Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri



Yüklə 0,77 Mb.
səhifə31/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   27   28   29   30   31   32   33   34   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

6.2. Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri

Firmaların qarşısında duran mühüm iqtisadi vəzifələrdən biri də dövriyyə vəsaitlərindən istifadənin yaxşılaşdırılmasıdır. Bunun üçün isə, ilk növbədə, onlardan istifadə səviyyəsini qiymətləndirilməli, qənaətin və ya israfçılığın həddi göstərilməlidir. Dövriyyə vəsaitlərindən istifadə səviyyəsini öyrənmək üçün iqtisadi göstəricilər sistemindən istifadə olunur.


Material resurslarından və habelə dövriyyə vəsaitlərinin digər ünsürlərindən səmərəliliyi istifadə edilməsi, nəticədə ümumiləşdirici bir göstərici olan dövriyyə vəsaitlərinin dövr sürətini artırır.
Dövriyyə fondlarından istifadənin yaxşılaşdırılması iqtisadi cəhətdən böyük səmərə verir. Məhsul vahidinin hazırlanmasına maddi-enerji ehtiyatları sərfinin azaldılması, eyni miqdarda maddi-enerji ehtiyatlarından daha çox məhsul istehsal etməyə, onun maya dəyərini və material tutumunu aşağı salmağa, firmanın maliyyə vəziyyətini yaxşılaşdırmağa və s. imkan verir.
Maddi-enerji ehtiyatlarından istifadəni qiymətləndirmək üçün bir sıra göstəricilərdən istifadə edilir. Bu göstəricilərdən birincisi ilkin xammaldan hazır məhsul çıxımı əmsalıdır. Bu göstərici faizlə də ifadə olunur və firmanın ilkin xammaldan nə qədər hazır məhsul istehsal edə bildiyini səciyyələndirir.
Xammal və materialdan istifadənin səmərəliliyini xarakterizə edən ikinci əsas göstərici materialdan istifadə əmsalıdır. Bu əmsal məhsulun hazırlanması prosesində əmələ gələn itkilərin miqdarını göstərir. Bu əmsalın plan və faktiki növlərini fərqləndirirlər.
Yanacaqdan istifadə əmsalı – yanacaq işlədən avadanlığın faydalı iş əmsalı ilə xarakterizə edilir. Bu əmsal həmin avadanlıqda istilikdən nə dərəcədə faydalı istifadə edildiyini göstərir.
Ayrı-ayrı ünsürlərin deyil, dövriyyə vəsaitlərindən bütünlükdə istifadə səmərəliliyi üç əsas göstərici ilə – dövretmə əmsalı (dövretmələrin sayı), dövriyyə vəsaitlərinin yüklənmə əmsalı və bir dövriyyənin uzunluğu ilə (günlərlə) xarakterizə olunur.
Dövriyyə vəsaitlərinin dövretmə əmsalı realizə olunmuş məhsulun həcminin (əlavə edilmiş dəyərin satılmış hissəsi) dövriyyə vəsaitlərinin orta qalığına (illik, rüblük) nisbəti kimi hesablanır:


,

burada Kd – dövriyyə vəsaitlərinin dövretmə əmsalı, dövretmələrin sayı; Qr – topdansatış qiymətində realizə olunmuş məhsulun həcmi, manatla; Fd.q – dövriyyə vəsaitlərinin orta illik (rüblük, aylıq) qalığı, manatla.


Dövriyyə vəsaitlərinin orta illik qalığı:


,

burada X – müəyyən günə (ay) dövriyyə vəsaitlərinin qalığı, manatla; n – baxılan dövrdə qalıqların sayıdır.


Dövriyyə vəsaitlərinin il ərzindəki dövretmələrinin sayı artarsa, bu ya realizə olunmuş məhsulun həcminin çoxaldılması və ya dövriyyə vəsaitlərinin həcminin azaldılması hesabına ola bilər. Əks istiqamət kimi dövriyyə vəsaitlərinin illik dövretmələrinin sayının artması, ya 1 manatlıq dövriyyə vəsaitinə düşən məhsulun həcmini artıra, ya da 1 manatlıq məhsula düşən dövriyyə vəsaitlərinin məbləğini azalda bilər.
Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı dövretmə əmsalının tərsi kimi hesablanır və o, 1 manatlıq realizə olunmuş məhsula sərf edilmiş dövriyyə vəsaitlərinin həcmini səciyyələndirir. Bunun üçün aşağıdakı düsturdan istifadə olunur:


,

burada Ky – dövriyyə vəsaitlərinin yüklənmə əmsalıdır.


Nəhayət, dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisi dövrdəki (il, rüb, ay) günlərin sayının dövretmə əmsalına bölünməsi yolu ilə hesablanır:


,

burada D – dövriyyə vəsaitlərinin bir dövriyyəsinin uzunluğu, gün; T – dövrdəki günlərin sayıdır (il – 360 gün, rüb – 90 gün və ay – 30 gün).


Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri bütövlükdə dövriyyə vəsaitləri üzrə, həm də ayrı-ayrı elementləri üzrə hesablana bilər.
Dövriyyə vəsaitlərinin dövriyyəsi artdıqca dövriyyədən vəsaitlərin bir qismi azad olunur, azaldıqda isə dövriyyəyə əlavə vəsaitlərin cəlb olunmasına ehtiyac yaranır.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin