Mövzu dağ SÜxurlarinin fiziki xassəLƏRƏ GÖRƏ TƏsnifati


MÖVZU-8. TEXNIKI LAYIHƏ VƏ GEOLOJI-TEXNIKI TAPŞIRIQ HAQQINDA QISA MƏLUMAT



Yüklə 435,35 Kb.
səhifə3/16
tarix04.04.2023
ölçüsü435,35 Kb.
#93247
1   2   3   4   5   6   7   8   9   ...   16
C fakepathKONSPEKT-QUYULARIN TAMAMLANMAS (2)

MÖVZU-8. TEXNIKI LAYIHƏ VƏ GEOLOJI-TEXNIKI TAPŞIRIQ HAQQINDA QISA MƏLUMAT

Texniki layihə əsasında hər bir qazıma briqadası üçün: geoloji texniki tapşırıq, mail quyu olduqda isə əlavə quyunun profili hazırlanır.


Geoloji texniki tapşırıq qazıma briqadası üçün operativ iş planı olmaqla, qazımanın texnoloji rejimini və qazıma prosesini həll edən hərtərəfli təlimatdır. Bu tapşırıq əsas üç hissədən ibarətdir: a) geoloji hissədən; b) texnoloji; c) texniki.
Geoloji hissədə: stratiqrafiya, süxurların litoloji kəsilişi, quyuların yatım bucağı, süxur (kerna) götürmə intervalları, gözləniləbilən çətinliklərin (uçulmalar, qazıma məhlulunun udulması, neft-qaz təzahürü) intervalları, elektrometriya (karotaj işləri) və aparılacaq başqa ölçmə işlərinin dərinlik intervalları, məhsuldar layların qalınlığı və dərinliyi haqqında məlumat verilir.
Texnoloji hissəsində qrafiki şəkildə quyuya buraxılan qoruyucu kəmərlərin diametri, dərinliyi və kəmər arxasında sement məhlulunun qalxma hündürlüyü göstərilir.
Texniki hissədə: dərinlik intervalları üzrə qazıma baltalarının tipi, ölçüsü balta reyslərinin sayı, qazıma rejimi və qazıma məhlulu parametrlərinin intervallar boyu qiymətləri; tal mexanizmi, qazıma nasosları, qazıma kəməri və şamlarının qaldırılma sürətləri haqqında və habelə qazıma məhlulunun intervallar boyu kimyəvi işlənilməsi və reagentlər haqqında və s. məlumat verilir.


3.3.Quyu quruluşunun layihələndirilməsi

Quyu quruluşunun seçilməsini əsaslandıran amillər aşağıdakılardır:


1.Quyunun qazılması məqsədi;
2. Quyunun layihə horizontu, dərinliyi və istismar kəmərinin diametri;
3.Startiqrafik kəsiliş üzrə lay təzyiqinin və süxurların yarılma təzyiqinin qiymətləri;
4.Süxurların bərkliyi üzrə xarakteristikası;
5.Quyunun qurtarması və istismarı üsulları;
6.Quyunun profili (şaquli, maili) şaquli oxdan layihə üzrə inhirafı, zenit (əyrilik) və azimut bucağının dəyişməsi tempi.
Quyu quruluşu layıhələndirildikdə qoruyucu kəmərlərin növünü də seçmək lazımdır. Bunun üçün qazımanın geoloji-texniki şəraitinə uyğun olaraq aşağıda göstərilən qoruyucu kəmər növləri təklif edilir:
1. Əgər qazıma geoloji çətinliklər şəraitində aparılırsa, quyunun etibarlı möhkəmləndirilməsini bütöv qoruyucu kəmərlər işlət-məklə əldə etmək olar.
2. Metalın və materiallrın işlədilməsinə qənaət etmə, quyunun möhkəmləndirilməsi üçün sürətləndirmə, qazıma və sementləmə proseslərində hidravlik müqavimətləri azaltma məqsədlərinə uyğun olaraq geoloji şərait yol verən hallarda bütöv qoruyucu kəmərlər əvəzinə “quyruq kəmərləri” işlətmək lazımdır.
3. Udulma kimi ağır mürəkkəbləşmələrin (çətinliklərin) qarşısını almaq üçün o biri kəmərlərlə əlaqəsi olmayan “letuçka” tipli qoruyucu kəmər işlətmək olar.
4. Əgər aşağı intervalların qazılması başmaqdan yuxarı qoru-yucu borular şiddətli sürtünməyə məruz qalarsa, “nadstavka” tipli və yaxud dəyişdirilən qoruyucu kəmərlərin işlədilməsi nəzərdə tutula bilər.
Qazılacaq quyunun geoloji kəslişi keçiləcək layların geoloji şəraiti, quyunun layihə dərinliyi qazıma üsulu və habelə onun mənimsənilmə üsulu haqqında məlumat varsa, həmin quyu üçün quruluş (konstruksiya) aşağıdakı ardıcıllıqla seçilir və əsaslandırılır:
1.Şaxt borusunun və ya istiqamətləndiricinin qəbul ediləcək uzunluğu yerli şəraitə görə qəbul edilir.
2.Konduktora olan ehtiyac göstərilməklə onun buraxılma dərin-liyi qəbul edilir.
3.Tam möhkəmlik yaratmaq üçün konduktor arxasında sement yer səthinə qədər qaldırılmalıdır;
4.Birinci aralıq kəmərin buraxılmasına olan ehtiyac və onun buraxılma dərinliyinin səbəbi şərh edilib əsaslandırılır. Aralıq kəməri arxasında sementin qaldırılacaq hündürlüyü və onun səbəbi göstərilir;2-ci və 3-cü aralıq kəmərinin (texniki kəmərin) buraxılmasına ehtiyac olduqda, bunlar da ara kəmərində olduğu kimi şərh edilir. Bunların “quyruq” şəklində buraxılma imkanı və onun arxasında qaldırılacaq sementin hündürlüyü göstərilir;
5.İstismar kəmərinin buraxılacaq dərinliyi göstərilməklə onun ən səmərəli diametri seçilir və bununla bərabər kəmər arxasında sementin qaldırılacaq hündürlüyü əsaslandırılır;
6. İstismar kəmərinin yerini qazıyacaq baltanın diametri
Db=Dm+2δ, mm
ifadəsinə görə hesablanaraq bundan əvvəlki kəmərin diametri isə
Dk=Db+25, mm
ifadəsi ilə müəyyən edilir və bunlara yaxın ГОСТ (standart) qiymətlər qəbul edilir;
7.İstismar kəmərində olduğu kimi aşağıdan yuxarıya doğru kəmərlərin diametri müəyyən edilməklə, onların yerlərini qazıyacaq baltaların diametrləri hesablanır.

Yüklə 435,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin