Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Bazar münasibətləri şəraitində marketinq fəaliyyətinin strategiyasının hazırlanması və tətbiqi – firma və ya firma menecmentinin əsas funksiyalarından biridir



Yüklə 0,77 Mb.
səhifə52/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   48   49   50   51   52   53   54   55   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Bazar münasibətləri şəraitində marketinq fəaliyyətinin strategiyasının hazırlanması və tətbiqi – firma və ya firma menecmentinin əsas funksiyalarından biridir.
Strateji planlaşdırma – firmanın məqsədləri ilə onun potensial imkanları arasındakı strateji uyğunluğun yaradılması və qorunub saxlanması üzrə idarəetmə prosesidir. Firmanın strateji planında onun hansı məhsulların istehsalı ilə məşğul olması və perspektiv üçün qarşıya qoyulan vəzifələr öz əksini tapır.
Marketinq proqramı firmanın marketinq konsepsiyası əsasında hazırlanır. Onun tərtib olunmasında mərkəzi yeri, istehlakçı amillərini nəzərə almaqla bazar prioritetlərinin müəyyən olunması və bu prioritetlərə uyğun konkret məhsul istehsalını təşkil etməkdir ki, istehsal olunan məhsul istehlakçı tərəfindən alınsın və satışda heç bir problem yaranmasın.
Marketinq proqramının hazırlanması aşağıdakı elementlərdən ibarətdir:
– marketinq məqsədlərinin müəyyən olunması;
– satış bazarının müəyyən edilməsi;
– nəticələrin qeydə alınması;
– daxili və xarici mühit amillərinin təsirinin uçota alınması ilə planların dəqiqləşdirilməsi.
Marketinq strateji proqramı isə aşağıdakı üç hissədən ibarət olur:
1. Firmanın məqsədləri;
2. Təsərrüfat portfeli;
3. Firmanın işgüzar fəallığının genişləndirilməsi istiqamətləri.
Marketinq üzrə strateji proqramın birinci hissəsində (bölməsində) firmanın maliyyə, bazar və sosial məqsədləri kimi strateji məqsədləri müəyyən olunur. Həmişə birinci yerdə mənfəətin minimal mümkün və məqsədəuyğun proqnoz həcmini nəzərdə tutan maliyyə məqsədləri durur.
Mənfəətin artımına satışın həcmini çoxaltmaq və istehsal xərclərini azaltmaqla nail olmaq olar. Satışı, ilk əvvəl yerli bazarın böyük hissəsini əldə etməklə və habelə ya paralel, ya da ardıcıl olaraq xarici bazarlara çıxmaqla, artırırlar. Məhz bunlar firmanın marketinq fəaliyyətində cari vəzifələr hesab olunurlar.
Strateji planlaşdırma sahəsinin əsas vasitəsi firmanın təsərrüfat portfelinin təhlilidir. Bu təhlil işi firmanın tərkibinə daxil olan bütün istehsalların vəziyyətinin qiymətləndirilməsini əhatə edir. Belə təhlil rentabelli istehsalları müəyyən etməyə imkan verir. Əsasən, investisiya qoyuluşu rentabelli istehsallara yönəldilir, az rentabelli istehsallara isə investisiya qoyuluşu azaldılır, ya da ümumiyyətlə, yönəldilmir. Firma özünün təsərrüfat portfelini perspektivli istehsalları inkişaf etdirərək, perspektivsizləri isə ləğv edərək mövcud şəraitə uyğunlaşdırmalıdır.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin