Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Bazar seqmentinin perspektivli, dəyanətli olmasını dəqiq öyrənmək orada iştirak edəcək firma üçün ciddi və önəmli məsələdir



Yüklə 0,77 Mb.
səhifə49/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   45   46   47   48   49   50   51   52   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Bazar seqmentinin perspektivli, dəyanətli olmasını dəqiq öyrənmək orada iştirak edəcək firma üçün ciddi və önəmli məsələdir. Perspektivi, genişlənmə imkanı olmayan seqmentə istehsal gücünü istiqamətləndirmək firmanın iflasa uğraması demək olardı.
Marketinq fəaliyyəti, habelə firma (firma) üçün həyati məsələ, seçiləcək seqmentin onun üçün hansı səviyyədə səmərəli olacağının əvvəlcədən müəyyən edilməsidir. Bunun üçün mənfəət kütləsi, mənfəət norması, investisiyanın səmərəliliyi, səhmlərə dividentin kəmiyyəti və s. bu kimi göstəricilər təhlil edilir, müvafiq nəticələr çıxarılır və qərarlar verilir.
Seqmentin düzgün seçilməsini müəyyən edən amillərdən biri də seqmentə daxil olan rəqib firmaların «davranışlarını» müəyyən etməkdir. Əgər onların öz mənafelərini qorumaq imkanları genişdirsə, rəqabətə dözümlüdürlərsə, belə bir seqmentə daxil olmaq lüzumsuzdur; rəqabətin zəif olduğu yeni seqmentin axtarılmasına üstünlük vermək daha əlverişlidir.
Bazar seqmentinin seçilməsi işində nəzərə alınması vacib olan amillərdən biri də həmin seqmentdə firmanın (firmanın) nə səviyyədə işləyəcəyinin müəyyən edilməsidir. Əgər seqmentdə işləmək üçün seçilmiş – mühəndis, istehsal, satış və s. – işçilərin peşəkarlıq səviyyələri yüksəkdirsə, onda onlar firmanın məhsulunu səmərəli yolla istehlakçılara çatdıracaq və rəqabət mübarizəsində davam gətirə biləcəklər.
Nəhayət, firma öz məhsulunu realizə etmək üçün seçmiş olduğu seqmentdə rəqabət mübarizəsində öz gücünü əvvəlcədən müəyyən etməlidir. O, hətta seçilmiş seqmentdə rəqabət üçün potensial rəqibləri, onların imkanlarını, xüsusilə zəif cəhətlərini öyrənməlidir. Resurslarını səfərbər etməklə öz nöqsanlarını aradan qaldırmaq, güclü cəhətlərini daha da gücləndirmək yolu ilə hər hansı bir firma "məskunlaşdığı" seqmentdəki rəqabət mübarizəsinə qoşula bilər.
Yuxarıda sözügedən bütün amilləri nəzərə almaqla firma seçdiyi seqmentin özünə nə qədər münasib olduğu haqqında düzgün qərar çıxara bilər. Yalnız bundan sonra o, həmin seqmentdə mövcud olan və gözlənilən tələbin həcmi haqqında əlavə məlumat toplayır və seçdiyi bazarın (seqmentin) həcmini müəyyən edir.
Lakin bütün yuxarıda sadalanan amillərin dəqiq öyrənilməsi ilə bazarın seqmentlərindən hansının seçilməsi işi tamamlanmır. Bundan sonra, müfəssəl məlumat almaq məqsədilə, seqmentlər daha 4 əlamət üzrə öyrənilir və təhlil edilir. Bunlar coğrafi, demoqrafik, psixoqrafik və məhsula ehtiyac əlamətləridir.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin