Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Qədim Hindistan və Çində fəlsəfi cərəyanlar



Yüklə 124,77 Kb.
səhifə7/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   2   3   4   5   6   7   8   9   10   ...   47
Felsefe muhazire metnleri

2.Qədim Hindistan və Çində fəlsəfi cərəyanlar
HİNDİSTAN. Hindistanda fəlsəfənin meydana gəlməsi təxminən e.ə. I minilliyin ortalarına təsadüf edir. Bu dövrdə hind cəmiyyətində bir sıra müsbət dəyişikliklər baş verir. Kənd təsərrüfatı, ticarət və sənətkarlıqla yanaşı, mədəniyyətin müxtəlif sahələri inkişaf edir. Hind cəmiyyəti bu dövrdə dörd qrupa bölünürdü: brahmanlar (rahiblər), kşatrilər (hərbi aristokratiya), vayşilər (mülkədarlar, sənətkarlar, tacirlər) və şudralar (aşağı təbəqə).
Hind fəlsəfəsi tarixində adətən 4 dövr olduğu göstərilir:

  1. Vedalar dövrü

  2. Klassik və yaxud brahman-buddist dövrü

  3. Klassik dövrdən sonrakı dövr

  4. Yeni və müasir dövr

Qədim hind fəlsəfəsinin formalaşması və inkişafında vedalar dövrü çox mühüm əhəmiyyət kəsb edir. Veda mətnləri Hindistanın mifoloji dünyagörüşdən fəlsəfəyə qədərki və fəlsəfi dünyagörüşünə keçidi əks etdirən yazılardır. Vedalar özündə hindlilərin insan və əxlaq haqqında fikirlərilə yanaşı, onların tarix, iqtisadiyyat, din, hüquq, estetika və başqa sahələrə dair biliklərini əks etdirir. Hərfi mənada “veda” bilik, dini mənada isə “ali, müqəddəs bilik” kimi başa düşülür. Vedalar dini dünyabaxışı əks etdirir. Burada allahların şərəfinə deyilmiş himnlərə, təriflərə, həmçinin, vahid dünya nizamı anlayışına – Rita anlayışına rast gəlinir.
Veda mətnləri dörd əsas hissəyə - samhitlər, brahmanalar, aranyaklarupanişadlara bölünür. Ən çox fəlsəfi əhəmiyyət kəsb edən upanişadlardır. Burada hind fəlsəfəsinin demək olar ki, bütün sonrakı inkişafını müəyyən etmiş ideyalar vardır. Samhitlər (ən qədimi) özləri də dörd külliyatdan təşkil olunmuşdur: riqveda, samaveda, yacurveda, atharvaveda.
Hindistanda 9 fəlsəfi məktəb olmuşdur. Bu fəlsəfi məktəblər vedalara münasibətdə 2 hissəyə: ortodoksal fəlsəfi məktəblərə (vedaları qəbul edən) və qeyri ortodoksal fəlsəfi məktəblərə(vedaları qəbul etməyən) bölünmüşdür.
Ortodoksal fəlsəfi məktəblərin sayı 6 olmuşdur:

  1. Mimansa

  2. Vedanta

  3. Vayşeşika

  4. Nyaya

  5. Sankhya

  6. Yoqa

Qeyri ortodoksal fəlsəfi məktəblərin sayı isə 3 olmuşdur:

  1. Caynizm

  2. Buddizm

  3. Lokayata-çarvaka

Buddizm – çox geniş ərazidə yayılmış və müasir dövrdə İslam və Xristianlıqla yanaşı 3 dünya dinindən biridir. Buddizmin yaranması e.ə.VI-V əsrlərə təsadüf edir. Yaradıcısı isə Siddiharta Qautama (e.ə.563-483) hesab edilir. O, mənşə etibarilə kşatri silkinə mənsub olmuş və öz təlimini şimali Hindistanda başlamışdır. Qautam xəstəlik, ölüm və qocalığı gördükdən sonra 29 yaşında baş alıb evdən gedir. O, insanları əzab-əziyyətdən xilas etmək yollarını axtarır, yeddinci il həqiqətə çatır. Bundan sonra Qautamaya Budda – “müdrikləşmiş”, “nurlanmış” ləqəbi verilir ki, dinin adı da buradan götürülmüşdür.
Buddizmin etik fəlsəfi görüşlərinin ən mühüm tərkib hissəsini 4 nəcib həqiqət haqqında təlim təşkil edir:
Birinci həqiqət, iztirablar haqqında həqiqətdir. Yəni, doğulma iztirabdır, qocalıq, xəstəlik, ayrılıq iztirabdır;
İkinci həqiqət, iztirabların mənbəyi haqqında olan həqiqətdir. Bu, həyata məhəbbət, mövcudata məhəbbətdən irəli gəlir;
Üçüncü həqiqət, iztirablara son qoymaq haqqında olan həqiqətdir. Əgər iztirabların mənbəyi varsa, demək iztirablara son qoymağın yolu da var. Bu isə insan arzularının tam boğulması (Nirvana) yolu ilə mümkündür.
Dördüncü həqiqət, isə iztirablardan azad olmaq yollarıdır. Bunlar səkkizdir: pak inam, pak niyyət, pak nitq, düzgün davranış, düzgün həyat tərzi, düzgün səy və öz fikrini bir yerə düzgün cəmləşdirmək.
Dövrümüzə qədər gəlib çıxan zəngin Buddist ədəbiyyatı cəmlənmişdir. Pali dilində, palma yarpağında yazılmış mətnlər 3 zənbilə yerləşdirildiyindən belə adlanır. 3 hissədən ibarət olan Tripitakanın birinci məcmuəsi Vinaya-pitaka, ikinci məcmuəsi Sutta Pitaka, üçüncü məcmuəsi isə Abdi dhamma Pitaka adlanır.
E.ə. IV əsrdə Buddizm 2 yerə - Mahayana və Hinayana qollarına ayrıldılar. Buddanın ilahiliyi nəzəriyyəsini irəli sürən və ona Allah kimi pərəstiş edən Buddist cərəyanı Mahayana (Nirvanaya çatmağın geniş yolu) adlanır. İfrat rahib qaydalarını müdafiə edən Buddist cərəyanı isə Hinayana (Nirvanaya çatmağın dar yolu) adlanır.
ÇİN.Qədim dünyanın hər yerində olduğu kimi Çində də dünyanın yaranması haqqında dini-mifoloji ideyalar fəlsəfəyə qədərki dövrdə formalaşmışdır. Dünyanın xaosdan törənməsi haqqında təsəvvürlər daha geniş yayılmışdır. Bu prosesdə 2 əks kosmik qüvvə Yan (göy) və İnin (yer) fəaliyyəti xüsusi nəzərə çatdırılır. Çində 6 əsas fəlsəfi məktəb olmuşdur:

  1. Konfusiçilik

  2. Daosizm

  3. Moizm (moistlər)

  4. Qanunçular

  5. Naturfəlsəfi sistem

  6. Adlar yaxud, nominalistlər

Konfusinin fəlsəfi, siyasi və etik baxışları ardıcıllarının tərtib etdiyi “Lun-Yuy” (“Söhbətlər və mühakimələr”) kitabında cəmlənmişdir. Konfusinin diqqət mərkəzində insan, onun ailə və cəmiyyətdə mövqeyi durur: yaxşı oğul - pis oğul, yaxşı ata - pis ata, yaxşı təbəə - pis təbəə, yaxşı hökmdar - pis hökmdar məsələləri Konfusinin etik təliminin əsasını təşkil edir. O, humanizmi insanların ən yaxşı keyfiyyəti sayırdı.
Daosizm. “Dao” klassik Çin fəlsəfəsinin ən mühüm kateqoriyalarındandır. Hərfi mənası “yol” olan dao anlayışı sonralar “səma yolu”, “təbiətin inkişaf yolu”, onun qanunauyğunluğunu ifadə etmişdir. Bununla yanaşı “dao” insanın da “həyat yolu”na, “əxlaqi norma” anlayışına çevrilmişdir. Təfəkkürə tətbiq etdikdə dao – məntiq, fikir ardıcıllığı deməkdir.
Daosizm e.ə. VI-V əsrlərdə meydana gəlmişdir. Onun təsiskarı Lao-Tszı hesab olunur. Bu təlimdə dao bütün şeylərin mənşəyi və mövcudluq üsulu hesab olunur. Onun forması yoxdur, cismani deyildir, özü dəyişməz olduğu halda hər şeyi dəyişdirir. Onu “cisimlərin anası” adlandırmaq olar. O, kamillik mücəssiməsidir, hər şeyə və hər bir hadisəyə nüfuz edə bilir.



Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin