Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Dövriyyə vəsaitlərinin dövretməsinin sürətləndirilməsi yolları



Yüklə 0,77 Mb.
səhifə33/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   29   30   31   32   33   34   35   36   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

6.4. Dövriyyə vəsaitlərinin dövretməsinin sürətləndirilməsi yolları

Bazar münasibətləri şəraitində hər bir firmanın başlıca vəzifəsi dövriyyə vəsaitlərinin tərkibində material resurslarına qənaət edilməsidir, çünki firmanın mənfəəti bilavasitə məhsulun maya dəyərində böyük paya malik olan material məsrəflərindən asılıdır. Hər bir firmada material resurslarına qənaət etmək ehtiyatları mövcuddur. Bu ehtiyatlar içərisində istehsaldaxili ehtiyatlar xüsusi əhəmiyyətə malikdir. Bu ehtiyatlar material resurslarından istifadənin yaxşılaşdırılması ilə bağlıdır. Bu ehtiyatlar bilavasitə texnika, texnologiya və istehsalın təşkilinin təkmilləşdirilməsi, yeni və daha mükəmməl növlərinin istehsalının mənimsənilməsi, məhsul keyfiyyətinin artırılması ilə əlaqədardır.


Resurslara qənaətin ehtiyatları tədbirlərin xarakterindən asılı oıaraq istehsal-texniki və təşkilati-iqtisadi növlərə bölünür.
İstehsal-texniki istiqamətə xammalın istehsalda istehlaka keyfiyyətli hazırlanması, maşın, avadanlıq və məmulatların konstruksiyasının təkmilləşdirilməsi, daha qənaətli xammal, yanacaqdan istifadə, materiala qənaətə imkan verən yeni texnika və texnologiyanın tətbiqi aid edilə bilər.
Material resurslarına qənaətin təşkilati-iqtisadi istiqamətinə sənaye məhsulunun material tutumunun normalaşdırılması və planlaşdırılmasının elmi səviyyəsinin yüksəldilməsi, texniki əsaslandırılmış norma və normativlərin işlənilməsi və tətbiqi, daha səmərəliliyi xammal və materialların istehsalının sürətli inkişafı və s. daxildir.
Material resurslarına qənaətin başlıca istiqaməti son məhsulun çıxarının artırılması, istehsal prosesində itkilərin ixtisar edilməsidir.
Firmada dövriyyə vəsaitlərinin dövretməsinin artırılması onlara tələbatı azaldır. Bu baxımdan dövriyyə vəsaitlərinin mütləq və nisbi azad edilməsi fərqləndirilir. Mütləq azad olma dövriyyə vəsaitlərinə tələbatın birbaşa azalmasını əks etdirir. Nisbi azad olma isə həm dövriyyə vəsaitlərinin ölçüsünün, həm də satılan məhsul həcminin dəyişməsini xarakterizə edir.
Dövriyyə vəsaitlərinin dövr sürətinin artırılması firmaların başlıca vəzifəsi olub, aşağıdakı yollarla aparıla bilər:
İstehsal ehtiyatları mərhələsində – ehtiyatların iqtisadi əsaslandırılmış normalarının tətbiqi, tədarükçülərlə əlaqələrin yaxşılaşdırılması, uzunmüddətli birbaşa əlaqələrin yaradılması, maddi-texniki təminatda anbar sistemi və logistikanın tətbiqi və i.a.
Bitməmiş istehsal mərhələsində elmi-texniki tərəqqinin sürətləndirilməsi, standartlaşdırma, unifikasiyanın inkişafı, istehsalın təşkili formalarının təkmilləşdirilməsi, daha ucuz konstruktiv materialların tətbiqi, iqtisadi həvəsləndirmənin gücləndirilməsi və s. aid edilə bilər.
Dövriyyə vəsaitlərinin dövr etməsi aşağıdakı yollarla sürətləndirilə bilər:

  • əsas məhsulun istehsal tsiklinin qısaldılması;

  • anbarda material ehtiyatlarının ixtisar edilməsi;

  • məhsul satışının düzgün təşkili.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin