Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Firmada dövriyyə vəsaitlərinin normalaşdırılması



Yüklə 0,77 Mb.
səhifə32/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   28   29   30   31   32   33   34   35   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

6.3. Firmada dövriyyə vəsaitlərinin normalaşdırılması

Bazar münasibətləri şəraitində dövriyyə vəsaitlərinin normalaşdırılmasının əhəmiyyəti kəskin şəkildə artır, çünki firmanın tədiyyə qabiliyyəti və maliyyə vəziyyəti son nəticədə onunla əlaqədardır.


Dövriyyə vəsaitlərinin ümumi normativi (Nüm) xüsusi normativlərin cəmindən ibarətdir:
Nüm = Ni.e + Nb.i. + Nh.m. + Ng.x.

burada Ni.e – istehsal ehtiyatları normativi; Nb.ibitməmiş istehsal normativi; Nh.m – hazır məhsul normativi; Ng.x – gələcək dövrlərin xərclərinin normatividir.


İstehsal ehtiyatları dövriyyə vəsaitlərinin mühüm tərkib hissəsi kimi, onun normalaşdırılması mümkün olan tərəfidir. İstehsal ehtiyatları üzrə normativlər günlük ehtiyatla müəyyən olunur.
İstehsal ehtiyatları təyinatına görə aşağıdakı kimi təsnifləşdirilir:
a) xammal, əsas material və satın alınmış yarımfabrikatlardan ehtiyatlar;
b) köməkçi materiallardan ehtiyatlar;
v) yanacaqdan ehtiyat;
q) tara və tara materiallarından ehtiyatlar;
d) ehtiyat hissələrdən ehtiyatlar;
e) alətlər, təsərrüfat əşyaları və digər azqiymətli, tezköhnələn əşyalardan ehtiyatlar.
Qeyd etmək lazımdır ki, eyni material və məhsul ehtiyatı həm istehsal vasitələri ehtiyatına, həm də istehlak şeyləri ehtiyatına aid edilə bilər. Bu, hər şeydən əvvəl, onun iqtisadi təyinatı ilə, başqa sözlə, hansı sahədə istifadə olunması ilə müəyyən edilir.
Firmanın fasiləsiz və ahəngdar işini təmin etmək məqsədi ilə cari, hazırlıq, sığorta və mövsümi adlanan istehsal ehtiyatları yaradılır. İstehsal ehtiyatları normativi:
Ni.e = Qgün (Nc.e + Nt.e + Nsığ)

burada Qgün – materialların orta günlük istehlakı; Nc.e – cari ehtiyat norması, gün; Nt.e – texnoloji (hazırlıq) ehtiyatı norması, gün; Nsığ – sığorta ehtiyatı normasıdır, gün.


Bitməmiş istehsal normativini hesablamaq üçün aşağıdakı düsturdan istifadə etmək olar:
Nb.i = Vgün Ti.s Kx.a
burada Vgün – istehsal maya dəyərində məhsul buraxılışının plan həcmi; Ti.s – istehsal tsiklinin uzunluğu; Kx.a – xərclərin artması əmsalıdır.
Bərabər həcmdə məhsul buraxan firmalarda Kx.a aşağıdakı kimi təyin olunur:


,
burada a – istehsal prosesinin əvvəlində çəkilən birdəfəlik xərclər; b – hazır məhsul istehsalı başa çatanadək çəkilən sonrakı xərclərdir.
Hazır məhsul ehtiyatında dövriyyə vəsaitlərinin normativi:


Nh.m = Bgün (Tf.p+ Tp)

burada Bgün – istehsal maya dəyərinə görə hazır məhsulun günlük buraxılışı; Tf.p – istehlakçıya göndərmək üçün hazır məhsul partivasının hazırlanması üçün lazım olan vaxt, gün; Tp – yüklərin istehlakçıya göndərilməsi sənədlərinin rəsmiləşdirilməsi üçün lazım olan vaxtdır, gün.


Firmada dövriyyə vəsaitlərinin normalaşdırılması və müəyyən olunmuş normativlərə nəzarət bütünlükdə firmanın idarə edilməsinin mühüm tərkib elementlərindən ibarətdir.
Cari ehtiyat – istehsal ehtiyatının əsas hissəsi olmaqla iki məhsulgöndərmə arasındakı vaxt intervalında firmanın normal işləməsini təmin etmək üçün yaradılır.
Hazırlıq ehtiyatı – firmada materialın qəbulu, istehsal istehlakına hazırlanması və bilavasitə onun istehlak olunacağı yerə gətirilməsi ilə əlaqədar olan vaxt ərzində istehsalın fasiləsizliyinin təmin edilməsi məqsədi ilə yaradılır.
Sığorta ehtiyatı – gətirilən xammal və materialların, yanacağın və s. miqdarı və vaxtaşırılığında kənarlaşmalar baş verdiyi hallarda istehsalın fasiləsizliyini təmin etmək məqsədi ilə yaradılır.
Mövsümi ehtiyat – naviqasiya ilə əlaqədar nəqliyyatın işləməsində uzunmüddətli fasilə, xammal və materialların istehsal və ya tədarükünün mövsümi olması, xammal və materialların mövsümü istehsalı ilə əlaqədar yaradılır. Mövsümi ehtiyat da cari ehtiyat kimi dəyişkəndir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin