Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə9/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   5   6   7   8   9   10   11   12   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

İdarəedən sistem (idarə orqanları)


Göstəriş Məlumat


İdarəolunan sistem (əsas və köməkçi sexlər,sahələr,təsərrüfatlar)
Bundan başqa,istehsalın şüurlu,planauyğun idarəedilməsinin üstün səmərəlili- liyi qanunu da mövcuddur.Bu qanunun mahiyyəti ondan ibarətdir ki,şüurlu və planlı idarə edilən istehsal bunun əksinə olan idarəetməyə nisbətən üstün ola- raq iqtisadi və sosial səmərə verməlidir.İdarəetmə qanunlarının fəaliyyətinin vəhdətliyi qanunu da hökm sürür ki,bu da idarəetmə qanunlarının fəaliyyətinə sistem halında yanaşması deməkdir.Yuxarıda qeyd olunanlar idarəetmənin ümumi qanunlarıdır. Bunlarla yanaşı,idarəetmənin xüsusi qanunları da vardır; idarəetmə funksiyalarının dəyişilməsi qanunu,idarəetmə mərhələlərinin azaldılması qanunu,idarəetmə funksiyalarının təmərküzləşməsi qanunu,nəzarətin yayılması qanunu.


2.İdarəetmənin prinsipləri.
“Prinsip” latın sözü olub, “başlanğıc” və ya “əsas” deməkdir.İdarəetmə prinsipi dedikdə,elə başlıca əsasnamə nəzərdə tutulur ki,idarə orqanları və insanları rəhbər tutaraq,idarəetmə fəaliyyətini həyata keçirir.Prinsip anlayışı öz mahiyyətinə və məzmununa görə qanun səviyyəsində olan bir prosesi əhatə edir.O, əslində cəmiyyətin sosial inkişaf proseslərini və istehsal münasibətlərini ifadə edir,çünki hər bir ictimai-iqtisadi formasiyanın xarakteri obyektiv olaraq,cəmiyyətdə mövcud olan prinsiplər silsiləsini,onların xarakteri məzmununu müəyyənləşdirir.Həmin müddəa idarəetmə prinsiplərinə də aiddir.İdarəetmə prinsipləri yalnız idarəetmə sahəsinə aid deyildir,o,habelə cəmiyyətin prinsipidir.Bundan başqa,idarəetmə sahəsi də az çərçivəli fəaliyyət sahəsi deyildir.İdarəetmənin prinsipləri bərabər şərait daxilində idarəetmə münasibətlərinin xarakterinə təsir göstərir.İdarəetmə prinsipi idarəetmənin təşkili,metodları və funksiyaları sistemində aparıcı mövqeyə malikdir.İdarəetmə prinsipi idarəetmə sisteminin qanunauyğunluqlarını əks etdirən rəhbəredici bir ideyalar,qaydalar sistemidir.
İdarəetmənin prinsipləri,qanunları və metodları arasında üzvü əlaqə vardır. İdarəetmə prinsipləri öz fəaliyyət xarakterinə görə idarəetmə metodlarına nis- bətən sabit xarakter daşıyır.İdarəetmə metodları əslində idarəetmə prinsiplərinə xidmət edir.Bu prinsiplərin sosial məzmunu cəmiyyətin tələblərinə tam uy ğun gəlməlidir.İdarəetmə prinsiplərində istehsala rəhbərliyin əsas qaydaları,ida- rəetmə orqanlarına və onların iş üslublarına edilən tələblər,inzibati idarəetmə orqanlarının əmək kollektivləri ilə qarşılıqlı əlaqələri,istehsalın idarəetmə pillələri arasındakı qarşılıqlı münasibətlərin forma və üsulları müəyyən edilmişdir.
Hazırda istehsalın idarə edilməsinin aşağıdakı prinsipləri vardır: - sahibkarlıq və rəqabət; - sosial və təsərrüfat rəhbərliyinin vəhdətliyi; - sahə və ərazi idarəetməsinin əlaqələndirilməsi; - əməyin maddi və mənəvi həvəsləndirilməsinin əlaqələndirilməsi; - idarəetmə metodları və formalarının daim təkmilləşdirilməsi; - elmilik; - təsərrüfatın planlı idarə edilməsi; - məsuliyyətlilik; - kadrların düzgün seçilməsi və yerləşdirilməsi; - qənaətçilik və səmərəlilik; - təsərrüfat qərarlarının varisliyi; - vahid rəhbərlik prinsipi; - vahid rəhbərlik və kollegiyalığın əlaqələndirilməsi prinsipi; - idarəetmədə elmi metodlardan istifadə prinsipi; - hüquq,vəzifə və məsuliyyətin əlaqələndirilməsi prinsipi; - sağlam motivləşdirmə prinsipi; - idarəetmənin demokratikləşdirilməsi prinsipi.
Demokratik qaydalı rəhbərlik prinsipi.Dövlət idarəetmə sistemi iqtisadiyyatı vahid bir mexanizm halında birləşdirir.Demokratik rəhbərlik prinsipinin əsasını iqtisadiyyata dövlət rəhbərliyi ilə geniş demokratiyanın əlaqələndirilməsi təşkil edir ki, bu da planlı iqtisadiyyata daha çox uyğun gəlir. Demokratiyanın möhkəmləndirilməsində işçilərin idarəetmənin müxtəlif mər-hələlərində fəal iştirakının təmin edilməsi mühüm əhəmiyyətə malikdir.Bu,de- mokratiyanın aşağıdakı formaları ilə həyata keçirilir: 1) idarəetmədə nümayəndəliklər göndərməklə,yəni müxtəlif partiya,həmkarlar ittifaqı,dövlət orqanlarının konfranslarında,plenumlarında,qurultaylarında işti- rak etməklə; 2) bilavasitə işlədiyi müəssisə və təşkilatların,həmkarlar ittifaqı,gənclər və digər təşkilatların fəaliyyətində iştirak etməklə.
Sosial-iqtisadi rəhbərliyin vəhdətliyi prinsipi.Sosial və təsərrüfat vəzifələri bir-biri ilə əlaqədardır.Sosial və təsərrüfat rəhbərliyinin vəhdətliyi prinsipi təsər- rüfat məsələlərində dar çərçivəli idarəçilik və yerliçilik mövqeyindən yanaşma hallarını qəbul etmir.Bu prinsip iyerarxiya qaydalı idarəetmə sistemi çərçivəsin- də birtərəfli yanaşma hallarının əleyhinədir,təsərrüfat məsələlərinin həllində dövlətin qərar və göstərişlərinin əsas,rəhbəredici sənəd kimi götürülməsini nə- zərdə tutur.
Sahə və ərazi üzrə idarəetmənin əlaqələndirilməsi prinsipi.İdarəetmənin sahə prinsipi sahə idarəetmə sistemini əmələ gətirir.Sahə idarəetməsinin əsas üstünlükləri aşağıdakılardır: - ixtisaslaşma,istehsal-texnoloji eyniliyinə görə səciyyələnən müəssisələrin sahə miqyasında planlı inkişafı və idarə edilməsi; - ixtisaslaşmış sahə üzrə əsaslı vəsait qoyuluşunun səmərəli istifadə olunması; - sahə üzrə vahid texniki siyasətin həyata keçirilməsi; - sahə üzrə vahid mərkəzdən eyni qaydalı planlaşdırma,iqtisadi,maliyyə,istehsal və əmək məsələlərinin həll edilməsi; - sahə profili üzrə ixtisaslaşmış kadr hazırlığının həyata keçirilməsi. Sahə idarəetməsi iqtisadiyyatın idarə edilməsinin yeganə variantı deyildir.Bu- nunla yanaşı,ərazi idarəetmə sistemi də vacibdir.Ərazi idarəetməsi ərazi-istehsal komplekslərinin (ƏİK) formalaşması ilə əlaqədardır.ƏİK-lər respublika iqtisadiyyatının strukturunu əmələ gətirir.Bu isə,təbii-tarixi,təşkilati-texniki,əha- linin tərkibi və.s kimi amillərlə müəyyən edilir.
İdarəetmənin bəzi prinsiplərinin qısa xarakteristikası ilə tanış olaq.
Əməyin maddi və mənəvi həvəsləndirilməsinin əlaqələndirilməsi prinsipi. Hal-hazırda əməyin maddi və mənəvi həvəsləndirilməsi sahəsində əsas məsələ aşağıdakılardan ibarətdir: - maddi maraqlandırma sisteminin,habelə əmək haqqının istehsalın son nəticə- ləri ilə düzgün əlaqələndirilməsi; - iqtisadi həvəsləndirmə,mənfəətin bölüşdürülməsi sisteminin təsərrüfat hesabı prinsipləri ilə əlaqələndirilməsi; - iqtisadi və maddi maraqların əlaqələndirilməsi və bununla əlaqədar olaraq təsərrüfat mexanizminin təkmilləşdirilməsi; - maddi və mənəvi həvəsləndirmənin bir-birini tamamlamasının təmin edilməsi.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin