9.3. İnnovasiyanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsi
Mövcud texnikadan əhəmiyyətli şəkildə fərqlənən yeni texnikanın yaradılmasına istiqamətlənmiş tədqiqatlara kapital qoyuluşu böyük risklə bağlıdır. Firma nə qədər vəsaitin və vaxtın lazım olacağı, yeni texnikanın necə olacağı və əvvəlkinə nisbətən hansı nəticəni verəcəyi haqqında əvvəlcədən dəqiq məlumata malik olmur. Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin maliyyələşdirilməsi ilə əlaqədar risklər və əldə olunacaq nəticənin qeyri-müəyyənliyi firmanın özü üçün nəyin daha prioritet olduğunu əvvəlcədən müəyyənləşdirməyi zəruri edir: böyük və riskli xərclər bahasına irəlidə getməyə cəhd etmək və ya öz rəqiblərinin texniki işləmələri ilə bir sırada olmaq.
Firmanın elmi-texniki və təcrübi-konstruktor işlərinə çəkdiyi xərclər onun bu sahədə həyata keçirdiyi lokal əhəmiyyətli xərclərdir. Buna görə də firma səviyyəsində elmi-texniki və təcrübi-konstruktor işlərinə yönəldilən kapital qoyuluşlarının iqtisadi səmərəliliyinin kəmiyyətcə təhlili investisiyanın səmərəliliyinin qiymətləndirilməsinin standart metodları vasitəsilə həyata keçirilir. Bunlar arasında ən çox yayılanlar: investisiyaya düşən mənfəət, xərclər-nəticə, kapital qoyuluşlarının mənfəətlilik norması, alternativ investisiya qərarlarının müqayisəsidir.
İnvestisiyaya düşən mənfəətin qiymətləndirilməsi, xərc və nəticənin nisbəti və ya mənfəətlilik kimi ənənəvi mikroiqtisadi metodik yanaşmalar müxtəlif vaxtlarda pul daxilolmaları ilə xərclərin diskontlaşdırılması prinsipinə əsaslanır.
Səmərəliliyin qiymətləndirilməsinin ümumi prinsipi səmərə və xərclərin müqayisəsidir.
İnnovasiyanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsində aşağıdakı göstəricilər tətbiq oluna bilər (bax: «İstehsalın iqtisadi və sosial səmərəliliyi» mövzusu):
İnteqral səmərə;
Rentabellik norması;
Rentabellik indeksi;
Ödənmə müddəti.
MÖVZU 10. FİRMANIN MARKETİNQ FƏALİYYƏTİ VƏ MƏHSULUN SATIŞI
10.1. Marketinq fəaliyyətinin mahiyyəti və xüsusiyyətləri
10.2. Marketinq fəaliyyətində bazarın seqmentləşdirilməsi
10.3. Firmada marketinq fəaliyyətinin idarə edilməsi
10.4. Firmanın satış siyasəti və onun elementləri
10.5. Firmanın satış şöbəsinin təşkili
10.6. Firmanın məhsulunun satışında vasitəçilərin rolu
Dostları ilə paylaş: |