Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Firmada istehsal-kommersiya proqramının tərtibi və əsaslandırılması



Yüklə 0,77 Mb.
səhifə38/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   34   35   36   37   38   39   40   41   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

7.4. Firmada istehsal-kommersiya proqramının tərtibi və əsaslandırılması


Firmanın inkişaf planının mühüm bölmələrindən biri, artıq qeyd olunduğu kimi, istehsal proqramıdır. İstehsal proqramı müxtəlif tələbatları ödəmək üçün müəyyən olunmuş həcmdə, nomenklaturada, çeşiddə və keyfiyyətdə məhsul (iş və xidmətlər) buraxılışı üzrə plan tapşırıqlarının məcmusunu əks etdirir.
Firmanın istehsal proqramının əsasını məhsul buraxılışının və satışının həcmi üzrə tapşırıqlar təşkil edir. Firmanın istehsal etdiyi məhsulunun tərkibi kənara buraxılan və kənara buraxılmaq üçün təyinat alan hazır məhsul və yarımfabrikatlar və habelə kənar üçün xidmətlərdən ibarət olur.
Firmada məhsulun buraxılışı planında istehsal olunan məmulatın kənara satışından və ya öz ehtiyaclarını ödəməkdən asılı olmayaraq, onları natural (cinsi) və dəyər göstəricilərində istehsal proqramına daxil edirlər.
Natural şəkildə hazır məhsul buraxılışı müəssisənin istehsal proqramının mühüm göstəricilərindən biri hesab olunur.
Məhsul istehsalı üzrə proqramda natural göstəricinin ölçü vahidi məhsulun istehlak xassələrini özündə daha dəqiq əks etdirən fiziki ölçü vahidlərilə göstərilir. Məsələn, istehsal ediləcək elektrik enerjisinin həcmi kilovatt-saatla, neft, kömür, çuqun, polad - tonla, parça - kv. metrlə və s. ölçülür.
Bəzi məhsulların natural göstəriciləri 2 ölçü vahidi ilə də verilə bilər: məsələn, elektrik mühərrikləri istehsalı həm ədədlə və həm də kvt güc ölçüsü ilə istehsal proqramına daxil oluna bilər.
Məhsul istehsalının həcmi natural ifadədə bağlanmış kontraktlar müqabilində kənara və həm də daxili ehtiyaclara təyinatından asılı olaraq iki göstərici vasitəsilə verilir:
- ümumi buraxılış;
- əmtəəlik buraxılış.
Birinci göstərici - ümumi buraxılış göstəricisi - həm kənara və həm də daxili ehtiyaclar üçün təyinat alan bütün istehsalı özündə birləşdirir. Məsələn, metallurgiya zavodu ümumi buraxılış göstəricisi ilə həm bazar üçün istehsal etdiyi çuqunu və həm də özündə polad istehsalı üçün ayırdığı çuqunu birlikdə uçota alır.
Əmtəəlik məhsul buraxılışı yalnız kənara, bazar üçün təyinat almış məhsul istehsalının həcmini xarakterizə edir.
Ümumi məhsul əmtəəlik məhsulun, ilin əvvəlinə və axırına bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikat və alətlərin qalıqları arasındakı fərqin cəmindən ibarətdir.
Ümumi məhsul buraxılışı həcminin natural göstəricilərlə hesablanması mühüm məhsul növləri üzrə istehsalın tam həcmini öyrənmək və ayrı-ayrı məhsullar üzrə istehsal gücləri haqqında məlumat almaq üçün çox əhəmiyyətlidir.
Planlaşdırma praktikasında bəzən şərti-natural göstəricilər vasitəsi ilə də məhsul buraxılışı həcmini istehsal proqramına daxil edirlər. Buna zərurət o vaxt yaranır ki, eyni istehlak dəyəri və analoji iqtisadi təyinatı olan məhsulun müxtəlif növlərinin istehsalı və həm də onların eyni ölçüyə gətirilməsinə ehtiyac duyulsun. Məsələn, yanacaq sənayesində şərti yanacaq, yeyinti sənayesində şərti banka və s.
Müəssisənin istehsal proqramında məhsul buraxılışı həcmi yalnız natural və ya şərti-natural ölçülərlə deyil, həm də dəyər ifadəsində verilir.
Dəyər ifadəsində məhsulun həcmini xarakterizə edən göstəricilərə realizə olunmuş (satılmış), əmtəəlik, ümumi, təmiz (xalis), şərti-təmiz (şərti-xalis) məhsul, emalın normativ dəyəri göstəriciləri aiddirlər.
Realizə olunmuş məhsulun tərkibinə bağlanmış kontraktlar əsasında istehlakçılara göndərilmiş və haqqı ödənilmiş məhsulların dəyəri daxil edilir.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin