusi səthlik artdıqca hidrotasiya hadisəsi və sementin bərkiməsi sürətlənir. Xüsusi səthlik üçün optimal qiyməti 400-500 m2/kq sayıla bilər. Amma təcrübədə bu qiymət hələ geniş yayılma-mışdır. Buraxılan tamponaj sementlərinin xüsusi səthliyi onların məqsədə uyğunluqlarından asılı olaraq 250-400 m2/kq arasında olur. Baza sementlərinə narın dispersli əlavələr qatıldıqda alınan qarışığın xüsusi səthliyi 100 m2/kq qiymətə qədər artırılır.
Neft və qaz quyularındakı layların sementlənməsi üçün tamponaj sementlərindən hazırlanan məhlullar aşağıdakı tələbatları ödəməlidir:
1.Sement məhlulunun axma və nasosla vurulma qabiliyyəti böyük olmalıdır;
2.Hazırlanan məhlulun:
2.1) tutuşması gec başlanmalıdır, yəni tutuşma başlanğıcı gec olmalıdır;
2.2) bərkimə başlanğıcı isə tez olmalı və həmin vaxta uyğun bərkimiş sement məhlulunun möhkəmliyi yüksək olmalıdır;
3.Sement məhlulu tutuşduqda və bərkidikdən sonra əmələ gələn sement daşının keçiriciliyi çox az qiymətdə olmalıdır.
Başqa materiallardan fərqli olaraq tamponaj sement məhlulları qazılan quyu ətrafında hazırlanıb dərhal quyuya vurulur. Buna görə də sement məhlulu aşağıdakı fiziki-kimyəvi və mexaniki xassələrə malik olmalıdir:
1.Su-sement amili;
2.Sement məhlulunun axarlılığı;
3.Sement məhlulunun tutuşma başlanğıcı;
4.Tutuşmanın sonu;
5.Sement məhlulunun qatılaşması.
Məhlulun hazırlanması üçün götürülən su kütləsinin (Msu) sement kütləsinə (Msem) olan nisbətinə su-sement amili (m) deyilir:
Su-sement amili:  (yəni hər 100 kq sementə 50 kq su qatılmış) və ya

Bu nisbət həqiqətən sement məhlulunu xarakterizə edən əsas amildir. Qeyd edək ki, tamponaj sementinin tamam hidrotasiyası üçün kütlənin 20-25% qədər su kifayətdir, yəni su-sement amili m=0,20-0,25 olmalıdır, amma təcrübədə belə qarışdırılmış sement məhlulunu nasosla vurmaq mümkün olmur. Təcrübədə su-sement amili üçün minimal qiyməti m=0,35-0,40 götürülür. Su-sement amilinin yuxarı sərhəd qiyməti tamponaj məhlulunun sedimentasiya dəyanətliliyi ilə məhdudlanır. Dərin quyular üçün su-sement amilinin (m) yuxarı qiyməti m=0,45-0,50 götürülür.
Dayaz-soyuq quyularda yüngülləşdirilmiş sement qarışığı üçün su-sement amili m=0,60-0,63 buraxıla bilər. Su-sement amilinin yuxarı qiymətlərində məhlulun qovuşma (tutuşma) vaxtı uzanır sement daşının möhkəmliyi ilə azalır.
Sement məhlulunun axarlılığının ölçülməsilə sement məhlulunun hərəkət etmə (nasosla vurulma) qabiliyyəti yoxlanılır. Sement məhlulu quyunun verilmiş intervalına vurulub qaldırılan müddət ərzində axarlığa (hərəkətliliyə) malik olmalıdır. Axarlılıq şərti olaraq “AzNİİ konusu” adlanan cihazla yoxlanılır.



Yüklə 435,35 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin