Mövzu dağ SÜxurlarinin fiziki xassəLƏRƏ GÖRƏ TƏsnifati


MÖVZU-9. BIRGƏLƏŞDIRILMIŞ TƏZYIQLƏR QRAFIKININ QURULMASI METODU



Yüklə 435,35 Kb.
səhifə4/16
tarix04.04.2023
ölçüsü435,35 Kb.
#93247
1   2   3   4   5   6   7   8   9   ...   16
C fakepathKONSPEKT-QUYULARIN TAMAMLANMAS (2)

MÖVZU-9. BIRGƏLƏŞDIRILMIŞ TƏZYIQLƏR QRAFIKININ QURULMASI METODU

Neft yatağının startiqrafik kəsilişi üzrə lay təzyiqinin və süxurların hidravliki yarılma təzyiqinin qiymətlərinin dəyişməsi koordinat sistemində birgələşdirilmiş təzyiqlər epyurası adlanır. Əvvəllər lay təzyiqi və hidravliki yarılma təzyiqinin dəyişməsi qrafiklərinin çəkilməsi zərurəti ayrı idi. Hər iki qarfikin bigə çəkilməsi nəticəsində “birgələşdirilmiş təzyiq” qrafiki adlanır.


Koordinat sistemi dərinlik və təzyiq qradiyenti ekviva-lenti oxlarından ibarətdir.
Təzyiq qradiyenti ekvivalenti dedikdə elə mayenin sıx-lığı nəzərdə tutulur ki, həmin mayedən ibarət maye sütunu, təyin edilən dərinlikdə qiymətcə lay təzyiqinə və hidravliki yarılma təzyiqinə bərabər təzyiq yaratsın.
Hər hansı Hi – dərinlik intervalı üçün lay təzyiqinin (Play) və hidravlik yarılma təzyiqinin (Ph.y.) qiymətlərini bildikdə, həmin təzyiqlər üçün təzyiq qradiyenti ekvivalentlərini aşağı-dakı ifadədən təyin edirik:
;

Şəkil 3.3-də quyu quruluşunu seçmək üçün birgələşdirilmiş təzyiqlər qrafiki göstərilmişdir. Birgələşdirilmiş təzyiqlər qrafikini aşağıdakı ardıcılıqla qurmaq olar:


1.Qazıma Trestinin (idarəsinin,müəssisəsinin,böl-məsinin) geoloji şöbəsindən götürülmüş: dərinlik intervalları üzrə staryiq-rafiya kəsilişi, süxurların litoloji xarakteristikası, lay (Play) və hidravliki yarılma (Ph.y.) təzyiqlərinin qiymətləri qrafikdə göstərilir və qrafikin III hissəsində birgələşdirilmiş təzyiqlər qrafiki qurulur. Absis oxunda təzyiq qradiyenti ekvivalentləri miqyası Play=1,0; 1,1; 1,2; 2,2 qiymətlərinə uyğun miqyasda çəkilir. Ordinat oxunda isə quyunun dərinliyi göstərilir.
2.Lay təzyiqi məlum olan Hi dərinlik intervalları üçün təzyiq qradiyenti ekvivalentinin qiymətləri 1,2,3, ...19 nöqtələri ilə koordinat müstəvisinə köçürülür. Sonra həmin nöqtələrdən ordinat oxuna paralel xətlər çəkib, araları onlara perpendikulyar üfüqi xətlərlə birləşdirilir. Beləliklə, lay təzyiqi qradiyentinin dəyişilməsi əyrisi alınır.
3.Həmin qayda ilə dərinlik intervalları üzrə hidravliki yarılma təzyiqləri hesablama aparılıb 20,21,22...39 nöqtələri ilə koordinat müstəvisinə köçürülür və nəticədə süxurların hidravlik yarılma təzyiqinin dəyişilməsi əyrisini alırıq. Alınan 2-ci əyri koordinat müstəvisində 1-ci təzyiq əyrisinin sağında yerləşəcək.
4.Sonra iki təzyiq qradiyentləri dəyişməsi əyriləri arasında eyniləşdirilmiş (birgələşdirilmiş) qazıma şəraiti olan zolaqlara ayırırlar. Bunun üçün əvvəlcə lay təzyiqi qradiyentləri dəyişməsi əyrisinin sol kənar nöqtələrində (3,5,11,16) paralel çəkilib, AB, EF, KL və OP xətlərini alırıq. Sonra hidravlik yarılma təzyiqi qradiyentinin dəyişilməsi əyrisinin sağ kənar nöqtələrinə (20,26,31,35) paralel çəkməklə CD, GH, MN, QS xətlərini alırıq.
5.Alınan ABCD, EFGH, KLMN və OPQS dördbucaqlı sahələrini ştrixləyib verilmiş quyu üçün eyniləşdirilmiş qazıma şəraiti olan zolaqları alırıq.
6.Beləliklə, birgələşdirilmiş təzyiq qrafikində:
6.1.AB, EF, KL və OP əyriləri kəsilişin uyğun intervalları üçün lay təzyiqlərinin sərhəd şərtlərini CD, MN, GH və QS əyriləri isə həmin kəslişdə hidravlik yarılma təzyiqlərinin sərhəd şərtlərini təyin edir;
6.2.Qrafikdəki eyniləşdirilmiş qazıma şəraiti zolaqları, quyunun qoruyucu kəmərlərlə möhkəmləndirilməyə ehtiyacı olan zolaqlarıdır. Daha doğrusu quyuya buraxılacaq qoruyucu kəmərlərin sayı bu zolaqların sayı qədər olmalıdır.
7.Qoruyucu kəmərlərin buraxılma dərinliyi, eyniləşdi-rilmiş qazıma şəraiti zolağının aşağı sərhədlərindən 10-12m qə-dər yuxarı götürülür .
Beləliklə, quyu üçün eyniləşdirilmiş qazıma şəraiti olan dörd zolaq alınır ki, həmin zolaqlara uyğun quyuda dörd qoruyucu kəmər yəni:
-konduktor – 750m
- I aralıq kəmər – 3150m
- II aralıq kəmər – 4650m (“quyruq”)
- istismar – 5000m dərinliyə buraxılır.
Bircələşdirilmiş təzyiq qrafikinin sağ kənar sütununda qazıma məhlulunun sıxlığı yazılır.



Yüklə 435,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin