Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Marketinq fəaliyyəti şəraitində iki növ bazarları fərqləndirirlər



Yüklə 0,77 Mb.
səhifə48/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   44   45   46   47   48   49   50   51   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Marketinq fəaliyyəti şəraitində iki növ bazarları fərqləndirirlər.
1. Satıcı bazarı, adətən, satıcının daha çox səlahiyyətə malik olduğu, alıcının isə daha aktiv olduğu bazardır;
2. Alıcı bazarı isə alıcının daha çox səlahiyyətə malik olduğu, satıcının isə daha çox fəal olduğu təmin olunmuş bazardır.
Firmanın kommersiya müvəffəqiyyəti bazarların forma, tip və növlərinin dərin və hərtərəfli şəkildə öyrənilməsindən bilavasitə asılıdır. Bazarın öyrənilməsi nəticəsində firma ya məhsula istiqamətlənmiş marketinqi, ya da istehlakçıya istiqamətlənmiş marketinqi seçir.
Məhsula istiqamətlənmiş marketinq, firma yeni məhsul yaradarkən və ya istehsal edilməkdə olan məhsulu təkmilləşdirərkən tətbiq edilir. Bu zaman əsas vəzifə yeni və ya təkmilləşdirilmiş məhsulu alıcının almasını stimullaşdırmaq, onu buna sövq etməkdir.
İstehlakçıya istiqamətlənmiş marketinq firmanın fəaliyyətinin bilavasitə bazardan gələn tələbatların ödənilməsinə yönəldiyi zaman tətbiq edilir. Burada marketinqin əsas vəzifəsi potensial tələbatların öyrənilməsi, bazar seqmentinin müəyyən edilməsidir.
10.2. Marketinq fəaliyyətində bazarın seqmentləşdirilməsi

Marketinq, bazarla əlaqədar olaraq, hər şeydən əvvəl, seqmentləşdirmə məsələlərini öyrənir və təhlil edir. Bazar seqmenti dedikdə, istehlakçılar qrupu, məhsullar və habelə firmalar üçün ümumi olan əlamətlər üzrə bazarın xüsusiləşmiş hissəsi başa düşülür.


Bazarın seqmentləşdirmə vəziyyətinin öyrənilməsi ilə sonradan məhsul üçün seqmentin düzgün seçilməsi və bununla da firmanın rəqabət mübarizəsində davam gətirmək məsələsi həll edilmiş olur.
Münasib bazar seqmentinin firmanın marketoloqu və onun komandası tərəfindən düzgün seçilməsi fəhm yolu ilə deyil, biri -birilə dialektik vəhdət və asılılıqda olan amillərin dərindən və hərtərəfli tədqiqinə əsaslanmalıdır.
Seqmentin kəmiyyət parametrləri olan onun (seqmentin) həcmi, daha doğrusu, orada nə qədər məmulat və hansı dəyərdə, hansı sayda istehlakçıya realizə imkanları mütləq öyrənilməlidir. Bundan sonra həmin seqmentin firma üçün münasibliyi göstəriciləri, ilk əvvəl, onun məhsullarını realizə edə biləcək kanalların imkanları, əmtəələrin bazarda qorunub saxlanma və istehlakçılara nəql olunma şəraiti təhlil edilir və öyrənilir.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin