1.İdarəetmənin qanunauyğunluqları. İdarəetmə insanların fəaliyyəti ilə əlaqədar olduğundan,cəmiyyətə xas olan ictimai və iqtisadi qanunların tələblərini nəzərə almalıdır.İdarəetmə prosesləri və metodları ilə idarəetmə sahəsində istifadə olunan qanunlar arasında üzvü əlaqə vardır.
İdarəetmənin qanunauyğunluqları aşağıdakı amillərlə müəyyən edilir:
1.İdarəetmənin qanunauyğunluqları idarəetmə elminin nəzəri əsasını təşkil edir.
2.İdarəetmənin qanunauyğunluqlarının təhlili idarəetmə nəzəriyyəsinin ardıcıl inkişafına imkan verir ki,bu da istehsalın idarə edilməsi elminin müasir tələblərinə uyğun gəlir.
3.İdarəetmənin qanunauyğunluqları ayrıca elm kimi idarəetmə nəzəriyyəsinin formalaşmasında xüsusi rol oynayır.
4.İdarəetmə nəzəriyyəsinin ideoloji mövqeyinin müəyyən edilməsində idarəetmənin qanunauyğunluqlarının rolu böyükdür.
5.İdarəetmə nəzəriyyəsində qanunauyğunluqların rolu ondan ibarətdir ki,o, meyillərin vəhdətliyini möhkəmləndirmək,onun bütün kateqoriyaları arasındakı əlaqələri müəyyən etməyə və inkişafı üçün daxili ziddiyyətləri aradan qaldırmağa imkan verir.
İdarəetmə sahəsində yalnız iqtisadiqanunlarındeyil psixologiyanın, fəlsəfə- nin, texniki elmlərin, kibernetikanın qanun və qanunauyğunluqlarından geniş istifadə edilir.Eyni zamanda,nəzərə almaq lazımdır ki,idarəetmə elminin nəzəri əsasını iqtisadi nəzəriyyə təşkil edir və onun qanunlarından təsərrüfat quruculu- ğunda geniş istifadə olunur.
“Qanun”anlayışı ayrı-ayrı hadisələr arasındakı əlaqələri ifadə edir, “qanuna- uyğunluq” anlayışı isə,hər hansı bir inkişaf prosesinin,o cümlədən iqtisadi pro- seslərin və əlaqələrin ümumi xarakterini aydınlaşdırır.Lakin,həm iqtisadi qanun, həm də iqtisadi qanunauyğunluqlar zəruri,ardıcıl,müəyyən axın üzrə gedən ha- disə və prosesləri göstərir.Bununla belə,son illər ərzində subyektiv xarakterli proseslərin,entropiya (nizamsız,neqativ kənarlaşmalar) xarakterli hadisələrin kök salması onu göstərir ki,belə “təsadüfi” halların da öz qanunauyğunluqları vardır.Lakin,hər cür qanunauyğunluqları normal hesab etmək olmaz.Belə qanu- nauyğunluqlar cəmiyyətin obyektiv inkişaf tələblərinə cavab verməyən proses- lərdir.
Hər bir hadisənin öz qanunları vardır.Mürəkkəb iqtisadi və sosial proseslərin idarə edilməsi,eyni qaydalı proseslərin determinasiya qaydasında təhlil edilmə- sinin böyük əhəmiyyəti vardır.Determinizm prinsipi hər hansı bir hadisəni əmələ gətirən şəraitin ona təsir edən amillər əsasında təhlil edilməsinə əsaslanır.
Hadisələrin determinizm prinsipinə əməl edərək öyrənilməsi aşağıdakı məsə- lələri əhatə edir: 1.Cəmiyyət və təbiətdə baş verən hadisələrin universal xarakterli əlaqələrinin qəbul edilməsi prinsipi. 2.Determinasiyanın funksional,korrelyasiya və.s əlaqə formaları vardır. 3.Determinizm bir iqtisadi hadisənin digərindən eyni mənada asılılığını inkar et- mir.Burada hadisələrin baş verməsi tezliyi,hətta ehtimal olsa da,obyektiv xarak-ter daşıyır. 4.Determinizm heç də cəmiyyətin sosial həyatında adamların bu və ya digər xətti-hərəkəti seçməsi,seçilmiş xətti-hərəkət üçün onların məsuliyyət daşıması- nı inkar etmir.Əksinə,bu həmin hərəkətlərin obyektiv olaraq qiymətləndirilməsi üçün əsas yaradır.
İqtisadi qanunların dərk olunmasında kadrların iqtisadi hazırlığı mühüm rol oynayır,iqtisadi qanunları istifadə etməzdən əvvəl onları dərk etmək lazımdır. Bunun üçün ilk növbədə onların mahiyyətini,təzahür formalarını,qanunauyğun- luqlarını,fəaliyyətlərinin nəticələrini bilmək tələb olunur.
İqtisadi qanunların mexanizmin obyektiv qanunlarla,onların tələbləri ilə şüurlu fəaliyyət arasında əlaqə,vəhdət yaradan həlqə və ya vasitələrə sistem deyilir.Tə- biət qanunlarından fərqli olaraq,iqtisadi qanunlar yalnız insanların şüurlu fəaliyyəti vasitəsilə həyata keçirilir.İdarəetmədə planauyğunluq bütün iqtisadi həlqələri əlaqələndirən mühüm və ümumi bir mexanizm kimi çıxış edir.İqtisadi qanunlardan istifadənin başlıca təsərrüfat-siyasi sisteminə daxildir: iqtisadi münasibətlərdən irəli gələn tələbatın,iqtisadi vəzifələrin,uzunmüddətli inkişaf təmayülünün müəyyən edilməsi,ictimai istehsalın planlı tənzim olunmasının təşkili,təsərrüfatçılığın forma və metodlarının təkmilləşdirilməsi,iqtisadi həlqə və vasitələrdən məqsədəuyğun halda istifadə olunması.
İdarəetmə elminin ən mühüm qanunlarından biri sosial-ictimai istehsalın idarə edilməsi sistemlərinin vəhdətliyi qanunudur.İdarəedən sistemlərin vəhdətliyi aşağıdakılarla müəyyən olunur: məqsəd ümumiliyi; iqtisadi və sosial mənafe birliyi; aşağı və yuxarı idarə orqanlarının fəaliyyət və təşkilat birliyi. Həmin birliyin iqtisadi əsasını istehsal vasitələri üzərində çoxformalı mülkiyyət təşkil edir.
İdarəetmənin mühüm qanunlarından biri istehsalın idarə edilməsinin sosial məzmununun,məqsədlərinin,forma və metodlarının mülkiyyət formasına uyğunluğu qanunudur.Bu qanun istehsalın ikili xassəsindən:istehlak dəyərləri is- tehsalı və istehsal münasibətlərinintəkrar istehsalı xassəsindən irəli gəlir.Burada idarəetmənin sosial-iqtisadi və təşkilati-texniki tərəflərinin vəhdətliyi vacibdir.
İdarəetmədə qəbul olunmuş mühüm qanunlardan biri də ictimai istehsal for- maları ilə idarəetmə arasındakı mütənasiblik qanunudur.Bu,istehsalın normal ahəngdarlığının təmin edilməsi zərurətindən irəli gəlir.
İdarəetmənin qanunlarından biri də idarəedən və idarəolunan sistemlərin,idarə obyekti və subyektinin uyğunluğu qanunudur.Həmin sistemlərə bir çox məcmu,elmi-texniki,iqtisadi,təşkilati amillər təsir göstərir və bir sistemə edilən təsir obyektiv olaraq,öz əksini başqasında tapır.İdarəedən və idarəolunan yarımsistemlərin birgə fəaliyyəti üçün mühüm əhəmiyyətə malik olur.İdarəedən və idarəolunan sistemlər arasındakı əlaqə aşağıdakı sxemdə verilmişdir: