Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 265,2 Kb.
səhifə18/84
tarix03.03.2023
ölçüsü265,2 Kb.
#86539
1   ...   14   15   16   17   18   19   20   21   ...   84
entomologiya

Mübarizə təbdbirləri. Əsasən aşağıdakı tədöirlər həyata keçirilir.
1. Torpaq diqqətlə becərilməlidir. Heriklərdə kultivasiya aparılmalıdır. Dərin dondurma şumu aparılmalıdır.
Şum zamanı kiçik yaşlı sürfələr və pupların bir qismi mexaniki əzilmə nəticəsində məhv olur və zərərvericilərin sayını xeyli azaldır.
2. Məftil qurdu ilə yoluxmuş sahələrə az zədələnən bitkilər (birillik paxlalılar) əkilməlidir.
3. Bitkinin inkişafını sürətləndirmək üçün üzvi və mineral gübrələr verilməlidir.
Payızlıq əkin sovkası (Agrotis segetum Sohiff)Orta böyüklükdə kəpənək olub, qanadları açıldıqda 35-45 mm olur. Ön qanadları açıq-boz və ya tünd-qonur rəngdədir. Qanadları üzərində sovkalara xas olan üç böyrəkvari, yumru və pazvari ləkə vardır. Dişi kəpənəklərin bığcıqları daraqvari, erkəklərinki isə qılvaridir.
Tırtılı boz, torpaq rəngindədir. Beli üzərində tünd zolaq vardır. Tırtıllar torpaqda yaşayır və əsasən də bitkilərin kökü və cücərtiləri ilə qidalanır. İri yaşlı tırtılların uzunluğu 50 mm-ə çatır. ona toxunduqda dərhal qıvrılır.
Payızlıq əkin sovkasının zərərverici fazası tırtıllardır və onlar olduqca müxtəlif mədəni bitkilər və alaq otları ilə qidalanır. Zədələyici bitkilərdən taxılı, tütünü, pambığı, günəbaxanı, tərəvəz və bostan bitkilərini göstərmək olar.
Torpaqda yaşayan tırtıllar cücərtiləri və onun kök boğazını gəmirərək bitkiləri tamamilə məhv edir. Zərərvericinin yaşlı tırtılları qışlayır. Tırtıllar soyuğa olduqca davamlıdırlar. Tırtıllar adətən erkən yazda zərər vermir. Tırtıllar özlərinə yuva düzəldib pup halına keçirlər. Yazda, aprelin 2-ci yarısında pupdan kəpənəklər uçmağa başlayır. Kəpənəklər gecə uçur və qidalanır. Gündüzlər gizlənirlər. Uçan kəpənəklər əlavə olaraq çiçəklərin nektar şirəsi ilə qidalanırlar. Bir dişi kəpənək 2000-ə yaxın yumurta qoya bilir.
İkinci nəslin kəpənəkləri iyulda uçmağa başlayır. Kəpənək yumurtalarını tək-tək, alaq və ya mədəni bitkilər, yaxud torpaq üzərinə qoyur. 3-4 gündən sonra yumurtalardan tırtıllar çıxır. Tırtıllar gündüzlər torpaqda gizlənir, gecələr isə torpağın üst səthinə çıxıb, bitkilərin kök boğazını gəmirir. İyul ayının əvvəllərində birinci nəslin tırtılları öz inkişafını bitirir. Bu vaxta qədər 5 dəfə qabıq dəyişərək 6 yaş keçirir, 2-ci nəsil isə bundan sonra başlayır.
Payızın əvvəllərində ikinci nəslin axırıncı yaşda tırtılları qışlamağa başlayır.

Yüklə 265,2 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin