Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə10/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   6   7   8   9   10   11   12   13   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Elmilik prinsipi.Bu prinsip bir tərəfdən idarəetmə fəaliyyətində idarəetmə elminin və ona yaxın olan elmlərin müasir nailiyyətlərindən istifadə olunması digər tərəfdən isə idarəetmə sisteminin daim təkmilləşdirilməsi,onun cəmiyyətin potensial imkanlarından maksimum istifadə edilməsi ilə əlaqədardır.İdarəetmənin elmi metodları,potensialı olmadan onun elmi səviyyəsi haq- qında qəbul olunan idarəetmə qərarlarının keyfiyyəti haqqında danışmaq olmaz Elmilik prinsipinin digər cəhəti isə həmin elmi biliklərin idarəetmə təcrübəsində tətbiq olunması imkanları ilə əlaqədardır.
Planlılıq prinsipi.Planlılıq prinsipi planauyğunluq münasibətlərindən irəli gəlir.Burada planlı proporsionallığın böyük əhəmiyyəti vardır.Planauyğunluq istehsal həlqələrini,onun ünsürlərini və əlaqələrini ümumi,universal bir mexanizm kimi müəyyənləşdirir,o,cəmiyyətin inkişafının ümumi formasıdır.
Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş idarəetmənin optimal uyğun- laşdırılması prinsipi.Bu prinsip idarəetməyə ehtiyacı olan iqtisadiyyat komplek- sinin inkişaf tələblərindən,həmçinin əmək kollektivlərinin istehsalın idarə edil- məsinə cəlb olunması zərurətindən irəli gəlir.Mərkəziyyət yuxarı orqanların qə- rarlarının aşağı orqanlar üçün məcburiliyini,yüksək dövlət,plan və əmək intiza- mını nəzərdə tutur.Eyni zamanda,o,idarəetmədə əmək kollektivlərinin fəallığı- nın artırılmasına maneçilik göstərən bürokratizmlə bir araya sığmır.Qeyri-mər- kəzləşdirilmiş idarəetmə forması istehsal münasibətlərinin yetkinlik dərəcəsi- nin,işçilərin mədəni-texniki bilik səviyyəsinin və sosial fəallığının artırılması,tə- sərrüfat mexanizminin səmərəliliyinin yüksəldilməsi əsasında inkişaf edir.
İdarəetmənin demokratikləşməsi prinsipi.Bu özünü istehsal demokratiya- sında göstərir.Burada əməkdaşların,sahibkar və fəhlələrin partnyorluq əlaqələri, menecerlərin öz fikrini yerli-yersiz qəbul etdirmə hallarının zəiflədilməsi,əmək münasibətlərinin yaxşılaşdırılması,mənfəətin bölüşdürülməsi,işçilərin firmaları- nın idarə edilməsindəki iştirakı - istehsal demokratiyasının əsas formalarıdır.
Hüquq,vəzifə və məsuliyyətin əlaqələndirilməsi prinsipi.Bu prinsip tələb edir ki,müəssisənin idarəetmə pillələrində çalışan hər bir işçi öz hüquq və vəzifələri- ni dərindən dərk etsinlər və onların həyata keçirilməsində müəyyən məsuliyyət hiss etsinlər.
İyerarxiyalıq və qayıdış əlaqə prinsipi.Bu obyektiv olaraq idarəetmə struktu- runun son mərhələli qurulmasını,onların arasında müstəqim və qayıdış əlaqənin olmasını tələb edir.İdarəetmə bölmələri üzərində nəzarət,əsasən,qayıdış əlaqə əsasında (idarə olunan obyektin informasiyası vasitəsi ilə) həyata keçirilir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin