Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Mövzu 9. FİRMANIN İNNOVATİV İNKİŞAFI



Yüklə 0,77 Mb.
səhifə44/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   40   41   42   43   44   45   46   47   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Mövzu 9. FİRMANIN İNNOVATİV İNKİŞAFI



    1. İnnovasiyanın mahiyyəti

    2. Firmada innovasiya fəaliyyətinin mərhələləri

    3. İnnovasiyanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsi


    1. İnnovasiyanın mahiyyəti

Müasir iqtisadi inkişafın fərqləndirici cəhəti elmin istehsala təsiri ilə yanaşı iqtisadi mühitin də elmi-texniki fəaliyyətə əks təsirinin güclənməsidir. Elmi-texniki tərəqqi fundamental və nəzəri tədqiqatları, tətbiqi axtarışları, konstruktor-texnoloji işləmələri özündə birləşdirən mürəkkəb və mütəmadi bir prosesdir.


İnnovasiya – potensial elmi-texniki tərəqqinin yeni məhsul və texnologiyalarda öz əksini tapan real elmi-texniki nailiyyətlərə çevrilməsini əks etdirir.
İnnovasiya üçün üç əlamət xasdır: elmi-texniki yenilik, istehsala tətbiqiliyi, kommersiya baxımından reallaşdırılması imkanı.
İnnovasiyanın səviyyəsi həm texnoloji parametrlər baxımından, həm də bazar nöqteyi-nəzərindən qiymətləndirilir.
Texnoloji parametrlərindən asılı olaraq məhsul və proses innovasiyaları bir-birindən fərqləndirilir. Məhsul innovasiyası yeni məhsul növlərinin yaradılması və mənimsənilməsini nəzərdə tutur. Proses innovasiyaları isə istehsalın təşkilinin yeni metodlarının (yeni texnologiyaların) yaradılması ilə əlaqədardır.
İnnovasiya prosesinin əmtəəyə çevrilməsi ilə onun iki fazası fərqlənir: a) yaradılma və yayılma; b) yeniliyin diffuziyası.
Birinci, əsasən, elmi-tədqiqatların, təcrübi-konstruktor işlərinin, sınaq nümunəsinin hazırlanması və satışının təşkili, kommersiya istehsalının təşkilindən ibarət ardıcıl mərhələlərdən ibarətdir.
İkinci fazada, ictimai-faydalı səmərə yeniliklərin istehsalçıları arasında bölüşdürülür. Diffuziya nəticəsində həm istehsalçıların, həm də istehlakçıların xarakteristikalarında keyfiyyət dəyişiklikləri baş verir.


9.2. Firmada innovasiya fəaliyyətinin mərhələləri

İnnovasiya prosesi fasiləsiz bir prosesdir və elmi-tədqiqat işləri, istehsal və mənimsəmə mərhələlərini əhatə edir. İlk mərhələ innovasiya məhsulunun yaradılması haqqında ideyanın formalaşması ilə nəticələnən elmi axtarışla başlayır və tətbiqi tədqiqatların aparılması ilə başa çatır. İkinci mərhələ layihələndirmə üçün texniki tapşırıqların hazırlanması və məmulatın seriyalı buraxılışını nəzərdə tutur. Üçüncü mərhələ isə məmulatın istismarının başlanğıcından onun layihə gücünün mənimsənilməsinə qədər olan dövrü əhatə edir.


İstehsalın texniki hazırlığı firmanın öz maddi-texniki bazasını təkmilləşdirməsi, istehsalın, əməyin və idarəetmənin təşkilini yaxşılaşdırması üzrə fəaliyyətini əks etdirir. İstehsalın texniki hazırlığı dedikdə mövcud texnoloji proseslərin təkmilləşdirilməsi və lazımi hallarda yenisinin işlənib hazırlanması, yeni məhsul növlərinin layihələndirilməsi və bununla əlaqədar olaraq elmi-tədqiqat işlərinin aparılması, yeni texnoloji proseslərin müəyyənləşdirilməsi və bu kimi məsələlərlə bağlı olan kompleks tədbirlər sistemi nəzərdə tutulur.
İstehsalın texniki hazırlığının əsas vəzifəsi daha mütərəqqi konstruksiyalı maşın və avadanlıq növlərinin və onların səmərəli istismarı üçün lazımi texnoloji proseslərin işlənib hazırlanması yolu ilə istehsala tətbiqini təmin etməkdən, istehsalın ahəngdarlığını və rentabelliyini yüksəltməkdən, məhsulun hazırlanmasının əməktutumunu və maya dəyərini aşağı salmaqdan və s. ibarətdir.
İstehsalın konstruktor hazırlığı mərhələsi – bəzi hallarda yeni məhsulun layihələndirilməsi mərhələsi də adlanır. Bu mərhələyə yeni yaradılacaq məhsulların və istehsal olunanların modernləşdirilməsinin layihələndirilməsi, həmçinin firmanın restrukturizasiyasının layihələndirilməsi daxildir. Layihələndirmə prosesində məhsulun xarakteri, onun xarici görünüşü, fiziki-kimyəvi xassələri, texniki-iqtisadi və digər göstəriciləri müəyyən olunur.
Yeni məhsulun hazırlanması firma və ya onun tapşırığı ilə layihə təşkilatı tərəfindən hazırlanan layihə (texniki) tapşırıqlarına əsaslanır. Layihə tapşırığında məhsulun adı, onun təyinatı, tətbiq sahəsi, istehsal və istismar prosesində texniki və iqtisadi göstəriciləri əks etdirir.
Sifarişçinin layihə tapşırığının təhlili və onun həllinin mümkün variantlarının müqayisəsi, hazırlanan və mövcud məmulatın konstruktiv və istismar xüsusiyyətlərini nəzərə alaraq variantların müqayisəli qiymətləndirilməsi, həmçinin patent materialları əsasında texniki təklif – layihənin işlənməsi məqsədəuyğunluğunun texniki və texniki-iqtisadi əsaslandırılmasını əks etdirən konstruktor sənədlərinin məcmusu hazırlanır.
Texniki təklif razılaşdırıldıqdan və təsdiq edildikdən sonra eskiz (ilk, qaralama, natamam) layihəsinin hazırlanması üçün əsas olur.
Eskiz layihəsi – məmulatın quruluşu və iş prinsipi haqqında ümumi anlayış verən prinsipial konstruktiv həllərin, həmçinin hazırlanan məmulatın təyinatı, əsas texniki parametrləri və qabarit ölçülərinin, ümumiyyətlə, onun xarakteristikasının əks olunduğu ilkin konstruktor sənədlərinin məcmusudur. Eskiz layihəsi həmişə bir neçə variantda hazırlanır və sonra bu variantlardan biri seçilir. Eskiz layihəsi razılaşdırıldıqdan və təsdiq olunduqdan sonra texniki layihənin və işçi-konstruktor sənədlərinin hazırlanması üçün əsas olur.
Texniki layihə –hazırlanan məmulatın quruluşu haqqında tam təsəvvür verən son texniki işləmələrin və işçi sənədlərin hazırlanması üçün əsas məmulatların əks olunduğu konstruktor sənədlərinin məcmusudur. O, material və yarımfabrikatları seçməyə, məhsulun hazırlanmasının əsas prinsiplərini müəyyən etməyə və layihəni iqtisadi cəhətdən əsaslandırmağa imkan verir.
Texniki layihə razılaşdırılıb təsdiq edildikdən sonra işçi konstruktor sənədləşməsi üçün əsas olur.
Təcrübə partiyasının sınaqdan keçirilməsindən və hazırlanan məhsula son görünüş verdikdən sonra işçi layihə dəqiqləşdirilir və tamamlanmış formada istehsalın texnoloji hazırlığı üçün təhvil verilir.
Texnoloji hazırlıq mərhələsi – yeni məhsulun hazırlanması ilə əlaqədar olan texnoloji proseslərin işlənib hazırlanmasını, istehsala başlamaq üçün müvafiq maşın və avadanlıq növlərinin seçilməsi, yeni alət və tərtibatların yaradılmasını, məhsulun keyfiyyətinə nəzarət üsullarını, material və əmək məsrəfinin norma və normativlərinin müəyyənləşdirilməsini özündə birləşdirir.
İstehsalın texnoloji hazırlığı texnoloji proseslərin layihələndirilməsini əhatə edir. bu mərhələyə aşağıdakılar aiddir:

  • Avadanlıqların seçilməsi və sex meydançalarında quraşdırılması;

  • Xüsusi texnoloji ləvazimatların müəyyənləşdirilməsi və layihələndirilməsi;

  • Əmək, material, yanacaq və enerji məsrəflərinin normalaşdırılması.

Yeni məhsul növlərinin istehsalı, məmulatların və istehsal proseslərinin modernləşdirilməsi işlərinin həyata keçirilməsi maddi-texniki və təşkilati hazırlıq tələb edir. Maddi-texniki və təşkilati hazırlıq mərhələsi – yeni məhsul növlərinin yaradılması ilə əlaqədar olan material-enerji ehtiyatlarının alınması, firmaya gətirilməsi və kadr hazırlığı ilə əlaqədar olan işləri əhatə edir.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin