MÖVZU-11. DƏRIN VƏ COX DƏRIN QUYULAR ÜÇÜN QUYU QURULUŞU
1955-ci ildən başlayaraq Rusiyada dərinliyi 4500m-dən artıq olan quyuların qazılmasına başlanmışdır. 1964-1970-ci illərdə isə dərinliyi 5500m-dən yuxarı 10-dan çox quyu, o cümlədən Azərbaycanda – 5800m, Bunlardan biri Qazaxıstanın “Aral-Şor” sahəsində dörd kəmərli СГ-1 quyusu 6806m dərinliyinə qazılmışdır. Burada 140mm quyu lüləsinə 127mm diametrli sonuncu kəmər qaynaq birləşməsi ilə 6796m dərinliyə buraxılmışdır. Azərbaycanda (keçmiş SSRİ-də) 1965-ci ildən başlanmışdır.1968-ci ildə iki böyük dərinlikli kəşfiyyat quyusu qazılıb qurtarmışdır. İkinci böyük dərinlikli – 100 N-li kəşfiyyat quyusu Azərbaycanda “Şixov kasası” sahəsində 6521m dərinliyə qazılmışdır. Qeyd etmək lazımdır ki, bu quyunun qazıma göstəriciləri 10 il ərzində qazılan bütün dərin quyuları ötüb keçmişdir.
Qərbi Ukraynada “Şevçenko” sahəsində dərinliyi – 7022m olan quyular qazılmışdır. Aşağıda dərin quyu quruluşu layihələndirməsində istifadə etmək üçün diametrrləri uyğunlaşdırılmış qoruyucu kəmərlər komplekti verilmişdir:
1)Konduktor – Ø377mm
I aralıq kəmər – Ø273mm
II aralıq kəmər – Ø219mm (qaynaq)
İstismar kəməri – Ø146mm
2) Konduktor – Ø426mm
I aralıq kəmər – Ø299mm
II aralıq kəmər – Ø219mm (“quyruq” kəməri)
III aralıq kəmər - Ø168mm (qaynaq)
İstismar kəməri – Ø146x114mm (qaynaq)
İstismar kəmərlərinin (114-146mm) qaynaq birləşməli olması quyunun qazılma şəraitini xeyli asanlaşdırmaqla kiçik diametrli (Ø73-114mm) istismar kəmərlərilə daha dərin quyuların qazılması üçün şərait yaradır.
Aşağıda sxemdə ABŞ-da qazılmış böyük dərinlikli quyuların quruluşu verilib:
1)Konduktor Ø508mm – L-465m
I aralıq kəməri Ø340mm – 4700m
II aralıq kəməri Ø244mm – 7128m
İstismar kəməri Ø127x178mm – 3357-8702m +
kəmərsiz qazıma - 8702÷9159m.
2)Konduktor Ø508mm-675m
I aralıq kəməri Ø340mm – 3339m
II aralıq kəməri “quyruq” Ø244mm – 3239-5624m
III aralıq kəməri “quyruq” Ø194mm – 5470-7168m
İ stismar kəməri Ø127mm-6940-8686
Şəkil 3.5. 7000m dərinlikdə olan çox dərin quyuların quruluşları
1975-ci ildən başlayaraq “yuxarı MANTİ-nin layihəsi” adlı Beynəlxalq proqrama uyğun aparılan tədqiqatlar üzrə Rusiyada Kola yarımadasında və Azərbaycanda Kür ətrafı düzlükləri Saatlı sahəsində iki böyük dərinlikli kəşfiyyat quyusu qazılır. Bu quyuların dərinliyi əvvəlcədən 1500m nəzərdə tutulmuşdur. Həmin dərinliyə qədər Saatlı sahəsindəki geoloji kəsiliş fiziki-mexaniki xassələrinə görə bir-birindən tamamilə fərqlənən iki tip süxurlardan ibarətdir. Bunlardan biri yuxarı yarım hissə 7500-8000m dərinliyə qədər çökmə dağ süxurla-rından, aşağı yarım hissədədki süxurlar isə yer kürəsinin maqmatik süxurlardan ibarət olmalıdır. Buna uyğun olaraq da Saatlı quyusunun yuxarı və aşağı hissələrinin quyu quruluşuna olan tələbatları da bir-birindən fərqlənməlidir. İlk baxışdan maqmatik süxurlardan ibarət olan aşağı hissəni aralıq kəmərlər işlətmədən qazımaq olar. Digər tərəfdən həmin hissəni qazıdıqda maqmatik süxurlarda belə qazıma məhlulunun udulması fərz edilir. Quyunun yuxarı hissəsinin qazılmasını geoloji kəsilişdəki çətinliklərə qarşı quyu divarını uyğun aralıq kəmərlərlə bağlayaraq aparmaq qəbul edilmişdir.
Beləliklə, Saatlı quyusunun quyu quruluşu layihələndirməsində aşağıdakı şərtlər qəbul edilmişdir:
1.Sonuncu aralıq kəmərin diametri – özündən süxuru bütöv götürən sütuncuqlu baltanı və kiçik diametrli quyu dibi mühərriklərini keçirə bilməlidir. Quyunun dərinləşdirilməsini maqmatik süxurlarda davam etdirmək üçün həmin kəmərin diametri azı 219mm olmalıdır;
2.Quyunun çökmə süxurlardan ibarət yuxarı hissəsi gilli məhlulla qazıldığı halda, aşağı maqmatik hissə su ilə qazıla bilər;
3.Quyu layihə dərinliyinə çatdıqdan sonra istismar kəmərinin buraxılmasına ehtiyac yoxdur.
Bu şərtlərə əsaslanaraq böyük dərinlikli Saatlı quyusu üçün 1975-ci ildə yuxarı hissəsi üç və dörd kəmərdən ibarət bir neçə quyu quruluşu variantı hazırlanmışdır. Qəbul edilən quyu quruluşu:
Yönəldici konduktor Ø730mm-100m
I aralıq kəməri Ø508mm – 1500m
II aralıq kəməri Ø339,7mm – 3500
III aralıq kəməri Ø244,5mm – 7500m
25 noyabr 1981-ci ildə Azərbaycanda “Saatlı” quyusunda 7700m dərinlik fəth edilmişdir.
Dostları ilə paylaş: |