MÖVZU-17. QORUYUCU KƏMƏRDƏ YIVI KƏSƏN YÜKLƏR
Dartıcı yükün kritik qiymətinə yivi kəsən yük deyilir. Daha doğrusu borunun yiv açılan ucunda (birinci yiv üzrə) əmələ gələn mürəkkəb gərginliyi materialın proporsionallıq həddinə qədər qaldıran dartıcı yükə yivi kəsən yük və ya yivdə deformasiya yaradan yük deyilir.
Təcrübədə qoruyucu kəmərlərin hesablanmasında və buraxılmasında yivi kəsən qiymətinin tapılması ən çox işlədilən məsələlərdəndir. Quyuya endirilən kəmərə boru əlavə etdikdə əvvəlcə onun yivli ucunun asılı halda saxlanan kəmərin muftasına oturdub, sonra yiv birləşməsini əl ilə (avtomat açarla) axıra qədər bağlayırlar.
Belə halda mufta yivləri ilə boru yivlərinin təmas etməsi onların ancaq yarı səthlərində olur.
Yiv birləşməsi üçün dartıcı yük kritik qiymətə çatdıqda, yivlərdə deformasiya alınacaq, yəni muftanın yivi borunun ox üzrə dartıcı P yükdən yivin vahid səthinə düşən təzyiqə qarşı oturaq səthlərdə əmələ gələn reaksiya qüvvəsi - N səthə normal istiqamətdə təsir etməlidir. Yivlərin ümumi səthini Fs ilə işarə etsək vahid sahənin reaksiyası üçün q=R/0,5Fs yazmaq olar. q qiymətini tapmaq üçün təsir edən qüvvələrin z oxu üzərində proyeksiyalarını alaq:
q·1/2Fscos[900-(α+φ)]-P=0
Buradan:
q – reaksiyanın horizontal mürəkkəbəsi:
q0=qcos(α+φ)
yiv birləşməsindəki radial təzyiqi verəcəkdir.
q və Fs qiymətlərini q0 təzyiqi üçün yazsaq,alarıq:
Bu q0 təzyiqi yiv birləşməsinə ara buraxmalarla (yivin yarı səthlərində) təsir edir. Ona görə də təzyiqdən əmələ gələn gərginliyin tapılması çətinləşir. Məsələnin həllini sadələşdirmək üçün borunun yiv açılan ucunu, xarici diametri D və uzunluğunu l, bütün səthi üzrə P təzyiqi ilə bərabər yüklənmiş hamar silindr kimi qəbul edirilk.
Tarımlıqdan əmələ gələn radial təzyiq yivin hər iki (bütün) səthi üzrə (qazıma borularına B saplı boru yivi ilə mufta bağladıqda) yaranır.
Yivi kəsən (deformasiya yaradan) yükün tapılması üçün birinci yiv üzrə bir-biri ilə perpendikulyar müstəvilərdə yaranan σ1 və σ2 gərginliklərini toplamaq lazımdır.
Ox üzrə təsir edən P yükü artdıqca τ artacaq və nəhayət maksimuma çatdıqda qiymətcə proporsionallıq həddinin yarısına (𝜎pr/2) bərabər olacaqdır:
Bu zaman ox üzrə P yükü də yiv üçün maksimuma, yəni Pdef qiymətinə çatacaq. P-nin yerinə Pdef yazıb ona görə həll etsək yivi kəsən Pdef yükü üçün aşağıdakı ifadəni alarıq:
Bu düstur ilk dəfə Yakovlev tərəfindən çıxarıldığı üçün onun adını daşıyır. Düsturda sürtünmə bucağı φ=180; 𝜎pr –nin yerinə poladın axıcılıq həddini-𝜎ax; l – yerinə tam yivlərin uzunluğu; b – birinci yiv altındankı qalınlıq yazılırboruları üçün D, l və b qiymətləri ГOСТ 632-85 –dən götürülür.
Dostları ilə paylaş: |