Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Dünyagörüşünün tarixi formaları



Yüklə 124,77 Kb.
səhifə5/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   2   3   4   5   6   7   8   9   ...   47
Felsefe muhazire metnleri

2.Dünyagörüşünün tarixi formaları
Dünyagörüşün tarixi formalarını mifologiya, dinfəlsəfə təşkil edir. Mifologiya (mifos – yunanca rəvayət, əfsanə, nağıl, dastan, logos – söz, anlayış, təlim deməkdir) ictimai inkişafın ibtidai mərhələsi üçün səciyyəvi olan dünyagörüşü, ictimai şüurun ilkin formasıdır. Mifologiya miflər haqqında elmə, təlimə deyilir. Miflərdə ilk başlanğıcdan biliyin, dini inamların, mənəvi mədəniyyətin, incəsənətin, sosial həyatın ünsürləri birləşmişdir. Mifdə insanların dünyaya baxışları müəyyən sistem halını almalıdır. Bu sistemləşmiş baxışların əsas formaları epos, nağıllar, əfsanələr və s. ibarətdir. Miflərdə əsas rolu adət-ənənələr, ağsaqqalın, başçının nüfuzlu sözü oynayır. Mif qədim insanların şüurunda gerçəkliyin primitiv, fantastik inikası, onların təbiət, cəmiyyət sirləri qarşısında heyrətinin obrazlı-bədii təcəssümüdür. Mifologiyanı bəşəriyyətin uşaqlıq dövrünün fantastik inikası adlandırırlar. Qədim yunanlar allahlar və qəhrəmanlar haqqında yaranmış əsərləri mifologiya adlandırırdılar. Lakin, mifologiyanın mövzu dairəsi bununla məhdudlaşmır. Xalqların inkişaf etmiş mifoloji sistemində kainat (kosmoqonik miflər), dünyanın sonu (esxotoloji miflər), ulduzlar və planetlər (astroloji miflər), təqvim, ölüm haqqında, eləcə də insanların mədəni nailiyətlərinin – odun əldə edilməsi, sənətkarlıq, əkinçilik, adət və ənənələr haqqında miflər üstünlük təşkil edir.
Dünyagörüşünün mifdən sonra qədim forması dindir. Din latınca “religio” sözündən olub, “əlaqə” mənasını ifadə edir. Religio insanın fövqəltəbii qüvvələrlə əlaqəsini, onlara inamı, Allahla insan arasında ünsiyyəti ifadə edir. Din dünyagörüşün elə bir formasıdır ki, burada dünyanın anlaşılması onun ikiləşdirilməsi prinsipi əsasında mümkün sayılır. Əbədi axirət dünyasına və hiss üzvlərilə bilavasitə qavranılan real aləmə bölünən dünya dində fövqəltəbii qüvvələrin fəaliyyətinin məhsulu kimi təqdim olunur. Din həm də ideoloji dünyagörüş forması kimi təşəkkül tapmış və müəyyən sosial funksiyalar yerinə yetirmişdir.
Mifologiya və dini dünyagörüşləri tədricən insanların həyata baxışlarını genişləndirir və dərinləşdirirdi. E.ə. VII-VI əsrlərdən başlayaraq insanların dünyagörüşünün əhəmiyyətli dərəcədə mürəkkəbləşməsi prosesi gedir. Bu prosesin əsas cəhəti abstrakt-nəzəri təfəkkürün inkişafı idi. Cəmiyyətdə sosial-iqtisadi münasibətlərin inkişafı, əmək bölgüsünün genişlənməsi, xüsusilə də asudə vaxtın artması müəyyən qrup insanlara intellektual fəaliyyətlə peşəkar məşğul olmağa imkan yaratdı. Beləliklə, təxminən 2500 il bundan əvvəl Asiya və Avropanın ayrı-ayrı ölkələrində dünyagörüşünün daha mükəmməl forması olan fəlsəfi dünyagörüş formalaşdı. Bu dünyagörüş mifdən və dindən fərqli olaraq, inam və hiss əsasında deyil, əql və bilik zəminində dünyanın təhlilini verməyə başladı. Fəlsəfə insanda tənqidi təfəkkür məharətini inkişaf etdirdi. Fəlsəfədən fərqli olaraq bu tənqidi təfəkkür nə miflərdə, nə də dində xarakterik xüsusiyyət olmamışdır.



Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin