Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN



Yüklə 124,77 Kb.
səhifə3/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   2   3   4   5   6   7   8   9   ...   47
Felsefe muhazire metnleri

3.Fəlsəfənin funksiyaları
Fəlsəfə mədəniyyət sistemində bir çox funksiyaları həyata keçirir. Bu funksiyalar dünyagörüşü, idraki, metodoloji, inteqrativ,kulturoloji, aksioloji, əxlaqi, praqnozlaşdırıcı və tənqidi funksiyalardır.
Dünyagörüşü funksiyası – İnsanın aləmə münasibəti, dünyada baş verənləri və hətta özünü öyrənməyi başa düşməsi ilk növbədə onun dünyagörüşündən asılıdır. Dünyagörüşdə inam və bilik, rasional və irrasional, təcrübə, intuisiya, hiss və həyacan hamısı çulğaşır. Fəlsəfə bu baxışları bir dünyagörüşü kimi sistemləşdirir, insanın dünyaya ümumiləşmiş və məntiqi ardıcıllığı olan baxışlarını əks etdirir.
İdraki (qnoseoloji) funksiya – Bu funksiya vasitəsilə fəlsəfə təbiət, cəmiyyət və təfəkkürün mahiyətinin və qanunauyğunluqlarının dərk edilməsinə kömək edir.
Metodoloji funksiya – Metod bu və ya digər məqsədə çatmağın müəyyən üsuludur. Bu funksiya ilə fəlsəfə insana təbii və sosial gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir. Metodoloji funksiyanın mühüm tərəflərindən biri onun mümkün olan kateqoriyaları yaratmasıdır. Bu kateqoriyalar həm fəlsəfədə, həm də ayrı-ayrı elm sahələrində mühüm yer tutur.
İnteqrativ funksiya – Bu funksiya daha çox elmlə bağlıdır. Ayrı-ayrı elm sahələri özlərinin həm obyektini, həm predmetini təyin edir və tədqiqat üçün kateqorial aparat yaradır. Beləliklə, istər istəməz elmlərin qarşılıqlı əlaqəsində sanki bir zəiflik yaranır. Bu əlaqələri gücləndirmək üçün elmi biliklərin inteqrasiyası prosesi getməlidir. Fəlsəfə məhz inteqrativ funksiya vasitəsiləayrı-ayrı elmlərin nailiyyətlərini əlaqələndirib, onlardan düzgün elmi-fəlsəfi dünyagörüşü nəticələri çıxarır.
Kulturoloji funksiya – Fəlsəfə yarandığı vaxtdan kulturoloji funksiyanı həyata keçirir, insanın bilik dairəsini genişləndirir, idraka marağı həvəsləndirir. Yəni, nəzəri təfəkkür mədəniyyətini inkişaf etdirir. Fəlsəfə müasir dövrümüzdə mənəvi mədəniyyətin tərkib hissəsi olmuşdur.
Aksioloji funksiya (aksios yunanca dəyər, sərvət deməkdir) – Bu funksiya fəlsəfənin daha çox praktiki tərəfi ilə bağlıdır. İnsan həyatın mənası, ölüm, ölməzlik haqqında düşünür, yaxşını pisdən, faydalını faydasızdan, dəyərlini dəyərsizdən ayırmağa çalışır. Aksioloji funksiya həm də cəmiyyətdə ictimai və fərdi münasibətləri tənzimləyən sosial dəyər və standartların formalaşdırılmasını və təsdiqini həyata keçirir.
Fəlsəfə mövcudatın əsası, varlıq, materiya, şüur və s. kimi ən ümumi anlayışlar haqqında nəzəri müddəalarını işləyib hazırlayarkən ontoloji funksiyanı - yerinə yetirir.
Bundan başqa fəlsəfənin humanist, praktiki, tənqidi funksiyalarını da ayırmaq olar.

Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin