Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə50/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   46   47   48   49   50   51   52   53   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Coğrafi əlamətlər üzrə seqmentin öyrənilməsində bazarın hansı regionda, şəhərdə yerləşməsi, iqlim şəraitinin necəliyi, istehsal infrastrukturunun inkişaf səviyyəsi, əhalinin hansı sayda və sıxlıqda olması kimi məsələlər aydınlaşdırılır.
Demoqrafik əlamətlər üzrə bazar seqmenti öyrənilərkən istehlakçıların yaş-cins tərkibi, təhsil senzi, gəlir səviyyəsi, peşə tərkibi, dinə münasibəti kimi məsələlər haqqında məlumatlar toplanılır və təhlil olunur.
Psixoqrafik əlamət – istehlakçıların yaşayış tərzi, onların şəxsi keyfiyyətləri üzrə seqmentin öyrənilməsində məqsəd firmanın gələcəkdə potensial istehlakçıları seçəcəyi seqmentə cəlb etməkdir. Bu, firmanın perspektivi üçün çox önəmli bir məsələdir.
İstehlakçının məhsula ehtiyacı və marağı seqmentin seçilməsində nəzərə alınan mühüm əlamətlərdən biridir. Bu əlamət üzrə seqmentin öyrənilməsi istehlakçıların firmanın məhsuluna qarşı həssaslıq və ya etinasızlıq məsələlərini aydınlaşdırmaqdır. Öz-özlüyündə aydındır ki, bu işdə məhsulun rəqabətlilik göstəriciləri olan keyfiyyət, qiymət, xidmət komfortu, reklam, dizayn və s. ciddi rol oynayır.
Qeyd etmək lazımdır ki, seqmentin seçilməsinin reallaşdırılmasında yuxarıda göstərilən əlamətlərin hər biri təklikdə deyil, kombinələşmiş (coğrafi-demoqrafik, demoqrafik-psixoqrafik və s.) vəziyyətdə öyrənilərsə, çıxarılan nəticələr daha mötəbər və etibarlı olar.
Yuxarıda qeyd olunduğu kimi, marketinq – bazarın və həm də satış sferasının kompleks tədqiqi üzrə fəaliyyət növüdür. Marketinq fəaliyyəti fasiləsiz bir prosesdir, nə «mövsümi» xarakter daşıya bilməz, nə də təsadüfdən-təsadüfə icra oluna bilməz.
Marketinq fasiləsizliyinin bir səciyyəvi cəhəti odur ki, hər bir tədqiqat özündən əvvəlkini nəinki inkar etmir, əksinə onun nəticə və məlumatlarına əsaslanır. Bu onunla izah edilir ki, bazarın hər növbəti marketinq tədqiqi, hətta bəzən, yeni firmanın tikilməsi və ya mövcud olanın yenidən qurulması zəruriliyi üçün ilkin şərtləri aşkara çıxara bilər. Bununla əlaqədar olaraq, əgər aparılan texniki-iqtisadi tədqiqatlar yeni firmanın və mövcud olanın rekonstruksiya edilməsi üçün əsas verirsə, belə halda biznes-plan tərtib olunur və onun reallaşdırılması məqsədilə təsisçilər axtarılır. Firmanın (firmanın) özünün də maliyyə imkanları nəzərdən keçirilir.
Digər tərəfdən, əgər aparılmış hesablamaların nəticəsi xərclərin vaxtında geri qaytarılmasına inamsızlıq yaradırsa, firma (firma) investisiyanın istiqamətini dəyişməli, yeni, əlverişli tətbiq sahəsi tapmalıdır. Bu isə öz növbəsində yeni marketinq araşdırmaları tələb edir. Bir sözlə, bütün hallarda, marketinq fəaliyyətinin fasiləsizliyi istehsalın özünün fasiləsizlik xarakterindən irəli gəlir.
İstehsala başlamağın və onun fasiləsizliyinin zəruri şərtlərindən biri də material resurslarının tələb olunan həcmdə mövcudluğudur. Lakin istehsalın mütəmadi olaraq təkrarlanması üçün əməyin nəticəsi olan məhsulların satışı işinin ahəngdar şəkildə həyata keçirilməsi də çox vacibdir. Əks halda – istehsal olunan məhsullar satılmırsa, onda onların təkrar istehsalı öz mənasını itirir. Satış üçün isə yalnız satılması mümkün olan məhsullar istehsal edilməlidir. Bu baxımdan marketinq fəaliyyətinin mühüm cəhətlərindən biri, bazarın tədqiqi zamanı, firma üçün təklifin çeşid strukturunu tələbin uyğun göstəricisinə mümkün qədər dəqiqliklə uzlaşdırmaqdır.
Təklifin çeşid strukturunun düzgün müəyyən edilməsi onun (çeşid strukturunun) tərkibini təşkil edən məhsulların istehsalı ilə əlaqədar materialların kəmiyyəti və texniki xarakteristikasını müəyyən etməyə imkan yaradır. Bundan az əhəmiyyət kəsb etməyən digər mühüm cəhət, təklifin düzgün müəyyən edilmiş çeşid strukturu tələbin uyğun göstəricisi ilə uzlaşdırıldığından firmanın istehsalı olan məhsulların maneəsiz satışına əsas yaradır, zəmanət verir.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin